İxtisas: Təhsildə sosial psixoloji xidmət ##Bölmə : Azərbaycan bölməsi


##num=13//level=1// sumtest=20 //name=Eksperimental tədqiqatın əsas mərhələləri və onların psixoloji xarakteristikası //



Yüklə 1,07 Mb.
səhifə13/15
tarix28.02.2020
ölçüsü1,07 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   15

##num=13//level=1// sumtest=20 //name=Eksperimental tədqiqatın əsas mərhələləri və onların psixoloji xarakteristikası //


1. Fərziyyənin obyektivliyinin və həqiqiliyinin mahiyyətini düzgün xarakterizə edir ?

A) Fərziyyə - qarşıya qoyulmuş problemə adekvat olmalı, əvvəllər əldə olunmuş biliklərə əsaslanmalı və onun yoxlanılmasının mükəmməl göstəriciləri işlənilməlidir

B) İrəli sürülən fərziyyə faktları əsaslandığından eksperimental – psixoloji tədqiqatın aparılması zərurətini təsdiqləməyə imkan verir

C) Psixologiyada səmərəli elmi nəticələrin əldə edilməsi üçün əlverişli nəzəri zəmin yaradır

D) Obyektiv və həqiqi fərziyyə eksperimentlərdə əldə olunmuş faktlara uyğun gəlməli və onlarla təsdiqlənməlidir

E) Fərziyyənin yoxlanılması üsullarının tətbiq edilməsi onun həqiqiliyinin sübut olunmasının əsas amili kimi ön plana çəkilməlidir

2. Eksperimentdə iştirak edən sınanılanların təlimatlandırılması və motivləşdirilməsi tədqiqatın hansı mərhələsinin tərkibinə daxildir?

A) Eksperimentin aparılması mərhələsinin

B) Problemin qoyuluşu mərhələsinin

C) Eksperimentin aparılması üçün zəruri olan vasitələrin müəyyənləşdirilməsi mərhələsinin

D) Planlaşdırma mərhələsinin

E) Eksperimental tədqiqatın hazırlıq mərhələsinin

3. Eksperimental tədqiqatın aparılmasının beşinci mərhələsini hansı amil şərtləndirir?

A) Eksperimental tədqiqatın planlaşdırılması və asılı dəyişənlərə təsir edə biləcək xarici dəyişənlərin müəyyənləşdirilməsi – aparılan bütün işlərin mərkəzi mərhələsini təşkil edir

B) Alınacağı güman edilən nəticələrin nəzəri təhlili aparılır

C) Öyrənilməsi nəzərdə tutulan problemlə əlaqədar elmi ədəbiyyatda mövcud olan yanaşmalar müzakirə olunur

D) İstifadə olunacaq konkret metodikalar müzakirə olunur

E) Eksperiment ilə yanaşı passiv metodlardan istifadə olunmasının məqsədəmüvafiqliyi araşdırılır

4. Eksperimental psixoloji tədqiqatın aparılmasının dördüncü mərhələsini nə təşkil edir?

A) Eksperimentin variantlaşması imkanları öyrənilir

B) Aparılacaq eksperimental tədqiqatın konkret metodikası və istifadə olunacaq eksperimental cihazlar müəyyənləşdirilir

C) Toplanılacaq eksperimental faktların işlənilməsi üsulları müzakirə edilir

D) Asılı olan dəyişənlərin qeydiyyatı aparılır

E) Asılı olmayan dəyişənlər idarə olunur

5. Eksperimental tədqiqatın növbəti - altıncı mərhələsini hansı amil xarakterizə edir?

A) Fərziyyənin yoxlanılması ilə əlaqədar ilkin xarakterli təcrübələr aparılır

B) Eksperimentlərin variantlaşdırılmasının imkanları müzakirə edilir

C) Eksperimental tədqiqatın aparılacağı şərait öyrənilir

D) İrəli sürülən fərziyyənin xarakterindən asılı olaraq eksperimental planın seçilməsi təmin edilir

E) Tədqiqatçı eksperimentdə iştirak edəcək sınananların tərkibi ilə tanış olur

6. Eksperimental tədqiqatda problemin qoyuluşundan sonra hansı mərhələ başlanır?

1 - Tədqiqata cəlb olunacaq sınananların tərkibinin öyrənilməsi

2 - Müvafiq elmi ədəbiyyatla dərindən tanışlıq

3 - İlkin müşahidə materialları ilə tanışlıq

4 - Tədqiqat aparılacaq şəraitin müəyyənləşdirilməsi

5 - Tədqiqatın aparılmasının zəruriliyinin əsaslandırılması

6 – Elmi – psixoloji ədəbiyyatın aparılacaq tədqiqatın məqsədləri baxımından təhlil olunması

A) 4, 6, 7

B) 1, 3, 6

C) 4, 5, 7

D) 3, 5

E) 2, 6

7. Aşağıda irəli sürülən fikirlərin hansını düzgün hesab edirsiniz ?

1 – Təbii eksperiment şəraitində xarici dəyişənlərə nəzarət etmək qrupları seçmək və asılı olmayan dəyişənləri idarə etmək imkanı mövcud olur

2 – Psixoloji tədqiqatın yekun mərhələsində toplanılmış faktlar alınan nəticələr təhlil edilərək əsaslandırılır və elmi ümumiləşdirmələr aparılır

3 – Psixi hadisələrin öyrənilməsinin konkret üsul və vasitələr sisteminin işlənilməsi metodologiya anlayışının predmetini təşkil edir

4 – Təsdiqedici eksperimentin mahiyyəti onda iifadə olunur ki , tədqiqat müqayisəli planda və kontrol sınanılanlar qrupun iştirakı ilə aparılır

5 – Eksperimentdə iştirak edəcək sınanılanların təlimatlandırılması tədqiqatın hazırlıq mərhələsində həyata keçirilir

6 – Tədqiqatın fərziyyəsinin yoxlanılmasına yönələn ilkin xarakterli tədqiqat pilotaj eksperimenti adlanır

A) 4, 5, 6

B) 1, 3, 4

C) 2, 6

D) 3, 5

E) 1, 3, 5, 6

8. Tədqiqatın yekun mərhələsini xarakterizə edən əlamətlərin ardıcıllığını müəyyən edin :

1 - Tədqiqatın davam etdirilməsinin gələcək perspektivi müzakirə olunur

2 - Tədqiqatın fərziyyəsi bir daha təhlil edilərək təsdiqlənir

3 - Eksperimental tədqiqatın nəticələrinə dair əhatəli elmi hesabat yazılaraq müzakirəyə təqdim edilir

4 - Faktlar, alınan nəticələr əsaslandırılır və elmi ümumiləşdirmələr aparılır

5 - Tədqiqatçı çap etdirmək istədiyi məqalələrin konkret mövzularını müəyyənləşdirir

6 – Tədqiqat prosesində toplanılan faktların kəmiyyət təhlili aparılır

A) 3, 5, 2

B) 2, 6, 5

C) 1, 6, 2

D) 4, 3, 1

E) 1, 5, 4

9. Eksperiment nəzəriyyəsinin ümumi xarakteristikasının əsas əlamətlərinin ardıcıllığını müəyyən edin :

1 - Eksperimental nəzəriyyə özündə həyati faktlara istinad edən fərziyyə, nəticə və müddəaları birləşdirir

2 - Eksperimental nəzəriyyə faktlara və prinsiplərə əsaslanaraq müəyyən edilir

3 - Eksperimental nəzəriyyə bir sıra hadisələrin modelləşdirilməsi əsasında yaranır

4 - Eksperimental nəzəriyyə mühakimələr, təhlillər və nəticələr əsasında formalaşdırılır

5 – Əldə olunan faktlar arasında asılılığın müəyyənləşdirilməsi zəminində formalaşaraq irəli sürülür

6 – Eksperimental nəzəriyyə müvafiq hadisələrin izahına sistemli yanaşmadır

A) 4, 3, 2

B) 1, 3, 5

C) 3, 1, 2

D) 5, 1, 6

E) 6, 4, 2

10. Eksperimental tədqiqatın əsas mərhələlərinin ardıcıllığını müəyyən edin :

1 – Elmi ədəbiyyatın öyrənilməsi

2 – Tədqiqatın fərziyyəsinin dəqiqləşdirilməsi

3 – Tədqiqatın mövzusunun müəyyənləşdirilməsi

4 – Eksperimental vasitələrin seçilməsi

5 – İşlənəcək problemlə əlaqədar başqa psixoloqların əməkdaşlığa dəvət olunması

6 – Sınanılanların fiziki sağlamlığı ilə bağlı arayışların öyrənilməsi

A) 2, 5, 6, 3

B) 1, 2, 3, 4

C) 3, 6, 5, 2

D) 4, 6, 5, 1

E) 3, 1, 2, 4

11. Fərziyyə anlayışının mahiyyətini xarakterizə edən əsas psixoloji əlamətlərin ardıcıllığını göstərin :

1 - Fərziyyə - eksperimental tədqiqatın fəal fazasının başlanmasının hazırlıq mərhələsini təşkil edir

2 - Fərziyyə - obyektiv faktlara əsaslanan ekspert mövqeyi kimi xarakterizə oluna bilər

3 - Fərziyyə - qarşıya qoyulan problem situasiyanın qeyri – müəyyənliyini ifadə edir

4 - Fərziyyə - eksperimental mühakimənin ifadəsi olmaqla müxtəlif faktlar arasında asılılığın olması ehtimalına əsaslanır

5 - Fərziyyə - psixoloq – eksperimentatorun tədqiqatın aparılmasının zəruriliyini təsdiqləməsinin ifadəsidir

A) 6, 3, 1

B) 5, 2, 4

C) 1, 3, 5

D) 2, 1, 6

E) 6, 4, 3

12. İnduktiv fərziyyə anlayışını xarakterizə edən əlamətlərin ardıcıllığını müəyyən edin :

1 - Müxtəlif faktların ümumi bir yanaşma əsasında izah olunmasına nail olunur

2 - Məlumdan - məchula, konketdən ümumiyə prinsipi əsasında müəyyənləşdirilir

3 - Faktlar arasında hansısa asılılığın olması ehtimal olunur

4 – Ayrı – ayrı xüsusi tipli faktların öyrənilməsinə maraq göstərilir

5 - Müşahidə olunan faktlar və onların müqayisəsi əsasında irəli sürülür

A) 5, 1, 4

B) 1, 3, 5

C) 6, 4, 2

D) 2, 5, 3

E) 4, 1, 6

13. Fərziyyənin obyektivliyinin və həqiqiliyinin əsas göstəricilərinin ardıcıllığını müəyyən edin :

1 - Fərziyyənin yoxlanılmasının mükəmməl göstəriciləri işlənilməlidir

2 - İrəli sürülən fərziyyə faktlara əsaslandığından eksperimental – psixoloji tədqiqatın aparılması zərurətini təsdiqləməyə imkan verir

3 – Fərziyyə əvvəllər əldə olunmuş faktlara və elmi məlumatlara əsaslanmalıdır

4 - Psixologiyada səmərəli elmi nəticələrin əldə edilməsi üçün əlverişli nəzəri zəmin yaradır

5 – Fərziyyə - qarşıya qoyulmuş problemə adekvat olmalıdır

6 – Həqiqi fərziyyə eksperimentlərdə əldə olunmuş faktlara uyğun gəlməli və onlarla təsdiqlənməlidir

7 - Fərziyyənin yoxlanılması üsullarının tətbiq edilməsi onun həqiqiliyinin sübut olunmasının əsas amili kimi ön plana çəkilməlidir

A) 1, 7, 2

B) 1, 3, 4, 7

C) 2, 6, 4

D) 5, 6, 3

E) 3, 7, 4, 1

14. Eksperimental şəraitin əlverişliyinin təmin edən əlamətlərin ardıcıllığını göstərin :

1 - Fiziki və sosial mühitin əlverişli olması

2 - Sınanılanın emosional rahatlığı və eksperimentdə iştirak etmək arzusu

3 - Eksperiment şəraitində sınanılanın davranışına təsir göstərən amillərin aradan qaldırılması

4 - Sınanılanın eksperimental tədqiqatın obyekti olduğunu bilməməsi

5 – Psixoloq – eksperimentatorla şəxsi münasibətin olması

6 - Sınanılanın ətraf mühitdən təcrid olunma və verilən tapşırığı dəqiq yerinə yetirmə imkanı

A) 2, 6, 5

B) 1, 3, 2

C) 5, 4, 1

D) 6, 4, 2

E) 1, 5, 4

15. Eksperimentin aparılması mərhələsinin əsas funksiyalarının ardıcıllığını müəyyən edin :

1 – Tədqiqatın aparılamsının planlaşdırılması

2 – Eksperimentdə iştirak edəcək sınanılanların təlimatlandırılması

3 – Tədqiqatın aparılması üçün zəruri olan vəzifələrin yerinə yetirilməsi

4 – Sınanılanların eksperimental tədqiqatın aparılması şəraiti ilə yaxından tanış edilməsi

5 – Tədqiq olunacaq problemin hərtərəfli müzkirəsi və bununla əlaqədar son qərarın qəbul edilməsi

6 – Eksperimentin aparılması ilə əlaqədar sınanılanların motivləşdirilməsi

A) 4, 1, 5

B) 3, 1, 5

C) 4, 6, 1

D) 5, 2, 6

E) 6, 2, 4

16. Planlaşdırılan eksperimental tədqiqatın beşinci mərhələsinin əsas funksiyalarının ardıcıllığını müəyyən edin :

1 - Psixoloji tədqiqat prosesində alınacağı güman edilən nəticələrin nəzəri təhlili aparılır

2 – Tədqiqatın aparılmasının bütün mərhələləri konkretləşdirilir və sistemə salınır

3 - Tədqiqat olunması nəzərdə tutulan problemlə əlaqədar elmi ədəbiyyatda mövcud olan yanaşmalar, nəzəriyyə və baxışlar ətraflı planda müzakirə edilir və bu əsasda ümumi bir nəzəri mövqeyin formalaşdırılmasına nail olunur

4 – Asılı dəyişənlərə təsir edə biləcək xarici dəyişənlərin müəyyənləşdirilməsi

5 - Eksperimental tədqiqat prosesində istifadə olunacaq konkret metodikalar və onların etibarlılıq səviyyəsi müzakirə olunur

6 - Eksperiment metodu ilə yanaşı passiv metodlardan da istifadə olunmasının məqsədəmüvafiqliyi araşdırılır

7 - Eksperimentin aparılması planlaşdırılır

A) 5, 2, 3

B) 6, 5, 1

C) 7, 4, 2

D) 4, 1, 6

E) 3, 2, 7

17. Uyğunluğu müəyyən edin:

I – Eksperimental tədqiqatın aparılması mərhələsi

II – Eksperimental tədqiqatın planlaşdırılması

1 – Asılı dəyişənlərə təsir edə biləcək xarici dəyişənlərin müəyyənləşdirilməsi

2 – Eksperimentdə iştirak edəcək sınanılanların motivləşdirilməsi

3 – Tədqiqatın aparılması şəraitinin nəzarət altında saxlanılması

4 – Sınanılanların təlimatlandırılması və eksperimentlə bağlı tələblərin onlara izah edilməsi

5 – Konkret metodikaların istifadə olunmasının ardıcıllığının müəyyənləşdirilməsi

6 – Tədqiqat şəraitinin əlverişli olmasının təmin edilməsi

7 – Tədqiqat prosesində toplanılan bütün faktların ardıcıl surətdə qeydə alınması , aralıq və yekun nəticələrin protokollaşdırılması

A) I – 2, 4, 5, 7 II – 1, 3, 6

B) I – 2, 4, 6, 7 II – 1, 3, 5

C) I – 2, 5, 6 II – 1, 3, 4, 7

D) I – 1, 3, 6, 7 II – 2, 4, 5

E) I – 2, 3, 5, 7 II - 1, 4, 6

18. Uyğunluğu müəyyən edin :

I – Eksperimental tədqiqatın hazırlıq mərhələsi

II – Eksperimental tədqiqatın yekun mərhələsi

1 – Tədqiqatın aparılması prosesində toplanılan materialın sistemə salınması

2 – Öyrəniləcək problemin konkret mövzusunun müəyyənləşdirilməsi

3 – Toplanılan faktların işlənilməsinin statistik metodikalarının müəyyənləşdirilməsi

4 – Tədqiq olunan problemlə əlaqədar elmi ədəbiyyatın toplanılması və ətraflı təhlili

5 – Alınan nəticələrin ümumiləşdirilməsi və irəli sürülən fikir və ideyaların sistemə salınması

6 – İlkin fərziyyə və istifadə olunması mümkün sayılan metod və metodikalar haqqında işçi mövqeyin formalaşması

A) I – 2, 4, 6; II – 1, 3, 5;

B) I – 2, 3, 6; II – 1, 4, 5;

C) I – 2, 3, 4; II – 1, 5, 6;

D) I – 2, 4, 5; II – 1, 3, 6;

E) I – 1, 3, 6; II – 2, 4, 5;

19. Uyğunluğu müəyyən edin:

I – Eksperiment nəzəriyyəsi

II – Eksperimental fərziyyə

1 - Eksperimental mühakimənin ifadəsi olmaqla müxtəlif faktorlar arasında asılılığın olması ehtimalına əsalanır

2 - Müvafiq faktların və hadisələrin izahına sistemli yanaşmadır

3 - Özündə həyati faktlara istinad edən fərziyyə , nəticə və müddəaları birləşdirir

4 - Obyektiv faktlara əsalanan ekspert mövqeyi kimi xarakterizə oluna bilər

5 - Mühakimələr , təhlillər və elmi nəticələr əsasında formalaşdırılır

6 - Psixoloji ilkin, təxmini yanaşması ilə bağlı rəyidir

7 - Faktlara və prinsiplərə əsalanaraq müəyyən edilir

8 - Qarşıya qoyulan problem situasiyasının qeyri - müəyyənliyini ifadə edir

A) I – 2, 5, 7, 8 II – 1, 3, 4, 6

B) I – 2, 4, 6, 8 II – 1, 3, 5, 7

C) I – 2, 5, 6, 8 II – 1, 3, 4, 7

D) I – 2, 3, 6, 7 II – 1, 4, 5, 8

E) I – 2, 3, 6, 8 II – 1, 4, 5, 7

20. Uyğunluğu müəyyən edin:

I – Təsdiqedici eksperiment

II – Tədqiqedici eksperiment

1 – Asılı və asılı olmayan dəyişənlər arasında səbəbiyyət əlaqələrinin olmasının müəyyənləşdirilməsi şəraitində aparılır

2 – Asılı və asılı olmayan dəyişənlər arasında mövcud əlaqələrin funksional kəmiyyət növləri müəyyənləşdirilir

3 – Asılı olmayan dəyişənlərin müxtəlif tiplərindən istifadə olunur

4 – Tədqiqat aparılarkən bir neçə asılı olmayan dəyişənlərlə asılı dəyişənlərin əlaqələri öyrənilir

5 – Asılı və asılı olmayan dəyişənlərin arasında əlaqənin olmasına əsaslanaraq tədqiqatın fərziyyəsi irəli sürülür

6 – Tədqiqatın fərziyyəsi qeyri - müəyyən xarakter daşıyır və onun dəqiqləşdirilməsi prosesi davam edir

A) I – 2, 3, 5 II – 1, 4, 6

B) I – 2, 4, 6 II – 1, 3, 5

C) I – 2, 3, 4 II – 1, 5, 6

D) I – 1, 3, 6 II – 2, 4 5

E) I – 4, 5, 6 II – 1, 2, 3


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə