7.Elektrikləşdirilmiş əl maşınlarının, əsas ağacemalı dəzgahlarınm istismarı qaydalarına riayət etməyi;
8.Oduncaq materiallarından və elektirik enerjisindən qənaətlə istifadə etməyi;
9.Əməyin təhlükəsizliyi, istehsalat sanitariyası və yanğın təhiükəsizliyi qaydalarının gözlənilməsini; 3-cü dərəcəli inşaatçı - dülgər, xarrat bilməlidir:
1.Oduncağın emalı üçün əl elektrikləşdirilmiş maşınların, əsas ağac emalı dəzgahlarının, əl alətlərinin və qurğuların təyinatını və quruluşunu;
2.Dülgər-inşaat məmulatlarının və mebellərin düzəldilməsində tətbiq olunan oduncaq materiallarının növlərini və xassələrini;
3.Sadə və çox mürəkkəb olmayan dülgər-inşaat, xarrat məmulatları və konstruksiyaları üçün dülgər, xarrat birləşmələrinin hazırlanması texnologiyasını;
4.Əl elektrikləşdirilmiş maşınlar, ağac emalı dəzgahları və əl dülgər, xarrat alətləri ilə oduncağın emalı üsullarını;
5.Hissələrin üzərində oian qüsurları düzəltməyi;
6.Dülgər-inşaat, məmulatlanın, rnebellərin işlənməsi,düzəldilməsi və üz çəkmə texnologiyasını;
7.Qapı, pəncərə bloklarının hazırlanması və onların yerində quraşdırılması texnologiyasını;
8.Döşəmə haşiyələrinin (plintusların), dülgər arakəsmələrin, mebellərin əl və mexaniki üsulla hazırlanması texnologiyasını və təlimatı.
9.Əl elektrikləşdirmə maşınların və ağac emalı dəzgahlarının texniki istismarı qaydalarını;
10.Ağac emalı və inşaat istehsalatının mexanikləşdirilməsi və avtomatlaşdırılması haqqında əsas məlumatları;
11.Sadə və çox mürəkkəb olmayan dülgər-inşaat, xarrat məmulatların hazırlanması üçün texniki şərtləri;
12.Əməyin təhlükəsizliyi, istehsalat sanitariyası, yanğından təhlükəsizliyi və təbiətin qorunması qaydalarını. “İnşaatçı - dülgər, xarrat” peşəsi üzrə ixtisas xarakteristikası məktəbin ixtisas və ümumtexniki fənlər üzrə metodiki komissiyanın __ _________ 2012-ci il tarixli iclasında (protokol №__) müzakirə edilmiş və bəyənilmişdir.