İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq Bismillahir-rəhmanir-rəhim



Yüklə 2,33 Mb.
səhifə15/43
tarix07.07.2018
ölçüsü2,33 Mb.
#55922
1   ...   11   12   13   14   15   16   17   18   ...   43

Məsələ 979: Ehtiyata əsasən kişinin sübh, şam və xiftən namazlarında, Həmd və surəni ucadan oxuması vacibdir. Ehtiyata əsasən, kişi və qadının zöhr və əsr namazlarında isə, Həmd və surəni alçaqdan oxuması vacibdir.
Məsələ 980: Vacib-ehtiyata əsasən, kişi sübh, şam və xiftən namazlarında Həmd və surənin bütün kəlmələrini, hətta onların son hərfini belə ucadan oxumağa diqqət etməlidir.
Məsələ 981: Qadın sübh, məğrib və xiftən namazlarının Həmd və surəsini həm ucadan, həm də alçaqdan oxuya bilər. Amma əgər naməhrəm onun səsini eşitsə və bir surətdə ki, səsini naməhrəmə eşitdirmək ona haram olsa, ehtiyata əsasən gərək alçaqdan oxusun. Əgər qəsdən ucadan oxusa, ehtiyata əsasən namazı batildir.
Məsələ 982: Əgər bir şəxs, ucadan oxuyacağı yerdə qəsdən namazı alçaqdan oxuyarsa və ya alçaqdan oxuyacağı yerdə qəsdən ucadan oxuyarsa, ehtiyata əsasən namazı batildir. Amma əgər unutqanlıq və ya şər`i-hökmü bilməməsi üzündən olarsa, namazı səhihdir. Əgər Həmd və surəni oxuyarkən səhvən ucadan və ya alçaqdan oxuduğunu anlayarsa, oxuduğu miqdarı ikinci dəfə oxuması lazım deyildir.
Məsələ 983: Əgər bir şəxs Həmd-surəni oxuyanda səsini normadan artıq qaldırsa, məsələn, fəryadla oxusa, namazı batildir.
Məsələ 984: İnsan namazın qiraətini səhih oxumalıdır. Heç bir şəkildə Həmd surəsini oxuya bilməyən bir şəxsin, bacardığı qədər oxuması gərəkdir – əgər səhih oxuduğu hissə e`tina olunacaq qədər çox olsa; Amma əgər o miqdar çox az olarsa, vacib ehtiyata görə, Qur`anın qalan qismindən səhih oxuya bildiyi qədərini öyrənib ona əlavə etməlidir. Əgər bunu bacarmasa, ona təsbih əlavə etməlidir. Amma surəni ümumiyyətlə səhih oxumağa imkanı olmayan şəxsin, onun yerinə bir şey oxuması vacib deyildir. Bütün bu hallarda namazı camaatla qılması müstəhəbb ehtiyatdır.
Məsələ 985: Həmdi yaxşı bilməyən şəxs öz vəzifəsini yerinə yetirməyə sə`y etməlidir, istər öyrənməklə, istər təlqin etməklə, istərsə də camaat namazına iqtida etməklə və ya şəkk etdiyi yeri təkrar etməklə. Əgər vaxt dar olsa, əvvəlki məsələdə izah olunduğu şəkildə qılarsa, namazı səhihdir. Amma öyrənməkdə səhlənkarlığa yol verdiyi təqdirdə, mümkün olarsa, (İlahi) əzabdan qurtulmaq üçün, namazını camaatla qılmalıdır.
Məsələ 986: Ehtiyata əsasən namazın vacibatını öyrətmək üçün muzd almaq haramdır. Amma onun müstəhəbbatını öyrətmək üçün muzd almaq caizdir.
Məsələ 987: Əgər Həmd və surənin kəlmələrindən birini, ya qəsdən ye təqsiri cəhl üzündən deməsə, ya bir hərfin yerinə başqa bir hərf desə, məsələn, (ض) zad hərfinin yerinə (ذ) və ya (ز) hərfi desə, yaxud «kəsrə», «fəthəsi»nə riayət etməsə, belə ki, səhv sayılsa və ya təşdidi deməsə, namazı batildir.
Məsələ 988: Əgər insan öyrəndiyi bir kəlmənin düzgün olduğunu bilsə və namazda da o cür oxusa və sonra səhv olduğunu başa düşsə, namazı təkrar qılmaq lazım deyildir.
Məsələ 989: Əgər bir kəlmənin «kəsrə» və «fəthə»sini bilməzsə və ya bir kəlmənin (ه) və ya (ح) ilə olduğunu bilmirsə, gərək öz vəzifəsini müəyyən yolla yerinə yetirsin. Məsələn, öyrənsin, yaxud namazı camaatla qılsın. Amma bu zaman namazı o surətdə səhihdir ki, o səhv cümlə də Qur`an və zikrdən hesab olunsun.
Məsələ 990: Təcvid alimləri demişlər ki, əgər bir kəlmədə (و) vav varsa və o kəlmədə «vav»dan əvvəlki hərfin hərəkəsi ( ُ) zəmmə olub «vav»dan sonrakı hərf isə (ء) həmzə olarsa, (سُوء) (su` kəlməsində olduğu kimi) gərək o vava mədd versin, yə`ni bir qədər uzatsın və həmçinin, əgər bir kəlmədə (ا) «əlif» hərfi olarsa və o kəlmədə «əlif»dən əvvəlki hərəkə (َ ) «fəthə» olsa və o kəlmədə «əlif»dən sonrakı hərf (ء) «həmzə» olarsa, (جَاء) («caə» kəlməsində olduğu kimi), əlif uzadılmalıdır, habelə əgər bir kəlmədə (ي) «ya» hərfi olsa və ondan əvvəlki hərfin hərəkəsi (ِ ) «kəsrə» olsa və o kəlmədə «ya»dan sonrakı hərf «həmzə» olsa, (جِيء ) («ciə» sözündə olduğu kimi) «ya» məddli, yə`ni uzadaraq oxunar. Həmçinin əgər bu «vav», «əlif» və «ya» hərflərindən sonra «həmzə» hərfi yerinə «sakin», yə`ni «kəsrə», «fəthə» və «zəmmə»si olmayan bir hərf olsa da bu üç hərfi məddli, yə`ni uzadaraq oxumağı məsləhət bilmişlər. Lakin, zahirən belə yerlərdə kəlmənin qiraətinin düzgünlüyü onu məddli olaraq oxumağa bağlı deyildir. Başqa sözlə, belə yerlərdə yuxarıda izah olunan qaydaya əməl etməsə belə, namazı səhihdir. Amma, «vələzzallin»də olduğu kimi yerlərdə «təşdid» və «əlif»i birlikdə tələffüz etmək, bir az məddli olaraq oxumağa bağlı olduğundan bu miqdarda, «əlif»in məddli oxunması lazımdır.
Məsələ 991: Namazda «vəqf be hərəkət» və «vəsl be sükun» etməmək müstəhəbb ehtiyatdır. «Vəqf be hərəkət» bir kəlmənin sonundakı «fəthə»ni, «kəsrə»ni və «zəmmə»ni söyləyib o kəlmə ilə sonrakı kəlmə arasında fasilə buraxmağa deyilir. Məsələn, «Ərrəhmanir-rəhim»i oxuyarkən, «ərrəhim»in «mim» hərfini «kəsrə» ilə söylər və bir miqdar ara verdikdən sonra «maliki yovmiddin»i deyər. «Vəsl be sükun» isə «fəthə» «kəsrə» və «zəmmə» söyləmədən onu sonrakı kəlməyə birləşdirməyə deyilir. Məsələn, «Ərrəhmanir-rəhim»i oxuyarkən, «ərrəhim»in «mim»inə «zir» verməmiş dərhal «maliki yovmiddin»i deyər.
Məsələ 992: Namazın 3-cü və 4-cü rük`ətində ya təkcə bir Həmd oxumaq ya da bir dəfə «Təsbihati-ərbəə» demək olar, yə`ni bir dəfə:
سُبحَانَ اللهِ وَالحَمدُ للهِ وَلاَ اِلَهَ اِلاَّ اللهُ وَاللهُ اَكبَر
«Subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu, vəllahu əkbər» demək olar.
Daha yaxşısı odur ki, 3 dəfə desin. Bir rük`ətdə Həmdi və o biri rük`ətdə «təsbihat»ı deyə bilər. Yaxşı olar ki, hər iki rük`ətdə təsbihat oxusun.
Məsələ 993: Vaxt dar olduqda, təsbihati-ərbəəni bir dəfə oxumaq lazımdır. Hətta əgər ona yetəcək qədər vaxtı olmazsa, bir dəfə «Subhanəllah» deməsi kifayətdir.
Məsələ 994: Kişi və qadın, vacib ehtiyata əsasən 3-cü və 4-cü rük`ətdə, Fatihəni və ya təsbihati-ərbəəni alçaqdan oxumalıdır.
Məsələ 995: Əgər namazın üçüncü və dördüncü rük`ətində «Həmd»i oxuyarsa, onun «Bismillah»ını alçaqdan oxuması vacib deyildir. Amma əgər mə`mum olarsa, vacib-ehtiyat olaraq «Bismillah»ı alçaqdan oxuması lazımdır.
Məsələ 996: Təsbihatı öyrənə bilməyən, yaxud düzgün deyə bilməyən şəxs, gərək üçüncü və dördüncü rük`ətdə «Həmd»i oxusun.
Məsələ 997: Əgər namazın ilk iki rük`ətində, son iki rük`ət olması zənni ilə təsbihatı oxuyarsa, rükuya getməzdən əvvəl başa düşdüyü təqdirdə, Fatihə və surəni oxumalıdır. Amma əgər rükuda və ya rükudan sonra başa düşərsə, namazı səhihdir.
Məsələ 998: Əgər namazın son iki rük`ətində, namazın ilk iki rük`əti olduğu zənni ilə Həmd oxuyarsa və ya ilk iki rük`ətində, namazın son iki rük`əti olduğunu zənn etdiyi halda «Həmd»i oxuyarsa, istər rükudan qabaq başa düşsün, istərsə sonra, namazı səhihdir.
Məsələ 999: Əgər üçüncü və dördüncü rük`ətdə Həmdi oxumaq istədikdə dilinə təsbihat gəlsə, yaxud təsbihat oxumaq istədikdə dilinə Həmd gələrsə, əgər ümumiyyətlə namaz qəsdindən xali olsa, hətta özündən agah olmayan qəlbində belə, gərək onu buraxıb, ikinci dəfə Həmd və ya təsbihatı oxusun. Amma əgər qəsddən xali deyilsə və məsələn adəti üzrə dilinə gəlmiş bir şeyi oxumaq olsa, onu tamam edə bilər və namazı səhihdir.
Məsələ 1000: Üçüncü və dördüncü rük`ətdə adəti təsbihat oxumaq olan şəxs, əgər öz adətinin xilafına hərəkət etsə (yaddan çıxarsa), vəzifəsini əda etmək qəsdilə Həmd oxumağa məşğul olsa, kifayət edər. Yenidən Həmd və ya təsbihatı oxuması lazım deyildir.
Məsələ 1001: Üçüncü və dördüncü rük`ətdə təsbihatdan sonra, məsələn; «Əstəğfirullahə rəbbi və ətubu iləyh» və yaxud «Əllahumməğfir li» deyərək istiğfar etməsi müstəhəbbdir.
Əgər namaz qılan bir şəxs, istiğfar edib rükuya əyilməzdən qabaq, Həmd və ya təsbihatı oxuyub-oxumadığı barədə şəkk edərsə, Həmd və təsbihatı oxuması lazımdır. Əgər istiğfar deyən zaman, ya ondan sonra şəkk edərsə, yenə də vacib-ehtiyata görə Həmdi ya təsbihatı gərək oxusun.
Məsələ 1002: Əgər üçüncü və dördüncü rük`ətin rükusunda və ya rükuya gedən halda, Həmd və ya təsbihatı oxuyub-oxumadığı barədə şəkk edərsə, şəkkinə e`tina etməməlidir.
Məsələ 1003: Əgər bir ayə və ya kəlməni düz oxuyub-oxumadığı barədə şəkk edərsə, məsələn; «Qul huvəllahu əhəd»i düzgün oxuyub-oxumadığı barədə şəkk edərsə, şəkkinə e`tina etməyə bilər. Əgər ehtiyata əsasən o ayə və ya kəlməni yenidən səhih bir şəkildə oxuyarsa da eybi yoxdur. Əgər bir neçə dəfə şəkk edərsə, yenə də bir neçə dəfə düz şəkildə deyə bilər. Amma vəsvəsə dərəcəsinə çatarsa və yaxşı olar ki, təkrar etməsin.
Məsələ 1004: Müstəhəbbdir ki, birinci rük`ətdə Həmdi oxumamışdan əvvəl «Əuzu billahi minəş-şəytanir-rəcim» desin.
Günorta və ikindi (zöhr və əsr) namazının birinci və ikinci rük`ətlərində də «Bismillahir-rəhmanir-rəhim»i ucadan, habelə müstəhəbbdir ki, və həmd və surəni açıq-aydın desin, Həmd və surənin sonunda vəqf etsin, yə`ni onu sonrakı ayəyə yapışdırmasın, Həmd və surəni oxuyan vaxtda onun mə`nasına diqqət yetirsin və əgər namazı camaatla qılırsa, imamın Həmdindən sonra və əgər tək qılırsa, öz Həmdindən sonra «Əlhəmdu lillahi rəbbil-aləmin» desin və Tovhid surəsini oxuyandan sonra bir, iki və ya üç dəfə «Kəzalikəllahu rəbbi», yaxud üç dəfə «Kəzalikəllahu rəbbuna» desin, surəni oxuyandan sonra bir az səbr edib sonra rükudan əvvəlki təkbiri desin və ya qunut tutsun.
Məsələ 1005: Bütün namazların birinci rük`ətində «Qədr» və ikinci rük`ətində «İxlas» surəsini oxumaq müstəhəbbdir.
Məsələ 1006: İnsanın gündəlik namazlarının heç birində «İxlas» surəsini oxumaması məkruhdur.
Məsələ 1007: «Tövhid» surəsini bir nəfəsə oxumaq məkruhdur.
Məsələ 1008: Birinci rük`ətdə oxuduğu surəni ikinci rük`ətdə oxumaq məkruhdur. Amma əgər «Tövhid» surəsini hər iki rük`ətdə oxusa, məkruh deyildir.

Rüku
Məsələ 1009: Namaz qılan, hər rük`ətdə qiraətdən sonra bütün barmaqlarının ucunu o cümlədən baş barmağının ucunu dizlərinin üzərinə qoya biləcək qədər əyilməlidir. Bu əmələ rüku deyilir.
Məsələ 1010: Əgər insan rüku ölçüsündə əyilsə, amma əllərini dizlərinə qoymasa, eybi yoxdur.
Məsələ 1011: Əgər rükunu normal şəkildə yerinə yetirməsə, məsələn; sola və ya sağa əyilsə, ya dizlərini qabağa gətirsə, əllərini dizlərinə qoysa da, səhih deyildir.
Məsələ 1012: Əyilmək, rüku məqsədilə olmalıdır. Belə ki, əgər başqa bir iş məqsədilə, məsələn; bir həşəratı öldürmək üçün əyilərsə, onu rüku hesab edə bilməz. Belə olan təqdirdə, düzəlib yenidən rüku etmək üçün əyilməlidir. Bu əməl vasitəsilə rükn artıqlığı meydana gəlmir və namazı da batil deyildir.
Məsələ 1013: Əl və ya dizləri başqalarının əl və dizlərindən fərqli olan şəxs, məsələn; qolu çox uzun olsa və azacıq əyildikdə dizlərinə çatarsa və ya dizləri normal insanlardakından daha aşağıda olsa və əllərini dizlərinə çatdırması üçün çox əyilməsi lazım gəlirsə, normal səviyyədə əyilməlidir.
Məsələ 1014: Oturan halda rüku edən şəxsin, üzü dizlərinin müqabilinə yetişincəyə qədər əyilməsi lazımdır. Amma üzü səcdə yerinə yaxınlaşıncaya qədər əyilməsi daha yaxşıdır.
Məsələ 1015: İxtiyar halında, rükuda hər hansı zikrin kifayət etməsinə baxmayaraq üç dəfə «Subhanəllah» və ya bir dəfə «Subhanə rəbbiyəl-əzimi və bihəmdih» deməsi daha yaxşıdır. Vacib ehtiyata görə rüku zamanı, bu miqdarı söyləmək kifayətdir. Amma əgər vaxt dar olsa və ya məcburiyyət qarşısında qalsa, bir dəfə «Subhanəllah» deməsi kifayətdir. Sübhanə rəbbiyəl-əzimi və bihəmdihi yaxşı deyə bilməyən bir kəs başqa bir zikri, məsələn 3 dəfə subhanəllah deməlidir.
Məsələ 1016: Rükunun zikri, gərək ardıcıl surətdə və ərəbcə düzgün deyilsin. Müstəhəbbdir ki, onu üç, beş, ya yeddi dəfə, hətta çox desin.
Məsələ 1017: Rüku halında namaz qılanın bədəni gərək sakit (hərəkətsiz) olsun, o gərək öz bədəninə ixtiyar halında o cür hərəkət verməsin ki, sakit olan haldan xaric olsun. Hətta ehtiyata əsasən əgər vacib zikrə məşğul olmasa da. Əgər bu hərəkətsizliyə qəsdən riayət etməsə zikri aram olan halda yenidən təkararlasa belə, namaz ehtiyata əsasən batil olur.
Məsələ 1018: Əgər rükunun vacib zikrini dediyi halda səhvən, ya ixtiyarsız olaraq bir qədər hərəkət etsə və bədəni sakit olma halından çıxsa, bədəni sakit olandan sonra, zikri ikinci dəfə deməsi yaxşıdır. Amma əgər azacıq hərəkət etsə və bədəni sakit olma halından çıxmasa, yaxud barmaqlara hərəkət versə, zərəri yoxdur.
Məsələ 1019: Əgər rüku həddinə əyilməzdən və bədəni aram tutmazdan əvvəl, qəsdən rükunun zikrini desə, namazı batildir. Amma əgər zikri yenidən, bədənin aram olan halında desə, batil olmaz. Əgər səhvən olsa, onu yenidən deməsi lazım deyil.
Məsələ 1020: Əgər vacib zikr qurtarmamışdan əvvəl başını qəsdən rükudan qaldırsa, namazı batildir və əgər səhvən başını qaldırsa, zikri yenidən deməsi lazım deyil.
Məsələ 1021: Əgər zikr demək miqdarında hətta bir dəfə sübhanəllah demək qədər hərçənd bədəni aram olmadıqda belə, rükuda qala bilmirsə, vacib deyil amma müstəhəbb ehtiyat odur ki, hərçənd qalanı qalxdığı halda «mütləq qürbət» qəsdi ilə olsa belə, zikri desin, ya ondan əvvəl başlasın.
Məsələ 1022: Əgər xəstəlik və bu kimi səbəblərə görə rükuda sakit (aram) ola bilmirsə, namazı səhihdir. Amma rüku halından çıxmamış, gərək vacib zikri keçən məsələdəki kimi desin.
Məsələ 1023: Əgər rüku miqdarında əyilə bilməsə, gərək bir şeyə söykənsin və rüku etsin. Əgər söykənərkən də adi qaydada rükuya gedə bilmirsə, gərək nə qədər bacarır əyilsin ki, ürfün nəzərində ona rüku desinlər. Əgər bu miqdarda da əyilə bilməsə, gərək rüku üçün başı ilə işarə etsin.
Məsələ 1024: Rüku üçün başı ilə işarə etməli olan şəxs, əgər başı ilə işarə etməyi bacarmasa, gərək rüku niyyəti ilə gözlərini yumsun və onun zikrini desin və rükudan qalxmaq niyyəti ilə gözlərini açsın. Bundan da acizdirsə, vacib ehtiyata əsasən öz qəlbində rüku niyyəti etsin, öz əli ilə rükuya işarə etsin onun zikrini desin. Bu halda mümkün olsa, vacib ehtiyata əsasən həm bunu etməlidir, həm də oturan halda rükuya işarə etməlidir.
Məsələ 1025: Ayaq üstə rüku edə bilməyən şəxs, oturan yerdə rüku üçün əyilə bilirsə, gərək ayaq üstə namaz qılsın və rüku üçün başı ilə işarə etsin. Müstəhəbb ehtiyat odur ki, başqa bir namaz da qılıb rüku vaxtında otursun və bacardığı qədər rükuya əyilsin.
Məsələ 1026: Əgər rüku həddinə çatdıqdan sonra qəsdən başını qaldırıb və ikinci dəfə rüku ölçüsündə əyilsə, namazı batildir.
Məsələ 1027: Rükunun zikri qurtardıqdan sonra gərək qalxıb düz dursun və vacib ehtiyata görə bədəni sakit olandan sonra səcdəyə getsin. Əgər qəsdən durmamışdan əvvəl səcdəyə getsə, namazı batildir. Həmçinin vacib ehtiyata görə bədəni sakit olmamışdan əvvəl səcdəyə getsə, hökm eynidir.
Məsələ 1028: Əgər rükunu unutsa və səcdəyə çatmamışdan əvvəl yadına düşsə, gərək ayaq üstə dursun, sonra rükuya getsin, əyilmiş halda rükuya qayıtmaq kifayət etmir.
Məsələ 1029: Əgər alnı yerə çatandan sonra rüku etmədiyi yadına düşərsə qayıdaraq, qiyamdan sonra rükunu əmələ gətirməsi lazımdır. İkinci səcdədə yadına düşsə, namazı lazım ehtiyata əsasən batildir.
Məsələ 1030: Müstəhəbbdir ki, rükuya getməmişdən ayaq üstə olduğu halda təkbir deyəsən, rükuda dizləri geri verib kürəyi şax saxlayasan, boynunu çəkib arxa ilə bərabər edəsən, iki qədəmin arasına baxasan və zikrdən əvvəl və ya sonra salavat çəkib rükudan qalxdıqdan sonra düz dayanıb bədən sakit olan vaxt «Səmi`əllahu limən həmidəh» – deyəsən.
Məsələ 1031: Müstəhəbbdir ki, qadın rükuda əllərini dizlərindən yuxarı qoysun və dizlərini geriyə verməsin.

Səcdələr
Məsələ 1032: Namaz qılan şəxs, müstəhəbb və vacib namazların hər rük`ətində rükudan sonra gərək iki səcdə etsin. Səcdə odur ki, alnı xüsusi formada xüzu` qəsdi ilə yerə qoysun. Namazın səcdəsində vacibdir ki, iki əlin içi, iki diz, iki ayağın baş barmaqları yerə qoyulsun. Alın dedikdə vacib ehtiyata əsasən alnın ortasıdır ki, iki qaşın arasında, (alının ortasında) tük çıxan yerə qədər iki xəyali xətt çəkməklə alınan dördbucaqdır.
Məsələ 1033: İki səcdə birlikdə bir rükndür. Əgər bir kəs vacib namazda hərçənd yaddan çıxmış olsa da, ya məsələni bilmədiyinə görə olsa da, bir rük`ətdə hər ikisini tərk etsə, namazı batildir. Həmçinin lazım ehtiyata əsasən, əgər bir rük`ətdə iki səcdə unutqanlıq ya qasir cəhalət üzündən artırılmış olsa da, hökm eynidir. (Qasir cahil odur ki, cahil öz cəhlində üzrlü olsun).
Məsələ 1034: Əgər qəsdən bir səcdə az və ya çox etsə, namazı batildir. Əgər səhvən bir səcdə az və ya çox etsə, namazı batil olmaz və az etdiyi surətdə hökmü səcdeyi səhvin hökmlərində deyiləcəyi kimi olar.
Məsələ 1035: Bir kəs alnını yerə qoymağı bacarırsa, gərək yerə qoysun, əgər qəsdən və ya səhvən yerə qoymasa, başqa üzvlərini yerə çatdırsa da, səcdə etməmişdir. Amma əgər alnını yerə qoysa və səhvən başqa üzvlərini yerə çatdırmasa, ya səhvən zikr deməsə, səcdə səhihdir.
Məsələ 1036: Ən yaxşısı odur ki, ixtiyar halında, səcdədə üç dəfə «Subhanəllah», yaxud bir dəfə «Subhanə rəbbiyəl – ə`la və bihəmdih» desin. Gərək bu kəlmələr ardıcıl və ərəbcə düz deyilsin. Hər bir zikri demək kifayət edər, amma lazım ehtiyata əsasən, gərək bu miqdarda olsun. Müstəhəbb odur ki, «Subhanə rəbbiyəl – ə`la və bihəmdih» üç, ya beş, ya yeddi ya da daha çox deyilsin.
Məsələ 1037: Səcdə halında gərək namaz qılanın bədəni sakit (aram, hərəkətsiz) olsun, o, gərək öz bədəninə ixtiyar halında hətta ehtiyata əsasən, əgər vacib zikrə məşğul olmasa da, o cür hərəkət verməsin ki, sakit haldan çıxmış olsun.
Məsələ 1038: Əgər alnı yerə çatmamışdan və bədəni sakit olmamışdan əvvəl qəsdən səcdənin zikrini desə, namazı batildir. Amma əgər zikri yenidən, bədən aram olan halda desə, batil olmaz. Əgər zikri tamam etməzdən qabaq qəsdən başını səcdədən götürsə, namaz batildir.
Məsələ 1039: Əgər alın yerə yetişməmişdən əvvəl səhvən səcdənin zikrini desə, səcdədən baş qaldırmamış səhv etdiyini başa düşsə, gərək bədəni aram olduqdan sonra ikinci dəfə zikri desin. Amma əgər alnı yerə yetişəndən sonra, bədən aram olmamışdan əvvəl səhvən zikri desə, təkrar etmək lazım deyil.
Məsələ 1040: Əgər başı səcdədən götürəndən sonra başa düşsə ki, səcdənin zikri tamam olmazdan qabaq başını qaldırıb, namazı səhihdir.
Məsələ 1041: Əgər səcdənin zikrini dediyi vaxt yeddi üzvündən birini qəsdən yerdən götürsə, səcdədə şərt olan istiqrar (bədənin aram olması) ilə zidd olsa, namaz batil olar. Həmçinin vacib ehtiyata əsasən zikr deməyə məşğul deyilsə də hökm eynidir.
Məsələ 1042: Əgər səcdənin zikri qurtarmamışdan əvvəl səhvən alnını yerdən götürsə, onu təzədən yerə qoya bilməz, gərək onu bir səcdə hesab etsin. Amma əgər başqa yerləri səhvən yerdən qaldırsa, gərək onu ikinci dəfə yerə qoysun və zikri desin.
Məsələ 1043: Birinci səcdənin zikri qurtardıqdan sonra gərək otursun, bədəni sakit olduqdan sonra ikinci dəfə səcdəyə getsin.
Məsələ 1044: Namaz qılanın alnının yeri, gərək dizlərinin və ayağının baş barmaqlarının yerindən dörd bağlı barmaq qədər yuxarı və ya aşağı olmasın. Hətta vacib ehtiyat odur ki, alnının yeri, dayandığı yerdən dörd bağlı barmaqdan yuxarı və ya aşağı olmasın.
Məsələ 1045: Başı aşağı yerdə (hərçənd ki, onun başı aşağı olması düzgün mə`lum olmasa da belə) əgər namaz qılanın alın yeri, dizlərindən və ayaq barmaqlarından, dörd bağlı barmaqdan yuxarı və ya aşağı olsa, namazı məhəlli işkaldır.
Məsələ 1046: Əgər alnını səhvən dizlərinin və ayaq barmaqlarının yerindən dörd bağlı barmaqdan yüksək olan bir şeyin üzərinə qoyarsa, əgər onun hündürlüyü «səcdə halındadır» deyilməyəcək qədər çox olarsa, başını onun üzərindən qaldırıb, hündürlüyü dörd bağlı barmaqdan çox olmayan bir şeyin üzərinə qoymalıdır. Amma əgər onun hündürlüyü «səcdə halındadır» deyiləcək qədərdirsə, vacib zikri dedikdən sonra fərqinə varsa, başını səcdədən qaldırıb namazı tamamlaya bilər; əgər vacib zikri oxumamışdan əvvəl fərqinə varsa, alnını onun üzərindən hündürlüyü dörd bağlı barmaq qədər və ya daha az olan bir şeyin üzərinə çəkməli və vacib zikri oxumalıdır. Əgər alnını çəkməsi mümkün deyilsə, o halda vacib zikri oxuyaraq namazını tamamlaya bilər. Namazını yenidən qılması da lazım deyil.
Məsələ 1047: Gərək alın ilə üzərinə səcdə edilməsi səhih olan şeyin arasında başqa bir şey fasilə olmasın. Demək əgər möhür, alnı möhürün özünə dəyməyəcək qədər çirk olsa, səcdə batildir, amma məsələn, möhürün rəngi dəyişsə eybi yoxdur.
Məsələ 1048: Səcdədə gərək əllərin içi yerə qoyulsun. Vacib ehtiyata əsasən mümkün olan təqdirdə əlin içinin hər yerini yerə qoysun. Amma çarəsizlik üzündən əllərin arxasının da qoyulmasının maneçiliyi yoxdur. Əgər əlin arxasını da qoymaq mümkün olmasa, vacib ehtiyata əsasən, əlin biləyini yerə qoymalıdır. Onu da bacarmasa, dirsəyə qədər, hər yeri mümkünsə; o da mümkün deyildirsə, qolu yerə qoymaq kifayətdir.
Məsələ 1049: Səcdədə gərək ayaqların iki böyük (baş) barmaqlarını yerə qoysun, amma lazım deyildir ki, iki barmağın başını yerə qoysun, hətta onların zahir və ya batinini (altını və ya üstünü) qoymaq kifayət edər. Əgər ayağın baş barmaqlarını deyil başqa barmaqlarını, yaxud ayağın üstünü yerə qoysa, ya dırnağın uzunluğu səbəbindən (baş barmaq) yerə çatmasa, namaz batildir. Təqsiri və ya məsələni bilmədiyinə görə, namazlarını bu cür qılan şəxs, gərək namazlarını ikinci dəfə qılsın.
Məsələ 1050: Ayağının baş barmağından bir qədəri kəsilən şəxs, gərək onun qalanını yerə qoysun və əgər ondan bir şey qalmamışdırsa və ya qalmış olsa da qalan hissə çox azdırsa və onu heç cür yerin üstünə və ya başqa bir şeyin üstünə qoymaq mümkün deyilsə, vacib ehtiyata əsasən, gərək qalan barmaqları qoysun. Lakin barmağı yoxdursa, nə qədər ayağında yer qalıbsa, onu yerə qoysun.
Məsələ 1051: Əgər qaydadan kənar səcdə etsə, məsələn, sinə və qarnını yerə yapışdırsa, yaxud ayaqlarını bir qədər uzatsa, bu halda «səcdə edir» deyilərsə, namazı səhihdir. Amma əgər «uzanıb və düzgün səcdə etmir» desələr, səcdə adlana bilməsə, onun namazı batildir.
Məsələ 1052: Möhür və ya səcdə edilən başqa şeylərin səcdə etdiyi miqdarı gərək pak olsun. Amma əgər məsələn, möhürü, nəcis xalçanın üzərinə qoysa, ya möhürün bir tərəfi nəcis olsa, alnını onun pak tərəfinə qoysa, ya möhürün üstünün bir hissəsi pak, bir hissəsi nəcis olsa, əgər alnı nəcis etməsə eybi yoxdur.
Məsələ 1053: Əgər alnında çiban, yara və ona oxşar şeylər olsa, alnını hərçənd sıxmadan olsa belə yerə qoya bilməsə, bu halda o çiban, məsələn, alnının bütün yerini tutmasa, gərək alnın sağlam yeri ilə səcdə etsin. Əgər alnın sağlam yeri ilə səcdə etmək, yeri qazıb çibanı deşiyə qoyaraq, alının sağlam tərəfindən səcdəyə yetəcək qədərini yerə qoymasına bağlı olarsa, bunu etməsi lazımdır. (Alın dedikdə nəzərdə tutulan hissə səcdə fəslinin əvvəlində qeyd olundu.
Məsələ 1054: Əgər çiban və ya yara alnı əvvəldə qeyd olunan mə`nada tamamilə bürüsə, gərək vacib ehtiyata əsasən alnın qalan yeri olan iki tərəfini, ya onlardan birini bacardığı hər yolla yerə qoysun. Əgər bunu da edə bilməsə sifətinin bə`zi üzvləri ilə səcdə etsin və lazım ehtiyat odur ki, əgər bacarırsa çənə ilə səcdə etsin, bacarmırsa, alnın iki tərəfinin biri ilə səcdə etsin və əgər sifətlə səcdə etmək heç cür mümkün deyilsə, gərək səcdə üçün işarə etsin.
Məsələ 1055: Bir kəs otura bilir, amma alnını yerə çatdıra bilmirsə, gərək ürfən səcdə adlana biləcək qədər əyilsin və möhür, ya səcdə edilməsi səhih olan başqa bir şeyi, hündür şeyin üstünə qoyaraq, alnını onun üzərinə qoysun. Amma gərək əllərin içi, dizlər və ayağın barmaqlarını adi qaydada yerə qoysun.
Məsələ 1056: Əgər qeyd olunan halda möhürü və ya səcdə edilməsi səhih olan başqa bir şeyi, üzərinə qoymaq üçün, yüksək bir şey tapılmazsa və onun səcdə etməsi üçün, möhürü yüksəkdə tutan bir şəxs də tapılmazsa, gərək möhürü qaldırsın və onun üzərinə səcdə etsin.
Məsələ 1057: Səcdə edə bilməyən şəxs gərək səcdə üçün əyilə bildiyi miqdara səcdə deyilə bilməzsə, başı ilə işarə etsin. Əgər bacarmasa, gərək gözləri ilə işarə etsin, bunu da bacarmasa, gərək qəlbdə səcdə niyyəti edib, lazım ehtiyata əsasən, əl və bu kimi şeylərlə səcdə üçün işarə etsin və vacib zikri desin.

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə