Йардым Мяркязи " For the Sake of Civil Society "



Yüklə 10,51 Kb.
tarix21.10.2017
ölçüsü10,51 Kb.
#7304



Вятяндаш Ъямиййяти Уьрунда

Мцстягил Мяслящят вя

Йардым Мяркязи

For the Sake of Civil Society ”

Independent Assistant &

Consulting Center

Мирзя Фятяли 152

Тел/Факс: 596 08 95

E-mail: eldar@vcu.in-baku.com

Address: Mirza Fatali 152



Press-reliz

QHT-lər üçün Media və PR xidmətinin yaradılması zəruridir

Bakı şəhəri, 20 iyun 2007-ci il
Təlimçilər – Mərkəzin koordinatorları: Mehriban Rəhimli

Rəsul Hüseynzadə


QHT-lər üçün Media və PR xidmətinin yaradılması zəruridir”. Bu fikir 18-19 iyun 2007-ci il tarixdə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Counterpart İnternational tərəfindən həyata keçirdiyi “Vətəndaş Cəmiyyəti Layihəsi” çərçivəsində “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi Bakı şəhərində QHT-lər üçün “Media və ictimaiyyətlə əlaqələr” mövzusunda keçirmiş təlimdə səslənmişdir. Təlimdə “Gənc hüquqşünas qadınlar”, “Praksis” Sosial inkişafa Dayaq İB, “Gənclərin Hüquqlarını Müdafi Mərkəzi”, “Yeni Ruh” hərəkatı, “Vətəndaş Cəmiyyətində Debat” İB və digər QHT-lərin 18 nümayəndəsi iştirak etmişlər. Tədbirdə QHT-lərin PR departamentinin iş istiqamətləri, onun necə qurulması və iş prinsipləri haqqında müzakirələr aparılmışdır. Təlimdə press-reliz yazılması, mətbuat konfransının keçirilməsi qaydaları haqqında geniş məlumat verilmiş, habelə iştirakçılar bunlarla bağlı praktiki iş aparmışlar. TV və radio intervyülərinin hazırlanması və bu zaman lazım olan səriştələr, bir səhifəlik məlumat vərəqinin, uğur hekayələrinin hazırlanması da təlimdə müzakirə edilən məsələlər sırasında olmuşdur. Təlimdə Counterpart İnternational təşkilatının Media və PR departamentinin rəhbəri Aytən Əliyeva və Sumqayıt “Potensial” Mütəxəssislər birliyinin media üzrə müşaviri Aynur Qəhrəmanova iştirak etmişlər.

Təlimin sonunda iştirakçılar təlimi qiymətləndirmiş və onlara sertifikatlar təqdim edilmişdir.


Media üzrə koordinator: Rəsul Hüseynzadə

rasul@vcu.in-baku.com, rasul.huseynzade@mail.ru

tel: (012) 596-06-64



mob. (050) 342-58-40
Yüklə 10,51 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin