İXTİSASARTIRMA VƏ YENİDƏNHAZIRLANMA
TƏHSİLİ, İSLAHATLAR KONTEKSTİNDƏ REAL VƏZİYYƏT, PROSESİN TƏKMİLLƏŞDİRİLMƏSİNƏ MÜASİR BAXIŞ
Rəhim AĞAMALIYEV
(Tohsil Nazirliyi, Bakı, Azorbaycan)
Məlum
olduğu kimi, müstəqil Azərbaycan Respublikasının tohsil sistemində möhtərəm prezident cənab Heydər Əliyevin şəxsən təsdiq etdiyi İslahat Proqramına uyğun mühüm proses hoyata keçirilir. Artıq, 2000-ci ilin ilk günlərindən Proqramın ikinci morhələsi başlanmış vo həmin mərhələnin müvafıq müddəalarına uyğun olaraq nəzərdo tutu!-muş təhsil sahəsinin sosial-iqtisadi sabitliyini təmin edon problemlərin həll olunması və genişmiqyaslı islahatlann apanlınası
üçün təşkilati, hüquqi, kadr, maliyyə, maddi-texniki təminatın, eləcə də yeni idarə-etmə modelinin yaradılması istiqamətində konkret işlərin görülməsi planlaşdırılmışdır. Heç təsadüfı
deyil ki, Proqramın hər 3 morhələsin-də nozərdə tutulmuş 128 strateji tədbirdən 45-i birbaşa, bozi hallarda isə dolayısı yolla məhz təhsilin ixtisasartırma və yenidən hazırlanma pilləsi ilə bağlıdır. Deməli, bu istiqamətdə islahatların aparılması müasir tələblərə uyğun olaraq ixtisasartırma və yenidənhazırlanma təhsilinin təkmilləşdirilməsi zərurətindən, müasir şəraitin real tolob-lərindən irəli gəlir.