Jumpxv mc xghpx cvhgcjgc cghrcvhn swhgghn mc {hmhfghn


ALLAHIN ƏDALƏTLİ OLMASININ SƏBƏBİ



Yüklə 2,54 Mb.
səhifə13/27
tarix21.10.2017
ölçüsü2,54 Mb.
#7745
1   ...   9   10   11   12   13   14   15   16   ...   27

ALLAHIN ƏDALƏTLİ OLMASININ SƏBƏBİ


SUAL 15: Hansı əsasla Allahı ədalətli bilirik?

Allah-taala ən yüksək ixtiyara, yenilməz qüdrətə malik olduğu və heç bir qüvvənin tə`siri altında olmadığı halda, mümkün olan hər işi yerinə yetirmir. O, qadir olduğu hər işi yox, istədiyi işi yerinə yetirir.

Mə`lum olduğu kimi, Onun istək və iradəsi səbəbsiz, ölçüsüz deyil. O kamal sifətlərinin tələb etdiyi işi görür. Əgər onun kamal sifətləri bir işin baş verməsini tələb etmirsə, həmin iş yerinə yetirilmir. Allah-taala mütləq kamal sahibi olduğundan Onun istəyi məxluqların kamal və xeyridir. Əgər bir məxluqun varlığı dünyada şər işlərin yaranmasına səbəb olursa, onun şər olmasının səbəbi ikinci dərəcəli məqsəddir. Yə`ni xeyir işlər bir-birindən çox ayrıldığı üçün onun ardınca əksəriyyət təşkil edən xeyir ilahi iradədə gerçəkləşəcək.

Beləliklə, Allahın kamal sifətlərinin tələbinə görə dünya ən çox kamala və xeyrə malik halda yaranmışdır. Bununla da, Allah-taalanın hikmət və müdriklik sifətinə malik olması isbat olunur.

Allahın iradəsi – Onun varlığı xeyir işlərin mənbəyi olduğundan – insanın yaranışını labüd edir. İnsanın əsas üstünlüklərindən biri onun ixtiyar sahibi və iradə azadlığına malik olmasıdır. Şübhəsiz, ixtiyar və (yaxşını pisdən) ayırd etmə qüvvəsinə malik olmaq varlığın kamallarındandır. Ona sahib varlıq ona sahib olmayandan üstün və kamil hesab olunur. Lakin insanın ixtiyar sahibi olduğundan həm yaxşı və saleh əməllər yerinə yetirib, əbədi və son kamala çata bilər, həm də çirkin və bəyənilməyən işlər görüb, əbədi bədbəxtliyə və uçuruma yuvarlana bilər. Əlbəttə, Allahın istəyi insanın təkamülə çatmasıdır. Lakin təkamülə çatmaq insanın ixtiyarına verildiyi üçün onun nəfsani və şeytani istəklərə uyaraq, azğınlığa və inhirafa yuvarlanması da mümkündür. İnsanın öz istək və ixtiyarı ilə belə bir azğınlığa düşməsi də ikinci dərəcəli olaraq ilahi iradə dairəsində qərar tutacaqdır.

Haqqa yönəlmək üçün, xeyir və şər yolları düzgün tanımaq lazımdır. Allah-taala insanı xeyrə və məsləhətli işlərə çağırmış, günaha və azğınlığa səbəb olacaq işlərdən çəkindirmişdir. Belə ki, onun təkamülə doğru hərəkəti üçün zəmin yaransın. Çünki ilahi təkliflər və göstərişlər insanın öz əməllərinin nəticəsinə çatması üçün qərar verilmişdir. Bunun Allah-taalaya heç bir faydası yoxdur. Məhz bu səbəbdən də, Allahın hikməti bu təkliflərin və göstərişlərin insanın qüdrətinə münasib olmasını tələb edir. Çünki itaəti mümkün olmayan təkliflər və göstərişlər yersizdir.

Beləliklə, ədalətin ilk mərhələsinin (təklif məqamındakı ədalətin) dəlili budur ki, əgər Allah-taala öz bəndələrinə onların qüdrəti çatmayan bir vəzifə tə`yin etsə, onların yerinə yetirilməsi mümkünsüz olacaq və həmin vəzifə yersiz sayılacaq.

İnsanlar arasında hökm edərkən ədaləti gözlədikdə (bu incəliyə diqqət yetirdikdə) bu işin insanların müxtəlif savab və ya cəzalara layiq olmasını müəyyən etmək məqsədilə yerinə yetirilməsi isbat olunur. Belə ki, ədalətin əksinə olarsa, məqsədin də əksinə olar.

Nəhayət, mükafat və cəza verərkən yaradılışın son məqsədinə diqqət yetirməklə ədalət tə`min olunur. Belə ki, Allah-taala insanları yaxşı və pis əməllərin nəticələrinə çatmaq üçün yaratmışdır. Əgər tələblərin əksinə mükafat və cəza verilsə, məqsəd həyata keçməz. Beləcə ilahi ədalətin dəlili budur ki, Onun zati sifətləri hikmət və ədalətlə rəftar etməsinə səbəb olur. O, zülmə, haqsızlığa, puç və yersiz işlərə səbəb olacaq heç bir sifətə malik deyil.1

***

İLAHİ ƏDALƏT VƏ İNSANIN BAŞINA GƏLƏN MÜSİBƏTLƏR


SUAL 16: Deyirlər ki, haram qida övlada öz tə`sirini göstərir. Əgər övlada haram mal yedirən onun ata-anasıdırsa, onların günahının acısını nə üçün övlad dadmalıdır?

Aşağıda qeyd olunan bir neçə nöqtə bu sualın cavabının daha yaxşı başa düşülməsində bizə kömək edəcəkdir:



1-İlahi hikmət, yaxud Allahın işlərinin məqsədyönlü olması:

Bizim e`tiqadımız budur ki, Allahın fe`llərində (işlərində) xüsusi məqsəd vardır. Belə ki, Onun fe`li məsləhətə əsaslanır və onun xeyri məxluqlara qayıdır. Belə də deyil ki, Onun yaratdıqlarının mənfəətlərini nəzərə almaqla onun yerinə yetirilib-yetirilməməsi bərabər səviyyədə olsun. Buna görə də, Allahın fe`llərində məqsəd fail (işi görən) yox, fe`lin özüdür. Çünki Allahın zatı kamil, mütləq və ehtiyacsızdır, Onun üçün heç bir məqsəd təsəvvür edilə bilməz.2

Bu təhlilə diqqət yetirdikdə, Allahın fe`lləri məqsədli görünür. Yə`ni Allah-taala puç və yersiz işlərdən uzaq və pakdır. Onun fe`lləri hikmət üzündəndir.

2-İlahi ədalət:

Ədalətin ən düzgün mə`nası “hər şeyi öz yerində qərar verməkdir.” İlahi ədalətin mə`nası belədir: Allah-taala hər bir varlıqla ona layiq şəkildə rəftar edir, onu layiq olduğu məqamda görür, nəyə layiqsə, onu da bəxş edir bu işdə onların malik olduğu istedad qabiliyyət nəzərdən qaçırılmır.”3



3-Hikmət və ədalətin əlaqəsi:

“Hikmət” – failin (iş görənin) çirkin işlərdən çəkinməsi mə`nasını daşıyır. Bu mə`na ədalətə də şamil olunur. Çünki ədalət yaxşı, zülm və haqsızlıq isə pisdir. Buna əsasən, ədaləti hikmətin bir hissəsi hesab etmək olar.4



4-Başa gələn müsibətlərin mənbəyi:

Dünyada insanların əzab-əziyyətli, işkəncələrə mə`ruz qaldığını görür və bunu gizlədə bilmirik. Bu əzab-əziyyətlər iki səbəbi ola bilər:

a) İnsanın başına gələn müsibət və bəlalar pis işlərdən irəli gəlir, onun xəta və günahlarının nəticəsidir. İnsanın yaranışındakı hikmətli məqsədə diqqət yetirdikdə, onun ixtiyar sahibi olaraq yarandığını görürük. Bə`zi insanlar öz azadlıqlarından düzgün istifadə etmir, günaha bataraq acınacaqlı aqibətə düçar olurlar.

b) İnsanın başına gələn ağrı-acıların və bəlaların bir hissəsinin onun əməlləri ilə heç bir əlaqəsi yoxdur və günahlarının cəzası sayılmamalıdır. Məsələn, öncə bəyan olunduğu kimi, övladların bəlalarla üzləşməsi ailənin, ata-ananın onlara haram tikə daddırması və əməlləri ilə yox, başqa səbəblərlə bağlıdır.



5-İlahi ədalət və insanın başına gələn bəlalar:

Belə görünür ki, ilahi ədalət və hikmət bölməsindəki dini prinsiplərə əsasən, bəşər cəmiyyətinin başına gələn bəlaların iki qismi ilahi ədalət və hikmətlə heç bir ziddiyyət təşkil etmir. Bu ziddiyyətsizliyi iki cür təhlil etmək olar:

1. Mə`lum olduğu kimi, insanın öz əməlinin nəticəsi olan bəlaların Allahla heç bir əlaqəsi yoxdur. Allahın ədalətinə əsasən, bu bəlalar insanın öz əməllərinin nəticəsidir. Lakin insanın öz əməlləri ilə bağlı olmayan və başqalarının günahı nəticəsində qarşısına çıxan ağrı-acılar və bəlaları Allah-taala Öz ədaləti və rəhməti sayəsində aradan qaldırır; yə`ni O, dünya, ya axirətdə zərər çəkən insana elə bir ne`mət bağışlayır ki, bu yolla öncəki ağrı-acı və çətinliklər aradan qalxır, yaddan çıxır. Haram mal yeyən şəxsin pis əməli nəticəsində övladın müsibətə düçar olmasına baxmayaraq, Allah-taala Öz ədalətinə əsaslanaraq, bu müsibəti aradan qaldırır. Əlbəttə, Allahın bu işi o zaman baş verir ki, insan, ya da övlad müxtəlif səbəblər üzündən öz iradə və istəyinin ardınca getməyib, yaşayış yolunu dəyişsin. Əgər öz iradəsindən düzgün şəkildə istifadə etməyə və həyat proqramlarını atasının tutduğu yoldan ayırmağa qadir olsa, hidayət yoluna düzəlir. Müsibətlərin davamı və onların ağrısı insanın öz əməllərinin nəticəsi oluduğundan, ilahi ədalət həmin övladın (pis işlər ardınca gedərək öz həyat proqramlarını dəyişmədikdə) istər dünya, istərsə də axirtdə cəzalanmasını tələb edir.

2. İkinci təhlil aşağıdakı nöqtələrə diqqət yetirdikdə aydın olur:

a) Kainatın və aləmin xüsusi nizamı var. Ona hakim qayda-qanunlar əbədi və dəyişməzdir. Bu qayda-qanunların ən üstünü “səbəb-nəticə” (determinizm) qanunudur. Bu qanuna əsasən, mümkün olan hər bir varlığın müəyyən səbəbi var. Səbəb və nəticə arasında müəyyən əlaqələr mövcuddur. Belə ki, hər nəticə hər səbəbdən vücuda gəlmir.

b) Dünyaya hakim qayda-qanunlar zati deyildir. Belə ki, dünya mövcud ikən onun qayda-qanunlarının və nizam-intizamının dəyişməsini fərz etmək qeyri-mümkündür. Necə ki şirinliyi olmayan şəkər rütubəti olmayan su fərz etmək mümkün deyil.

v) Dünyanın sabit, əbədi və dəyişməyən aləmləri arasında fərqlərin mövcud olması zəruridir. Məsələn, səbəb və nəticə arasındakı əlaqə tələb edir ki, kor, ya şikəst halda doğulmuş səbəbi aydınlaşsa, ona (bir uşağın kor, yaxud şikəst doğulması ilə) uyğun gələn nəticə də olmalıdır. Başqa bir misala diqqət yetirin: Haram mal yemək və onu başqasına yedirtmək insanın dünyada bəlalara, müsibətlərə düçar olmasına səbəb olur. Əksinə, halal mal yemək və onu başqasına yedirtmək mal-dövlətin bərəkətli olması ilə nəticələnir. Buna əsasən, Allahın yaratdıqları arasında fərqlərin mövcudluğu sabit və diyişməyən qayda-qanunlara görədir. Onların dünyadan kənarlaşması mümkün deyildir. Ümumiyyətlə, gözəl nizama əsasən, belə bir tələb ilahi ədalət və hikmətdən qaynaqlanır.

Bu məsələlərə diqqət yetirdikdə, demək olar ki: Haram mal yeyən övladın bə`zi kamallara çatmamasının, eləcə də bəla və müsibətə düçar olmasının səbəbi obyektiv aləmə hakim qayda-qanunlardır. Beləliklə, haram yeyən övladın bəla və müsibətə düçar olması Allahın ədalətinə əsla zidd deyil. Bu, Allahın haqsızlıq, ya (insanlar arasında) fərq qoymasından qaynaqlanmır. Onu Allah tərəfindən pis bir iş hesab etmək olmaz. Bundan əlavə, ilahi ədalət və hikmətə əsasən, həmin övlad ixtiyar və iradə azadlığına malikdir. Ondan yaxşı istifadə etməklə özünü atasının süfrəsindən yediyi haram malın acınacaqlı nəticəsindən azad edə bilər. Ümumiyyətlə, diqqət yetirmək lazımdır ki, insan zəhmətkeş, məs`uliyyətli bir varlıqdır. O gözəl həyat sürmək üçün sə`y etməli, təbiət və cəmiyyətin bəyənilməyən amillərilə, eləcə də insanın (öz atası olsa belə) zülm və pis əməlləri ilə mübarizə apararaq öz gələcəyini işıqlandırmalıdır.

***


Yüklə 2,54 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin