Jumpxv mc xghpx cvhgcjgc cghrcvhn swhgghn mc {hmhfghn


ZƏRURİ VARLIğIN (ALLAHIN) MÜTLƏQ KAMİL OLMASI



Yüklə 2,57 Mb.
səhifə11/27
tarix21.10.2017
ölçüsü2,57 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   ...   27

ZƏRURİ VARLIğIN (ALLAHIN) MÜTLƏQ KAMİL OLMASI


SUAL 11: “Vücud” sübutunda qeyd olunduğu kimi, mümkün varlıqlar öz varlıqlarını yalnız “zəruri varlıq”dan (Allahdan) alırlar. Bəs nə üçün “zəruri varlıq” mütləq kamil olmalıdır? O zat bütün varlıqların yaranmasına səbəb olduğu, eyni zamanda Özünün heç bir yaradanı olmadığı halda naqis ola bilməzmi? Nə üçün zamandan kənarda – mücərrəd varlıqlar üçün belə – hərəkət və dəyişiklik qeyri-mümkündür?

ZƏRURİ VARLIQ


“Zəruri varlığın” mütləq kamil olması məhz həmin məfhumun özündən alınır. Belə ki, “zəruri varlıq” naqis olarsa, bir kamal üçün imkan halı olmayasıdır. Başqa sözlə, Onun zatı kamal sayılan sifətin birinə malik olmayacaqdır. Belə bir şəraitdə, “zəruri varlığın” zatı bə`zi kamallara malik olub, digər kamallardan uzaq olmalıdır. Bu da, – əqlə əsasən, – “zəruri varlığın” varlıq və yoxluqdan ibarət olması mə`nasını ifadə edəcəkdir; yə`ni Allah-taala bir sıra kamallara sahibdir, digər kamallardan uzaqdır. Mürəkkəb varlıq– hətta əqli təhlillərə əsasən, hissələrdən təşkil olsa – öz hissələrinə möhtac olacaqdır. Belə olan təqdirdə, möhtac varlıq mümkün sayılacaqdır; yə`ni malik olmadığı kamallarla bağlı imkan formasını daşıyacaqdır. Başqa sözlə, Allahın zatı vacib varlıqdan uzaqlaşıb, mümkün varlıqlar sırasına daxil olacaqdır. Halbuki bu, bizim fərz etdiyimiz zat Allah-taalanın zəruri varlıq olması ilə uyğun gəlmir və həqiqətin əksinədir.

“Zəruri varlığın” əqlin təhlil etdiyi hissələrdən ibarət olmasının səbəbi budur ki, əql təklikdə məhdud varlıqları iki hissədən – vücud və mahiyyətdən ibarət bilib, başqa sözlə, mümkün varlıqlarla təhlil edir. (Çünki mümkün olan hər bir şey vücud və mahiyyətdən təşkil olunmuşdur.) Lakin “vacibül-vücud” mütləq vücuddur və əql heç bir mahiyyəti ona aid edə bilmir. Buna əsasən, Allah-taala hər bir tərkibdən, hətta əqlin təhlilindəki tərkibdən uzaqdır.1

Beləliklə, “zəruri varlığın” məfhumuna diqqət yetirdikdə, deməliyik ki, Allah-taala bütün kamallara malikdir, həqiqətdə mütləq kamaldır. Onun müqəddəs zatından bə`zi kamalları ayırmaq, “zəruri varlığı” vacib və zərurilik halından çıxarmaq, mümkün bir varlıq saymaqdır. Bizim fərziyyəmizə görə isə Allah “zəruri varlıq”dır.

HƏRƏKƏT VƏ ZAMAN


Hərəkətin zamansız baş verməməsinin səbəbi budur ki, hərəkət və zaman arasında ayrılıq yoxdur. Varlıqlar hərəkət vasitəsilə zamana malik olur. Cisimlərin varlıq zatında həm hərəkət və diyişiklik, həm də zamanla həqiqi əlaqələri var!” – deyə bilmərik. Başqa sözlə, bizim dərk etdiyimiz və adını “zaman” qoyduğumuz həqiqət hərəkət, keçici dövr, tədrici yeniləşmə və seyr etməkdən başqa bir şey deyil. Bunlar xarici həqiqətə işarə edən tə`birlərdir və həqiqətin, yaxud maddi varlıqların xüsusi keyfiyyətindən, yə`ni sabit yox, keçici olmasından ibarətdir.

“Zaman” hərəkətin və keçici dövrün məhz xarici həqiqətidir və maddi həqiqətlərin hər hansı birinin zatında qoyulmuşdur. Bə`zən filosofların dilində belə bir ifadə ilə qarşılaşırıq: Zaman hərəkətin keçici dövrün miqdarından ibarətdir.” Diqqət yetirmək lazımdır ki, hərəkət və keçici dövrün miqdarı,onların məhz özüdür; yə`ni hərəkət və keçici dövrü bir şey, onun miqdarını isə başqa bir şey təsəvvür etmək olmaz. Həqiqətdə onun miqdarı müəyyən formadan (xarici hərəkət və keçici dövrdən) ibarətdir. Belə ki, müəyyən bir hərəkət və keçici dövr zamanın adını özünə götürür.2

“Zamanın mücərrəd olması” məsələsinə gəldikdə isə, bu düzgün iddia deyildir. Zaman maddi varlıqların xüsusiyyətlərindəndir. Mücərrəd varlıqların yalnız bir qismi üçün ikinci dərəcəli zaman və məkan nəzərdə tutmaq olar. O da bədənlə əlaqəli ruhdur. Deməli, insanın bədəni harada olsa, ruhu da oradadır. Bədən mövcud olduğu qədər ruh da mövcuddur. Belə bir məkan və zamana sığmaq həqiqətdə bədənin xasiyyətindəndir. Sadəcə ruh onunla əlaqəli olduğundan məcazi olaraq ona aid edilmişdir.3

ALLAHIN DÜZ DANIŞMASI


SUAL 12: Qur`ani-kərimdə nazil olanların həqiqiliyinə yəqinlik məqsədilə Allahın düz danışmasını necə isbat etmək olar?

Allahın danışığı ilahi rübubiyyətin, dünya və insana müdiriyyətin tələbidir. Bu danışıq elm, hikmət, insanların doğru yol yönəlişi, düzgün mə`rifətin əsasıdır. Onun hansısa söhbətlərinin həqiqətə uyğun gəlməməsi (yalan danışması) ilahi hikmətin əksinədir. Allahın hikməti və müdrikliyi insanları Onun söhbətlərinə inanmağa, də`vət edir, onlara düzgün mə`rifət yolunu tanıtdırır. Beləcə yalan Allahın sözlərinə e`timadsızlıq yaradır. Bu, məxluqatın hidayət və mə`rifətinə yönəli ilahi məqsəd və hikmətə uyğun gəlmədiyindən Allah-taalanın bütün kəlamları və sözləri haqq və doğrudur.1

Bundan əlavə, yalan çirkin sifətlərdən sayıldığı üçün nadanların, ehtiyaclıların, aciz və qorxaqların üslubu olduğuna görə Allahın rübubiyyət məqamından uzaqdır. Allah-taala bəyənilməyən sifətlərə malik deyildir, üstəlik belə sifətlər Ondan uzaqdır. Eləcə də, Allah-taala heç bir şeyə ehtiyac duymadığı və Onda heç bir nöqsan olmadığı üçün yalan danışmır. Allah-taala bütün gözəl və kamal sifətlərə kamil şəkildə malik olduğundan, ən düz danışandır. Necə ki, Qur`ani-kərimdə bu həqiqətə belə işarə etmişdir: “...Allahdan daha doğru danışan kim ola bilər?”2

Ümid edirik ki, aşağıdakı incə-nöqtələrə diqqət yetirməklə Allah-taalanın sifətlərini dərk edək.


MÜTLƏQ VARLIQ


Öncə isbat olunduğu kimi, Allah-taala mütləq varlıq və mütləq həqiqətdir. Buna görə də, Ona yoxluq və fanilik yol tapa bilməz. Digər tərəfdən isbat olunmuşdur ki, kamal varlığa bərabərdir və nöqsanın mənbəyi yoxluqdur. Buna əsasən, Allah-taalanın zatı həqiqi kamala malikdir; çünki həqiqi kamal varlığa və həqiqətə qayıtmaqdan ibarətdir. Allahın zatı mütləq varlıq olduğu üçün mütləq kamaldır. Başqa sözlə, Allahın zatı mütləq varlıq olduğu üçün, (mümkün varlıqlar kimi) Ona əsla hədd tə`yin etmək olmaz. Buna əsasən, bütün səciyyələr, o cümlədən, ən yüksək və mütləq kamal Onun zatına aid edilir. Onun müqəddəs zatı heç vaxt naqis sifətlərlə –nadanlıq, zəiflik, qaranlıq və yalanla... vəsf olunmaz. Elm, düz danışıq, qüdrət və həyat kimi kamal sifətləri ən yüksək həddə Ona aid edilir. Çünki O, mütləq varlıqdır və kamillik varlığa bərabərdir.3

***



Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə