Jumpxv mc xghpx cvhgcjgc cghrcvhn swhgghn mc {hmhfghn


ALLAHIN ƏBƏDİ VƏ ƏZƏLİ OLMASI



Yüklə 2,57 Mb.
səhifə12/27
tarix21.10.2017
ölçüsü2,57 Mb.
1   ...   8   9   10   11   12   13   14   15   ...   27

ALLAHIN ƏBƏDİ VƏ ƏZƏLİ OLMASI


SUAL 13: Zəruri varlığın əbədiliyini necə isbat etmək olar? Zəruri varlıq özünü yox edə bilərmi?

“Zəruri varlıq” məfhumundan Allahın əzəli və əbədi olması aydınlaşır. Çünki zəruri varlığın səbəbə heç bir ehtiyacı yoxdur və O mümkün varlıqların səbəbidir. Buradan “zəruri varlıq” üçün iki sifət isbat olunur:

1. Onun başqa varlıqlara möhtac olmaması; çünki Onun başqa bir varlığa azacıq belə ehtiyacı olsa, həmin varlıq Onun səbəbi (və yaradanı) olacaqdır. Səbəbin də mə`nası budur ki, başqa bir varlıq ona möhtac olsun.

2. Mümkün olan varlıqlar Onun nəticəsi və Ona möhtacdır. Allah, onların yaranışının ilk səbəbidir.

Bu iki məsələni nəzərə almaqla deyə bilərik: Başqa bir varlığa möhtac olan varlıq ona tabedir və səbəbi aradan qalxsa vücuda gələ bilməz. Başqa sözlə, desək, bir varlığın müəyyən bir zamanda məhvi onun möhtac və mümkün bir varlıq olmasının əlamətidir. “Zəruri varlıq” sözsüz ki, mövcuddur, həmişə yaşayacaq və heç bir varlığa da möhtac deyil. Beləliklə, “zəruri varlıq” üçün iki sifət isbat olunur: 1-Əzəlilik; yə`ni Onun üçün keçmişdə yoxluq məfhumu təsəvvür olunmur. 2-Əbədilik; yə`ni gələcəkdə də əsla yox olmayacaq. Deməli, yoxluğa və məhvə məhkum hər bir varlıq “zəruri varlıq” deyil.1

Qeyd edilənlərə diqqət yetirməklə aydın olur ki, “zəruri varlığın” özünü məhv etməsi mümkün deyil; çünki Onun varlığı vacib və zəruridir. Əgər bu zərurəti öz üzərindən götürmək istəsə, onun zatında inqilab yaranar və bu da, onun “zəruri varlıq” olması ilə uyğun gəlməz. Başqa sözlə, “zəruri varlığın” məhvi qeyri-mümkün bir varlıq deməkdir. Buna əsasən, özünü məhv etməyə qadir olan varlığın məhv olması mümkündür və məhv olması mümkün olan varlıq “zəruri” yox, «mümkün» varlıq adlanır.

***

İLAHİ ƏDALƏTİN MƏ`NASI


SUAL 14: İlahi ədalət məsələsi ilə əlaqədar belə bir sual yaranır: Qur`an ayələrinə və tutarlı dəlillərə əsasən, zinadan dünyaya gələn şəxs mö`min ola bilməz. Ümumiyyətlə, onun günaha meyilli olması üçün zəmin daha böyükdür. Digər tərəfdən, hədisi-qüdsidə deyilir ki, zinadan dünyaya gələn şəxs behiştə daxil olmaz və heç vaxt Əhli-beyti (ə) sevməz. İlahi ədalətə əsasən, (zinada heç bir rolu olmayan) zinadan dünyaya gələn şəxs belə olmalıdırmı?

“Ədalət” hər şeyi öz yerində qərar verməkdir. Əmirəl-mö`minin Əli (ə) bu barədə buyurmuşdur: Ədalət hər şeyi öz yerində qərar verməkdir.”2

Bu tərifə əsasən, ilahi ədalət budur ki, Allah-taala Öz hikmətinin tələbi əsasında dünyanı xeyirli və kamil, eləcə də, müxtəlif varlıqları son hədəfə uyğun halda yaratmışdır.

Digər tərəfdən ilahi ədalətə əsasən, varlıq aləmi elə xəlq olunmuşdur ki, öz varlıq mərtəbəsinə mütənasibdir və hər bir yaranmış üçün ona uyğun gələn qayda-qanunlar, adət-ən`ənələr mövcuddur. Bu arada maddi və bizim həyat sürdüyümüz aləm elə xəlq olunmuşdur ki, Öz varlıq mərtəbəsinə mütənasibdir. Bu səbəbdən də, ona xüsusi nizam hakimdir. İxtilaflar, dəyişikliklər, hərəkət, tə`sir göstərmək və tə`sirlənmək bu dünyanın ayrılmaz xüsusiyyətlərindən sayılır.


VARLIQLARIN TƏ`SİRİ


Dünyanın qayda-qanunlarından biri varlıqların bir-birinə tə`sir göstərməsi və tə`sirlənməsidir. Yə`ni bir sıra amillər bir varlığın müəyyən formaya düşməsinə tə`sir göstərir və o həmin amildən tə`sirlənir. Buna torpaq, günəş və su vasitəsilə bir ədəd toxumun bitki olmasını misal göstərmək olar. Belə ki, bitkinin dəyişməsi bu üç amilin necəliyinə bağlıdır.

Başqa bir misal: Fizioloji və bioloji xüsusiyyətlər uşağın cisminə birbaşa tə`sir göstərir. Belə ki, valideynin ruhi xüsusiyyətləri rüşeymə öz tə`sirini göstərir. Şəriətə uyğun olmayan yolla nütfənin bağlanmasında, eləcə də, belə bir övladın dünyaya gəlişində anaya hakim ruhiyyə səbəbindən, günahdan dünyaya gələn uşağın günaha meyli daha güclü olur. Bu, maddi aləmə uyğun qayda-qanunlardan tə`sirlənir. Bir sıra səbəb və amillər varlığa öz tə`sirini göstərir və həmin varlıq bu səbəb və amillərdən tə`sirlənir.

Yer üzündəki varlıqlar içərisində insan özünəməxsus xüsusiyyətə və formaya malikdir. Bu da, insanın həqiqi tərkibindən – cism və ruhdan aslıdır. İnsanın quruluşu elə tənzimlənmişdir ki, bu dünyada bir sıra səbəb və amillər müqabilində müqavimət göstərməyə, onlardan tə`sirlənməməyə, hətta onların tə`sirinin qarşısını almağa qadirdir.

İnsan elm, iradə və azadlığa malik olduğu üçün, – maddi və digər amillər nəticəsində birbaşa sıxıntıda olmasından əlavə – müqavimət göstərmək və onların tə`siretmə qabiliyyətinin qarşısını almaq qüdrətinə malikdir.


ZİNADAN DÜNYAYA GƏLƏN ŞƏXSİN İXTİYARI


Zinadan dünyaya gələn şəxs elm və biliyini artırmaq, doğru yol seçərək ata-anasının yaratdığı cərəyanın əksinə hərəkət etmək gücündədir. Əlbəttə, bu təbii cərəyanla mübarizə aparmaq böyük müqavimət tələb edir və insanın çoxlu çətinliklərlə üzləşməsinə səbəb olur. Lakin Allah-taala həmin çətinliklərə görə, öz istəyinin əksinə hərəkət edib, saleh əməl yerinə yetirən şəxsin savabını iki qat verəcəkdir. Əgər zinadan dünyaya gələn şəxs öz ata-anasının yol verdiyi günahın tə`sirindən məcburi şəkildə günaha yönəlmişsə, onun cəzalanmasının səbəbi nədir? İlahi cəza və əzab insanın qarşısında yaxşı və pis yol olduqda və insan seçim apara bildikdə həyata keçir. Belə ki, yaxşı yol seçib saleh iş görərsə savab qazanar, yox əgər pis yol seçib günaha yol verərsə, ilahi əzaba düçar olar. Bu məsələ bütün insanlara, hətta zinadan dünyaya gələnlərə aiddir. İlahi cəzanın zinadan dünyaya gələn şəxs barəsində bəyan olunmasının səbəbi budur ki, o, ixtiyar və iradə sahibidir, öz yolunu və taleyini dəyişdirmək qüdrətinə malikdir.

Uşağın şəriətə uyğun gəlməyən çatışmazlıqları maddi aləmə hakim nizamın əksinə olmadığı üçün, ilahi ədalətin ziddinə də deyil. Digər tərəfdən, zinadan dünyaya gələn şəxsin elm, iradə və azadlığa malik olması insana hakim adət-ən`ənənin tələbinə görədir. Bu da, ilahi ədalətdən sayılır. Həmçinin, zinadan dünyaya gələn şəxs ixtiyar sahibi olduğu və öz yolunu dəyişməyə qadir olduğu halda, onu dəyişmədiyi üçün ilahi ədalət çərçivəsində cəzalanacaqdır.

***



Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə