Jumpxv mc xghpx cvhgcjgc cghrcvhn swhgghn mc {hmhfghn


ALLAHIN ZATI HAQQINDA ANLAYIŞ



Yüklə 2,57 Mb.
səhifə9/27
tarix21.10.2017
ölçüsü2,57 Mb.
#7744
1   ...   5   6   7   8   9   10   11   12   ...   27

ALLAHIN ZATI HAQQINDA ANLAYIŞ


SUAL 8: Allahın zatı haqqında izahat verin.

Bəşər cəmiyyəti Allahın gözlə görünməyən zatını dərk etməyə qadir deyil. Bu barədə fikirləşən, heyrət və sərgərdanlıqdan, azğınlıqdan başqa bir şey qazanmaz.

“Qeybi huviyyət”, “qeybi zat”, “zat məqamı”, “zat mərtəbəsi”, bə`zən də (“ünəqa” və “qeybül-qüyub” – “qeyblərin qeybi” kimi) başqa sözlərlə ifadə olunan ilahi zat mütləq varlıqdır. Onun heç bir hədd-hüdudu yoxdur. O istər məfhumi, istərsə də xarici nümunə baxımından konkretləşmədən pakdır. Onun nə adı var, nə əlaməti; nə isimdir, nə sifət; nə bir ad və sifətlə, nə də mütləq şəkildə – həmin sifət və ad olmadan məhdudlaşır; nə bir konkretləşmə ilə, nə də o konkretləşmə olmadan konkretləşir; hətta mütləqlik və konkretləşmənin olmaması ilə ona şərt qoyulmur. Çünki şərt və konkretləşmənin olmaması da öz növbəsində bir növ konkretləşmə və şərt sayılır. Allahın zat məqamı onların hamısından pakdır. Lakin Onun bütün ad və sifətləri zat məqamından tə`sirlənib, təcəlla məqamında aşkarlanır.

Buna görə də, Allahın zatını əql, güman, kəşf vasitəsilə dərk etmək qeyri-mümkündür və bütün bunlar həmin məqamı qavramaqda tamamilə acizdir. Əgər bu barədə fikirləşsələr, heyrət içində qalar, yaxud azğınlığa düşərlər. Nəinki ona çatmaz, hətta ondan uzaqlaşarlar. Qur`ani-kərimdə buyurulur: “(Rəbbin) Onların keçmişini , gələcəyini bilir. Onların elmi isə Allahın zatını əhatə edib qavraya bilməz.”1


ALLAHIN ZATI HAQQINDA FİKİRLƏŞMƏK


İnsan Allahın zatından başqa hər şeyi dərk edə bilər. Onun zatı hər şeydən üstündür və öz məxluqudur. Hətta “işarə” ilə bu məqama yol tapmaq qeyri-mümkündür–istər hissi işarə ilə, istərsə də zehni, əqli və xəyali işarə ilə. Bəli, konkretləşməyən zata neçə işarə etmək olar?

Məhz bu səbəbdən də Allah-taalanın zatı haqqında fikirləşmək qadağan olunmuşdur. İmam Rza (ə) buyurmuşdur: “Allahın zatını hansısa bir şeyə bənzədən şəxs Onu tanımamış, zat məqamına çatmaq (onu anlamaq) istəyən şəxs Onun yeganəliyini qəbul etməmişdir. Allahın zatını zehnində təsəvvür edən şəxs Onun həqiqətinə çatmamış, Allahın zatının hədd-hüdudu olduğunu deyən şəxs Onu təsdiq etməmiş və Onun zatına işarə edən şəxs Allaha üz tutmamışdır.”2

Hətta əql və eşq bir-birinə qoşulub, Allahın zat məqamına doğru yüksəlmək istəsə, heyrət və sərgərdan vəziyyətdə qalaraq, heç bir yerə çata bilməyəcək və bu sahədə öz acizliklərinə e`tiraf edəcəklər.

Dua edən “dua”, ibadət edən “ibadət”, zikr edən “zikr”, arif “irfan” məqamında Allahın adları zahir olan zaman Onun həqiqi zatına üz tutur. Onu adları və sifətləri ilə yad edirlər. Başqa sözlə, Allahın zatına yol tapmaq qeyri-mümkün olduğundan Onun zatını adları ilə çağırırlar.3



QUR`AN NÖQTEYİ-NƏZƏRİNDƏN ALLAH


Allah-taala barəsində dəqiq, əhatəli və aydın tərif bəyan edən Qur`ani-kərim Onu bizə yalnız adları və sifətləri ilə tanıtdırır.

Qur`ani-kərim Allah-taalanı adları və sifətləri vasitəsilə ən kamil həddə təqdim etmiş, alim və geniş mərhəmət sahibi,4 tez hesab çəkən, diri və əbədi,5 uca, böyük və haqq,6 əzəmət və kərəm sahibi7 hər şeydən ehtiyacsız8 sifətləri ilə vəsf etmişdir.

Qur`ani-kərim nöqteyi-nəzərindən Allah hər şeydən ucadır;1 yə`ni bizim təsəvvür etdiyimiz hər şeydən üstündür və heç vaxt Onun həqiqətini, cəlal və camal sifətlərini olduğu kimi dərk etməyə qadir deyilik.2

Allah təkdir,3 onun tayı-bərabəri, bənzəri, oxşarı4 və özündən başqa heç bir mə`bud yoxdur.5

Allah varlıq aləminin və kainatın həqiqi padşahıdır. O, hər nöqsandan pak, müqəddəs, salamatlıq və əmin-amanlıq bəxş edən, əziz, islahatçı və böyüklüyə layiq, yenilməz qüdrət sahibi6 və hər şeyə qadirdir.7

Allah bağışlayan və mehribandır. Bu iki sifət Onda elə bir həddə əks olunmuşdur ki, Qur`anın bütün surələri bu iki sifətlə – “Bismillahir-Rəhmanir-Rəhim”lə başlayır. O, bəndələrinə qarşı mehriban və rəhmli olmağı Özü üçün əzəldən zəruri etmişdir!8

Allah-taalanın əzəməti, böyüklüyü və kərəmi son həddədir. O, insana boyun damarından da yaxındır. İnsanın adi hərəkətlərindən tutmuş ürəyindən keçən ən gizli hisslərədək hər şey Allaha mə`lumdur.9

Allah yenilməz qüdrət və qüvvət,10 ne`mət,11 rəhmət12 və böyük fəzilət sahibi13, tövbələri qəbul edən,14 insanları sevəndir.15

Allah-taala kainatı, göyləri və yeri yaradan,16 ixtiyar sahibi, aləmlərin Rəbbi, maliki və idarəedicisidir.17 Onun yaradılışda, hakimiyyətdə, hökm etməkdə, rübubiyyətdə, şəfaətdə, ümumiyyətlə heç bir sahədə şəriki və bənzəri yoxdur.18

Bütün insanlar Allaha möhtacdır. Allah isə ehtiyacsızdır. O, insanların ibadətinə belə möhtac deyil. Allah şükrə, tə`rifə layiqdir, Onun bütün işləri bəyəniləndir.19

Allah-taalanın rəhmət və qüdrəti genişdir, insanlara istədiyi kimi əta edir, ruzi verir.20 O hər yerdə bizimlədir və hər işimizdən agahdır.21 Bir sözlə, hər tərəfə üz tutsaq, Allah oradadır.22

O, duaları eşidən, qəbul edəndir.23

***

ALLAH–TAALANIN MADDİ OLMAMASININ SÜBUTU


SUAL 9: Allah-taalanın maddi və mütləq şəkildə möhtac olmamasını necə sabit etmək olar?


Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin