JURNALİST ETİKASI
kursu üzrə proqram
(bakalavr pilləsi)
Partnership for Good Governance
Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq
Bu nəşr Avropa İ faqı və Avropa Şurasının birgə “Azərbaycanda
ifadə
azadlığı və media azadlığı” layihəsinin vəsai ilə ərsəyə gəlmişdir.
Burada ifadə olunan fikirlər heç bir halda Avropa İ faqının və ya
Avropa Şurasının rəsmi mövqeyi kimi qəbul edilə bilməz.
Bu nəşrin tam və ya
bəzi hissələrinin təkrar nəşri, eləcə də tərcüməsi
ilə əlaqədar müraciətlər Kommunikasiyalar İdarəsinə
ünvanlanmalıdır: publishing@coe.int
Bu nəşr ilə bağlı hər hansı digər yazışma Media İdarəsinə
ünvanlanmalıdır.
@ Avropa Şurası, 2017-ci il
Tər bçilər:
Sevinc Əliyeva, filologiya
üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universite nin dosen ;
Seymur Kazımov, jurnalist, media mütəxəssisi
Rəyçi:
Jelena Surculija Milojevic, Belqrad
Universite nin müəllimi
1
1. Kursun məqsədi
Peşəkar jurnalist fəaliyyətində davranış normaları,
etik prinsiplər
kursun predmeti kimi. Jurnalist etikasının digər ictimai elmlərlə əlaqəsi.
Etika və peşə etikası anlayışları. Əmək bölgüsü peşə əxlaqının
əmələ gəlməsində həlledici amil kimi. “Jurnаlist еtikаsı” kursunun
əsаs məqsədi jurnаlistikаdа qəbul еdilmiş
еtik nоrmа və prinsipləri
nəzərdən keçirmək, Avropa ölkələrinin bu sаhəyə аid oturuşmuş etik
təcrübə sistemindən Azərbaycan mediasının nеcə yаrаrlаndığını
аrаşdırmаqdır.
2. Kursun gözlənilən nəticəsi
Tələbələrə jurnalistikanın
ali prinsipləri, o cümlədən peşəkar
karyeralarının çətin dövrlərində jurnalistlər üçün əsas prioritetin etik
dəyərlərə sadiq qalmaları aşılanacaq.