Kafedra: Kənd təsərrüfatı texnikası



Yüklə 121 Kb.
səhifə1/5
tarix10.10.2022
ölçüsü121 Kb.
#118202
  1   2   3   4   5
Hey.Mex.Muh1




AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ


Kafedra: Kənd təsərrüfatı texnikası
Fənn: Heyvandarlığın mexanikləşdirilməsi
Müəllim: Dos. S.N.Məmmədov
M Ü H A Z İ R Ə № 1
HEYVANDARLIQ FERMER TƏSƏRRÜFATININ
İSTEHSALAT PROSESLƏRİ


P L A N

1. Heyvandarlığın mexanikləşdirilməsinin əsas istiqamətləri.


2. Heyvandarlıq və quş saxlanılan binalar.


Gəncə 2022
G İ R İ Ş

Heyvandarlıq kənd təsərrüfatının ən böyük və əhalinin ərzaq məhsullarına olan tələbatının çox hissəsini təmin edən bir sahədir. Əgər Elmlər Akademiya-sının verdiyi məlumatları nəzər­dən keçirsək normal insan orqanizmi üçün orta hesabla 3000 kkal enerji tələb olunursa onun 60-70 faizini heyvandar­lıq məhsul-ları təşkil edir. Belə ki, bir nəfərə illik orta hesabla 60-70 kq ət, 600-650 kq süd, 200-250 ədəd yumurta və başqa məhsullar tələb olunur.


Heyvandarlığın inkişaf etdirilməsi və onun məhsuldar­lığının artırılmasına təsir edən faktorlar çoxdur. Onlardan əsası heyvanların cinsinin yaxşılaşdırılması, etibarlı yem bazası yaratmaqla yeni texnologiya əsasında hazırlanması, zootexniki tələbata uyğun yemləndirilməsi, heyvandarlıq məhsullarının istehsalı, emalı, saxlanması, istifadəsi və başqa əsas məsələlər daxildir. Heyvandarlıq məhsulları-nın yeni texnologiya əsasında istehsalı, onun səmərəli istifadəsi maya dəyərinin aşağı salın­masına başqa göstəricilərlə yanaşı istehsalat proseslərinin mexanikləş-dirilməsi və avtomatlaşdırılmasının böyük əhəmiy­yəti vardır.
Mexanikləşdirmə və avtomatlaşdırma müxtəlif istehsa­lat proseslərində yem-lərin hazırlanması, paylanması, suyun verilməsi, peyinin təmizlənməsi, mikroiq-limin normal saxlan­ması, sağım və südün ilk emalı, qoyunların qırxılması, çimiz­dirilməsi, yunun preslənməsi, quşçuluqda digər işlərlə yanaşı yumurtanın yığıl-ması, çeşidlərinə ayrılması, qablaşdırılması, heyvanların kəsilməsi, ətin emalı, kolbasa hazırlanması, qab­laşdırılıb yarım fabrikat halına salınması və digər çox sahələri əhatə edir. Bu göstərilən işlərin mexanikləşdirilib avtomatlaş­dırılması heyvandarlıq məhsullarlının artırılması ilə yanaşı ona çəkilən ümumi xərclərin azalması və heyvanların faydalı­lıq əmsalının artırılmasına səbəb olur. Heyvanların faydalılıq əmsalı istehsal olunan məhsula sərf olunan enerjinin heyvanın tam mənimsədiyi enerjiyə olan nisbəti kimi nəzərdə tutulur.
Bunlardan göründüyü kimi istehsal proseslərində istifadə olunan mexanikləş-dirmə və avtomatlaşdırma heyvandarlıqda xüsusi fərqlənməklə onların bioloji xüsusiyyətlərini nəzərə almalıdır. Belə ki, tarlaçılıqda tətbiq olunan vasitələrdə bitki­nin bioloji xüsusiyyətləri nəzərə alnırsa, heyvandarlıqda hey­vanla­rın xüsusiy-yətləri nəzərdə tutulmalıdır. Məsələnin bu çür qoyuluşu sistem adlanır. Əgər tarlaçılıqda işlər "İnsan-maşın" prinsipində görülürsə (buna energetik sistem deyilir) heyvan­lara qulluq işlərində, "insan-maşın-heyvan" və ya "biotexniki" sis-tem adlanır. İkinci sistem birinciyə nəzərən mürəkkəb və çətin sistemdir. Belə ki, "İnsan-maşın" sistemində maşının ida­rə olunması yalnız insanın iradəsindən asılıdırsa, ikinci "bio­tex­niki" sistemdə tətbiq olunan texnika insan tərəfindən idarə olunmağına baxmayaraq heyvanın bioloji xüsusiyyətlə­rini nəzərə almasa o öz tətbiqini tapa bilməz. Bu prosesi əsa­sən sağım aqreqatlarına şamil etmək olar. Odur ki, texnikanın heyvandarlıqda tətbiqi onların bioloji xüsusiyyətlərini nəzərə alaraq tətbiq olunmalıdır. Buradan göründüyü kimi, heyvan­darlığın mexanikləşdi-rilməsi və avtomatlaşdırılması zamanın tələbidir.
Odur ki, mexanikləşdirmənı tətbiq və idarə edən şəxslər xüsusi hazırlığa malik olmalıdırlar. Onların hazırlanması orta, orta ixtisas və ali məktəblərdə həya-ta keçirilir.
Bu sahəni əhatə edən fənnin adı "Heyvandarlığın mexa­nikləşdirilməsi və avtomatlaşdırılması" adlandırılır. Dərslik əsasən ali təhsil məktəblərinin mühəndis ixtisaslarının tədris proqramı əsasında tərtib olunmuşdur. Buna baxmayaraq həmin dərslikdən heyvandarlıqda çalışan adi işçilər, mütəxəssislər, mühəndislər, kons-truktorlar, elmi-tədqiqat müəssisələrində çalışan elmi işçilər, pedaqoqlar və baş-qaları istifadə edə bilər­lər. Dərslik müəllifin uzun müddət tədris etdiyi fənnin, öz elmi-tədqiqat işlərinin və bu sahədə yazdığı məqalə metodiki göstəriş, dərs və-saitlərinin yekunlaşdırılmış formasıdır.
Bu dərslik eyni zamanda 1996-cı ildə nəşr olunmuş "Heyvandarlığın mexa-nikləşdirilməsi" dərsliyinin yenidən işlənilmiş və təkmilləşdirilmiş forması ol-maqla burada texno­loji proseslər, maşınların konstruksiyası, nəzəriyyəsi və hesa­batı öz geniş əksini tapmışdır. Bu fənnin tədris olunması zamanı müxtəlif fənlərlə geniş əlaqə yaradılmış, belə ki, riya­ziyyat, mexanika, fizika, istilik texnikası, elek-trotexnika, avto­matlaşdırma, metaltexnologiya, zootexnika, baytarlıq, tikinti mate-rialları və s. əlaqəli fənlərdən istifadə olunmuşdur.
Dərslik azərbaycan dilində tərtib olunan ilk dərslikdir. Onun ilk variantı İran İslam Respublikasında doktor K.Kazemengah tərəfindən fars dilinə tərcümə olunaraq orada orta və ali məktəblərində tədris olunur.
Müəllif bu dərsliyin tərtib olunmasında öz əməyini əsirgəməyən dəyərli həm-karlarına dərin təşəkkürünü, qüsur və çatışmazlıqları göstərənlərə isə əvvəlcədən razılığını bil­dirməyi özünə borc bilir.

Yüklə 121 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin