Kafedra: Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi Fənnin adı: Nəqliyyat növlərinin konstruksiya xüsusiyyətləri SƏRBƏst iŞ. 3 Fakültə: Nəqliyyat və logistika



Yüklə 407,69 Kb.
səhifə1/3
tarix27.11.2022
ölçüsü407,69 Kb.
#120009
  1   2   3
Avtomobilin surətlər qutusu,kardan ötürmə.Onların quruluşu,vəzifəsi və iş prinsipi.


Azərbaycan Texniki Universiteti
Kafedra: Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi


Fənnin adı: Nəqliyyat növlərinin konstruksiya xüsusiyyətləri


SƏRBƏST İŞ. 3


Fakültə: Nəqliyyat və logistika


İxtisas: Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi


Qrup: 160a1


Müəllim: Cahangirov Akif


Tələbə: Təhməzov Nicat

Avtomobilin surətlər qutusu,kardan ötürmə.Onların quruluşu,vəzifəsi və iş prinsipi.


Kardan ötürməsi vallarının oxları bir düz xətt üzərində yerləşməyən və fəzada vəziyyəti qarşılıqlı dəyişən iki mexanizm arasında burucu momenti ötürmək üçün istifadə edilir. Ümumi halda kardan ötürməsi kardan oynaqlarından, vallardan, kompensəedici quruluşdan və aralıq dayaqdan ibarətdir. Tərtibatına görə örtülü və açıq kardan ötürmələri var.
Örtülü kardan ötürməsi borunun içində yerləşdirilir. Boru körpülərdə yaranan qüvvə və reaksiyaları qəbul edə bilir və asqının istiqamətləndirici elementi rolu oynayır. Belə kardan ötürməsində yalnız bir oynaq istifadə edilir, kardan valının qeyri-bərabər fırlanması isə valın elastikliyi ilə kompensasiya olunur.
Açıq kardan ötürməsində boru olmur, reaktiv moment ressorlar və ya reaktiv dartqılar vasitəsi ilə qəbul olunur. Belə kardan ötürməsində ən azı iki kardan oyağı və kompensəedici quruluş olmalıdır.
Kardan ötürmələri müxtəlif əlamətlər üzrə təsnif olunur.
Bərabər və qeyri-bərabər bucaq sürətli kardan oynaqları var. Qeyri-bərabər bucaq sürətli kardan oynaqları konstruksiyasına görə elastik və sərt olur. Bərabər bucaq sürətli kardan oynaqları konstruksiyasına görə kürəvi bölücü kanallı, kürəvi bölücü lingli, yumruqlu və cütləşmiş olur.
Elastik kardan oynaqları vallarının oxları 2 − 3 və ya bir qədər atıq bucaq altında kəsişdikdə birləşdirici elementlərin elastiki hesabına burucu momenti ötürür.
Sərt qeyri-bucaq sürətli kardan oynaqları bir valdan digərinə burucu momenti sərt hərəkət edən birləşmələr ilə ötürür. O, iki çəngəldən və onların silindrik deşiklərinə yerləşdirilən çarpazdan ibarətdir. Çəngəllər vallara sərt bərkidilir. Vallar fırlandıqda çarpazın sonluqları vallara nəzərən yellənir.

Şəkil 55. Qeyri-bucaq sürətli kardan oynağı

İJ-2126 ODA avtomobillərində iki vallı kardan ötürməsi (şəkil 46) yerləşdirilir. İki vallı kardan ötürməsi aralıq kardan valı, aralıq dayaq və arxa kardan valından ibarətdir. Aralıq kardan valı nazik divarlı polad borudan hazırlanıb. Burucu moment ötürmələr qutusunun aparılan valından elastik muftaya verilir, ondan şlisli birləşmə ilə − qabaq kardan valına, qabaq kardan valından


kardan oynağı ilə baş ötürmənin aparan dişli çarxı ilə birləşmiş flanslı çəngələ ötürülür. Rəqslərin söndürülməsi üçün qabaq kardan valının sonu kuzova bərkidilmiş aralıq elastik dayaqda yerləşdirilib.
Kardan valı nazik divarlı polad borudan hazırlanıb. Qabaq kardan valına iki tərəfdən şlisli ucluqlar qaynaq olunub. Qabaq şlisli ucluğa elastik muftanın flansı, arxa ucluğa isə − kardan oynağının çəngəli taxılır. Flansın şlisli birləşməsi qurşaqla sıxılmış kipkəclə kipləşdirilib. Elastik muftanın flansında şlisli birləşmədə yağlama ucluğu var.
Elastik mufta rezin bəndlə birləşmiş altı polad içlikdən ibarətdir. Mufta öz elastikliyi hesabına avtomobilin transmissiyasında sıçrayışları söndürür. Elastik mufta ötürmələr qutusunun aparılan valına içliklərdə olan deşiklərdən buraxılmış üç boltla bərkidilir.
Arxa kardan valının baş tərəflərinə kardan oynaqlarının çəngəlləri qaynaq olunub.
Kardan oynağı iki çəngəli bir-biri ilə birləşdirən yastıqlı çarpazdan ibarətdir. Çarpazın dörd mil ucu var, onlara iynəli (nazik diyircəkli) yastıqların gövdəsi taxılır. Çəngəllərin qabartılarında yastıqların gövdəsi stopor halqaları ilə fiksə edilir. Çirkdən qorumaq üçün yastıq çarpazın uclarına taxılmış kipkəclə kipləşdirilib.
Kardan ötürməsi xüsusi stenddə balanslaşdırılır. Disbalans balanslaşdırıcı lövhə kardan valının borularına qaynaq olunur. Kardan vallarının bir-birindən ayrılması zamanı onların qarşılıqlı vəziyyəti qeyd olunmalıdır.



Yüklə 407,69 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin