1974-cü il dekabr 24-də Sumqayıt şəhərində anadan olub.
1981-1991-ci illərdə Sumqayıt şəhər 13 saylı orta məktəbdə təhsil alıb.
1993-1997-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb.
1998-2000-ci illərdə Bakı Dövlət Universitetinin magistratura pilləsində “Türk xalqları ədəbiyyatı” ixtisası üzrə təhsil alıb və universiteti fərqlənmə diplomu ilə bitirib.
Evlidir.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
2003-2006-cı illərdə BDU-nun Türk xalqları ədəbiyyatı kafedrasının əyani aspirantı olub.
2008-ci ildə ““Azərbaycan yurd bilgisi” dərgisində ədəbiyyat araşdırmaları” mövzusunda dissertasiya müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2019-cu ildə dosent elmi adını alıb.
ƏMƏK FƏALİYYƏTİ
2009-cu ildən BDU-nun Türk xalqları ədəbiyyatı kafedrasında baş laborant.
2015-ci ildən BDU-nun Türk xalqları ədəbiyyatı (indiki Türkologiya) kafedrasında müəllim.
2011, Bakı, Azərbaycan. Abbas Zamanovun 100 illik yubileyinə həsr olunmuş “Müasir Azərbaycan filologiyası: axtarışlar, problemlər, perspektivlər” mövzusunda Respublika elmi konfransı.
2012, Bakı, Azərbaycan. H.Cavid və T.Fikrət. Hüseyn Cavidin 130 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı.
2013, Bakı, Azərbaycan. Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Filologiyanın aktual problemləri” mövzusunda Respublika elmi-nəzəri konfransı.
2013, Bakı, Yunus Əmrənin yaradıcılığına həsr olunmuş “Yaşayan Yunus Əmrə” mövzusunda Beynəlxalq elmi konfransı.
2014, Bakı, Azərbaycan. R.Əskərin 60 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfransı.
2015, Bakı, Azərbaycan. Heydər Əliyevin 92 illik yubileyinə həsr olunmuş Gənc tədqiqatçıların III Beynəlxalq elmi konfransı.
2015, Bakı, Azərbaycan. “Azərbaycan folklor nümunələrində milli-mənəvi dəyərlərin təcəssümü” mövzusunda Respublika elmi konfransı.
2015, Bakı, Azərbaycan. Pənah Xəlilovun 90 illik yubileyinə həsr olunmuş “Türk xalqları ədəbiyyatının aktual problemləri” Respublika elmi konfransı.
2015, Bakı, Azərbaycan. “Kitabi-Dədə Qorqud”un tərcüməsi və nəşrinin 200 illiyinə həsr olunmuş “Kitabi-Dədə Qorqud” və türk dünyası” mövzusunda Beynəlxalq elmi konfransı.
2016, Bakı, Azərbaycan. “Mədəni müxtəliflik: dünya və Azərbaycan” mövzusunda Beynəlxalq elmi konfransı.
2016, Bakı, Azərbaycan. Heydər Əliyevin 93 illik yubileyinə həsr olunmuş Gənc tədqiqatçıların IV Beynəlxalq elmi konfransı.
2018, Bakı, “Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda III Beynəlxalq elmi-nəzəri konfrans
2019, Bakı, Azərbaycan. BDU-nun Filologiya fakültəsinin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan filologiyasının inkişafında Bakı Dövlət Universitetinin rolu” mövzusunda beynəlxalq elmi konfrans.
ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ
Kitablar
2011, Azərbaycan-Türkiyə ədəbi əlaqələrinə dair (dərs vəsaiti). Bakı: Elm və təhsil, 72 s.
Metodik göstəriş və proqramlar
2011, Türk xalqları ədəbiyyatı və türk mifologiyası (proqram). Bakı: BDU-nun nəşri.
2011, Türk xalqları ədəbiyyatında insan və cəmiyyət (proqram).Bakı: BDU-nun nəşri.
2012, Türk xalqları ədəbiyyatı (proqram). Bakı: BDU-nun nəşri.
2012, Türk xalqları ədəbiyyatında sufizm (proqram). Bakı: BDU-nun nəşri,
2012, Türk xalqları ədəbiyyatında türkçülüyün tarixi (proqram). Bakı: BDU-nun nəşri.
2016, XIX əsr qazax maarifçiləri (proqram). Bakı: BDU-nun nəşri.
2017, Türk xalqları ədəbiyyatında türkçülüyün tarixi (Metodik vəsait). Bakı:Avropa nəşriyyatı.
2019, Dünya ədəbiyyatı (Türk xalqları ədəbiyyatı) (proqram). Bakı: BDU-nun nəşri.
Məqalələr
2009, Azərbaycan ədəbiyyatında varislik əlaqəsi // “Dil və ədəbiyyat” № 2 (68). s.155-156
2010, Tofiq Fikrət və Azərbaycan ədəbiyyatı // Bakı Universitetinin Xəbərləri № 1, s.40-46
2010, Məhəmməd Hadi və türk ədəbiyyatı // “Filologiya məsələləri” № 3, s.389-396
2010, Sabir və türk ədəbi mühiti // “Filologiya məsələləri” № 8, s.469-475
2012. Türk klassikləri və Füzuli // “Dil və ədəbiyyat” № 1(81), s.122-125
2016. N.Kamalın “Cəzmi” əsəri türk ədəbiyyatında ilk tarixi roman kimi // “Dil və ədəbiyyat” № 1 (97), s.205-207
2016. Y.Q.Qaraosmanoğlunun “Yaban” əsərində monoloq və dialoq // “Filologiya məsələləri” № 6, s. 271-276
2016, Nəqşbəndilik və onun Azərbaycan ədəbiyyatına təsiri // “Dil və ədəbiyyat” № 2 (98), s.211-214
2016, N.F.Qısakürəyin lirikasında sufi ideyalar // “Dil və ədəbiyyat” № 3, s.154-161
2017, N.F.Qısakürəyin lirikasında nəfs problemi və lirik „mən“in mənəvi təkmilləşməsi // Bakı Universiiteti Xəbərləri. Humanitar Elmlər Seriyası, № 1, s. 43-50
2018, Namiq Kamalın “Cəlaləddin Xarəzmşah” pyesində tarixi şəxsiyyət və islam birliyi ideyası. Bakı Universitetinin Xəbərləri (humanitar elmlər seriyası),№1, s.37-43
2018, Tukay və Azərbaycan // Ukrayna Respublikası, Kiyev. “Dil və mədəniyyət” jurnalı buraxılış 21, VI (195), s.211-219
2019, BDU-da türk xalqları ədəbiyyatının tədrisi tarixi // BDU-nun Filologiya fakültəsinin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan filologiyasının inkişafında Bakı Dövlət Universitetinin rolu” mövzusunda beynəlxalq elmi konfransın materialları, s. 63