Китабын мүәллифи: Мәһәммәд Мәһәммәди Иштиһариди


KƏRBƏLADA BƏNİ-HAŞİMDƏN BAŞQA BİR NEÇƏ QƏHRƏMAN QADIN



Yüklə 2,79 Mb.
səhifə18/33
tarix21.10.2017
ölçüsü2,79 Mb.
1   ...   14   15   16   17   18   19   20   21   ...   33

KƏRBƏLADA BƏNİ-HAŞİMDƏN BAŞQA BİR NEÇƏ QƏHRƏMAN QADIN


Qanlı Aşura tarixinin qızıl səhifələrində İmam Hüseynə (ə) yaxın (qohum) olmayan digər bir neçə qəhrəman qadının da adı nur kimi parlayır.

KƏRBƏLADAKI TƏZƏ EVLƏNMİŞ VƏHƏBİN HƏYAT YOLDAŞI VƏ ANASI


60-cı hicri ilinin zilhiccə ayı idi. Köçəri yaşayan və mal-qara sahibi olan xaçpərəst əqidəli Vəhəb və anası həmişəki kimi ilin müxtəlif fəsillərində bu yerdən başqa yerə köçürdülər. Həmin il onlar yaşıl-yamaclı və yaxşı ab-havalı (Kərbəla yaxınlığında) Sə`ləbiyyə çöllüyündə xeymə qurdular. Vəhəb evlənmək yaşına çatanda anası Qəmər Haniyə adlı qızın elçiliyinə getdi və o razı oldu. Bir neçə gündən sonra qız Vəhəbin evinə köçdü.

Kufəyə tərəf mənzil-mənzil hərəkətdə olan İmam Hüseynin (ə) karvanı Sə`ləbiyyə məntəqəsinə çatanda İmamın (ə) gözü bir xeyməyə sataşdı. Yaxınlaşanda bir qoca arvad gördü. Ondan əhvalını soruşdu. Qoca öz vəziyyətini Həzrətə (ə) bəyan etdi. Ancaq susuzluqdan çətinlik çəkdiyini dedi. Qəlbi həmişə imkansızlardan ötrü döyünən İmam (ə) o səhrada öz nizəsi ilə yerdəki torpağın bir hissəsini araladı. Birdən oradan su çıxdı. Qəmər təəccübləndi və İmamın (ə) şəxsiyyəti və qeyri-adiliyi onu özünə cəlb etdi. İmam (ə) öz səfərinin macərasını ona dedi və buyurdu: “Oğlun gəlsə, ona de ki, istəyirsə, bizim köməyimizə gəlsin”.

Pak və təmiz qəlbli yeniyetmə Vəhəb suyu görəndə macəradan agah oldu və İmam (ə) onu özünə cəzb etdi. Toyundan on beş (ya on yeddi) gün keçsə də, anası və həyat yoldaşı ilə birlikdə İmamın (ə) hüzuruna gəldi. Bir az söhbət etdikdən sonra İslamı qəbul etdilər. Vəhəb dedi: “Sizin xəbəriniz bizə çatdı. Mən bundan sonra sizin əsgərinizəm”.

İmam (ə) ona təşəkkür etdi. Vəhəb anası və həyat yoldaşıyla birlikdə İmam Hüseynin (ə) karvanı ilə birlikdə Kərbəlaya gəldi. Aşura günü çatdı. Vəhəbin şücaətli anası Qəmər təkrar-təkrar ona deyirdi: “Sənə verdiyim südün əvəzində istəyirəm ki, qanını ovucuna alıb İmamın (ə) xidmətində şəhidlik həddinə kimi düşmənlə döyüşəsən”.

Vəhəb dedi: “Həyat yoldaşımla bəs nə edim?”

Ana dedi: “Əzizim! Əbədi gözəlliyi bir neçə günlük gözəlliyə dəyişmə”.

Ananın sözləri Vəhəbi dəyişdirdi. O artıq İmam Hüseynin (ə) aşiqi olmuşdu. Vəhəbin həyat yoldaşı Haniyənin də əriylə söhbətdən sonra qəlbinə bir nur saçdı və dedi: “Mənim və sənin canından mini İmam Hüseynə (ə) fəda olsun. Ancaq qadınlar üçün cihad olmadığına görə mənim səndən bir istəyim var. İmamın (ə) yanına gedək. Onun (ə) hüzurunda mənə söz ver ki, qiyamətdə behiştə getməli olsan, mənsiz daxil olmayacaqsan”.

Vəhəb razı oldu. İmamın (ə) hüzuruna getdilər və orada öz verdiyi sözünü izhar etdi. Xülasə, iki cavan həyat yoldaşı ömürlərinin şirin çağında İmam Hüseynin (ə) karvanı ilə birlikdə hərəkət etdilər. Vəhəb aşura günü meydana getdi. Zalım düşmənlərdən bir dəstəsini öldürərək öz yerinə qayıtdı. Qan qılıncından daman halda anasının yanına gəldi və dedi: “Məndən razı qaldın?”

Ana dedi: “İmam Hüseynin (ə) qabağında şəhid olmayınca, səndən razı qalmayacam!”

Vəhəb meydana tərəf çapdı. O qədər vuruşdu ki, axırda şəhid oldu. Vəhəbin həyat yoldaşı Haniyə, özünü qana boyanmış Vəhəbin başı üstünə çatdırdı. Vəhəb dedi: “Xeyməyə qayıt”.

O dedi: “Heç vaxt qayıtmaram. Sən mənim munisim idin. İndi səni tənha qoymaram”.

Vəhəbin qana boyanmış bədənini düşmənin qoşun başçısının (Ömər Sə`din) yanına apardılar. Ömər Sə`d ona dedi: “Sənin hücumun çox çətin və ağır idi”.

Sonra əmr etdi ki, onun başını bədənindən ayırsınlar. Həyat yoldaşı qaniçən düşmənlərin üstünə qəzəblə qışqıraraq, ürək yanğısı və şücaətlə özünü Vəhəbə çatdırdı. Başı Vəhəbin sinəsi üstündə olan halda düşmən dəmir dəyənəklə onun başına vurdu. O da şəhid oldu. Anasının qəlbinə dağ çəkmək üçün Vəhəbin başını ona göndərdilər. O, cavan oğlunun başını götürüb öpdü və dedi: “Şükr olsun Allaha ki, İmam Hüseynin (ə) qarşısında şəhid olmağınla məni üzüağ etdin”.

Sonra xeyməyə gəlib xeymənin sütununu götürdü və düşmənlə döyüşə getdi. Düşmənlərdən ikisini öldürdü. İmam Hüseyn (ə) qadını xeyməyə qaytararaq, onun üçün dua etdi və ona behişt müjdəsi verdi. Qəmər sevinərək dedi: “İlahi! Behişt ümidini məndən alma”.108


ZÜHEYR İBN QƏYNİN HƏYAT YOLDAŞI DƏYLƏM


Zuheyr ibn Qəyn öz tayfasının başçısı idi. O öz karvanı ilə birgə Kufədən həccə getmişdi. Məkkədə İmam Hüseynin (ə) hərəkət etməsi xəbərini eşitdi. Amma İmam Hüseynlə (ə) birgə olmaq üçün mə`nəvi hazırlığı yox idi. Buna görə də İmam Hüseynin (ə) karvanı ilə rastlaşmamaq üçün karvanını Məkkədən Kufəyə qaytarırdı. Çünki İmam Hüseyn (ə) onu görsə və kömək üçün çağırsa, o çıxılmaz vəziyyətdə qalardı. Züheyrin karvanı Kufəyə tərəf yola düşmüşdü. Təsadüfən istirahət üçün bir yerdə dayandılar. Onların yaxınlığında təpənin arxasında İmam Hüseynin (ə) karvanı istirahət üçün dayanmışdı. İmam Hüseyn (ə) xəbərdar olanda, Züheyrə xəbər göndərdi. Züheyr İmam Hüseyni (ə) qəlbən çox sevirdi. Amma iman nuru onun qəlbinə daxil olmamışdı. Bu zaman İmam Hüseynin (ə) göndərdiyi şəxs onun xeyməsinə gəldi və dedi: “İmam Hüseyn (ə) sizi çağırır”.

Züheyr və ətrafındakılar öz yerlərində donub qaldılar. Sükuta qərq olub dinmədilər ki, bu nə işdir?! Birdən Züheyrin Dəyləm adlı həyat yoldaşının coşqun səsi ucaldı: “Ey Züheyr! İmam Hüseynin (ə) göndərdiyi adam bura gəlib. Niya ona cavab vermirsən? Peyğəmbər (s) övladının çağırışını cavabsız qoyursan? Yaxşı olar ki, İmam Hüseynin (ə) hüzuruna gedib sözünü eşidəsən və qayıdasan?”

Həyat yoldaşının tə`sirli sözləri onu elə döndərdi ki, həmin an ayağa qalxdı və İmam Hüseynin (ə) göndərdiyi adamla birlikdə Həzrətin (ə) hüzuruna getdi. İmamla bir az söhbət etdikdən sonra vilayət nuru onun qəlbinə işıq saçdı, dünyaya olan məhəbbəti aradan getdi və İmam Hüseyn (ə) yolunda fədakarlıq etməyə hazır oldu. Xeyməyə qayıdıb həyat yoldaşına dedi: “Mən səni boşayıram. Öz yaxınlarının yanına get və bundan sonra azadsan. İstəmirəm ki, mənə görə sən də əziyyət çəkəsən”.

Sonra öz ətrafındakılara dedi: “Hər kəs öz İmamına kömək etmək istəyirsə, mənimlə birlikdə gəlsin”.

Onlarla xudafizləşdi və İmamın (ə) xeyməsinə tərəf hərəkət etdi. Züheyrin həyat yoldaşı göz yaşı axıdıb dedi: “Səndən bir istəyim var. Qiyamət günü İmam Hüseynin (ə) cəddi Peyğəmbərin (s) hüzurunda məni yada salasan”.109

Züheyr İmam Hüseynə (ə) qoşuldu. O, aşura günü böyük eşq və məhəbbətlə İmam Hüseyni (ə) müdafiə etdi və göstərdiyi misilsiz şücaətlə yüz iyirmi nəfəri öldürəndən sonra şəhid oldu. Elə bir məqama çatdı ki, Həzrət İmam-Zaman (ə.c.) (Seyyid ibn Tavusun dediyinə əsasən) bir ziyarətnamədə buyurur:

Salam olsun Züheyr ibn Qəynə ki, İmam Hüseynə (ə) buyurdu:

Səndən heç vaxt əl çəkmərəm. Peyğəmbər (s) oğlunu düşmənlər arasında qoyub gedim?! Allah məni o günə salamat çıxartmasın”.

Züheyr şəhid olan zaman, İmam Hüseyn (ə) onun başı üstünə gəldi və buyurdu: “Ey Züheyr! Allah sənə Öz dərgahında yer versin. Düşmənlərinə elə lə`nət etsin ki, meymun və donuz sifətinə çevrilsinlər”.110

Beləliklə şir kimi şücaətli bir qadın iki yol ayrıcında qalmış ərini izzət və şərəfə çatdırdı.



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə