Küçə reklamlarının yerləşdirilməsi və yayımı üçün reklam tariflərinin tənzimlənməsi barədə



Yüklə 17,92 Kb.
tarix07.07.2018
ölçüsü17,92 Kb.

Küçə reklamının yayımı üzrə tariflərin tənzimlənməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASININ QƏRARI



 

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 26 dekabr 2005-ci il tarixli, 341 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2005-ci il tarixli, 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) ŞurasıQƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2008-ci il tarixli, 92 nömrəli Qərarı ilə təsdiq edilmiş “Küçə reklamının yayımı və reklam tarifi zonalarının müəyyən edilməsi Qaydaları”na uyğun olaraq, Bakı şəhəri üzrə bir kvadrat metr (səyyar və ya stasionar) küçə reklamının yayımı məqsədilə reklam daşıyıcısına ayrılan yerə görə aylıq tariflər aşağıdakı kimi təsdiq edilsin:

 


Sıra №-si

Reklam daşıyıcısının kateqoriyası (yeri)

Zonalar üzrə tariflər

(ƏDV-siz, manatla)



A

B

C

1.

Yerüstü keçidlərdə, körpü və estakadalarda

24,0

20,0

16,0

2.

Küçələrin kənarlarında, meydan, park, bağ və yol ayrıclarında

20,0

16,0

12,0

3.

Damlarda, binaların, hava şarlarının, aerostat və dirijablların üzərində

16,0

12,0

8,0

4.

Yeraltı keçidlərdə, dayanacaqlarda, ticarət, köşk və yanacaqdoldurma pavilyonlarının günlüklərində

8,0

7,0

6,0

5.

Hasarlarda, vitrin və pəncərələrdə

6,0

5,0

4,0

 

2. Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə tariflər bu qərarın birinci bəndi ilə təsdiq edilmiş tariflərə 0,7, digər regionlar üzrə isə 0,5 əmsalı tətbiq edilməklə müəyyənləşdirilsin.

3. Sosial reklam tarifləri bu qərarın ikinci bəndinin tələbləri nəzərə alınmaqla birinci bəndi ilə təsdiq edilmiş tariflərə 0,1 əmsalı tətbiq edilməklə müəyyənləşdirilsin.

4. Həcmli fəza konstruksiyaları və mürəkkəb formalı qurğular üçün reklam sahəsi kimi reklamın konturu ilə əhatə olunmuş sahə qəbul edilsin.

5. Küçə reklamının yayımı məqsədilə ödəniş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2008-ci il tarixli, 92 nömrəli Qərarı ilə təsdiq edilmiş “Küçə reklamı lövhəsinin yerləşdirilməsinə verilən icazə sənədinin forması”na müvafiq olaraq icazə verən orqan tərəfindən icazə sənədində göstərilən müddətə və bu qərarla müəyyənləşdirilmiş tariflərə uyğun olaraq həyata keçirilsin.

6. “Küçə reklamlarının yerləşdirilməsi və yayımı üçün reklam tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 30 iyul 2008-ci il tarixli, 7 nömrəli Qərarı qüvvədən düşmüş hesab edilsin.

7. Bu qərar 1 avqust 2012-ci il tarixindən qüvvəyə minir.

 

 



Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının sədri

Şahin Mustafayev

 

Bakı şəhəri, 13 iyul 2012-ci il



   №2

 

Yüklə 17,92 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə