Kurs I Ş İ Mövzu: “Françayzinq biznesin təşkilinin mütərəqqi forması kimi”



Yüklə 348,33 Kb.
səhifə5/19
tarix05.01.2022
ölçüsü348,33 Kb.
#111606
1   2   3   4   5   6   7   8   9   ...   19
Françayzinqin əsas formaları : İnkişaf etmiş ölkələrdə françayzinq bir sıra formalara malikdir və həmin formalara aşağıdakılar aiddir :

  1. Əmtəə françayzinqi

  2. İstehsal françayzinqi

  3. İşguzar françayzinq

  4. Korporativ françayzinq

  5. Konversion françayzinq

  6. Rayon françayzinqi

  7. Subfrançayzinq

  8. Biznes-format françayzinqi

Əmtəə françayzinqi özünü ticarət sferasında tərəflərin qarşılıqlı münasibətləri formasında göstərir. Bu françayzinq formasında franşiz verən müəyyən hüquqları ötürür, franşiz alan isə həmin hüquqları əldə etmiş olur. Bu hüquqlar franşizerin istehsal etdiyi məhsulların ticarət markası altında franşizi alan tərəfindən reallaşdırılmasının konkret ərazidə aparılmasının məhdudlaşdırılmır.

İstehsal françayzinqində franşizalana istehsalat, franşizverənin məhsullarının ticarət nişanı altında istehsalı və satışı hüquqları verilir. Və bu zaman franşizalan ona təqdim edilən xammallardan, materiallardan, texnologiyadan və s. Istifadə edə bilər.

İşguzar françayzinq özünü əsasən xidmət, təhsil və ictimai sferada göstərir. Françayzinqin bu formasında franşizalan françayzerin verdiyi model üzrə və onun yaxından iştirakı ilə biznes yaradır. Digər françayzinq formalarından fərqli olaraq burada franşizalan franşizverənin texnologiyalarından,əmtəə nizamından və sahibkarlıq təcrübəsindən, hətta nau-housundan geniş istifadə edə bilir.

Korporotiv françayzinq françayzinqi müasir formalarındandır. Buna səbəb korporasiyaların son dövrlərə aid olmasıdır. Bu zaman franşiz alan muzdlu menecelərdən istifadə edir və franşiz müəssisələri şəbəkələrindəfəliyyət göstərir.

Konversion françayzinq franşiz şəbəkələrinin genişləndirilməsi üsuludur. Bu formada müstəqil fəaliyyət göstərən müəssilər françayzinq müqaviləsinə görə işləməyə keçir. Eyni zamanda franşix verənin nəzarəti altında françayzinq şəbəkələrinə qoşulmuş olur.

Rayon françayzinqi digərlərindən fərqlənir. Belə ki bu zaman franşiz alarkən françayz fəaliyyətə başlayacağı və fəaliyyət göstərəcəyi sahənin mənimsənilməsi hüququnu almış olur. Başqa sözlə, bu zaman franşiz sistemi yaradılır və onun üzərində nəzarət danışılmış miqdarda müəssisələrə və onların açılması qrafikinə uyğun olaraq aparılır.

Subfrançayzinqdə franşizi alan baş usta, françayzer-kompaniyaların subfranşizin satması hüququ ilə, subfranşiz verən kimi müəyyən rayonda nəzarəti həyata keçirir.

Biznes-format françayzinqi daha kompleksdir. Buarad françayzer françayziyə özü hazırladığı biznesin aparılması və təşkili texnologiyasını da verir. Françyazi françayzerlə eyniləşir və onun şəbəkəsinin bir hissəsinə çevrilir. Bu növ françayzinq koorporativ françayzinqə nisbətən yaxındır.





Yüklə 348,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2023
rəhbərliyinə müraciət

    Ana səhifə