La agricultura y la alimentacion fao partnership and liaison office in azerbaijan



Yüklə 188,61 Kb.
tarix25.05.2018
ölçüsü188,61 Kb.
#51460




FOOD AND

AGRICULTURE

ORGANIZATION

OF THE


UNITED NATIONS

ORGANISATION

DES NATIONS

UNIES POUR

L’ALIMENTATION

ET L’AGRICULTURE

ORGANIZACION

DE LAS NACIONES

UNIDAS PARA

LA AGRICULTURA

Y LA ALIMENTACION
faologo



FAO PARTNERSHIP AND LIAISON OFFICE IN AZERBAIJAN
Binagady district, 8th Residential Area Telephone: (+994 12) 5635628 E-mail: FAO-AZ@fao.org

Quarter 3112, AZ1115 Internet: https://www.fao.org

Baku, Azerbaijan


Tender No. ITB/FAOAZE/2018/0011 01/05/2018

Hörmətli Cənab/Xanım,


BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) 194-dən çox üzv ölkədən ibarət hökumətlərarası təşkilatdır. Təsis olunduğu vaxtdan etibarən FAO kənd təsərrüfatının inkişafını təşviq etməklə yoxsulluq və aclığın səviyyəsini azaltmaq, qidalanmanı yaxşılaşdırmaq və ərzaq təhlükəsizliyini, yəni aktiv və sağlam həyat tərzi yaşamaq üçün insanlara lazım olan ərzağın onlar üçün hər zaman əlçatan olmasını təmin etmək istiqamətində fəaliyyət göstərib.

Bu məqsədlərə çatmaq üçün FAO bütün dünyada fermer qrupundan tutmuş ticarət şirkətlərinə, qeyri-hökumət təşkilatlarından tutmuş digər BMT qurumlarına, inkişaf banklarından tutmuş aqrar-sənaye müəssisələrinə qədər minlərlə tərəfdaşla əməkdaşlıq edir (FAO barədə daha ətraflı məlumat əldə etmək üçün: http://www.fao.org).

Təklifinizi hazırlayarkən FAO-nun beynəlxalq statusunu və fəaliyyətini nəzərə almaqla ən yaxşı kommersiya şərtlərinizi təqdim etməlisiniz. Bildirmək istərdik ki, FAO Əlavə Dəyər Vergisi (“ƏDV”) və gömrük rüsumlarından azadolma və idxal məhdudiyyətlərinin tətbiq olunmaması da daxil olmaqla müəyyən imtiyazlardan faydalanır.

FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi (“FAOAZ”) müəyyən xidmətlər üzrə iki illik müqavilə təltif etmək niyyətindədir. Bu xidmətlərə xüsusilə aşağıdakılar daxildir:



Poliqrafiya xidmətləri”
Sizi ən yaxşı təklifinizi təqdim etməyə dəvət edirik.
Aşağıdakı proseduralar bu Təşkilat tərəfindən müqavilənin təltif olunması ilə bağlı yaradılmışdır:


  1. Prosedurlar




    1. Müəyyən sayda şirkət öz təkliflərini irəli sürmək üçün dəvət olunur. Təşkilat dəvət etdiyi şirkətlərin hər hansı biri qarşısında heç bir öhdəlik daşımadan rəqabətə ən davamlı hesab etdiyi təklifi təqdim edən şirkəti müqavilə ilə təltif etmək niyyətindədir;




    1. Öz təklifinizi irəli sürməklə sözügedən müqavilənin icrası üçün uyğun olan bütün aspektləri nəzərdən keçirmiş və təklifinizə təsir edə biləcək risklər, ehtimallar və digər hallar ilə bağlı bütün zəruri informasiya və məlumatları əldə etmiş hesab olunursunuz.




    1. Təklifinizdə yer alan bütün sənədlər, hesablamalar və s. Təşkilatın əmlakı hesab olunacaq və siz bu əmlakın şirkətinizə geri qaytarılmasını tələb edə bilməzsiniz.




    1. Təşkilat Çərçivə Sazişi imzalamaq niyyətindədir. Bu Saziş Təşkilatı hər hansı maliyyə öhdəliyi altında qoymasa da, Sazişdə şirkətin xidmətləri həyata keçirərkən əməl edəcəyinə razılıq verdiyi ümumi şərtlər və əsas qiymətlə bağlı başlıca müddəalar əks olunacaq.




    1. Təklifinizin hazırlanması ilə bağlı yaranan bütün xərclər sizin tərəfinizdən qarşılanacaq. Təşkilat xərcləri kompensasiya etmək öhdəliyi daşımır.




    1. Tenderdə iştirak dəvətinə cavab verməklə və əlavə edilmiş müqaviləni qəbul etməklə şirkətiniz FAO-ya müqavilə üzrə şirkətlə yaratdığı münasibət, o cümlədən şirkətin adı, yerləşdiyi ölkə, müqavilənin ümumi dəyəri barədə ətraflı məlumatı və xidmətlərin qısa təsvirini dərc etmək səlahiyyəti vermiş olur. Bütün hallarda təklifi qəbul edilməyən tender iştirakçılarına məlumat veriləcək.




    1. Azərbaycan Respublikasının hökumət orqanları tərəfindən verilmiş rəsmi sənədlər istisna olmaqla tender təklifi və onunla birlikdə təqdim olunan sənədlər ingilis dilində olmalıdır.




    1. FAO bu tenderin nəticələrinə və/ və ya digər bir vəziyyətə uyğun olaraq müqaviləni qismən təltif etmək və ya ümumiyyətlə təltif etməmək barədə qərar verə bilər.




    1. At Müqavilə təltif edilməzdən öncə heç bir halda tender iştirakçıları aşağıdakı 8-ci maddədə göstərilən xüsusi kanal xaricində FAO, onun tender üzrə məsul işçi heyəti və ya texniki şöbəsindən tender ilə bağlı hər hansı məlumatı bildirməyi tələb edə bilməzlər.




    1. Bu tenderə qatılmaqla iştirakçılar təsdiqləyirlər ki, onların şirkəti (konsorsiumun bütün üzvləri daxil olmaqla) və/ və ya subpodratçıları layihə üçün texniki tapşırıq və ya digər tender sənədlərini hazırlayan məsləhətçi və ya müəssisə ilə birbaşa və ya dolayı şəkildə əlaqəli deyillər.




    1. Öz təkliflərinin hazırlanması üçün müstəqil məsləhətçinin xidmətindən istifadə edən tender iştirakçıları həmin məsləhətçi digər bir tender iştirakçısına eyni tender ilə bağlı təklif hazırlamağa kömək etdikdə xoşagəlməz vəziyyətlə qarşılaşmaq riski daşıyırlar. Tender iştirakçılarının nəzərinə çatdırmaq istərdik ki, onlar FAO tenderləri ilə bağlı təklifin hazırlanması üçün müraciət etdikləri məsləhətçinin fəaliyyətinə görə tam şəkildə cavabdeh hesab olunurlar və FAO tenderi ilə bağlı təklifin hazırlanmasında onlara kömək edən məsləhətçinin eyni tender prosesi ilə əlaqədar digər bir tender iştirakçısı üçün təklif hazırlamamasını təmin etmək üçün bütün əsaslı tədbirləri görməlidirlər.




    1. Tender iştirakçısının şikayət etmək hüququ: Obyektivlik və şəffaflıq FAO-nun satınalma fəaliyyəti ilə bağlı əsas prinsipləridir. Satınalma prosesinin obyektiv və şəffaf olmadığını iddia edən tender iştirakçıları tenderi elan edən şöbədən bu məsələyə rəy verməyi tələb edə bilərlər. Aldıqları cavab onları qane etmədikdə tender iştirakçıları aşağıdakı linkdə ətraflı şəkildə təsvir olunmuş təlimatlara uyğun qaydada şikayət ünvanlaya bilərlər: http://www.fao.org/unfao/procurement/codedeconduitethique/protests/en/. 

Satınalma prosesində fırıldaqçılığın və ya qanun pozuntusunun olduğu barədə məlumat vermək üçün tender iştirakçıları anonim şəkildə Baş İnspeksiya İdarəsinə müraciət edə bilərlər.

Qaynar xətt: http://www.fao.org/aud/69204/en/. 


    1. Müəyyən bir Təsisçi Şirkətin tabeliyində fəaliyyət göstərən və ya Törəmə Şirkətləri olan tender iştirakçıları aşağıdakı 3.6-cı bəndə uyğun olaraq bütün müvafiq məlumatları təqdim etməlidirlər. Tender iştirakçıları konsorsium və ya assosiasiyalar (məsələn, Birgə Müəssisə) formasında iştirak edə bilməzlər.




    1. Müqavilə aşağıdakı 3.2-ci bənddə nəzərdə tutulan məcburi tələblərə və aşağıdakı 4-cü bənddə göstərilən qiymətləndirmə meyarlarına uyğun şəkildə təltif olunacaq.



  1. Əlavə olunan sənədlər

Təklifinizi hazırlamaq üçün aşağıdakı sənədləri əlavə etməlisiniz:




    1. Təklifinizin təqdim olunması üçün istifadə ediləcək “Tender təklifi üzrə xülasə” forması (Forma 1);




    1. Aşağıdakı 7.3-cü bənddə nəzərdə tutulan məktub (Forma 2)




    1. Tenderdə iştiraka dəvət məktubuna Əlavə A: “Xidmət siyahısı”




    1. Tenderdə iştiraka dəvət məktubuna Əlavə B “Texniki spesifikasiyalar və Tender iştirakçısının qiymət təklifi”



  1. Təqdim edilməli olan sənədlər

Sizin təklifinizdə aşağıdakılar göstərilməlidir:




    1. Yuxarıdakı 2.1-ci bənddə nəzərdə tutulan və buraya əlavə edilmiş formadan və ya o formanın surətlərindən istifadə etməklə müvafiq qaydada doldurulmuş “Tender təklifi üzrə xülasə”




    1. MƏCBURİ TƏLƏBLƏR: Aşağıdakı məlumatlardan/ sənədli sübutlardan birinin və ya bir neçəsinin təqdim olunmaması tender təklifinin tenderin qiymətləndirilməsi prosesindən diskvalifikasiya olunması ilə nəticələnə bilər:


Poliqrafiya xidmətləri üzrə tender təklifi təqdim edən tender iştirakçıları aşağıdakı cədvəldə tələb olunan məlumatları/ sənədli sübutları təmin etməlidirlər:


 

Poliqrafiya xidmətləri

3.2.1

Ticarət reyestri sənədinin notarial qaydada təsdiqlənmiş surəti (şirkətin Azərbaycan bazarında bu tenderdə iştiraka dəvət məktubu ilə tələb olunan xidmətləri həyata keçirməsini təsdiqləyən)

3.2.2

Tender iştirakçısının fəaliyyət göstərdiyi ölkənin Vergi Orqanlarından əldə olunmuş sənəd (tender iştirakçısının hökumət qarşısında heç bir yerinə yetirilməmiş öhdəliyinin olmadığını təsdiqləyən)

3.2.3

Əlavə A-da nəzərdə tutulanla eyni məzmunda olan poliqrafiya xidmətlərinin Tender İştirakçısı tərəfindən qənaətbəxş səviyyədə göstərildiyini təsdiqləmək üçün əsas müştərilərin verdiyi tövsiyə məktubları

3.2.4

Tender iştirakçısı zəruri hallarda təcili müraciətlərin yerinə yetirilməsini təsdiq etməlidir.




    1. Tenderdə iştiraka dəvət məktubuna Əlavə C “Tender iştirakçısının son bir il üzrə dövriyyəsi”



  1. QİYMƏTLƏNDİRMƏ MEYARLARI


Aşağıdakı meyarlar üzrə rəqabətə ən davamlı tender təklifi təqdim edən Tender İştirakçı Çərçivə Sazişi ilə təltif olunacaq:


Meyarlar üzrə kateqoriyalar

Maks. ballar

Keyfiyyətin təhlili ilə bağlı meyarlar

15

Maliyyə tələbləri*

85

ÜMUMİ

100

* Maliyyə təklifləri üzrə ballar aşağıdakı düsturla hesablanacaq:


       Ballar = (A/B)*85
  Nümunə: Tender İştirakçısı “A”-nın təklif etdiyi qiymət ən aşağı qiymət olmaqla 10.00 ABŞ dollarıdır. Tender İştirakçısı “A” 85 bal qazanır.

                        Tender İştirakçısı “B”-nin təklif etdiyi qiymət 20.00 ABŞ dollarıdır.  Tender İştirakçısı “B” 42.50 bal qazanır: ($10.00/$20.00) * 85= 42.50

                             Tender İştirakçısı “C”-nin təklif etdiyi qiymət 25.00 ABŞ dollarıdır. Tender İştirakçısı “C” 34 bal qazanır: ($10.00/$25.00) * 85= 34


POLİQRAFİYA XİDMƏTLƏRİ

KEYFİYYƏTİN TƏHLİLİ İLƏ BAĞLI MEYARLAR

Veriləcək ballar

1. TENDER İŞTİRAKÇISININ TƏCRÜBƏSİ

Tender iştirakçıları son 2 ildə əsas müştərilər ilə əməkdaşlıq etdiyi müştərilərdən tövsiyə məktubu təqdim etməlidirlər. Ballar təqdim olunmuş Tövsiyə Məktublarının sayına uyğun olaraq veriləcək.

1-5

BMT agentlikləri və ya digər beynəlxalq donor təşkilatlarla iş təcrübəsi

1-3

Maks. aralıq yekun

8

2.  İŞLƏRİN KEYFİYYƏTİ

Tender iştirakçıları kataloq və ya çap nümunələrini təqdim etməlidirlər

1-5

Maks. aralıq yekun

5

3. TƏCİLİ SİFARİŞLƏRİN YERİNƏ YETİRİLMƏSİ

Tender iştirakçıları təcili sifarişləri yerinə yetirməlidirlər (dizayn + çap + çatdırılma = 1 və ya 1,5 gün)

1-2

Maks. aralıq yekun

2

ÜMUMİ YEKUN

15

5. Tender təklifinin tamlığı

Yalnız yuxarıda qeyd olunan bütün məlumatları və sənədləri özündə əks etdirən və əlavə edilmiş müqavilənin müddəalarına uyğun gələn tender təklifləri nəzərdən keçiriləcək, əks təqdirdə tender təkliflərinin bərabər əsasda qiymətləndirilməsi mümkün olmayacaq. Təşkilatın maksimum maliyyə öhdəliyini əks etdirməyən müqavilələri imzalamaq yolverilməz olduğu üçün maliyyə öhdəliyinin hesablanmasının mümkün olmadığı tender təklifləri qəbul edilməyə bilər.
6. Tender təklifi və Müqavilə üzrə istifadə olunan valyuta
Tender təklifinizdə qiymət AZN ilə göstərilməlidir.
7. Təklifin təqdim olunma forması və tenderin bağlanma tarixi
7.1 Tender təklifiniz möhürlü zərfə əlavə edilmiş iki surətdən ibarət olmalıdır. Zərfin üzərində aşağıdakılar qeyd olunmalı və zərf aşağıdakı ünvana göndərilməlidir:

Tender No.ITB/FAOAZE/2018/001
FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi

Azərbaycan, Bakı şəhəri, AZ1115, 3123-cü məhəllə, 8-ci yaşayış massivi, Binəqədi rayonu
MÖHÜRLÜ ZƏRFLƏR 21 MAY 2018-Cİ İL SAAT 17:00-DAN TEZ AÇILA BİLMƏZ

7.2 Tender təklifiniz təşkilata aşağıdakı tarixə qədər təqdim olunmalıdır:


21 may 2018-ci il; saat: 17.00 (bağlanma tarixi)
7.3 Buraya əlavə edilmiş Forma 2-ni doldurmaqla və FAOAZ-Procurement@fao.org ünvanına e- məktubla göndərməklə bu dəvət məktubunu əldə etdiyinizi təsdiqləməyinizi və tender təklifi təqdim edib etməyəcəyinizi göstərməyinizi xahiş edirik.

8. Bu tender ilə bağlı bildirişlər


Bu tender ilə bağlı bütün bildirişlər yuxarıda göstərilən müqavilə nömrəsini özündə əks etdirməli və ən qısa müddət ərzində e-məktub ilə FAOAZ-Procurement@fao.org ünvanına göndərilməlidir.
Fürsətdən istifadə edərək Təşkilata öz öhdəliyini yerinə yetirməkdə kömək göstərməyə maraqlı olduğunuz üçün sizə dərin təşəkkürümü bildirmək istərdim.

Hörmətlə,



FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri

Mələk Çakmak

FORMA (1)

TENDER TƏKLİFİ ÜZRƏ XÜLASƏ

Təlimatlar: Zəhmət olmasa, aşağıda boş saxlanılmış hissələri doldurun. Qiymətlər AZN ilə göstərilməlidir.
I HİSSƏ: Tender prosedurları ilə bağlı təsdiq:
/ / Mən Tenderdə İştiraka Dəvət Məktubunun “Prosedurlar” adlı 1-ci bölməsində təsvir olunan prosedurlar ilə tanış olduğumu təsdiqləyirəm.
/ / Tenderdə iştiraka dəvət məktubunun 1-ci bölməsinin 1.11 və 1.12-ci bəndləri ilə tanış olduğumu və qeyd olunan məlumatları təqdim etmədiyim təqdirdə tender təklifimin kənarlaşdırılacağını bildiyimi təsdiqləyirəm.






II HİSSƏ: Müqavilənin icrasının başlanması və Müqavilənin İcrası üzrə Cədvəl
/ / Mən müqavilədə göstərilən tarixdə və ya müqaviləni Təşkilat tərəfindən müvafiq qaydada imzalanmış formada qəbul etdikdən sonra dərhal müqavilənin icrasına başlamağı öz üzərimə götürürəm.
III HİSSƏ: Təşkilat tərəfindən iştirak
Yaxud:



/ / Təşkilatın daxil etdiyi ilkin məlumatların müqavilənin qənaətbəxş səviyyədə icrası üçün kifayət etdiyini təsdiqləyirəm.

və ya




/ / Müqavilənin qənaətbəxş səviyyədə icrası üçün aşağıdakılar təmin olunmalıdır:

____________________________________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________





IV HİSSƏ: Maliyyə təklifi:
/ / Bu Müqavilənin icrası üçün təklif olunan tarifləri göstərməklə Tenderdə İştiraka Dəvət Məktubunun B Əlavəsində məlumatları qeyd etmişəm və bu Əlavəni təqdim edirəm.
V HİSSƏ: Tender təklifinin tamlığı:
/ / Mən bu tender təklifini hazırlayarkən müvafiq şəkildə nəzərə alınmış risklər, planlaşdırılmamış xərclər və müqavilənin icrasına təsir göstərə bilən digər hallar ilə bağlı bütün müvafiq informasiya və məlumatları əldə etdiyimi təsdiqləyirəm.


/ / Tenderdə İştiraka Dəvət Məktubunda (Məcburi Tələblər və Qiymətləndirmə Meyarları) nəzərdə tutulmuş bütün sənədlər təqdim olunduğunu və bu tender təklifində qeyd olunan bütün informasiya və məlumatların düzgün olduğunu təsdiqləyirəm. Tender təklifində hər hansı yanlış məlumat olduğu təqdirdə təklifin tenderdən kənarlaşdırılacağını bilirəm.



VI HİSSƏ: Müqavilənin müddəaları:
/ / Tenderdə İştiraka Dəvət Məktubuna əlavə olunduğu kimi müqavilənin şərt və müddəalarının bu tender təklifində xüsusilə qeyd olunmuş rezervasiyalar istisna olmaqla məqbul hesab olunduğunu təsdiqləyirəm.

Rezervasiyalar (əgər varsa): ___________________________________________________________

____________________________________________________________________________
/ / Müqavilənin təltif olunmasına dair məlumatı dərc etmək hüququ, Maraqlar toqquşması və fırıldaqçılıq və korrupsiya ilə bağlı müqavilənin müddəaları ilə tanış olduğumu təsdiq edirəm.
/ / Hal-hazırda BMT-nin kənarlaşdırılmış təchizatçılar siyahısında və ya BMT-nin digər idarələrinin buna bənzər siyahılarında olmadığımı və BMT Təhlükəsizlik Şurasının 1267/1989 siyahısına düşmüş hər hansı şirkət və ya fiziki şəxslə əməkdaşlıq etmədiyimi təsdiqləyirəm.

BƏLİ / / XEYR / /



VIII HİSSƏ: Tender təklifinin etibarlılıq müddəti:
Tenderdə iştiraka dəvət məktubunda təklifin təqdim olunması üçün nəzərdə tutulan müddət başa çatdıqdan sonra tender təklifi ALTI (6) AYLIQ MÜDDƏT qəbul edilmək üçün etibarlı olacaq.
IX HİSSƏ: Tender iştirakçısının təklifinin BMT-nin digər idarələrinə təqdim olunması

         

  Təklifin eyni şərtlərlə qüvvədə olacağını və ya BMT-nin hər hansı İdarəsinə növbəti mərhələlərdə təklifin təqdim oluna biləcəyini təsdiqləyirəm. Təklifinizin BMT-nin digər idarələri üçün eyni şərtlərlə qüvvədə olacağını təsdiqləməyiniz xahiş olunur.
BƏLİ / / XEYR  / /

Şirkətin adı:


Poçt ünvanı:

Faks:

Tel:
E-poçt:

Əlaqələndirici şəxs:


İmza:
Tarix:
Adı və vəzifəsi: Şirkətin möhürü: ______


FORMA 2
(Şirkətin rəsmi blankı ilə doldurulmalıdır)

Tarix: ....................



Tender No. ITB/FAOAZE/2018/001

Hörmətli_______,


Yuxarıda nəzərdə tutulan tender üçün təklifin təqdim olunması ilə bağlı dəvət məktubunuzu əldə etdiyimi təsdiqləyirəm. Nəzərinizə çatdırmaq istərdim ki,

/ / şirkətimiz tender üçün təklif təqdim edəcək.



/ / şirkətimiz aşağıdakı səbəblərə görə tender üçün təklif təqdim etməyəcək:







Hörmətlə,

.........................

(İmza)
.........................

(Ad və vəzifə)


..................

(Şirkətin möhürü)



Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı

FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi

ƏLAVƏ A – XİDMƏT SİYAHISI



Podratçı nəzərdə tutulan İş Sifarişi FAO tərəfindən verildikdən sonra burada göstərilən texniki spesifikasiyalar və cədvələ uyğun olaraq təsvir olunan xidmətləri həyata keçirməlidir.

POLİQRAFİYA XİDMƏTLƏRİ





  • FAO eyni vaxtda yerinə yetirilməli olan çoxsaylı sifarişlər verdikdə Podratçı keyfiyyətə nəzarət etməklə və sürətli məlumatlandırmanı həyata keçirməklə prosesin səmərəliliyini təmin etməlidir.

  • Podratçı FAO-nun xüsusi və/ və ya son dəqiqə verilmiş sifarişlərini də tələb olunan səmərəlilik və effektivliyi təmin etməklə qısa zaman ərzində yerinə yetirməlidir.


ƏLAVƏ B – TEXNİKİ SPESİFİKASİYALAR VƏ TENDER İŞTİRAKÇISININ QİYMƏT TƏKLİFİ





No.

Məhsul

Təsviri

Hər ədədə görə qiymət və çatdırılma vaxtı

50 (…gün)

200 (…gün)

350 (…gün)

500+ (…gün)

1

Dəvətnamə

Variant (1)

  • Ölçüsü: 17.5 X 12

  • Çəkisi: 350 q

  • Forması: İki hissəsi (Azərbaycan və ingilis dillərində)

  • Rəngi: Əlvan

  • Laminasiya olunmuş

  • Digər: Zərflər

  • Əlavə olaraq: Yarlıqların üzərində adların çap olunması

  • Tərtibatı: Tələb olunduğu kimi













Variant (2)

  • Ölçüsü: 17.5 X 12

  • Çəkisi: 350 q, reklam materialı

  • Forması: Bir hissəli

  • Rəngi: Əlvan

  • Laminasiya olunmuş

  • Digər: Zərflər

  • Əlavə olaraq: Yarlıqların üzərində adların çap olunması

  • Tərtibatı: Tələb olunduğu kimi













No.

Məhsul

Təsviri

Hər ədədə görə qiymət və çatdırılma vaxtı

100 (…gün)

300 (…gün)

500 (…gün)

1000 (…gün)

2

Buklet

Variant (1)

  • Ölçüsü: A4 albom

  • Üzlük kağızının çəkisi və növü: 300 q

  • İçlik kağızının çəkisi və növü: 160 q

  • Rəngi: Əlvan

  • Tikilmə üsulu: Spiralşəkilli

  • Tərtibatı: Tələb olunduğu kimi













Variant (2)

  • Ölçüsü: A5

  • Səhifəsi: 35 -40 (yarı ingilis, yarı Azərbaycan dilində)

  • Kağızın çəkisi və növü: içlik hissə: 150 q

  • Üzlük kağız: 250 q –laminasiya olunmuş

  • Rəngi: Əlvan

  • Tikilmə üsulu: Metal sim ilə

  • Tərtibatı: Tələb olunduğu kimi













No.

Məhsul

Təsviri

Hər ədədə görə qiymət və çatdırılma vaxtı

100 (…gün)

300 (…gün)

500 (…gün)

1000 (…gün)

3

Kitablar

  • Tərtibatı və çap olunması

  • Ölçüsü: A5

  • İçərisində rəngli şəkillərlə

  • Üzlük kağızı – 300 q laminasiya olunmuş

  • İçlik kağızının çəkisi və növü: 130 q

  • Səhifələrin sayı- 200-ə qədər



















  • Tərtibatı və çap olunması

  • Ölçüsü: A5

  • Tərtibatı və çap olunması

  • Üzlük kağızı qalın tikiş ilə

  • İçlik kağızının çəkisi və növü: 130 q

  • Səhifələrin sayı- 200-ə qədər













No.

Məhsul

Təsviri

Hər ədədə görə qiymət və çatdırılma vaxtı

50 (…gün)

100 (…gün)

350 (…gün)

500 (…gün)

3

Bülleten

  • Tərtibatı və çap olunması

  • Ölçüsü: A4

  • Kağızın çəkisi və növü: 150 q

  • Rəngi: Əlvan

  • Forması/ Tikilmə üsulu: Bülleten forması = metal simlə tikilmiş

  • Çap üsulu: Ofset çapı













No.

Məhsul

Təsviri

Hər ədədə görə qiymət və çatdırılma vaxtı

200 (…gün)

500 (…gün)

700 (…gün)

1000 (…gün)

4



Broşür / flayer

Variant (1)

  • Tərtibatı və çap olunması

  • Forması: Z-kart

  • Ölçüsü: bağlı (8*8 sm) – açıq (40*8sm) / Kiçik ölçülü

  • Rəngi: Əlvan

  • Kağızın çəkisi və növü: 150 q













Variant (2)

  • Tərtibatı və çap olunması

  • Ölçüsü: A4 Bükülmüş 9.9 X21 sm

  • Kağızın çəkisi və növü: 200 q tabaşirli mat kağız + hər iki tərəf üçün laminasiya

  • Rəngi: hər iki tərəfdə əlvan rəng













No.

Məhsul

Təsviri

Hər ədədə görə qiymət və çatdırılma vaxtı

200 (…gün)

500 (…gün)

1000

(…gün)

5

Stolüstü kitab

Variant (1)

  • Üzlüyü: Ölçüsü: 20.5 * 28 sm

  • Üzlük kağızının çəkisi və növü: 250q +  hər iki tərəfdə laminasiya

  • Üzlüyün rəngi: hər iki tərəfdə əlvan rəng  

  • İçlik kağızı: Ölçüsü: 20.5 * 28

  • İçlik kağızının çəkisi və növü: 150q

  • İçlik kağızının rəngi: əlvan rəng

  • Çap üsulu: buklet kimi tikilmə










Variant (2)

  • Üzlüyün ölçüsü: 20.5 * 28 sm

  • Üzlük kağızının çəkisi və növü: 250q +  hər iki tərəfdə laminasiya

  • Üzlüyün rəngi: hər iki tərəfdə əlvan rəng  

  • İçlik kağızının ölçüsü: 20.5 * 28

  • İçlik kağızının çəkisi və növü: 150q

  • İçlik kağızının rəngi: əlvan rəng

  • Ayırıcıların ölçüsü: 21.5 * 28 ştampla kəsilmiş (nişanlar)

  • Ayırıcılar üzrə kağızın çəkisi və növü: 200q + hər iki tərəfdə laminasiya

  • Ayırıcıların rəngi: əlvan rəng

  • Çap üsulu: Spiralşəkilli










No.

Məhsul

Təsviri

Hər ədədə görə qiymət və çatdırılma vaxtı

1

(…gün)

5

(…gün)

10 (…gün)

6

Bannerlər

  • 2m X 0.85 m, əlvan rəng, loqo və mətn










No

Məhsul

Təsviri

Hər ədədə görə qiymət və çatdırılma vaxtı

1

(…gün)

5

(…gün)

10 (…gün)

7


Stendlər


  • Ölçüsü: 85 E sm * 200 H sm

  • Rəngi: Əlvan

  • Əlavə olaraq: Qorumaq üçün laminasiya qatı

  • Çap üsulu: HD rəqəmsal daxili texnologiya

  • İstifadə olunan dil: ingilis dili

  • Tərtibatı və çap olunması










No.

Məhsul

Təsviri

Hər ədədə görə qiymət və çatdırılma vaxtı

100 (…gün)

300 (…gün)

500 (…gün)

1000 (…gün)

8

Üzərində brendin adı olan plastik qələmlər

  • Tərtibatı və çap olunması

  • Növü: plastik qələmlər

  • Rəngi: ağ, tünd mavi, mavi

  • Çap rəngi: iki rəngli

  • Çap üsulu: Basmaqəlib / Cızılmaya davamlı













No.

Məhsul

Təsviri

Hər ədədə görə qiymət və çatdırılma vaxtı

100 (…gün)

300 (…gün)

500 (…gün)

1000 (…gün)

9



Qeyd dəftərləri

  • Tərtibatı və çap olunması

  • Ölçüsü : A5

  • Səhifələrin sayı: 50, 100, 150

  • İçlik kağızı: 100 q

  • Rəngi: 2 rəng, 2 tərəf

  • Üzlüyü: 4 rəng, hər iki tərəfdə laminasiya ilə 350 q

  • Tikilmə üsulu: Spiralşəkilli













No.


Məhsul

Təsviri

Hər ədədə görə qiymət və çatdırılma vaxtı

100 (…gün)

300 (…gün)

500 (…gün)

1000 (…gün)

10

Qovluqlar

  • Tərtibatı və çap olunması

  • Ölçüsü: A 4 +bağlı (22 X31)

  • Rəngi: Əlvan

  • İki cibi olan sıxaclı (qalınlığı) qovluq

  • Materialı: 350 q, laminasiya olunmuş üzlük

  • Kəsim (forma vermək) tələb olunur

  • Tərtibat: İllüstrasiya lazımdır













No

Məhsul

Təsviri

Hər ədədə görə qiymət və çatdırılma vaxtı

100 (…gün)

300 (…gün)

500 (…gün)

1000 (…gün)

11



Stolüstü təqvimlər


  • Rəngi: hər iki tərəfdə əlvan rəng

  • Materialı: hər iki tərəfdə laminasiya olunmuş 350 q

  • Ölçüsü: 13sm X 21 sm

  • Vərəqlərin sayı: 13

  • Tikilmə üsulu: Spiralşəkilli

  • Üzlüyü: Bərk cild













12




Divardan asmaq üçün təqvimlər

  • Ölçüsü: 50 X 35 sm

  • Tikilmə üsulu: Spiralşəkilli

  • Vərəqlərin sayı: 14

  • Materialı: 200 q tabaşirli mat kağız və bir tərəfi çap olunmuş

  • Rəngi: Bir tərəfdə əlvan rəng

  • Birinci səhifəsi: laminasiya ilə 300 qram

  • Arxa cildi: laminasiya ilə 300 qram/ çap olunmamış
















No

Məhsul

Təsviri

Hər ədədə görə qiymət və çatdırılma vaxtı

30 (…gün)

50 (…gün)

100 (…gün)

13




Sertifikatlar


  • Tərtibatı və çap olunması

  • Ölçüsü: A4

  • Kağızın çəkisi və növü: 300 q

  • Rəngi: bir tərəfdə əlvan

  • Əlavə olaraq: sertifikatın üzərində benefisiarların adlarının çap edilməsi






No

Məhsul

Təsviri

Hər ədədə görə qiymət və çatdırılma vaxtı

5

(…gün)

10 (…gün)

+10 (…gün)

14


Banner




  • Ölçüsü: 2.5 m x 1.75 m

  • Rəngi: əlvan










No.

Məhsul

Təsviri

Hər ədədə görə qiymət və çatdırılma vaxtı

100 (…gün)

300 (…gün)

500 (…gün)


15


Üzərində brendin adı yazılmış papaqlar

  • Ölçüsü: Böyüklər üçün

  • Rəngi: Mavi / Ağ

  • Parçası: 100 % pambıq

  • Brendin adının yazılma üsulu: FAO loqosunun tikilməsi

  • Çap üçün rəng: bir və iki rəngli










No.

Məhsul

Təsviri

Hər ədədə görə qiymət və çatdırılma vaxtı

50 (…gün)

100 (…gün)

300 (…gün)

500 (…gün)

16


Qısaqol köynəklər


Variant (1)

  • Ön hissədə loqoların sayı: Bir

  • Ön hissənin rəngi: Əlvan

  • Arxa hissədə rənglərin sayı: İki rəng

  • Ön hissədə loqonun ölçüsü: təxmini 22 X 17 sm.

  • Ön hissə üçün istifadə olunan çap üsulu: Basmaqəlib və yuyulan (hər ikisi üçün qiymət təklifi verilməlidir)

  • Ölçüləri: S+ M + L + XL + XXL



















Variant (2)

  • Ön hissədə loqoların sayı: İki

  • Ön hissədə loqonun ölçüsü: təxmini 22 X 17 sm

  • Ön hissənin rəngi: əlvan

  • Arxa hissədəki loqoda rənglərin sayı: 2 rəng

  • Arxa hissədə print olunmuş hissənin ölçüsü: ENİ 30 X ölçü sm

  • Ön hissə üçün istifadə olunan çap üsulu: Basmaqəlib

  • Ölçüləri: S+ M + L + XL + XXL

  • Arxa hissənin tərtibatı üçün qonorar: ayrıca xətt üzrə













No.

Məhsul

Təsviri

Hər ədədə görə qiymət və çatdırılma vaxtı

100 (…gün)

300 (…gün)

500

(…gün)

16

Vizit kartları

  • Tərtibatı və çap üsulu

  • Ölçüsü: 85x55mm

  • İki hissəli (ingilis və Azərbaycan dillərində)

  • Laminasiya olunmuş















1 Sənədin Azərbaycan dili versiyası qeyri-rəsmi xarakter daşıyır, yalnız İddiaçıların sənədin şərtlərini tam anlaması üçün nəzərdə tutulub. İddiaçılar öz təkliflərini İngilis dilində hazırlanmış versiya əsasında verməlidirlər.


Yüklə 188,61 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin