La agricultura y la alimentacion fao partnership and liaison office in azerbaijan



Yüklə 176,66 Kb.
tarix24.05.2018
ölçüsü176,66 Kb.
#51198




FOOD AND

AGRICULTURE

ORGANIZATION

OF THE


UNITED NATIONS

ORGANISATION

DES NATIONS

UNIES POUR

L’ALIMENTATION

ET L’AGRICULTURE

ORGANIZACION

DE LAS NACIONES

UNIDAS PARA

LA AGRICULTURA

Y LA ALIMENTACION
faologo



FAO PARTNERSHIP AND LIAISON OFFICE IN AZERBAIJAN
Binagady district, 8th Residential Area Telephone: (+994 12) 5635628 E-mail: FAO-AZ@fao.org

Quarter 3112, AZ1115 Internet: https://www.fao.org

Baku, Azerbaijan


Tender No. ITB/FAOAZE/2018/0021 01/05/2018

Hörmətli Cənab/Xanım,


BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) 194-dən çox üzv ölkədən ibarət hökumətlərarası təşkilatdır. Təsis olunduğu vaxtdan etibarən FAO kənd təsərrüfatının inkişafını təşviq etməklə yoxsulluq və aclığın səviyyəsini azaltmaq, qidalanmanı yaxşılaşdırmaq və ərzaq təhlükəsizliyini, yəni aktiv və sağlam həyat tərzi yaşamaq üçün insanlara lazım olan ərzağın onlar üçün hər zaman əlçatan olmasını təmin etmək istiqamətində fəaliyyət göstərib.

Bu məqsədlərə çatmaq üçün FAO bütün dünyada fermer qrupundan tutmuş ticarət şirkətlərinə, qeyri-hökumət təşkilatlarından tutmuş digər BMT qurumlarına, inkişaf banklarından tutmuş aqrar-sənaye müəssisəsilərinə qədər minlərlə tərəfdaşla əməkdaşlıq edir (FAO barədə daha ətraflı məlumat əldə etmək üçün: http://www.fao.org).

Təklifinizi hazırlayarkən FAO-nun beynəlxalq statusunu və fəaliyyətini nəzərə almaqla ən yaxşı kommersiya şərtlərinizi təqdim etməlisiniz. Bildirmək istərdik ki, FAO Əlavə Dəyər Vergisi (“ƏDV”) və gömrük rüsumlarından azadolma və idxal məhdudiyyətlərinin tətbiq olunmaması da daxil olmaqla müəyyən imtiyazlardan faydalanır.

FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi (“FAOAZ”) müəyyən xidmətlər üzrə iki illik müqavilə təltif etmək niyyətindədir. Bu xidmətlərə xüsusilə aşağıdakılar daxildir:



Səyahətin təşkili xidməti (aviabiletlərin satışı)”
Sizi ən yaxşı təklifinizi təqdim etməyə dəvət edirik.
Aşağıdakı proseduralar bu Təşkilat tərəfindən müqavilənin təltif olunması ilə bağlı yaradılmışdır:


  1. Prosedurlar




    1. Müəyyən sayda şirkət öz təkliflərini irəli sürmək üçün dəvət olunur. Təşkilat dəvət etdiyi şirkətlərin hər hansı biri qarşısında heç bir öhdəlik daşımadan rəqabətə ən davamlı hesab etdiyi təklifi təqdim edən şirkəti müqavilə ilə təltif etmək niyyətindədir;




    1. Öz təklifinizi irəli sürməklə sözügedən müqavilənin icrası üçün uyğun olan bütün aspektləri nəzərdən keçirmiş və təklifinizə təsir edə biləcək risklər, ehtimallar və digər hallar ilə bağlı bütün zəruri informasiya və məlumatları əldə etmiş hesab olunursunuz.




    1. Təklifinizdə yer alan bütün sənədlər, hesablamalar və s. Təşkilatın əmlakı hesab olunacaq və siz bu əmlakın şirkətinizə geri qaytarılmasını tələb edə bilməzsiniz.




    1. Təşkilat Çərçivə Sazişi imzalamaq niyyətindədir. Bu Saziş Təşkilatı hər hansı maliyyə öhdəliyi altında qoymasa da, Sazişdə şirkətin xidmətləri həyata keçirərkən əməl edəcəyinə razılıq verdiyi ümumi şərtlər və əsas qiymətlə bağlı başlıca müddəalar əks olunacaq.




    1. Təklifinizin hazırlanması ilə bağlı yaranan bütün xərclər sizin tərəfinizdən qarşılanacaq. Təşkilat xərcləri kompensasiya etmək öhdəliyi daşımır.




    1. Tenderdə iştirak dəvətinə cavab verməklə və əlavə edilmiş müqaviləni qəbul etməklə şirkətiniz FAO-ya müqavilə üzrə şirkətlə yaratdığı münasibət, o cümlədən şirkətin adı, yerləşdiyi ölkə, müqavilənin ümumi dəyəri barədə ətraflı məlumatı və xidmətlərin qısa təsvirini dərc etmək səlahiyyəti vermiş olur. Bütün hallarda təklifi qəbul edilməyən tender iştirakçılarına məlumat veriləcək.




    1. Azərbaycan Respublikasının hökumət orqanları tərəfindən verilmiş rəsmi sənədlər istisna olmaqla tender təklifi və onunla birlikdə təqdim olunan sənədlər ingilis dilində olmalıdır.




    1. FAO bu tenderin nəticələrinə və/ və ya digər bir vəziyyətə uyğun olaraq müqaviləni qismən təltif etmək və ya ümumiyyətlə təltif etməmək barədə qərar verə bilər.




    1. At Müqavilə təltif edilməzdən öncə heç bir halda tender iştirakçıları aşağıdakı 8-ci maddədə göstərilən xüsusi kanal xaricində FAO, onun tender üzrə məsul işçi heyəti və ya texniki şöbəsindən tender ilə bağlı hər hansı məlumatı bildirməyi tələb edə bilməzlər.




    1. Bu tenderə qatılmaqla iştirakçılar təsdiqləyirlər ki, onların şirkəti (konsorsiumun bütün üzvləri daxil olmaqla) və/ və ya subpodratçıları layihə üçün texniki tapşırıq və ya digər tender sənədlərini hazırlayan məsləhətçi və ya müəssisə ilə birbaşa və ya dolayı şəkildə əlaqəli deyillər.




    1. Öz təkliflərinin hazırlanması üçün müstəqil məsləhətçinin xidmətindən istifadə edən tender iştirakçıları həmin məsləhətçi digər bir tender iştirakçısına eyni tender ilə bağlı təklif hazırlamağa kömək etdikdə xoşagəlməz vəziyyətlə qarşılaşmaq riski daşıyırlar. Tender iştirakçılarının nəzərinə çatdırmaq istərdik ki, onlar FAO tenderləri ilə bağlı təklifin hazırlanması üçün müraciət etdikləri məsləhətçinin fəaliyyətinə görə tam şəkildə cavabdeh hesab olunurlar və FAO tenderi ilə bağlı təklifin hazırlanmasında onlara kömək edən məsləhətçinin eyni tender prosesi ilə əlaqədar digər bir tender iştirakçısı üçün təklif hazırlamamasını təmin etmək üçün bütün əsaslı tədbirləri görməlidirlər.




    1. Tender iştirakçısının şikayət etmək hüququ: Obyektivlik və şəffaflıq FAO-nun satınalma fəaliyyəti ilə bağlı əsas prinsipləridir. Satınalma prosesinin obyektiv və şəffaf olmadığını iddia edən tender iştirakçıları tenderi elan edən şöbədən bu məsələyə rəy verməyi tələb edə bilərlər. Aldıqları cavab onları qane etmədikdə tender iştirakçıları aşağıdakı linkdə ətraflı şəkildə təsvir olunmuş təlimatlara uyğun qaydada şikayət ünvanlaya bilərlər: http://www.fao.org/unfao/procurement/codedeconduitethique/protests/en/. 

Satınalma prosesində fırıldaqçılığın və ya qanun pozuntusunun olduğu barədə məlumat vermək üçün tender iştirakçıları anonim şəkildə Baş İnspeksiya İdarəsinə müraciət edə bilərlər.

Qaynar xətt: http://www.fao.org/aud/69204/en/. 


    1. Müəyyən bir Təsisçi Şirkətin tabeliyində fəaliyyət göstərən və ya Törəmə Şirkətləri olan tender iştirakçıları aşağıdakı 3.6-cı bəndə uyğun olaraq bütün müvafiq məlumatları təqdim etməlidirlər. Tender iştirakçıları konsorsium və ya assosiasiyalar (məsələn, Birgə Müəssisə) formasında iştirak edə bilməzlər.




    1. Müqavilə aşağıdakı 3.2-ci bənddə nəzərdə tutulan məcburi tələblərə və aşağıdakı 4-cü bənddə göstərilən qiymətləndirmə meyarlarına uyğun şəkildə təltif olunacaq.




    1. Müqavilənin təltif olunması Qeyri-müstəsna Müqavilə əsasında həyata keçiriləcək.


  1. Əlavə olunan sənədlər

Təklifinizi hazırlamaq üçün aşağıdakı sənədləri əlavə etməlisiniz:




    1. Təklifinizin təqdim olunması üçün istifadə ediləcək “Tender təklifi üzrə xülasə” forması (Forma 1);




    1. Aşağıdakı 7.3-cü bənddə nəzərdə tutulan məktub (Forma 2)




    1. Tenderdə iştiraka dəvət məktubuna Əlavə A: “Xidmət siyahısı və spesifikasiyalar”




    1. Tenderdə iştiraka dəvət məktubuna Əlavə B: “FAO Azərbaycan Ofisi tərəfindən ötən illərdə alınmış aviabiletlərin orta həcmi”




    1. Tenderdə iştiraka dəvət məktubuna Əlavə C “Tender iştirakçısının son bir il üzrə dövriyyəsi”




    1. Tenderdə iştiraka dəvət məktubuna Əlavə D “Tender iştirakçısının FAO ilə əməkdaşlıq üçün təyin etdiyi işçi heyəti”




    1. Tenderdə iştiraka dəvət məktubuna Əlavə E “Tender iştirakçısının qiymət təklifi”



  1. Təqdim edilməli olan sənədlər

Sizin təklifinizdə aşağıdakılar göstərilməlidir:




    1. Yuxarıdakı 2.1-ci bənddə nəzərdə tutulan və buraya əlavə edilmiş formadan və ya o formanın surətlərindən istifadə etməklə müvafiq qaydada doldurulmuş “Tender təklifi üzrə xülasə”




    1. MƏCBURİ TƏLƏBLƏR: Aşağıdakı məlumatlardan/ sənədli sübutlardan birinin və ya bir neçəsinin təqdim olunmaması tender təklifinin tenderin qiymətləndirilməsi prosesindən diskvalifikasiya olunması ilə nəticələnə bilər:


Səyahətin təşkili xidmətləri üzrə tender təklifi təqdim edən tender iştirakçıları aşağıdakı cədvəldə tələb olunan məlumatları/ sənədli sübutları təmin etməlidirlər:


 

Səyahətin təşkili xidmətləri

3.2.1

Ədliyyə Nazirliyi tərəfindən verilmiş qeydiyyat sənədinin notarial qaydada təsdiqlənmiş surəti (şirkətin Azərbaycan bazarında bu tenderdə iştiraka dəvət məktubu ilə tələb olunan xidmətləri ən azı 1 (bir) ildir həyata keçirməsini təsdiqləyən)

3.2.2

Tender iştirakçısının fəaliyyət göstərdiyi ölkənin Vergi Orqanlarından əldə olunmuş sənəd (tender iştirakçısının hökumət qarşısında heç bir yerinə yetirilməmiş öhdəliyinin olmadığını təsdiqləyən)

3.2.3

Tender iştirakçısının Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına (IATA) üzvlüyünü təsdiq edən sertifikat

3.2.4

Tender iştirakçısının beynəlxalq daşımaları həyata keçirən aviaşirkətlərdə biletin bronlaşdırılması ilə bağlı dövriyyəsinin son 1 (bir) il ərzində illik 100.000 AZN-nə bərabər və ya bu məbləğdən çox olduğunu göstərmək üçün son 1 (bir) il üzrə gəlirlər haqqında hesabat.

3.2.5

Əlavə A-da nəzərdə tutulanla eyni məzmunda olan səyahətin təşkili xidmətlərinin son bir il ərzində Tender İştirakçısı tərəfindən qənaətbəxş səviyyədə göstərildiyini təsdiqləmək üçün əsas müştərilərin verdiyi Tövsiyə Məktubları

3.2.6

Tender təklifində qeyd olunan sərnişin tariflərinin əldə olunması üçün istifadə edilən vasitələrin təsviri göstərilməklə həmin sərnişin tariflərinin sərfəli olduğu sübuta yetirilməlidir.

3.2.7

Tender iştirakçısının aşağıdakı məlumatları/ informasiyanı özündə əks etdirən idarəetmə hesabatlarının təqdim olunması üçün hesabat sistemi olmalıdır:
i) Daxili və beynəlxalq uçuşlar ilə bağlı verilən biletlərin sayını göstərən illik hesabat

sisteminin yaratdığı hesabatların nümunəsi təqdim edilməlidir.



3.2.8

Tender iştirakçısı müvafiq sektorda ən azı 5 (beş) il iş təcrübəsinə malik və ingilis dili biliyi ən azı orta səviyyədən yuxarı olan Səyahətin Təşkili Xidmətləri üzrə Menecerin tərcümeyi-halını təqdim etməlidir.

3.2.9

Tender iştirakçısı Təşkilat üçün bu müqavilənin icrası ilə bağlı fəaliyyət göstərmək məqsədilə tender iştirakçısı tərəfindən tövsiyə olunan, Tender iştirakçısı ilə birbaşa əməkdaşlıq edən, müvafiq sahədə ən azı 2 (iki) il iş təcrübəsinə malik və ingilis dili biliyi ən azı orta səviyyədən yuxarı olan Biletin Rəsmiləşdirilməsi üzrə Əməkdaşın tərcüməyi-halını təqdim etməlidir.

3.2.10

Tender iştirakçısı texniki dəstək xidmətlərinin, həmçinin saat 18:00 -dan 09:00-a qədər, həftəsonları və rəsmi qeyri-iş günlərində də göstərildiyini təsdiqləməlidir (tender iştirakçısı bu texniki dəstək xidmətlərinin necə təşkil olunduğunu təsvir etməlidir: məsələn, qaynar xətt vasitəsilə, növbətçi işçi heyəti cəlb olunmaqla və s.).




    1. Tenderdə iştiraka dəvət məktubuna Əlavə C “Tender iştirakçısının son bir il üzrə dövriyyəsi”




    1. Tenderdə iştiraka dəvət məktubuna Əlavə D “Tender iştirakçısının FAO ilə əməkdaşlıq üçün təyin etdiyi işçi heyəti”




    1. Tenderdə iştiraka dəvət məktubuna Əlavə E “Tender iştirakçısının qiymət təklifi”



  1. QİYMƏTLƏNDİRMƏ MEYARLARI


Aşağıdakı meyarlar üzrə rəqabətə ən davamlı tender təklifi təqdim edən Tender İştirakçı Çərçivə Sazişi ilə təltif olunacaq:


Meyarlar üzrə kateqoriyalar

Maks. ballar

Keyfiyyətin təhlili ilə bağlı meyarlar

20

Maliyyə tələbləri*

80

ÜMUMİ

100

* Maliyyə təklifləri üzrə ballar aşağıdakı düsturla hesablanacaq:


       Ballar = (A/B)*80
  Nümunə: Tender İştirakçısı “A”-nın təklif etdiyi qiymət ən aşağı qiymət olmaqla 10.00 ABŞ dollarıdır. Tender İştirakçısı “A” 80 bal qazanır.

                        Tender İştirakçısı “B”-nin təklif etdiyi qiymət 20.00 ABŞ dollarıdır.  Tender İştirakçısı “B” 40 bal qazanır: ($10.00/$20.00) * 80= 40



                             Tender İştirakçısı “C”-nin təklif etdiyi qiymət 25.00 ABŞ dollarıdır. Tender İştirakçısı “C” 32 bal qazanır: ($10.00/$25.00) * 80= 32


SƏYAHƏTİN TƏŞKİLİ XİDMƏTLƏRİ

KEYFİYYƏTİN TƏHLİLİ İLƏ BAĞLI MEYARLAR

Veriləcək ballar

1. TENDER İŞTİRAKÇISININ TƏCRÜBƏSİ

Tender iştirakçıları 2015, 2016 və 2017-ci illəri əhatə edən dövr ərzində beynəlxalq müştərilər ilə əməkdaşlıq edib etmədiklərini göstərməli və İşlərin Başa Çatdırılmasına dair Aktları (“Aktlar”) təqdim etməlidirlər. Ballar təqdim olunmuş Aktların sayına uyğun olaraq veriləcək.

1-3

Maks. aralıq yekun

3

2.  TENDER İŞTİRAKÇISININ TƏŞKİLAT POTENSİALI

Tender iştirakçıları ən aşağı sərnişin tariflərini müəyyən etmək üçün sistemdən/alətdən istifadə edib etmədiklərini göstərməli və müvafiq sistemin/ alətin qısa təsvirini verməlidirlər.

5

Tender iştirakçıları FAOAZ-a ilkin rezervasiyadan ödəniş həyata keçirilənə qədər biletin rəsmiləşdirilməsi prosesinə nəzarət etmək imkanı yaratmaq üçü veb-əsaslı onlayn biletin rəsmiləşdirilməsi sistemindən istifadə edib etmədiklərini qeyd etməlidirlər.

2

Tender iştirakçıları İSO sertifikatlarının olub olmadığını göstərməlidirlər.

2

Tender iştirakçısı şirkətin tələb olunan böyük həcmdə xidmətləri həyata keçirmək imkanına malik olduğunu göstərmək üçün FAOAZ-a şirkətin Təşkilati Struktur Sxemini (hərtərəfli struktur, bölmələr, şöbələr, vəzifələr və s.) təqdim etməlidir.

2

Maks. aralıq yekun

11

3. TENDER İŞTİRAKÇISININ İXTİSAS GÖSTƏRİCİLƏRİ VƏ MƏSUL İŞÇİ HEYƏTİ

Təşkilat üçün bu müqavilənin icrası ilə bağlı fəaliyyət göstərmək məqsədilə tender iştirakçısı tərəfindən tövsiyə olunan, Tender iştirakçısı ilə birbaşa əməkdaşlıq edən, müvafiq sahə üzrə ən azı 3 (üç) il təcrübəsinə malik və ingilis dili biliyi orta səviyyədən yuxarı olan Müqavilənin icrası üzrə Menecerin tərcümeyi-halı təqdim olunmalıdır.

1-3

Təşkilat üçün bu müqavilənin icrası ilə bağlı fəaliyyət göstərmək məqsədilə tender iştirakçısı tərəfindən tövsiyə olunan, Tender iştirakçısı ilə birbaşa əməkdaşlıq edən, müvafiq sahədə ən azı 2 (iki) il iş təcrübəsinə malik və ingilis dili biliyi ən azı orta səviyyədən yuxarı olan Biletin Rəsmiləşdirilməsi üzrə Əməkdaşın tərcüməyi-halı təqdim olunmalıdır.

1-3

Maks. aralıq yekun

6

 

 

ÜMUMİ YEKUN

20

5. Tender təklifinin tamlığı

Yalnız yuxarıda qeyd olunan bütün məlumatları və sənədləri özündə əks etdirən və əlavə edilmiş müqavilənin müddəalarına uyğun gələn tender təklifləri nəzərdən keçiriləcək, əks təqdirdə tender təkliflərinin bərabər əsasda qiymətləndirilməsi mümkün olmayacaq. Təşkilatın maksimum maliyyə öhdəliyini əks etdirməyən müqavilələri imzalamaq yolverilməz olduğu üçün maliyyə öhdəliyinin hesablanmasının mümkün olmadığı tender təklifləri qəbul edilməyə bilər.


6. Tender təklifi və Müqavilə üzrə istifadə olunan valyuta
Tender təklifinizdə qiymət AZN ilə göstərilməlidir.
7. Təklifin təqdim olunma forması və tenderin bağlanma tarixi
7.1 Tender təklifiniz möhürlü zərfə əlavə edilmiş iki surətdən ibarət olmalıdır. Zərfin üzərində aşağıdakılar qeyd olunmalı və zərf aşağıdakı ünvana göndərilməlidir:

c:\users\faouser\desktop\456.jpg

FORMA (1)

TENDER TƏKLİFİ ÜZRƏ XÜLASƏ

Təlimatlar: Zəhmət olmasa, aşağıda boş saxlanılmış hissələri doldurun. Qiymətlər AZN ilə göstərilməlidir.
I HİSSƏ: Tender prosedurları ilə bağlı təsdiq:
/ / Mən Tenderdə İştiraka Dəvət Məktubunun “Prosedurlar” adlı 1-ci bölməsində təsvir olunan prosedurlar ilə tanış olduğumu təsdiqləyirəm.
/ / Tenderdə iştiraka dəvət məktubunun 1-ci bölməsinin 1.11 və 1.12-ci bəndləri ilə tanış olduğumu və qeyd olunan məlumatları təqdim etmədiyim təqdirdə tender təklifimin kənarlaşdırılacağını bildiyimi təsdiqləyirəm.






II HİSSƏ: Müqavilənin icrasının başlanması və Müqavilənin İcrası üzrə Cədvəl
/ / Mən müqavilədə göstərilən tarixdə və ya müqaviləni Təşkilat tərəfindən müvafiq qaydada imzalanmış formada qəbul etdikdən sonra dərhal müqavilənin icrasına başlamağı öz üzərimə götürürəm.
III HİSSƏ: Təşkilat tərəfindən iştirak (bax: Əlavə IV)
Yaxud:



/ / Təşkilatın Əlavə IV-də göstərildiyi kimi daxil etdiyi ilkin məlumatların müqavilənin qənaətbəxş səviyyədə icrası üçün kifayət etdiyini təsdiqləyirəm.

və ya




/ / Müqavilənin qənaətbəxş səviyyədə icrası üçün aşağıdakılar təmin olunmalıdır:

____________________________________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________





IV HİSSƏ: Maliyyə təklifi:
/ / Bu Müqavilənin icrası üçün təklif olunan tarifləri göstərməklə Tenderdə İştiraka Dəvət Məktubunun E Əlavəsində məlumatları qeyd etmişəm və bu Əlavəni təqdim edirəm.
V HİSSƏ: Tender təklifinin tamlığı:
/ / Mən bu tender təklifini hazırlayarkən müvafiq şəkildə nəzərə alınmış risklər, planlaşdırılmamış xərclər və müqavilənin icrasına təsir göstərə bilən digər hallar ilə bağlı bütün müvafiq informasiya və məlumatları əldə etdiyimi təsdiqləyirəm.


/ / Tenderdə İştiraka Dəvət Məktubunda (Məcburi Tələblər və Qiymətləndirmə Meyarları) nəzərdə tutulmuş bütün sənədlər təqdim olunduğunu və bu tender təklifində qeyd olunan bütün informasiya və məlumatların düzgün olduğunu təsdiqləyirəm. Tender təklifində hər hansı yanlış məlumat olduğu təqdirdə təklifin tenderdən kənarlaşdırılacağını bilirəm.



VI HİSSƏ: Müqavilənin müddəaları:
/ / Tenderdə İştiraka Dəvət Məktubuna əlavə olunduğu kimi müqavilənin şərt və müddəalarının bu tender təklifində xüsusilə qeyd olunmuş rezervasiyalar istisna olmaqla məqbul hesab olunduğunu təsdiqləyirəm.

Rezervasiyalar (əgər varsa): ___________________________________________________________

____________________________________________________________________________
/ / Müqavilənin təltif olunmasına dair məlumatı dərc etmək hüququ, Maraqlar toqquşması və fırıldaqçılıq və korrupsiya ilə bağlı müqavilənin müddəaları ilə tanış olduğumu təsdiq edirəm.
/ / Hal-hazırda BMT-nin kənarlaşdırılmış təchizatçılar siyahısında və ya BMT-nin digər idarələrinin buna bənzər siyahılarında olmadığımı və BMT Təhlükəsizlik Şurasının 1267/1989 siyahısına düşmüş hər hansı şirkət və ya fiziki şəxslə əməkdaşlıq etmədiyimi təsdiqləyirəm.
VII HİSSƏ: Sərnişin tariflərinin ödənilməsi üzrə avtomatlaşdırılmış sistemin mövcudluğu
Faktiki olaraq tələb edilən səyahət tarixlərindən öncə/ sonra uyğunlaşdırıla bilən tarixlər nəzərə alınmaqla və səyahət tarixlərinin dəyişdirilməsi ilə ən səmərəli seçimlər nəzərdə tutmaqla sərnişin tarifinin ödənilməsi ilə bağlı bütün mövcud imkanları təklif edən avtomatlaşdırılmış ödəniş sisteminin mövcud olduğunu təsdiqləyirəm.
BƏLİ / / XEYR / /

VIII HİSSƏ: Tender təklifinin etibarlılıq müddəti:
Tenderdə iştiraka dəvət məktubunda təklifin təqdim olunması üçün nəzərdə tutulan müddət başa çatdıqdan sonra tender təklifi ALTI (6) AYLIQ MÜDDƏT qəbul edilmək üçün etibarlı olacaq.
IX HİSSƏ: Tender iştirakçısının təklifinin BMT-nin digər idarələrinə təqdim olunması

         

  Təklifin eyni şərtlərlə qüvvədə olacağını və ya BMT-nin hər hansı İdarəsinə növbəti mərhələlərdə təklifin təqdim oluna biləcəyini təsdiqləyirəm. Təklifinizin BMT-nin digər idarələri üçün eyni şərtlərlə qüvvədə olacağını təsdiqləməyiniz xahiş olunur.
BƏLİ / / XEYR  / /

Şirkətin adı:


Poçt ünvanı:

Faks:

Tel:
E-poçt:

Əlaqələndirici şəxs:


İmza:
Tarix:
Adı və vəzifəsi: Şirkətin möhürü: ______


FORMA 2
(Şirkətin rəsmi blankı ilə doldurulmalıdır)

Tarix: ....................



Tender No. ITB/FAOAZE/2018/002

Hörmətli_______,


Yuxarıda nəzərdə tutulan tender üçün təklifin təqdim olunması ilə bağlı dəvət məktubunuzu əldə etdiyimi təsdiqləyirəm. Nəzərinizə çatdırmaq istərdim ki,

/ / şirkətimiz tender üçün təklif təqdim edəcək.



/ / şirkətimiz aşağıdakı səbəblərə görə tender üçün təklif təqdim etməyəcək:







Hörmətlə,

.........................

(İmza)
.........................

(Ad və vəzifə)


..................

(Şirkətin möhürü)



Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı

FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi

ƏLAVƏ A – XİDMƏT SİYAHISI VƏ SPESİFİKASİYALAR

Podratçı nümunə müqavilənin 2-ci Əlavəsinin A saylı Qoşmasında nəzərdə tutulan İş Sifarişi FAO tərəfindən verildikdən sonra burada göstərilən spesifikasiyalar və cədvələ uyğun olaraq bu Əlavədə təsvir olunan xidmətləri həyata keçirməlidir.

SƏYAHƏTİN TƏŞKİLİ XİDMƏTLƏRİ





  1. İşçi heyəti və iş saatları

  • Podratçı xidmətləri həftəiçi günlər (bazar ertəsi-cümə) saat 09:00-dan 18:00-a qədər, şənbə günləri isə saat 09:00-dan 14:00-a qədər həyata keçirəcək. Podratçı FAO ilə işin icrası üçün təyin olunmuş əlaqələndirmə mərkəzlərinin və ehtiyat personalın rəsmi qeyri-iş günləri də daxil olmaqla həftənin 7 günü, günün 24 saatı müraciətə cavab vermək üçün münasib olmasını təmin etməlidir.

  • Podratçı rəsmi tələblərə əsas prioritet kimi yanaşmalı və şəxsi ehtiyacların qarşılanması məqsədilə göstərilən xidmətlərin Podratçının FAO-nun rəsmi tələblərini vaxtında və səmərəli şəkildə yerinə yetirməsinə əngəl yaratmamasını təmin etməlidir.

  • FAO eyni vaxtda yerinə yetirilməli olan çoxsaylı sifarişlər verdikdə Podratçı keyfiyyətə nəzarət etməklə və sürətli məlumatlandırmanı həyata keçirməklə prosesin səmərəliliyini təmin etməlidir.

  • Podratçı FAO-nun xüsusi və/ və ya son dəqiqə verilmiş sifarişlərini də tələb olunan səmərəlilik və effektivliyi təmin etməklə qısa zaman ərzində yerinə yetirməlidir.

  • Podratçının biletin bronlaşdırılmasını həyata keçirən beş nəfər əməkdaşdan, iki mühasibdən, bir nəfər vizaların rəsmiləşdirilməsi üzrə mütəxəssisdən və iki nəfər kuryerdən ibarət işçi heyəti olmalıdır.

  • Podratçı əlaqələndirmə mərkəzində ingilis dilindən praktikada istifadə edə bilən bir nəfər səyahətin təşkili xidmətləri üzrə menecerin fəaliyyətini təmin etməli və Təşkilat ilə əməkdaşlıq çərçivəsində səyahət barədə məlumatlandırma və məsləhət xidmətlərini, biletin bronlaşdırılması xidmətlərini, elektron aviabiletlərin çatdırılması xidmətlərini həyata keçirmək üçün təyin etdiyi əməkdaşların ingilis dilini praktik səviyyədə bildiyini təsdiqləməlidir.




  1. Səyahətin idarə edilməsi xidmətləri (daxili və beynəlxalq)


İşgüzar səfər:
İşgüzar səfərlərə əsasən aşağıdakılar daxildir:

  • FAO-nun işçi heyəti, hökumət, tərəfdaşlar və ya digər müəssisələr tərəfindən rəsmi missiyalar (o cümlədən layihənin həyata keçirildiyi əraziyə səfərlər)

  • işçi heyətinin və onların ailə üzvlərinin təyinatı və repatriasiyası

  • vətənə səyahət üçün məzuniyyət və təhsil almaq üçün məzuniyyət

Podratçı FAO ilə aeroportlar, aviaşirkətlər arasında əlaqə yaratmaq öhdəliyi daşıyacaq.

Podratçı FAO ilə yazılı şəkildə xüsusi razılaşma olmadığı təqdirdə rezervasiyalar edərkən müəyyən bir daşıyıcının xeyrinə davranmamalıdır.

Podratçı FAO-nun aşağıda geniş şəkildə təsvir olunmuş İşgüzar Səfərlərə dair Siyasətinə tam şəkildə əməl etməlidir:




FAO-nun İşgüzar Səfərlərə dair Siyasəti:

Hava yolu ilə səyahətə dair siyasətə əsasən, FAO-nun işgüzar səfərlərə dair siyasətinə və missiya tələblərinə əməl etmək üçün Podratçıdan bütün hallarda mövcud olan ən sərfəli sərnişin tariflərini sifariş etmək və ən sərfəli tariflərin əldə olunması üçün alternativ marşrutları (mümkündürsə, ən azı üç seçim) araşdırmaq tələb olunur. FAO-nun işgüzar səfərlərə dair siyasəti müvafiq düzəlişlər nəzərə alınmaqla aşağıdakı əsas prinsipləri özündə əks etdirir:




  1. mümkün olduqda mövcud ən sərfəli tarifdən (cərimə tarifləri də daxil olmaqla) istifadəyə üstünlük verilir;

  2. müvafiq güzəştli sərnişin tarifləri mövcud olmadıqda, ekonom sinfinin aşağı tariflərindən istifadə etmək olar;

  3. yalnız xüsusi hallarda biznes sinfi və ya ona ekvivalent siniflə uçuşlar təşkil oluna bilər;

  4. səyahətin təşkilinə dair qaydalara əsasən, yalnız bir neçə spesifik kateqoriyalar istisna olmaqla birinci-sinif uçuşla səfərin təşkili qadağandır;

  5. Podratçı sərnişin tariflərini/ aviareysləri təklif etməli və nəzərdə tutulan səyahət üçün mövcud olan ən aşağı sərnişin tarifinin əldə olunduğuna dair zəmanət verməlidir; müddəti doqquz (9) saatdan çox olan səfərlər istisna olmaqla bu cür səyahətlərin ən qısa və ən sərfəli marşrutla həyata keçirilməsi təmin edilməlidir;

  6. Podratçı müvafiq hallarda istifadə üçün xüsusi sərnişin tarifləri, məhdudlaşdırılmış sərnişin tarifləri, endirimli sərnişin tarifləri və qrup sərnişin tarifləri hazırlamalıdır. Məhdud şərtlərin (cərimələr və ya gecə qalmaq üçün uçuşda fasilə) tətbiq olunduğu sərnişin tarifləri yalnız FAO personalının açıq şəkildə razılığı olduğu halda sifariş edilə bilər.


Şəxsi səfər:

Müqaviləyə şəxsi səfərlərin təşkili xidmətləri daxil olmasa da, FAO-nun müraciəti əsasında şəxsi səfərlər təşkil oluna bilər. Şəxsi səfərlərin təşkilinin işgüzar səfərlərin vaxtında və səmərəli şəkildə təşkilinə maneə törətməməsi təmin edilməlidir.


Şəxsi səfərlərə FAO-nun əməkdaşlarının və onların ailə üzvlərinin işgüzar məqsədlər xaricində etdiyi səfərlər daxildir. Şəxsi səfərlərin təşkili zamanı Podratçı FAO-nun işçi heyətini aşağıdakılar ilə təmin etməlidir:

  • mənzilin, kurortların və klubların təşkili də daxil olmaqla daxili və beynəlxalq səfərlərə, həmçinin, digər şəxsi səfərlərə dair bütün əlaqədar xidmətlər ilə birlikdə məlumatlar

  • səfərlərin yalnız ilkin qiymət ilə təşkil olunması.



  1. Səfərlər ilə bağlı məlumat və məsləhət xidmətləri

“Səfərlər ilə bağlı məlumat və məsləhət xidmətləri” çərçivəsində Podratçı aşağıdakıları həyata keçirməlidir:



  • müraciətdə nəzərdə tutulan təyinat məntəqəsi ilə bağlı qısa zamanda məlumat vermək;

  • səfər edəcək şəxslərə daşıyıcının, uçuşun və səfərin nömrəsini, səfərin hər bir hissəsi üzrə yoladüşmə və çatma vaxtlarını, vergidən azadolma ilə bağlı məlumatı və s. özündə əks etdirən avtomatlaşdırılmış marşrut sənədlərini təqdim etmək;

  • biletlər təsdiqləndikdən sonra səfər edəcək şəxslərə uçuş/ bilet üzrə məhdudiyyətlər, məcburi dayanacaqlar, gizli dayanacaqlar və marşrutla bağlı narahatçılığa səbəb olan digər hallar ilə bağlı məlumat vermək və səfərlər ilə əlaqədar tələb olunan sənədləri təqdim etmək;

  • səfər edəcək şəxslərə rəsmi təyinat məntəqələri ilə bağlı onlayn və oflayn şəkildə müvafiq məlumat vermək (yəni, vizanın əldə olunması ilə bağlı tələblər, təhlükəsizliyin təmin edilməsi prosedurları, hava limanından transferlər/ quru yolu ilə daşınma üzrə nəqliyyat vasitələri, maraqlı yerli məkanlar, xarici valyutanın köçürülməsinə qoyulan məhdudiyyətlər/ valyuta əməliyyatlarına dair qaydalar, sağlamlığının qorunması üzrə tədbirlər, hava şəraiti və s.)

  • səfər edəcək şəxslərə aeroportun bağlanması, uçuşların təxirə salınması və ya ləğv edilməsi, həmçinin, həmin şəxslərə təsir edəcək və ya yola düşməzdən öncə onların xüsusi hazırlıq görməsini tələb edən digər hallar ilə bağlı məlumat vermək;

  • səfər edəcək şəxsləri müəyyən ölkələrə və ya ərazilərə səfər etmək üçün tələb olunan və ya təklif edilən zəruri sağlamlıq tədbirləri, o cümlədən peyvənd və vaksinlər ilə bağlı məlumatlandırmaq;

  • səfərin həyata keçiriləcəyi yerdə mövcud olan vəziyyət, həmçinin, xarici ölkənin iqlim şəraiti, milli və dini bayramlar üçün zəruri hesab olunan geyimləri ilə bağlı məlumat vermək;

  • FAO və FAO-nun səfər edən əməkdaşları üçün faydalı ola biləcək xüsusiyyətlər, xüsusi proqramlar və ya xidmətlər ilə bağlı məlumat vermək (məsələn, vizanın rəsmiləşdirilməsi, itirilmiş baqajın izlənilməsi, sığorta, oturacaqların seçilməsi);

  • Səfər edən şəxslərə səfərlə bağlı digər məsləhətlər (əlavə baqaja görə ödəniş, gündəlik valyuta məzənnələri və xarici ölkəyə səfər üçün yeni tarif prosedurları) vermək.




  1. Viza xidmətləri

“Viza xidmətləri” çərçivəsində Podratçı ehtiyac yarandıqda FAO-ya vizanın əldə edilməsi üçün kömək göstərəcək. FAO-nun viza almalı olan əməkdaşının şəxsi müraciətini tələb etməyən səfirliklər üçün bu viza dəstəyinə aşağıdakılar daxil olacaq:



  • Azərbaycandan xaricə səfər edən şəxslər üçün viza ilə bağlı məlumatın verilməsi,

  • viza müraciəti ilə bağlı formalar və ərizələrin təqdim olunması,

  • FAO-ya məxsus ofislərdən pasportların götürülməsi,

  • viza dəstəyindən sonrakı prosesə nəzarətin həyata keçirilməsi,

  • vizaların verilməsi ilə bağlı razılaşmaların əldə olunması,

  • müvafiq sənədləşmələrin aparılması

  • pasportların VİZA ilə birlikdə FAO-nun ofislərinə təqdim olunması,

  • viza əldə etməli olan şəxsi görmək ilə bağlı Səfirliyin tələblərinin yerinə yetirilməsi (şəxsi müraciət tələb olunduqda)




  1. Rezervasiya və biletin bronlaşdırılması xidmətləri

“Rezervasiya və biletin bronlaşdırılması xidmətləri” çərçivəsində Podratçı aşağıdakıları etməlidir:



  • FAO-nu biletin bronlaşdırılması ilə bağlı son tarixlər barədə məlumatlandırmaq və bron edilmiş biletlərin ləğv olunmaması üçün hər dəfə rezervasiya vaxtı FAO-ya müvafiq məlumat vermək;

  • aviabiletlər ilə bağlı cədvələ dair məlumat vermək;

  • sərnişin tarifləri/ aviareyslər təklif etmək və nəzərdə tutulan səyahət üçün mövcud olan ən aşağı sərnişin tarifinin əldə olunduğuna dair zəmanət vermək; müddəti doqquz (9) saatdan çox olan səfərlər istisna olmaqla bu cür səyahətlərin ən qısa və ən sərfəli marşrutla həyata keçirilməsi təmin edilməlidir;

  • biletlərin FAO-nun səfər üçün icazəsində göstərilən icazələrə müvafiq olaraq verilməsini təmin etmək;

  • FAO-nun əlaqələndirmə mərkəzlərinə FAO üçün əlverişli sərnişin tarifləri şərtləri ilə aviareyslərin təşkil olunması ilə bağlı danışıqların aparılmasında yardım göstərmək. Biletin bronlaşdırılması üçün nəzərdə tutulan tarixlər FAO-nun tələblərinə uyğunlaşdırılmalıdır (yəni, müəyyən bir səfərin baş tutacağı tarixə qədər).

  • FAO üçün xərclərə qənaətə səbəb ola biləcək kommersiya təcrübəsi və bazar tendensiyası, o cümlədən korporativ səfər üzrə bronlaşdırma vasitələrindən istifadə və səyahətin təşkilinə dair qaydalara uyğunluq və bu qaydaların tətbiq edilməsi barədə məlumat vermək;

  • nəqliyyatın bütün növləri (yəni, hava, dəmiryolu, avtobus və gəmi) üzrə biletləri rezervasiya etmək, vermək və çatdırmaq;

Aviabiletlər yalnız Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (“İATA”) təsdiqlənmiş bilet kağızlarında və ya FAO-nun etibarlı hesab etdiyi nüfuzlu aviaşirkətlərin bilet kağızlarında verilməlidir.

  • təklif irəli sürərkən, müvafiq marşrutları və rəsmi qiyməti müəyyən edərkən ən aşağı sərnişin tarifinə və birbaşa və FAO-nun Səfərlərə dair icazəsi üzrə ən rahat marşruta əsaslanmaq. Podratçı tərəfindən edilən rezervasiyalar bilet bronlaşdırılarkən mövcud olan ən aşağı tarifdə olmadıqda Podratçı ən aşağı tariflə biletin bron edildiyi tarif arasındakı fərqi FAO-ya ödəmək öhdəliyi daşıyır.

  • nəzərdə tutulan səfərin təşkili təsdiqlənə bilmədikdə FAO-ya problem barədə məlumat vermək və ən azı üç (3) alternativ marşrut/ vaxt cədvəli/qiymət təqdim etmək;

  • gözləmə siyahısındakı rezervasiyalar ilə bağlı olaraq, uçuşun vəziyyəti barədə müntəzəm olaraq gündəlik məlumat vermək;

  • aviabiletləri yenidən təsdiqləmək və bərpa etmək, marşrutun və ya tarifin dəyişdirilməsi səbəbindən qaytarılmış biletləri yenidən vermək və marşrutları çap etmək;

  • səfərin bütün hissələri üzrə aviareysin dəqiq statusunu özündə əks etdirən marşrutlarla birlikdə elektron formatda biletləri dərhal vermək və göndərmək;

  • FAO tərəfindən vaxtaşırı olaraq müəyyənləşdirilən qaydada kompüterdə səfər edəcək bütün şəxslərin profillərini hazırlamaq, həmin profillərdə səfər edən şəxslərin aviaşirkətlər, otellər, oturacaqlar, qidalanma ilə bağlı seçimlərini, pasport və kredit kartı məlumatlarını və səfər edən şəxslər üçün səyahətin təşkili baxımından faydalı olan digər məlumatları qeyd etmək;

  • Audit məqsədilə biletlər verilməzdən öncə və ya sonra bütün biletlər ilə bağlı sənədlərin çap versiyasını saxlamaq və auditin FAO-nun tələbinə uyğun şəkildə keçirilməsini təmin etmək üçün FAO ilə tam şəkildə əməkdaşlıq etmək;

Bütün biletlərin yoxlanacağına və ya biletlərin təsadüfi seçilərək və ya digər bir şəkildə yoxlanacağına FAO qərar verəcək;

  • FAO-nun tələb etdiyi vaxtda və qaydada FAO-ya qatar və/ və ya avtobus biletlərini təqdim etmək;

  • Xarici filialları vasitəsilə Azərbaycandan xaricə edilən səfərlər ilə bağlı rezervasiyaları və biletin bronlaşdırılması xidmətlərini həyata keçirmək. Bu halda Podratçı FAO qarşısında Azərbaycanda xidmətin həyata keçirilməsi ilə bağlı mövcud olan bütün standartlara əməl etmək öhdəliyi daşıyacaq.



  1. Uçuşun ləğvi / təkrar bronlama, məbləğin geri qaytarılması

Müraciət edən şəxs uçuşun ləğvini və ya təkrar bronlaşdırılmasını tələb etdikdə Tender İştirakçısı:



  • tələb olunan vaxtda və qaydada uçuşla bağlı müvafiq dəyişikliyin edilməsini və ya uçuşun ləğv edilməsini həyata keçirməlidir;

  • qiyməti öncədən ödənilmiş, istifadə edilməmiş biletlər ləğv edildikdə dərhal məbləğin geri qaytarılması prosesini həyata keçirməli və mümkün olduğu qədər ən qısa müddət ərzində həmin məbləği FAO-ya ödəməlidir;

  • biletə görə ödənilmiş vəsaiti bir (1) ay ərzində geri qaytarmalıdır;

  • yalnız aviaşirkətin tətbiq etdiyi tarifə uyğun olaraq ödəniş geri qaytarılır; yəni Tender İştirakçısına əlavə ödəniş edilmir.

  • FAO-nun və ya səyahət edən şəxsin heç bir təqsiri olmadan uçuş ləğv edildikdə və/ və ya dəyişdirildikdə bununla bağlı xərcləri ödəməlidir.

  • BMT-nin müvafiq qurumuna biletin geri qaytarılması ilə bağlı vəziyyətlə əlaqədar məlumat verməlidir.




  1. E-biletin çatdırılma xidmətləri

“Biletin çatdırılma xidmətləri” çərçivəsində Podratçı:



  • FAO-nun müəyyən etdiyi/ tələb etdiyi qaydada və işgüzar səfər zamanı FAO-nun verdiyi icazəyə uyğun olaraq biletləri, marşrutları, minmə talonunu (əgər varsa) və səfərlə bağlı digər sənədləri təqdim etmək;

  • digər bir şəkildə tələb olunmadığı təqdirdə səyahətdən öncə iki gündən tez olmayaraq biletləri marşruta uyğun şəkildə təqdim etmək;

Səyahətə dair icazə bilet verilməzdən ən azı bir gün öncə Podratçıya təqdim olunacaq.

  • uyğun olduqda e-poçt vasitəsilə FAO-nun səyahət edəcək əməkdaşlarına PNR (sərnişinin qeydiyyat məlumatı) nömrələri barədə məlumat vermək;

  • Tələb olunduqda iş saatları başa çatdıqdan sonra müvafiq aeroportda və ya ofislərindən birinin və ya dünyadakı tərəfdaşlarının vasitəçiliyi ilə təcili bilet və ya qiyməti öncədən ödənilmiş biletlər vermək

  • Podratçı tərəfindən hazırlanaraq səyahət edən şəxslərə təqdim edilməli olan marşrutlarda aşağıdakı məlumatlar göstəriləcək:

      • daşıyıcı və koordinat təsnifatı nömrələri,

      • uçuş nömrəsi, xidmətin həyata keçirildiyi sinif, qidalanma ilə bağlı xüsusi tələblər və oturacaqların seçilməsi,

      • səfərin hər bir hissəsi üzrə yoladüşmə və çatma vaxtı,

      • hər hansı otelin adı, telefon nömrəsi və ünvanı və oteldəki əlaqədar otaqların qiymətləri və hər bir təyinat məntəqəsində Podratçı tərəfindən rezervasiya edilmiş bütün otaqların təsdiq nömrələri və dayanacaqlar,

      • biletin qiyməti,

      • aeroport və digər vergilər.



  1. İnternet vasitəsilə qeydiyyat

FAO-nun müraciəti əsasında Podratçı aviabiletlər ilə bağlı internet vasitəsilə qeydiyyatdan keçməkdə FAO-nun əməkdaşlarına yardım göstərəcək və ya tələb olunduqda Səyahət Agentliyi səfər edəcək şəxsin adından internet vasitəsilə qeydiyyat aparacaq. Bu zaman Səyahət Agentliyi səfər edəcək şəxsə minmə talonlarını elektron qaydada göndərməlidir.

ƏLAVƏ B – FAO Azərbaycan Ofisi tərəfindən ötən illərdə alınmış aviabiletlərin orta həcmi
Cədvəl 1. Biletlərin sayı





2016

2017

Daxili aviareys üçün bilet

-

2

Beynəlxalq aviareys üçün bilet

50

1151


ƏLAVƏ C – TENDER İŞTİRAKÇISININ SON 1 (BİR) İL ÜZRƏ DÖVRİYYƏSİ


SƏYAHƏT XİDMƏTLƏRİNİN TƏŞKİLİ ÜZRƏ DÖVRİYYƏ
Cədvəl 1. Biletin bronlaşdırılması xidmətləri




BİLETİN BRONLAŞDIRILMASI ÜZRƏ İLLİK DÖVRİYYƏ (AZN)




2017

Daxili aviareys üçün bilet




Beynəlxalq aviareys üçün bilet



YEKUN DÖVRİYYƏ (AZN)





ƏLAVƏ D - TENDER İŞTİRAKÇISININ FAO İLƏ ƏMƏKDAŞLIQ ÜÇÜN TƏYİN ETDİYİ İŞÇİ HEYƏTİ
*Cədvəl 1-i doldurmağınız və Səyahətin Təşkili üzrə Xidmətlərin idarə olunması məqsədilə FAO ilə əməkdaşlıq üçün təyin olunmuş işçi heyətinin tərcümeyi-halını təqdim etməyiniz xahiş olunur.
Cədvəl 1.

SƏYAHƏT XİDMƏTLƏRİ ÜÇÜN TƏYİN OLUNMUŞ İŞÇİ HEYƏTİ SİYAHISI

Adı/Soyadı

Vəzifəsi

Görəcəyi işlər

Əlaqə məlumatları (telefon/e-poçt)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ƏLAVƏ E – TENDER İŞTİRAKÇISININ QİYMƏT TƏKLİFİ



SƏYAHƏTİN TƏŞKİLİ XİDMƏTLƏRİ ÜZRƏ KOMİSYON HAQLARI


TƏSVİR

VAHİD

VAHİDİN QİYMƏTİ (AZN)



Daxili aviareys - Ekonom sinif biletin verilməsi üçün komisyon haqqı

bilet




Daxili aviareys - Biznes sinif biletin verilməsi üçün komisyon haqqı

bilet




Beynəlxalq aviareys - Ekonom sinif biletin verilməsi üçün komisyon haqqı

bilet




Beynəlxalq aviareys - Biznes sinif biletin verilməsi üçün komisyon haqqı

bilet




Xüsusi səfər

daxili səfər – bilet




beynəlxalq səfər – bilet




Vizanın əldə olunması üçün komisyon haqqı

viza






1 Sənədin Azərbaycan dili versiyası qeyri-rəsmi xarakter daşıyır, yalnız İddiaçıların sənədin şərtlərini tam anlaması üçün nəzərdə tutulub. İddiaçılar öz təkliflərini İngilis dilində hazırlanmış versiya əsasında verməlidirlər.

1 FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi daxilində yenicə təsdiqlənmiş layihələrin sayı artdığına görə biletlərinin sayının da 1.5-2 dəfə çox olacağını nəzərə almağınız xahiş olunur.


Yüklə 176,66 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin