LABORATORİYA İŞİ № 1,2
SABİT CƏRƏYAN DÖVRƏLƏRİNİN TƏDQİQİ VƏ OM QANUNU
QISA NƏZƏRİ MƏLUMATLAR
1. Sabit cərəyan elektrik dövrələri;
2. Om qanunu;
3. Rezistorların qoşulma üsulları.
SABİT CƏRƏYAN ELEKTRİK DÖVRƏLƏRİ
Elektrik dövrəsi, elektrik enerjisini qəbul etmək, ötürmək, çevirmək və istifadə etmək üçün hazırlanmış bir qurğudur. Elektrik dövrəsi (şəkil 1) ayrı-ayrı cihazlardan - elektrik dövrələrin elementlərindən ibarətdir.
Şəkil 1. Qapalı elektrik dövrəsi
Elektrik enerjisi mənbələri mexaniki enerjinin elektrik enerjisinə çevrildiyi elektrik generatorlarıdır, eyni zamanda kimyəvi, istilik, işıq və digər enerjinin elektrik enerjisinə çevrildiyi ilkin elementlər və batareyalardır.
Elektrik enerjisi istehlakçılarına elektrik mühərrikləri, müxtəlif istilik cihazları, işıqlandırma cihazları və s aiddir. Bütün istehlakçılar, elektrik dövrəsindən enerjini qəbul etmək və digər enerji növlərinə çevirmək, eləcə də enerjini toplayan və müəyyən şərtlər daxilində elektrik dövrəsinə qaytara bilən öz elektrik və maqnit sahələrini yaratmaq üçün elementlərin xassələrini müəyyən edən bəzi parametrlər ilə xarakterizə olunur.
Elektrik dövrələrin elementləri yalnız bir parametr ilə təyin olunur. Bu əsas parametr müqavimətdir (R). Müqavimət, bir elektrik dövrəsindən enerjini alıb və digər enerjiyə çevirmək üçün bir elementin xüsusiyyətini təyin edir. Hər hansı bir elektrik dövrəsi cərəyan (I), elektrik hərəkət qüvvəsi (E) və gərginlik (U) ilə xarakterizə olunur. Elektrik enerji mənbəyinə qoşulmuş yük naqillər vasitəsi ilə qapalı elektrik dövrəsini yaradır. Beləliklə, keçirici naqildən yüklərin nizamlı hərəkəti nəticəsində dövrədən elektrik cərəyanı (I) axır. Cərəyanın ölçü vahidi amperdir (A). Sxemlərdə şərti olaraq cərəyanın və gərginliyin müsbət istiqaməti ox ilə mənfidən müsbətə qəbul olunur. Qapalı dövrədə elektrik cərəyanı mənbənin elektrik hərəkət qüvvəsinin E təsiri altında axır. Dövrədə cərəyan olmadıqda, yəni dövrə açıq olan zaman mənbədə elektrik hərəkət qüvvəsi mövcuddur. Onda EHQ-i mənbənin sıxaclarının potensiallar fərqinə bərabərdir. Elektrik dövrəsindəki cərəyanı ölçmək üçün işlədici ilə ardıcıl ampermetr və ya milliampermetr qoşmaq lazımdır. Eyni zamanda, cihazın işlədicinin işinə təsirini ləğv etmək üçün ampermetrin daxili müqaviməti çox kiçik olmalıdır ki, onda düşən gərginliyi nəzərə almayaq. Ampermetr yüklə həmişə ardıcıl qoşulur. Paralel qoşulan zaman cihaz yana bilər, çünki cərəyan ən kiçik müqavimətindən keçir.
Dövrədəki iki nöqtə arasındakı sabit gərginliyi ölçmək üçün iki nöqtə arasına voltmetr qoşulur. Voltmetr həmişə işlədiciyə və ya mənbəyə paralel qoşulur. Voltmetrin dövrənin işinə təsirini nəzərə almamaq üçün onun kifayət qədər böyük daxili müqaviməti olmalıdır ki, ondan keçən cərəyanı nəzərə almayaq. Şəkil 2-də ölçü cihazlarının dövrəyə qoşulması göstərilmişdir.
Şəkil 2. Cihazların dövrəyə qoşulması
Dostları ilə paylaş: |