Layihə Məktəb sosioloji mühitinin dəstəklənməsi Hazırladı : Aytac Rzayeva



Yüklə 25,1 Kb.
tarix14.06.2018
ölçüsü25,1 Kb.
#53635

Layihə

Məktəb sosioloji mühitinin dəstəklənməsi

Hazırladı : Aytac Rzayeva

Uşaqların sağlam cəmiyyətdə böyüməsi və inkişafı , Azərbaycanın gələcəyi olan gənclərin yetişdirilməsi üçün, onların sosial-iqtisadi və psixoloji müdafiələrini təşkil edən ailə və məktəb mühiti olmalıdır.Bilirik ki, ibtidai siniflərdə uşaqlara daha çox diqqət, qayğı göstərən valideyinlərin övladları yeniyetməlik yaşına çatanda onlara olan nəzarəti nisbətən zəifləyir.Problem də burdan qaynaqlanır. Keçid dövrü yaşayan azyaşlıların psixologiyalarında baş verə biləcək mənfi təsirləri aradan qaldırmaq üçün məktəblərdə sosial mühiti möhkəmləndirmək məqsədilə təklif etdiyim təlimin keçirilməsi məqsədəuyğun olar. Həyata keçirilməsi nəzərdə tutulan təlimdə müəllimlər uşaqlara bir-birləri ilə ünsiyyət qurmağın, xoş münasibət yaratmağın , qarşılıqlı anlama, etibarlılıq, sadəcə dərs zamanı deyil həyatda əməkdaşlıq qurmağın vacibliyini öyrənədəcəklər.Tədrisdə keyfiyyət əldə etmək üçün ilk növbədə mühitin tərbiyəvi olmasının zəruriliyini anladacaqlar.

Bizim hədəfimiz ixtisasından asılı olmayaraq bütün müəllimlər, yeniyetmələr və valideyinlərdir. Bu təlimdən müəllimlər, uşaqlar və valideyinlər ümumi şəkildə faydalanacaqlar.Sinif rəhbərləri sinif saatları təşkil edəcək .Dərsdən sonrakı fəaliyyətində əldə etdiyi pedoqoji təcrübəni şagirdlərin tərbiyəsinə və əxlaqi inkişafının yüksəldilməsinə, bir şəxsiyyət olaraq yetişdirilməsinə yönəldəcək.

Bütün tədris ocaqlarında sosioloji mühiti möhkəmləndirən ,müəlim, valideyin, uşaq psixologiyasında çatışmayan, sadalanan ehtiyacları aradan qaldıran dəstəkləyici mühit yaradılacaq.

Bizim bildiyimiz təlimlər tədrisin peşəkar inkişafı ilə bağlı, Yeni Fən kurikulumunun tətbiqi, Sosial servislərdən istifadə , Promethean lövhələrdən istifadə üsulu ilə dərslərin qurulması, Kreativ mühitin yaradılması və s. kimi təlimlərdir. Bu cür təlimlər Təhsil Nazirliyi və digər QHT qurumları tərəfindən tez-tez təşkil olunur. Bütün beynəlxalq və seminar və treninglərin mövzuları məhz tədrisin inkişafının müxtəlif metod və üsullarla yüksəldilməsinə həsr olunur . Şagirdlərlə müəllimlərin davranışından, etikanın inkişafından, azyaşlıları mənfi təsirlərdən, meyl etdikləri virtual aləmin zərərli tərəfləndirən uzaqlaşdıran, onlara düzgün istiqamət verən təlimlərin təşkilinə ehtiyac çoxdur. Bu baxımdan bizim təlimimiz yeniliyi və orijinallığı ilə digərlərindən fərqlənəcək və seçiləcək.

Uşaqların dərsdən yayınmasında ən ciddi səbəblər ailələrdə normal mühitin pozulması, valideyin nüfuzunun olmaması, biganəlik vəümumiyyətlə nəzarətin heç olmamasıdır. Dərs dediyimiz şagirdlər fərqli ailələrdən fərqli tərbiyələrlə məktəbə qədəm qoyurlar. Əgər bu gün bir sinifdə ədəblə apara bilməyən, küçədə eşitdiyi nalayiq ifadələri işlədən, qəsdən dərsin pozulmasına şərait yaradan bir neçə şagird varsa , digərlərinin də diqqəti yayınır. Təəssüf ki, bu cür şagirdlərlə fərdi məşğul olmaq üçün müəllimin iş qrafiki uyğun gəlmir yaxud digər səbəblər olur.Məhz bu baxımdan öyrədənləri müstəlif üsul və innovatik vasitələrlə marifləndirərək məktəbdə təlim-tərbiyə prosesi möhkəmləndiriləcək.

Müəllim sinfə daxil olarkən öz vəzifəsinin öhdəsindən gəlməsi üçün ilk növbədə özü bütün etik qaydalara riayət etməlidir.Etiraf edək ki , hələ də bəzi müəllimlər ənənəvi təhsil zamanı istifadə olunan ( şagirdləri küncə qoymaq, xətkeşlə əllərinə vurmaq, saçlarını dartmaq, acılamaq və s.) kimi müəllimə yaraşmayan kobud üsullardan istifadə edirlər. Hətta yaşlı nəslin nümayəndələri içərisində indi bu cür metodların tətbiqinə icazə verilmir deyə uşaqların tərbiyələrində yaranan mənfi xüsusiyyətlər artmaqda davam edir deyən pedoqoqlar da az deyil. Müasir təhsil bu cür üsullarla şagirdlərin tərbiyə edilməsinin tam əleyhinədir. Təklif etdiyimiz təlimin əsas faydalı cəhətləri müəllimləri, valideyinləri, gənc mütəxxəsisləri uşaq tərbiyəsinin düzgün təşkil olunması ilə bağlı maarifləndirmə aparacaq. İndiyə kimi bu tipli təlimlər hansısa mərkəzlərdə sadəcə məktəb psixoloqları üçün nəzərdə tutulurdusa , indi isə bu geniş şəkildə orta və ali məktəblərdə keçiriləcək , müəllimlər və valideyinlər arasında uşaqları düzgün tərbiyə edib vətənə, gələcəyimizə layiq səxsiyyətlər kimi yetişdirilməsinə müvəffəq olacağıq.

Əslində müasir dövr gətirdiyi yeniliklərin yaxşı tərəfləri ilə yanaşı mənfi tərəfləri də qaçılmazdır. Müəllim şagirdlərdən sinfə telefonla, planşetlə gəlməyi qadağan edirsə, şagirdlərin dərsdən kənar mövzulardan bəhs etməsinə qarşı olursa , birinci növbədə bu cür iradları özündə aradan qaldırmalıdır. Sirr deyil ki, müəllimlərin çoxu sinfə girərkən telefonlarını söndürmürlər. Dərs zamanı gələn vacib bir zəng həm dərsin vaxtını aparır həm şagirdlərin diqqətini dərsdən yayındırır. Məktəbdə bu cür hallar çox yaşanır və belə halların yaşanmaması üçün, müəllimlər bizim təşkil etdiyimiz təlimlərdən faydalanaraq öz iştəcrübələrindəistifadə edəcəklər.

Təlimdə tədris olunan mövzular uşağın şəxsiyyət kimi yetişməsi üçün aiələdə və məktəbdə sosial mühütin inkişafını əhatə edəcək. Əsas məsələlər aşağıdakılardır:

  1. Şəxsiyyətin inkişafı və tərbiyəsi haqqında fikirlər

  2. Şəxsiyyətin inkişafı tərbiyəsində sosioloji konsepsiya

  3. Şəxsiyyətin inkişafı və tərbiyəsində biososial konsepsiya

Bilirik ki, insanlar bioloji və fizioloji xarakteriskaları ilə bərabər fərdi xüsusiyyətlərinə görə də fərqlənirlər. Məktəbə gələn şagirdlər bir-birlərindən tamamilə fərqli ailələrdən gəlirlər.Onların hər birini məktəb mühitinə alışdırmaq üçün müəllim psixoloq rolunu oynamalıdır.Müəllim pedoqiqasının ən həssas yanaşması fərqli uşaqların məktəb mühitində düzgün tərbiyəsi və inkişafıdır. Sinfin və məktəbin sosial inkişafınının artırılması ilə uşaqların psixi, mənəvi intellektual inkişafını artıracaq .Bu gün düzgün tərbiyə olunub yetişdirilən uşaq sabah ölkəni dünyada təmsil edəcək bir şəxsiyyətdir.Bu prosesi təşkil etmək ,ziddiyətli mühitdə nümunəvi şəxslər yetişdirmək üçün müəllimlərlə valideyinlərin qarşılıqlı əlaqələri qurulacaq. Məktəbdaxili seminarlar, dəyirmi masalar təşkil olunacaq, valideyinlər, gənclər dəvət olunacaqlar.Müəllimləri pedoqoji və innovatik tərəfdən istiqamətləndirən müşavirlər təyin olunacaq. Sinif rəhbərlərinə dərsi qiymətləndirmə cədvəli iləyanaşı, tərbiyə prosesini qiymətləndirən cədvəllərin qurulması öyrədiləcək. Neqativ hadisələrin baş verməsinin qarşısını almaq üçün, uşaqları necə ruhlandırmağın yolları başa salınacaq, tədris olunan mövzular məhz şagirdlərdə sərbəst düşünmə, nəticə çıxarma, analiz, özünüqiymətləndirmə bacarıqlarını inkişaf etdirəcək.

Uşaq şəxsiyyətinin formalaşmasında məktəbin rolu əvəszizdir. Bəzən valideyinlər öz borclarını uşaqların maddi təlabatlarını ödəməklə bitmiş hesab edirlər. Bəzi ailələrdə nəzarətsiz buraxılan uşaqlar saatlarla vaxtlarını kompyuter arxasında keçirir , yaşlarına uyğun olmayan saytlarda gördükləri mənfi halları mənimsəyirlər. Övladının internetdən dərs üçün istifadə etdiyini düşünən valideyin bütün bunlardan xəbərsiz olur.Buna görə uşağında mənfiliyə doğru baş verən dəyişikliklərin səbəbini tapmaqda çətinlik çəkir. Biz müəllimlər bu cür halları daha tez müşahidə edir üzə çıxarırıq.Öz tərübəmə əsaslanaraq deyə bilərəm ki, sinifdə yaratdığımız normal mühiti pozan şagirdlər bu cür ailələrdən gələn uşaqlardır.Onların tədrisə olan marağı gündən-günə azalır, davranışları pozulur, digər uşaqlara da bu mənfi aoranı ötürürlər. Bu cür uşaqlar çox əsəbi olur, özlərini oynadıqları aqressiv oyunların qəhrəmanlarına oxşatmağa çalışır, ev tapşırıqlarını etməmək üçün yalanlar uydurmağa başlayırlar. Fikrimcə məktəblərdəki sosial mühitin pozulması sinif daxili münasibətlərin pozulması, qonşu siniflərə ötürülməsi sayəsində genişlənir, ictimailəşir. Yuxarı sinif şagirdlərinin dərsdən yayınması da istisna olunmur.Biz bu təlimi təklif edirik ki, pedoqoji yanaşma metodu ilə, müxtəlif multimediyalı resurslardan istifadə edərək uşaq psixikasına təsir göstərən mənfi təsirləri aradan qaldıraq. Bu gün məktəblərdə Səməd Vurğun, Vaqif, Əhməd Cavad, Natəvan gecələri tez-yez təşkil olunmalı, dərslərini zəif oxuyan şagirdlərin digər (şeir demək, mahnı oxumaq, rəqs etmək, şəkil çəkmək, hər hansı kreativ bir əşya hazırlamaq və s.) bacarıqlarını üzə çıxaran dərnəklər yaradılmalıdır.Təlimin əsası bu cür tədbirləri həyata keçirən mövzuları əhatə edəcək. Asudə vaxtın, həftə ərzində gün rejiminin düzgün təşkil olunması tərbiyədə mühüm rol oynayır.

Sinif rəhbərlərinin şagirdlərin dərsdən sonrakı fəaliyyəti zamanı necə çalışdığını izləməsi üçün onlara valideyinlərlədaha münasib, vaxta qənaət edən , texnoloji üsullarla əlaqə vasitələri haqqında geniş informasiya veriləcək, davamlı əlaqənin effektivliyi izah olunacaq. Əsas məqsədimiz burda uşaqların tərbiyəsi, onlarda yüksək mədəni xüsusiyyətləri inkişaf etdirmək, bədii qiraətə yönləndirmək, tariximizi, keçmişimizi, adət-ənənələrimizi dərindən öyrətməkdir.Müasir dövrün uşaqları dahi bəstəkarlarımızı, şairlərimizi az tanıyır, milli musiqimizi dinləmir, milli kinolarımıza baxmırlar. Yaxşı olar ki, məktəblərdə ara-sıra tanınmış elm və incəsənət xadimləri ilə görüşlər təşkil olunsun. Şagird psixologiyasını inkişaf etdirən amillərdən biri də əmək qabiliyyətinin inkişafıdır.Zəkası zəif olan, dərsə həvəssiz gələn on bir il boşuna zaman itirib ali məktəblərə qəbul ola bilməyən uşaqları zamanında sinif rəhbəri onların texniki bacarıqlarına uyğun peşə fəaliyyətinə yönləndirə bilər.Hal-hazırda Təhsil Nazirliyində də “Asan Peşə “ pilot layihəsi həyata keçirilir. Bu gün məktəblərdə problemli, xoşagəlməyən qalmaqallı, qıcıqlanma və narahatlıq şəraitində yaşayan ailələrdən gələn uşaqlar çoxdur. Belə ailələrdən gələn uşaqlarda ağır pisixi gərginliklər müşahidə olunur və onlar digər uşaqlara bu mənfi təsiri aşılaya bilirlər. Bu cür halların olmaması üçün müəllimlərin, valideyinlərin maarifləndirici təlimlərə ehtiyacları var. Təklif etdiyimiz təlim məktəbin sosial mühitində müsbət dəyişiklik yaradacaq , bu cür şagirdlər asan tərbiyə ediləcək.

Tərbiyə edən hər zaman tərbiyə olunana ictimai təcrübəni aşılamaq, yaxşını pisdən ayırmaq , həyatda baş verə biləcək neqativ hadisələr haqqında təsəvvür yaratmaq, baş verəcək hadisələrin qarşısını almaq üçün özünü yaxşı tərəfdən inkişaf etdirmək qabilliyətini öyrədir.Valideyinlər arasında apardığımız sorğu nəticəsində öyrəndik ki, onlarıın öz uşaqlarında görməyi arzu etdikləri xüsusiyyətlər aşağıdaklardır:

Düzlük, xeyirxahlıq, özündən böyüklərə və kiçiklərə hörmət, valideyinlərin üzünə ağ olmamaq, müəllimlərə yersiz cavab qaytarmamaq, çalışqanlıq, məsulliyətlilik, əməkdaşlıq , vətənə məhəbbət .

Bu təlimdən sonra müəllimlər uşağı düzgün, xeyirxah insan kimi böyütməyin yeni metodlarla həyata keçirilməsini öyrənəcəklər.Bəzən dərslərini həddindən artıq çox çalışan işgüzar şagird səsli-küylü, çoxdanışan, dərslərini yaxşı oxumağı bacarmayan şagird isə sakit və xoş davranışlı olur. Biz şagirdi tərbiyəsinə, nizam-intizamına, davranışına, cəmiyyətdə əməkdaşlığına və digər müsbət xarakterlərinə görə müntəzəm qiymətləndirsək bu digər şagirdlərə də stimul verəcək.Müəllimlər bu təlimin sonunda bu cür dəyərləndirmə konpetensiyalarını özlərində inkişaf etdirəcəklər.Müəllimlər özlərinin tərbiyə vəzifələri və şagird hüquqlarının qorunması haqqındakı maddələri öyrənəcəklər.Müəllim tərbiyəsində monoton nəsihətçilik çərçivəsindən kənara çıxacaq, daha maraqlı, şagirdlərə xoş gələn rollu oyunlar, məntiqi yarışlar, mədəniyyətimizi inkişaf etdirən muzeylərə, tarixi məkanlara əyani və virtual səyahət etməklə yenilkiçi, kreativ müəllim kimi işlədiyi təhsil müəssisəsində də fərqlənib, seçiləcək.
Yüklə 25,1 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin