PLAN
Giriş
1)Layihələr və layihələrin idarə edilməsi
2)Layihə iştirakçıları və onların funksiyaları
3)Layihə komandası və liderlik
4)Layihədə kommunikasiyaların qurulması və idarə olunması
Nəticə
Ədəbiyyat siyahısı
Giriş
Layihə sözü texniki sahə termini kimi yaddaşımıza həkk olunmuşdur. Bir çoxları “layihə” dedikdə binanın və ya hər hansı bir mexanizmin layihəsi kimi qəbul edir. Bizim təsəvvür etdiyimiz "layihələrə" inkişaf etmiş ölkələrdə “dizayn” deyirlər. Layihə isə daha geniş, daha da məzmunlu və mürəkkəb bir sistemdir. Bu səbəbdən layihənin hələ də bu günkü günə qədər dəqiq və yeganə tərifı yoxdur. Hər bir alim, hər bir mütəxəssis layihəyə öz düşüncələri çərçivəsində tərif vermişdir.
İctimai yaşayış binalarının inşası, sənaye obyektlərinin tikilməsi, kompüter sistemləri üçün proqram təminatının yaradılması yeni texnologiyanın və texnikanın kəşfi, yeni müəssisənin açılması, kino və filmlərin çəkilişi, vergi sisteminin dəyişdirilməsi və bu kimi digər dəyişiklər layihə xarakterli tədbirlər adlanır.
Layihə başlanma və başa çatma tarixlərinə malik olan əlaqələndirilmiş nadir işlər kompleksidir. Layihə məhdud dəyərlə və gözlənilən nəticələrlə müəyyən iş qrafiki daxilində məqsədə nail olmaq üçün ayrıca şəxs və ya təşkilatlar tərəfindən idarə edilir.
Layihənin idarə edilməsi dedikdə, layihənin bütün aspektlərinin planlaşdırılması, təşkili, monitorinqi və onlara nəzarət başa düşülür. Eyni zamanda müəyyən müddət, dəyər çərçivəsində və yüksək keyfiyyətlə layihənin məqsədinə nail olmaq üçün layihə iştirakçılarının əsaslandırmaları başa düşülür. Buraya idarə olunan işlər çoxluğu və layihəyə rəhbərlik edən, idarə edən və nəticələri qiymətləndirən təşkilatlar da daxildirlər.
- Layihənin idarəetmə üslubuonun yaradıcılıq aktivliyinə və işgüzarlıq fəaliyyətinə təsir edir, layihə komandasında psixoloji mühüti qiymətləndirir.
- Layihənin əsas iştirakçıları arasında münasibətin qurulması, hüquq, məsuliyyət və öhdəliklərin bölüşdürülməsi layihənin təşkili spesifikasiyasıadlanır və onun müvəffəqiyyətlə başa çatmasına təsir edir.
- Layihənin yerinə yetirilməsində hər bir iştirakçının öz marağı olur, onlar tələblərini formalaşdıraraq layihəyə öz səviyyələrində təsir göstərirlər.
- Layihəni yerinə yetirən komanda layihənin “beyni” hesab edilir və onun icraçı orqanıdır. Layihənin müvəffəqiyyəti əsasen layihə komandasındanasılıdır.
Layihənin iştirakçılar arasında məlumatların düzgün və tam ötürülməsi kommunikasiya vasitələri və metodlarındanasılıdır. Bu sahə əsasən “layihənin sinir sistemi” adlanır.