LogiSTİKA”fənni üzrə test tapşırıqları Müəllim Bayramov T. B. Düzgün cavablar “A” bəndindədir



Yüklə 0,51 Mb.
səhifə1/6
tarix08.06.2018
ölçüsü0,51 Mb.
  1   2   3   4   5   6

LOGİSTİKA”fənni üzrə test tapşırıqları

Müəllim Bayramov T.B.


Düzgün cavablar “A” bəndindədir
1. Bazar iqtisadi sistemində material, əmək, maliyyə və informasiya axınlarının hərəkəti prosesinin planlaşdırılması, təşkili, idarə edilməsi və nəsarəti ilə bağlı fəaliyyət sahəsi:

A) loqistika;

B) marketinq tədqiqatları;

C)menecment;

D) marketinq;

E) makroiqtisadiyyat.


2. Fransız dilində “logistika”termininin mənası:

A) təchiz etmək, yerbəyer etmək;

B) anbar, saxlanma;

C) nəqletmə, təchizat;

D) müasir riyazi məntiq;

E) hesablama aparmaq bacarığı.


3. Qədim Romada “logistiklərə” həvalə olunan vəzifələr:

A) legionerləri yemək və yaşayış yerləri ilə təmin etmək;

B) məsul işçilərin maliyyə hesabatlarını aparmaq;

C) silahlı qüvvələri material resursları ilə təmin etmək;

D) ordunu hərbi avadanlıq və sursatla təchiz etmək;

E) arxa və ön cəbhə arasında əlaqələr yaratmaq.


4. Müasir riyazi məntiqi logistika adlandıran alim:

A) Q.Leybins.

B)Q.Pavvelak;

C)R.Qize;

D)D.Benson;

E) B.Rassel;


5. XIX əsrin əvvələrində hərbi hissələrin idarə edilməsi sistemini strategiya, taktika və logistikaya ayrılmış hərbiçi general:

A) Antuan Anri İomini;

B) Bonopart Napoleon;

C)Suvorov;

D)Kutuzov;

E) Uşakov


6. XX əsrin 70-ci illərindən etibarən iogistika sahəsində baş verən əsaslı dəyişikliklər:

A) logistika hərb sahəsinə aid olmayan elmi və praktiki işlərdə intensiv istfadə edilməyə başlandı;

B)milli iqtisadiyyatla müharibə aparan hissələr arasında hərbi logistikanın yeri dəqiqləşdi;

C) ordunun idarə edilməsində logistikanın istifadə edilməsi zəiflədi;

D) logistikanın marketinqlə qarşılıqlı əlaqəsi müəyyənləşdirildi;

E)logistikanın hərb sahəsində iqtisadi aspektləri müəyyən edildi.


7. Logistikada fiziki bölüşdürmə prosesinə aid əməliyyatları göstərin:

A) bütün cavablar düzdür.

B)satış zamanı material və hazır məhsulların yerdəyişməsi;

C)ehtiyatların səviyyəsinə nəzarət;

D)istehsal qüclərinin və anbarların yerləşdirilməsi;

E) nəqletmə;


8. Logistikanın ən geniş yayılmış aspektləri:

A) idarəetmə, iqtisadi, əməli-maliyə;

B) idarəetmə, planlaşdırma, əməli-maliyə;

C) idarəetmə, strateqiya, nəzarət;

D) idarəetmə, iqtisadi, siyasi;

E) idarəetmə, planlaşdırma, nəzarət.


9. Logistikanın idarəetmə aspektinə daha çox üstünlük verən dövlət:

A) Fransa;

B) Rusiya;

C) ABŞ;


D) Kanada;

E) İtaliya.


10. Amerika mütəxəssisləri Pol Konvers və Piter Drakir logistikanın potensialını belə qiymətləndirmişdir:

A) məsrəflərə qənaət edilməsində sonuncu mərhələ;

B) material axınlarının bölgüsü və hərəkətini tənzimləyən yeni bir sistem;

C) məhsulların fiziki bölüşlürülməsinin idarə edilməsi mərhələsi;

D) sistem daxilində axınların idarə edilməsi haqqında yeni elmi istiqamət;

E)cavabların hamısı düzdür.


11. Logistika məfhumu altında aşağıdakılar başa düşülür:

A) cavabların hamısı düzdür.

B)zəruri miqdarda yükü az xərclərlə lazım olan yerdə və tələb olunan vaxtda almaq üçün həyata keçirilən fəaliyyət növlərinin məcmusu;

C) məhsul istehsalı və yüklərin nəql edilməsi proseslərinin interqrasiyası;

D) material və informasiya axınlarının səmərəli idarəetmə metodlarının hazırlanmasında yeni istiqamət;

E) material resurslarının ilkin mənbədən son təyinatməntəqəsinə qədər hərəkətində yeni istiqamət;


12. Biznes fəaliyyətinin həyata keçirilməsi vasitəsi olan logistika mülki sahədə formalaşmışdır:

A) 1950-ci ildə ABŞ-da;

B) 1970-ci ildə ABŞ-da;

C) 1970-ci ildə Almaniyada;

D)1950-ci ildə Böyük Britaniyada;

E)1930-cu ildə Fransada.


13. Logistikanın tarixi inkişafının üçüncü mərhələsinə aid olan dövrü seçin:

A) 1980-1995-ci illər;

B)1950-1980-ci illər;

C) 1920-1950-ci illər;

D)1950-1990-cı illər;

E) 1995-ci ildən sonrakı dövr.


14. Logistikanın birinci mərhələsinin xarakterik xüsusiyyətlərini seçin:

A) marketinq konsepsiyasının tətbiqi,nəqliyyat xərclərinin səviyyəsinin yüksəlməsi;

B) istehlakçı tələbinə münasibətlərin dəyişməsi və məsrəf amillərinin istehsala təzyiqinin artması;

C) informasiya texnologiyası sahəsində inqlab və fərdi hesablama texnikasının (kompüterlərin) tətbiqi;

D) əmtəə-material ehtiyatları və onların idarə edilməsində baş verən dəyişiklər;

E) yüksək keyfiyyətli xammal resurlarının catışmaması nəticəsindərəqabətin qüclənməsi.


15. 1970-ci illərin sonlarında qərbdə başa catan “tara-qablaşdırma” inqilabına aid olan variantı seçin:

A) cavabların hamısı düzdür.

B) müasir avtomatlaşdırılmış anbar komplekslərinin yaradılması;

C)yüklərin nəql edilməsində konteyner daşımalarından intensiv istifadə edilməsi;

D)logistik sistemlərdə standart tipə və ölçüyə malik palletenlərin tətbiqi;

E) yeni növ tara və qablaşdırma məlumatlarının istehsalı;


16. Logistikanın tarixi inkişaf mərhələlərindən biri “logistik intibah” dövrü adlanır:

A) III mərhələ;

B) II mərhələ;

C) I mərhələ;

D) IV mərhələ;

E) mərhələlərin hec biri.


17. Qərb dünyasında müasir marketinq və logistik konsepsiyaların sürətli inkişafı ilə xarakterizə edilən tarixi mərhələ:

A) ücüncü mərhələ;

B)birinci mərhələ;

C)ikinci mərhələ;

D) dörduncü mərhələ;

E)birinci və ikinci mərhələ.


18. Yeni iogistik konsepsiyalardan “Lean Produktion” (“zəif” istehsal),QR (“cevik reaksiya”) və CR (“fasiləsiz bərpa”) logistikanın neçənci inkişaf mərhələsinə aid edilir:

A) üçüncü mərhələyə;

B) dördüncü mərhələyə;

C) birinci mərhələyə;

D) ikinci mərhələyə;

E) cavablar düz deyil.


19.İstehsal, təchizat, satış və istehlak proseslərinin hər birinə kompleks yanaşmaqla inteqrativ logistik sistemlərin tam qurulmasını nəzərdə tutan inkişaf mərhələsi:

A) IV- mərhələ;

B) I- mərhələ;

C) II- mərhələ;

D) III mərhələ;

E) I və II mərhələ.


20.Avropa İttifaqına üzv olan ölkələrin iqtisadi ticarət əlaqələrində logistik prinsiplərin reallaşdırılması üçün beynəlxalq informasiya–kompüter sistemləri hansı layihə çərçivəsində yaradılmışdır:

A) cavabların hamısı düzdür.

B) UNCTAD;

C)TACİS;


D) Qermes və Dosimel;

E) TEDİM;


21.Beynəlxalq bazarlarda hazır məhsulların yerdəyişməsinə sərf olunan xərclərin idxal-ixrac məhsullarının satış dəyərində payı:

A) 25-35%;

B) 8-10%;

C) 15-20%;

D) 45-55%;

E) 25-45%.


22.Milli bazarlar səviyyəsində hazır məhsulların yerdəyişməsi ilə əlaqədar xərclərin idxal-ixrac məhsullarının satış dəyərində payı:

A) 8-10%;

B) 25-45%;

C) 15-20%;

D) 50-60%

E) 15-30%.


23. Logistik çərçivədə sistem iştirakçıları arasında qarşılıqlı iqtisadi münasibətləri tənzimləyən nəzəriyyə:

A) kompromislər nəzəriyyəsi;

B) kütləvi xidmət nəzəriyyəsi;

C) ehtimal nəzəriyyəsi;

D) sistemli yanaşma nəzəriyyəsi;

E) oyunlar nəzəriyyəsi.


24.Firmanın idarə edilməsi sistemində logistikanın tətbiqi neçə mərhələdən keçir:

A) 3.


B) 7;

C) 8;


D) 6;

E) 2;
25. Resursların bölgüsü haqqında qərarların mərkəzi idarəetmə orqanları tərəfindən qəbul edilməsi iqtisadiyyatın hansı növünə aiddir:

A) planlı iqtisadiyyata;

B) bazar iqtisadiyyatına;

C) azad iqtisadiyyata;

D) sərbəst iqtisadiyyata;

E) rəqabətli iqtisadiyyata.
26. Ayrı-ayrı iqtisadi subyektlər arasında bazar paylarının artırılması uğrunda aparılan mübarizə belə adlanır:

A) rəqabət;

B) merkantilizim;

C) diversifikasiya;

D) konsyumerizm;

E) environmentalizm.


27.Təmiz rəqabət bazarının mahiyyətini göstərin:

A) alıcı və satıcı eynicinsli məhsul alqı-satqısı həyata keçirir, alıcı və satıcı qiymətlərə təsir göstərə bilmir;

B) təkmilləşdirilmiş rəqabət bazarına aid olmayan bazarlarda satıcılar və alıcılar müstəqil fəaliyyət göstərir;

C) bazarda iqtisadi resursların hərəkəti, bazara daxil olması və çıxması sərbəstdi, informasiya təminatında hüquq bərabərliyi mövcuddur;

D) bazardakı satıcıların qiymət dəyişmələrinə həsas olan bir neçə satıcı mövcuddur;

E) bazarda bir satıcı mövcuddur.


28.Logistikanın tarixi inkişafının birinci mərhələsinə aid olan konsepsiyanı seçin;

A) istehsal və satış;

B)məhsu;

C) bazar;

D)resurs;

E) istehlakçı.


29. Logistik təfəkkür insan fəaliyyətini formalaşdıran instinktlərdən hansına əsaslanır:

A) ustalıq;

B) hər şeyi bilmək həvəsi;

C) eqoistlik;

D) aqressivlik;

E) valideyinlik.


30. Logistikanın tarixi paradiqmasına aid olmayan variantı seçin:

A) menecement paradiqması;

B)texnoloji (informasiyA) paradiqma;

C)marketinq maradiqması;

D) analtik paradiqma;

E) inteqrativ paradiqma.


31. Analitik paradiqmanın əhatə dairəsini əks etdirən variantı seçin:

A) istehsala qədər.

B) paylama prosesi;

C) anbarlaşdırma prosesi;

D) satış prosesi;

E) istehsaldaxili proses;


32. Texnoloji paradiqmanın 1960-cı illərdən vüsət alan sürətli inkişafının səbəbini göstərin:

A) kompüter texnologiyasının inkişafı;

B) manatın alıcılıq qabiliyyətinin möhkəmlənməsi;

C) enerji resursları sahəsində baş verən böhranlar;

D) çevik istehsal sahələrinin yaradılması;

E) sənayedə ixtisaslaşmanın dərinləşməsi.


33.Marketinq paradiqmasının yaranmasını şərtləndirən əsas amillər:

A) cavabların hamısı düzdür.

B) satış bazarı uğunda analoji məhsul istehsalçılarının intensiv mübarizəsi;

C) rəqabət mübarizəsinin xarakteri;

D) istehlakçıların məhsulun keyfiyyətinə qoyduğu şərt tələblər və qiymət;

E) inkişaf edən bazar iqtisadiyyatı;


34.Müasir inteqrativ logistikada xüsusi əhəmiyyət daşıyan amil:

A) zaman;

B) satış prosesi;

C) paylama kanalları;

D) texnoloji mühit;

E) istehsal prosesi.


35.Orijinal obyektin bütün xarakteristikalarını özündə birləşdirən,onu əvəz etmə qabiliyyətli modellər;

A) izomorf modellər.

B) abstrakt modellər;

C) maddi modellər;

D) riyazi modellər;

E) qomomorf modellər;


36. Tədqiq edilən, öyrənilən obyektə tam oxşamayan, onunla qismən oxşarlıq təşkil edən modellər:

A) qomomorf modellər;

B) izomorf modellər;

C)fəqli modellər;

D) kimyəvi modellər;

E) fiziki modellər.


37.Əsasını qeyri-müəyyən,çox mənalı sözlərdən təmizlənmiş lüğət (tezarus) təşkil edən model:

A) dil sistemli model;

B)maketlər modeli;

C) riyazi model;

D)icarə sistemli model;

E)texniki planlaşdırma modeli.


38.Simvolik logistik modelləri göstərin:

A) dil və işarə;

B) imitasiya;

C) maketlər;

D) analitik;

E) izomorf.


39. Maddi modellərə aid olan variantı seçin:

A) maketlər,texniki planlaşdırma.

B) dil və işarə sistemli;

C) izomorf modellər;

D) riyazi və simvolik;

E) analtik,imitasiya;


40. Tədqiqatda təcrübənin obyektlə deyil,onun riyazi modeli ilə aparılması hansı modelə xas olan xüsusiyyətdir:

A) izomorf;

B) simvolik;

C) maddi;

D) analtik;

E) imitasiya.


41.Təsərrüfat subyektlərinin iqtisadi cəhətdən inkişaf etməsinin müasir konsepsiyası və onların bazar subyektləri arasında davranış tərzləri belə adlanır:

A) marketinq planlaşdırılması;

B) strateji idarəetmə;

C)strateji planlaşdırma;

D) alıcı dairəsinin genişlənməsi;

E) bazar tələblərinin dəyişməsi.


42.Logistikanın ümumi vəzifələrini göstərin:

A) cavabların hamısı düzdür.

B) material resursları və hazır məhsulların optimal yerləşdirilməsi texnologiyasını müəyyənləşdirmək;

C) məhsulların qablaşdırıldığı taralara standart tələblər hazırlamaq;

D) material və əmək resurslarından, avadanlıqlardan, istehsal yerləri və anbar sahələrindən səmərəsiz istifadə mərkəzlərini aşkar etmək;

E) informasiya və material axınları arasında uygunluğu təmin etmək;


43.Logistikanın əsas prinsiplərinə aid edilməyən variantı seçin:

A) sərbəstlik, müstəqillik.

B) konkretlik,konstruktivlik,effektivlik;

C) etibarlıq, variantlıq, inteqrativlik;

D) çeviklik, bütövlülük;

E) sistemlilik,komplektlilik, elmlilik;


44.Sistemin xassələrinin onu təşkil edən elementlərin xassələrindən birbaşa asılı olduğunu xarakterizə edən logistik prinsipi göstərin:

A) interativlik;

B) konstruktivlik;

C) etibarlıq;

D) elmlilik;

E) konkretlik.


45.Maddi-texniki təchizat və məhsullarınnəql edilməsi əməliyyatlarının bütün detallarını aşkar etmək, material axınlarını dispetçerləşdirmək və s. xarakterizə edən variantı seçin:

A) konstruktivlik;

B) çeviklik;

C) variantlıq;

D) sistemlilik;

E) komplektivlik.


46. Diskontlaşdırma əmsalını izah edən variantı seçin:

A) daxili mənfəət normasının dərəcəsidir;

B) rentabellik normasının dərəcəsidir;

C) məhsuldarlıq normasının dərəcəsidir;

D) investisiya orta mənfəət normasının dərəcəsidir;

E) cavabların heç biri düz deyil.


47. Strategiyanın mahiyyətini göstərin:

A) cavabların hamısı düzdür.

B) fəaliyyət planı;

C) firmanın ətraf mühitlə qarşılıqlı əlaqəsi;

D) firmanın bütün planlarının birgəliyinin təminatçısı;

E) son nəticələrin əldə edilməsi vasitəsi;


48. Müəyyən vaxtda mütləq mübadilə vahidlərlə ölçülən, müxtəlif vaxt intervallarında konkret proses kimi mövcud olan və tam vahid formada qəbul edilən obyektlər məcmusu belə adlanır;

A) axınlar;

B) ehtiyatlar;

C) resurslar;

D) aktivlər;

E) dövriyyə vəsaitləri.


49. Mütləq vahidlərlə ölçülən və müxtəlif vaxt intervallarında mövcud olan obyektlərin sayını xarakterizə edən kateqoriya necə adlanır;

A) ehtiyatlar;

B) axınlar;

C) fasiləsiz axınlar;

D) xarici axınlar;

E) daxili axınlar.


50. Baxılan sistemə münasibət əlamətinə görə axınların təsnifatına aid edilən variantı seçin:

A) daxili və xarici axınlar;

B) sabit və qeyri sabit axınlar;

C) fasiləsiz axınlar;

D) stoxastik axınlar;

E)qeyri-stasionar axınlar.


51. Axın elementlərinin yerdəyişməsi xarakterinə görə axınların təsnifatını göstərin:

A) bərabər və qeyri-bərabər axınlar;

B) sabit və qeyri-sabit axınlar;

C) idarə olunan və idarə olunmayan axınlar;

D) stasionar və qeyri-stasionar axınlar;

E)dövri və dövri olmayan axınlar.


52. Müxtəlif logistik və texnaloji əməliyyatlar zamanı nəzərdən keçirilən və konkret vaxt intervalına aid olunan məhsullar belə adlanır:

A) material axınları.

B) kadr axınları;

C) maliyyə axınları;

D) kadr axınları;

E) informasiya axınları;


53. Tədqiq edilən istehsal və ya nəqliyyat vahidlərinin sayı belə adlanır:

A) nəqliyyat kütləsi;

B) nəqliyyat yolu;

C) nəqliyyat vaxtı;

D) nəqliyyat işi;

E) nəqliyyatın həcmi.


54. Material axınlarının logistik sistemə münasibətə görə təsnifatı:

A) xarici və daxili material axınları;

B) birnövlü və çoxnövlü material axınları;

C) bir və çox çeşidli material axınları;

D) ağır və yüngül çəkili material axınları;

E) iri və orta ölçülü material axınları.


55.Əhatəliyinə görə material axınlarının təsnifatlarını göstərin;

A) kütləvi və kiçik material axınları;

B) giriş material axınları;

C) yüngül çəkili material axınları;

D) qabaritsiz material axınları;

E)səpələnmiş və dənəvari material axınları.


56.Yük vahidlərinin xarakteri və massivliyinə görə material axınlarının təsnifatını göstərin;

A) cavabların hamısı düzdür.

B) böyük çəkili;

C) yüngül çəkili;

D) qabaritsiz;

E) ağır çəkili;


57. Avropa İqtisadi Birliyi üzrə Məhsul Növlərinin Təsnifatı neçə səviyyədən ibarətdir:

A)7;


B) 3;

C) 6;


D) 5;

E)8.
58.Bir istiqamətdə hərəkət edən material axınlarının həcminin əks istiqamətdə hərəkət edən material axınlarının həcminə nisbəti belə adlanır:

A) qeyri-bərabərlik əmsalı;

B) istifadə əmsalı;

C) bərabərlik əmsalı;

D)hesablaşma əmsalı;

E)dövriyyə əmsalı.
59. Avans edilmiş dəyərin ötürülməsi üsuluna görə logistik maliyyə axınlarına aiddir:

A) “b” və “c” variantları düzdür.

B)müəssisənin əsas fondlarının hərəkətinə uyğun gələn maliyyə axınları;

C)müəssisənin dövriyyə vəsaitlərinin hərəkəti ilə əlaqədar maliyyə axınları;

D) ana və törəmə kommersiya müəssisələri arasında hərəkət edən maliyyə axınları;

E) baxılan logistik sistemə kənardan-ətraf mühitdən daxil olan axınlar;


60. İstehlakçı müəssisə müqavilədə nəzərdə tutulan hesablaşma formasını tətbiq etməklə göndərilən məhsulun dəyərini ödəyir.Bu prosesdəki əmtəə və maliyyə axınlarının sadə hərəkət sistemini təsvir edin:

(Cavab: istehsalçı müəssisə-əmtəə axınları-maliyyə axınları-istehlakçı müəssisə)


61. Logistika informasiya axınlarının tətbiqi və onlardan logistik idarəetmənin həyata keçirilməsi üçün istifadə olunmasını nəzərdə tutan funksional sahə:

A) informasiya logistikası;

B) informasiya iqtisadiyyatı;

C)informasiya menecmenti;

D) logistik axınlar;

E) logistik idarəetmə.


62. İnformasiya axınlarını xarakterizə edən parametrləri göstərin:

A) yaranma mənbəyi, hərəkət istiqaməti, informasiyanın ötürülmə surəti, informasiya axınlarının həcmi;

B) informasiya axınlarının həcmi,istehlakçı sifarişi, hərəkət istiqaməti, istehlakçı tələbinə uyğun xidmət;

C) yaranma mənbəyi, hərəkət istiqaməti,informasiyanın ötürülmə sürəti, tədarükatın idarə olunması;

D) istehlakçı tələbinə uyğun xidmət, informasiyanın yaranma mənbəyi, hərəkət istiqaməti;

E)informasiya axınlarının həcmi, hərəkət tezliyi, fiziki bölüşdürmə kanalları, məlumatların tipi.


63. İnformasiyaların ötürülməsinin sürəti rabitə texnikasının müxtəlif sahələrində aşağıdakı ölçü vahidi ilə ölçülür:

A) bod ilə;

B) vatt ilə;

C) km ilə;

D) amper ilə;

E) mm ilə.


64. Logistikada informasiya axınlarının tədqiqinin həyata keçirilməsini nəzərdə tutan funksional sahə:

A) informasiya logistikası.

B)informasiya kəşfiyyatı;

C)informasiya texnologiyası;

D) informasiya nəzarəti;

E) informasiya iqtisadiyyatı;


65. Logistik əməliyyatlara və logistik funksiyalara görə informasiya axınlarının təsnifatı:

A)sadə, kompleks, açar, bazis;

B)sadə, daxili, kompleks, bazis;

C)sadə, xarici, açar, bazis;

D)sadə, üfüqi, açar, bazis;

E)sadə, şaquli, kompleks, bazis.


66. Logistik sistemə münasibətinə görə informasiya axınlarının təsnifatı:

A) daxili, xarici, üfüqi, şaquli, giriş, çıxış;

B) daxili, xarici, elektron, açıq, poçt, qaşıq;

C)ilkin, təkrar, giriş, çıxış, daxili, xarici;

D)elektron, açıq, sadə, kompleks, giriş, çıxış;

E)adi, giriş, çıxış, daxili, xarici, açıq.


67. Yaranma metodlarına görə informasiya axınlarının təsnifatı:

A) ilkin, sərbəst;

B)elektron, törəmə;

C) ilkin, elektron;

D)operativ, dövri;

E)direktiv, müntəzəm.


68. Təyinatından asılı olaraq informasiya axınlarının təsnifatı:

A) direktiv, normativ, uçot-analitik, köməkçi;

B)direktiv, operativ, məxfi, sərbəst, dövri;

C)köməkçi, poçt, sadə, açar, bazis;

D) törəmə-sərbəst, giriş, çıxış, adi;

E)elektron, idarəetmə, qarışıq, adi, sadə.


69. Yaranma metodlarına görə informasiya axınlarının təsnifatına aid edilmir:

A) cavabların hamısı düzdür;

B) elektron, qarışıq;

C)məxfi, adi;

D)açıq baglı;

E) giriş, çıxış.


70. Məlumatların ötürülməsi üsullarına görə informasiya axınlarının təsnifatı:

A)qasid, poçt, telefon, teleqraf, televiziya;

B)qasid, operativ, teleqraf, telefon, televiziya;

C)poçt, telefon, qasid, elektron, qarışıq;

D)telefon, televiziya, adi, məxfi, qarışıq;

E)operativ, adi, məxfi, poçt, qasid, baglı.


71. Orta həcmli informasiya axınlarına aid edilir:

A) 500 Kb-a qədər;

B) 500 Kb-dan çox;

C)3 Kb-a qədər;

D)600 Kb-dan çox;

E)550 Kb-a qədər.


72. İstehsal xidmətlərinə aid olunur:

A) modifikasiya, montaj və sazlama, nəzarət;

B)zəmanətli iş, təmirin aparılması və öyrədilməsi;

C) məhsul göndərmənin müddəti, tezliyi və ahəngdarlığı;

D)reklam fəaliyyəti, sınaqların aparılması, nəzarət;

E)maliyyə-kredit hesablaşmaları, müxtəlif hesablaşmalar.


73. Satışdan sonrakı xidmətə aid olan variantı seçin:

A) zəmanətli iş, təmir işlərinin aparılması, təmir aparan heyətin öyrədilməsi;

B)yükləmə və başlatma, müxtəlif hesablaşmalar, reklam fəaliyyəti;

C)reklam fəaliyyəti, bank kreditləri, montaj işləri;

D) sınaqların aparılması, istismarın təşkili, yükləmə və başlatma;

E)təmir aparan heyətin öyrədilməsi, sınaqların aparılması, montaj və sazlama.


74. Logistik sistem qarşısında duran məqsədlərin reallaşdırılmasına istiqamətlənən logistik əməliyyatlar necə adlanır:

A) logistik funksiyalar.

B)logistik xidmətlər;

C)logistik axınlar;

D)logistik kanallar;

E) logistik prinsiplər;


75. Mülkiyyət hüququnun dəyişməsi əlamətinə görə logistik əməliyyatların təsnifatı:

A)birtərəfli, ikitərəfli;

B)dəyər əlavə etməklə, dəyər əlavə etməməklə;

C)xarici, daxili;

D)material axınları, informasiya axınları;

E)maliyyə axınları, material axınları.


76. Sistemə münasibətinə görə logistik əməliyyatların təsnifatı:

A) xarici, daxili;

B)material axınları, maliyyə axınları;

C) birtərəfli, hərtərəfli;

D)informasiya, sadə;

E)adi, elektron.


77. Biznes fəaliyyətinin təşkili baxımından yerinə yetirilən logistik funksiyaları göstərin:

A) bazis, açar, təmin edici;

B)açar, satış, xidmət;

C)xidmət, bölgü, satış;

D) bazis, açar;

E)təmin edici, bölgü, satış.


78. Bazis kateqoriyasına aid edilən logistik funksiyaların təsnifatı:

A) təchizat, istehsal, satış.

B)istehsal, bölüşdürmə, satış;

C)bölüşdürmə, satış, xidmət;

D)satış, təmin edici, nəqletmə;

E) təchizat, istehsal, tədarükat;


79. Açar logistik funksiyalara aid olunan variantı seçin:

A) tədarükatın idarə olunması, ehtiyyatların idarə edilməsi;

B) məhsulların anbarlaşdırılması, servis xidməti;

C)qiymətin əmələ gəlməsi, informasiya-kompüter təminatı;

D)məhsulların fiziki bölüşdürülməsi, geri qaytarılan məhsulların qəbul edilməsi;

E)nəql ediləcək yüklərin emal olunması, satış fəaliyyətinin idarə olunması.


80. “Ehtiyatların idarə edilməsi” açar logistik funksiyasının icrasında mühüm əhəmiyyət kəsb edən amili göstərin:

A) zaman;

B)qiymət;

C) məkan;

D)xərc;

E)gəlir.



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə