M. C. Paşayev adına 39 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdləri ilə təşkil olunmuş "Gələcəyin Açarı" adlı İnformatika Gecəsi



Yüklə 12,25 Kb.
tarix21.10.2017
ölçüsü12,25 Kb.
#8348

Təşkil etdiyimiz İnformatika Gecəmiz

M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdləri ilə təşkil olunmuş "Gələcəyin Açarı" adlı İnformatika Gecəsi

http://4.bp.blogspot.com/-czn-5rviyf4/vt-hfgh3pti/aaaaaaaaaak/tqfeir6jc4c/s1600/dsc03078.jpg

   İlk öncə onu qeyd edimki bu layihəni həyata keçirmək qərarını mən -İntel "Gələcək üçün təhsil" proqramı üzrə təlim keçdiyim zaman verdim. İlk günlərindən təlimin kompyuter texnologiyalarının tətbiqinə yönəlməsi və məhs mənim tədris etdiyim informatika fənnilə bilavasitə əlaqəli olması mənə bu ideyanı verdi.Təlimdə öyrəndiyiklərimi, əsasəndə "learningapps" da hazırladığım materialları bu layihədə tətbiq etdim və şagirdlər,o cümlədən gecəyə təşrif buyurmuş qonaqlar, müəllimlər tərəfindən böyük maraqla qarşılandı.

    İndisə istərdimki reallaşan layihə haqqında sizə məlumat verim.Bildiyimiz  kimi layihə İnformatika gecəsi idi.Ona görədə bu gecəni məktəbimizin informatika sinfində keçirdik.Gecəmizə məktəb rəhbərliyini,informatika və digər fənn müəllimlərini, valideyinləri dəvət etmişdik.Gecəyə məktəbin dörd beşinci sinfi cəlb olunmuşdu və komandalara bölünmüşdür. 



http://3.bp.blogspot.com/-le5rlwyev2y/vt-0pxlspai/aaaaaaaaaa0/yk73p6d4u9y/s1600/dsc03095.jpg
http://2.bp.blogspot.com/-leyfiybyqxk/vt-09-ccwzi/aaaaaaaaaa8/b023yyaogra/s1600/dsc03098.jpg
http://3.bp.blogspot.com/-3najw451fxy/vt-1ju5g5ni/aaaaaaaaabe/pm3ivllreps/s1600/dsc03102.jpg
http://3.bp.blogspot.com/-fnlzwbmt1qg/vt-1vy-hu-i/aaaaaaaaabm/pprxeyzofqu/s1600/dsc03101.jpg
Gecə 5 mərhələdən ibarət idi. Gecədə həm "learningapps"da hazırlanan viktorina bölməsi, pazl bölməsi, krossvord bölməsi, sual bölməsi və kompyuter qurğularından ibarət rollu oyun bölməsi var idi.

 viktorina,  Krossvord, İnformatika

  Tədbir aparıcıların çıxışı ilə başladı. Sonra tədbir iştirakçıları və qonaqlar müəllimlərdən ibarət münsiflər heyəti və komandalarla tanış edildi. İlk öncə viktorina bölməsi keçirildi.suallar monitorda əks olundu və şagirdlər sualları cavablandırdı. Sonra krossvord bölməsi -bu bölmədə komanda üzvləri bağlı şarların içində püşk şəkilində nömrələr çəkdilər və hərə öz nömrəsinə uyğun krossvortda sualları cavablandırdılar.Münsiflər heyəti cavablar haqqında fikirlərini bildirdi.Ardınca aparıcılar kompyuter qurğuları  haqqında məlumatlar verdi. Bu zaman şagirdlərdən ibarət qurğular gecəyə gəldilər və qurğuların mübahisəsi başladı.Şagirdlərin məharətlə oynadıqları rollar qonaqlar tərəfinən böyük maraqla qarşılandı.
http://4.bp.blogspot.com/-uhdb_ii3t9q/vt-12j9wezi/aaaaaaaaabu/tbemp9mquhy/s1600/dsc03105.jpg

 Daha sonra Pazl bölməsi - bu bölmədə komandalardan 6 nəfər elerktron lövhədə pazlda verilen mövzulara uyğun pazıllara seçdilər və sonda kompyuter və onun qurğuları şəkili meydana çıxdı.Bundan sonra aparıcılar Kompyuter texnolagiyalarının bütün sahələrdə rolundan söhbət açdı və bu zaman həkim,bang işçisi və müğənni gələrək öz sahələrində kompyuter texnologiyalarının rolundan söz açdılar.Ən sonuncu mərhələ sual mərhələsi idi.Bu zaman lövhədə power pointdə hazırlanmış suallar əks olunurdu, şagirdlər sualları cavablandırdıqdan sonra düzgün cavablar açılırdı.Bununlada bölmələrimiz yekunlaşdı,məktəbin direktoru Nizami Rzayev gecə barədə öz fikirlərini bildirdi və gecədə fərqlənən şagirdlər fəxri fərmanlarla təltif olundular.




http://2.bp.blogspot.com/-gsn_6uf-zxi/vt-3fwhhxji/aaaaaaaaabo/3jpepweuca0/s1600/dsc03108.jpg
http://3.bp.blogspot.com/-m8whtosyl_e/vt-3zin75wi/aaaaaaaaabw/lkmvtqwi1oe/s1600/dsc03111.jpg


http://2.bp.blogspot.com/-i2ftruhtwmg/vt-3sbgmsfi/aaaaaaaaaca/rdimev0xypo/s1600/dsc03127.jpg
Yüklə 12,25 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin