M orfoqrafiya təliminin prinsipləri. İbtidai siniflərdə orfoqrafiya üzrə aparılan işlərin məzmunu Plan



Yüklə 27,55 Kb.
səhifə1/3
tarix18.11.2022
ölçüsü27,55 Kb.
#119642
  1   2   3
M-9 Orfoqrafiya təliminin prinsipləri



M-9. Orfoqrafiya təliminin prinsipləri. İbtidai siniflərdə orfoqrafiya üzrə aparılan işlərin məzmunu
Plan

  1. Orfoqrafiyanın prinsipləri

  2. Orfoqrafiya təliminin prinsipləri

  3. İbtidai siniflərdə orfoqrafiya üzrə aparılan işlər

Savadlılığın əsas şərtlərindən ən başlıcası, hər bir şagirdin ana dilinin bütün incəliklərini dərindən bilməsi, onun şifahi nitqininin sadə, aydın, dəqiq, səlis, rəvan, kamil və məntiqi ardıcıllığa malik olması, ədəbi dilin tələblərinə uyğun səliqəli, düzgün və savadlı yazmağı bacarmasıdır. Odur ki, şagirdlərin ibtidai siniflərdən Azərbaycan dilində şifahi və yazılı nitq bacarıqlarına yiyələnməsi təmin edilməlidir.
Qeyd etmək lazımdır ki, şifahi nitq öz əksini yazıda tapa bilir. Yazılı nitq üçün orfoqrafik normalar, durğu işarələri, fonetik, leksik, qrammatik normalar, rəsmi-işgüzar əməli yazı növləri əsas şərt hesab olunur.
İbtidai sinif müəllimi şagirdlərə savadlı yazı vərdişlərinin aşılanmasını daim diqqət mərkəzində saxlamalıdır. Bu məqsədlə ilk növbədə dilin orfoqrafik normalarının mükəmməl öyrədilməsi təmin edilməlidir. Orfoqrafiya düzgün yazı qaydalarından bəhs edir. Orfoqrafiya yazılı nitqdə dil vahidlərinin, yəni kök sözlərin, şəkilçi sözlərin və qısaltma sözlərin, ixtisarla yazılan sözlərin düzgün yazılışını təmin edən və hamı üçün məcburi sayılan qaydalar sistemidir. Orforafiyanın yazılı nitqdə böyük rolu vardır. Çünki vahid orfoqrafiya sistemi olmadan xalqın mədəni irsini nə öyrənmək, nə də onu başqasına çatdırmaq olar. Odur ki, müasir həyatımız hamıdan elmin sirlərinə yaxından bələd olmağı, mədəni nitqə yiyələnmək üçün dilimizin düzgün yazı sistemini, yəni orfoqrafiya qaydalarını dərindən öyrənməyi tələb edir. Şagirdlərin “...mükəmməl orfoqrafik savada yiyələnməsinin başlıca müvəffəqiyyəti bu sahədə aparılacaq işlərin elmi əsaslar üzərində qurulmasıdır”. (6, 318)
İbtidai sinif müəllimin orfoqrafiya təlimi üzrə işin həm elmi, həm də metodik əsaslarını mükəmməl bilməsi, onun öz işini ədəbi dil normalarına uyğun təşkil etməsinə imkan verir.
Nəzəri əsaslarda orfoqrafiya qaydalarının müəyyənləşdirilməsində istifadə olunan prinsiplər əsasən bunlardır:

  • Fonetik prinsip

  • Morfoloji prinsip

  • Tarixi-ənənəvi prinsip

  • Fərqləndirici prinsip

  • Etimoloji prinsip.


Yüklə 27,55 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin