M üəllifdən


Ən maraqlısı odur ki, hadisələrin sürətlə cərəyan etdiyi bir vaxtda Türkiyənin Azərbaycan səfiri təyin etdiyi Altan Karamanoğlu yıxılıb ayağını sındırmışdı



Yüklə 4,22 Mb.
səhifə3/38
tarix01.01.2022
ölçüsü4,22 Mb.
#103270
1   2   3   4   5   6   7   8   9   ...   38
Ən maraqlısı odur ki, hadisələrin sürətlə cərəyan etdiyi bir vaxtda Türkiyənin Azərbaycan səfiri təyin etdiyi Altan Karamanoğlu yıxılıb ayağını sındırmışdı.
Bu axırıncı faktı diqqəttə saxlayın, çünki mən sonra bu hadisəyə qayldacam.Mən Altan Karamanoğlu ilə elə o vəziyyətdə dörd saata yaxın dartışmışıq.

Türk Dünyəvi Bozqurd Partiyasının rəsmi olaraq elan edilməsi də, 1991-ci ilin 18-zi oktyabra düşdü.

***********

Türk Dünyəvi Bozqurd Partiyasının bəyanatı


Dünyəvi Bozqurd Partiyası Proqram Nizamnaməsinin ilkin layihəsi təşəbbüs qrupu tərəfindən qəbul olunub.Patiyanın əsas qayəsi aşağıdakılardan ibarətdir:

-Türkə qayıtma, millətçilik.

-Milli özünüdərketmə və milli təfəkkürün formalaşması;

-Milli istiqlal;

-Ümumi türk dünyasının birliyi;

-Mütərəqqi, humanizm və dünyəvilik ideaları.

Dünyəvi Bozqurd Partiyası türk milli-demokratik dövlət quruluşuna əsaslanan, çoxpartiyalılıq, ümumi, bərabər, birbaşa seçki əsasında yaradılmış, parlamentli, hər bir vətəndaşın öz iradəsini sərbəst ifadə edə bilməsini təmin edən, türk-dünyəvi idealarından qidalanan bir respublika yaradılması uğrunda mübarizə aparır.

Dünyəvi Bozqurd Partiyası ana(türk) dilimizi milli varlığımızın ilkin və ən başlıca şərti hesab edərək, ana dilini millətin və dövlətin milli sərvətinə çevrilməsi, milli mənafe duyğusunun hər bir türkün təfəkkür və varlığına hopdurulması istiqamətində fəaliyyət göstərir.

Dünyəvi Bozqurd Partiyası fəaliyyətini türk-islam özülündə deyil türk-dünyəvi sintezi üzərində quraraq, milli ruhumuza,tariximizə, kökümüzə və milli ənənələrimizə uyğun olan beynəlmiləlçilik, humanizm və digər mütərəqqi idealardan qidalanır.

Dünyəvi Bozqurd Partiyası mübarizəsində “Hər şey türk milləti üçün, türkə doğru və türkə görə” prinsiplərinə əsaslanmaqda, millətçiliyi hər bir fərdin öz millətini müqəddəs hesab edərək onun adını ucaltması ilə bərabər, digər millətlərin milli hislərinə hörmət bəsləməsi mənasında qəbul edir.

Dünyəvi Bozqurd Partiyası ardıcıl radikallıq müxalifət mövqeyində cəmiyyətin siyasi həyatında ən fəal şəkildə iştirak etmək əzmindədir.

Dünyəvi Bozqurd Partiyasının

Təşkilat mərkəzi ; Şakir Ulubəyli
“Aydınlıq” qəzeti 18-zi oktyabr 1991-ci il
***********

Bu bəyanatı indi yenidən yazanda bir daha əvvəlki həyacanı yaşadım.Fövqəladə vəziyyətdə düşmən top-tüfənglə qapımızın ağzın kəsdirərkən bu bəyanat çap olunmuşdu. Sonralar AzTv-nin sədri olan Babək Hüseynoğlu ilə Məhşur jurnalist Mahal İsmayıloğlu kimi cəsarətli Türk millətsevərlərin köməyi ilə bəyanat çap olundu və bununlada Bozqurd artıq siyasət arenasına qədəm qoydu və cəmiyyətdə yaranmış xofu yumşaltdı.

Partiyaya rəsmi olaraq üzv yazılmağa başlandı Təbii ki. yalnız tanıdığmız və inandığımız adamlar vasitəsi ilə.Qadınlar da partiyaya üzv yazılmağa özlərində cəsarət tapırdılar. Türkiyədə yaxın qohumları olan millətçi xanımlardan biri Tahirə xanım bu yaxinlarda qohumlarının göndərdiyi dəvətnamə əsasında qardaş dövlətə gedəcəyi xəbəri bizi çox sevindirdi. Biz ona Türkiyədə ki, millətçilərlə görüşməyi xahiş etdik. Bi aydan sonra Tahirə xanım Türkiyədən qayıtdı və bizə çox qiymətli bir hədiyyə gətirdi. Millətçi Hərəkat partiyasının başqanı Alp Arslan Türkeşin öz əli ilə bizə yazılmış fotosu

idi.




Çox sevgili Azerbaycanlı kardeşlerimize ülvi sayqılar. Türkeş. 4 ekim, 1991

*****

Müstəqilliyə doğru bu qədər qətiyyətli addımlar atan Azərbaycan xalqı, qarşıda onu, can verən Sovet imperiyası, İranın molla rejimi, və Türk düşməni ermənilərin nələr hazırladığından xəbərsiz idi.

-Rus milləti nə qədər düzgün, ləyaqətli,səmimi, mehriban,savadlı və yüz illərlə

azərbaycanlılarla dost münasibətindədirsə,Rus dövləti imperiya xislətli, məkrli, və xəyanətkardır. Bu şər imperiyası Azərbaycan dövlətinin düşmənidir, onun müstəqilliyinin əlehinədir,və bizi daima nəzarətdə saxlamaq üçün Qarabağı və onun ətrafında olan rayonları işğal edib.

Ərazimizi erməni adı ilə Rus dövləti işğal edib və biz bunu dünyaya ictimayyətinə, beynəlxaq təşkilatlara bəyan etməsək, illərlə bu problem oz həllini tapmayacaq.

Şər imperiyası olan Rusiya nəinki, qonşu millət və xalqları eləcədə Rus millətini öz çirkin siyasətinin qurbanına çevirib, dünyanin ən zəngin təbii sərvətlərə malik olmasına baxmayaraq, miskin bir həyat yaşamağa məcbur edir.Dünyada eləcədə Rusiyada çoxlu insan itkisi ilə müşahidə olunan terror hadisələrinin hamısında Rusiya xüsusi xidmət orqnlarını əli var.

Fars rejimi haqda bundan daha dəhşətli faktlar yazmaq olardı, lakin biz şikayətlənməkdənsə, millətçiliyimizə güvənib hər iki imperiyanı diz çökdürməliyik.Buna bizim gücümüz çatar.

Erməni daşnakları, əzəli Türk torpağı olan ermənistandan bütün türkləri genosidə uğradıb doğma evlərindən didərgin etdilər.İlk türk qaçqınları ermənistandan Bakıya pənah gətirəndə, Səabail rayinu icra komitəsinin sədri Əli Mamedovla,qaçınlarla məşğul olan şöbənin müdiri Bəyverdi doğmalıqla onların məskunlaşmağına yardım edirdilər.

1991-ci ilin iyirmisi noyabrda Azərnbaycan hökümətinin üzvülərinin Qarabağ ərazisində, Xocavənd səmasında terrora yğradılması, Azərbaycan xalqına qarşı bu günə qədər törədilmiş ən böyük cinayət idi. Sovet-erməni xüsusi terror təşkilatı tərəfindən törədilən bu cinayət, TÜRK DİPLOMATLARINA VƏ HÖKÜNMƏT ÜZVÜLƏRİNƏ QARŞI TÖRƏDİLƏN SİLSİLƏ TEROR HADİSƏLƏRİNİN DAVAMI İDİ.

Hadisə o qədər dəhşətli idi ki, orda şəhid olan dövlət katibi, daxili işlər naziri, baş prokror, prezident aparatının məsul işçiləri, iki general və digər mühüm insanlar demək olar ki, Azərbaycan dövlətində əvəzoluna bilməyən şəxsiyyətlər idi.

Partiyanın bütün işlərində mənimlə çiyin-çiyinə birgə fəaliyyət göstərən Namizəd Səfərovla birgə bir bəyanat hazırladıq.Dövlətimizə qarşı teror törədilmişdi və bundan sonrada nələr olacağı məlum deyildi.

Biz Türk Dünyəvi Bozqurd Pariyası Türkiyənin Prezidenti Süleyman Dəmirəldən Türk qoşunlarının xalqın çox hissəsinin istəyi ilə, Azərbaycan ərazisinə daxil olmasını tələb edirdik. Bəyanatı Türk səfirinə çatdırmaq üçün o vaxt Azneft deyilən əraziyə yaxın dəniz kənarında Köhnə İnturist deyilən binada yerləşən Türk səfirliyinə getdik.




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə