«Həqiqətən sizin vəliniz Allahdır və onun rəsuludur və iman gətirib, namazqılıb ruku halında zəkat verənlərdir» Maidə. ayə 55
Rəsulullah (s) Əli (ə) haqqında buyurub:
Əliyə məhəbbət möminin səhifəsinin ünvanıdır. Yəni bir kəsin mömi olmasının sübutu Əliyə olan məhəbbətidir. Əgər Əliyə qarşı bitəfavut olsa o mömin ola bilməz əsla. Baxmayaraq ki, bütün gecələrini namaza dura və gündüzləri oruc tuta, bütün malını Allah yolunda sədəqə verə. (Mənaqib ibni Məğazili 125, səvaiq 125, Yənabiul-məvəddət 180, 186, 284)
Əlini sevmək imanın, Əliyə qarşı nifrət nifaqın (münafiqliyin) əlamətidir. Hər kəsdə Əliyə məhəbbət olsa onun Allaha iman gətirdiyinin nişanəsidir, Əliyə qarşı kinəsi olan münafiqliyini izhar etmiş olur. (kifayətut-talib. bab 29. səh 277-280. Mənaqib ibni Məğazili 199, Zəxairul-uqba 74, Mənaqib Xorəzmi.fəsl16, hdis200 )
Əli dünya və axirətdə mənim bayrağımın sahibidir. Əli Peyğəmbər hər iki dünyada ümmətinin rəhbəridir. (Zəxairul-uqba, 75, Yənabiul-məvəddə.81)
Əli kimi igid və zülfuqar kimi qılınc yoxdur. Ühud müharibəsində əshabın fərar etdiyi halda Əlinin göstərdiyi rəşadətin mükafatı olaraq Allah-təala bu tərifatı ona verdi. (Səhih tirməzi. cild 5-641 hədis 3732, əl-Mustədrək,cild 3-125, Xəsaisun-Nəsai hədis 42, Camiul-usulcild8-659 hədis6506, Məcməuz-zəvaid 9-114-115, Səvaiq 124)
Hər kəsin mən movlasıyam Əli də onun movlasıdır.(əl-Mustədrək 3-128, Kifayətut-talib bab 9- 82, bab 24-124)
Əli xəlq olunmasaydı Fatiməyə layiq ər olmazdı .Fatiməyə layiq olan bir insan yalnız Əlidir ki, hər cəhətdən kamil və pakdır.(Mənaqib Xorəzmi fəsl4 hədis 159 fəsl19hədis 282, ibni Məğazili 43-67-152)
Əli mənimtərəfimdən əvəz olunmaz təbliğatçıdı. Mənim gətirdiyim dini məndən sonra haq olararaq məxluqata heç bir azğınlığa yol vermədəın yalnız Əli çatdırıb təbliğ etməyə layiqdir.(Kifayətut-talib bab 62-260, Mənaqib Xorəzmi fəsl 7, hədis 76, Yənabiul-məvəddə180)
Əlidən ayrılmaq Allahdan və məndən ayrılmaqdır. Əlidən uzaqlaşmaq tağutu özünə movla və rəhbər qəbul edib Allaha ası olmaqla bərabərdir. (Səhih tirməzi 5-643 hədis 3737, usdul-qabə 4.26 Camiul-usul8.661 hədis 6510)
Əli bəşərin ən xeyirlisidir onu qəbul etməyən kafirdir. (Yənabiul məvəddə 245-256)
Əli şəfaət qapısıdır, bu qapıdan girən mömindir. (Mənaqib Xorəzmi fəsl 7 hədis 67)
Əlinin vilayətini qəbul etmək mənə iman gətirib risalətimi təsdiq edənlərə vəsiyyətimdir.(Mənaqib Xorəzmi fəsl 6 hədis 48, fəsl 19 hədis 324, Səvaiq 126, Yənabiul-məvəddə 86)
Əlinin vilayətini təsdiq edən möhür olmadan heç kəs siratdan keçə bilməz. (Durrül-mənsur 3.210)
Əlini sevmək savabdır bu sevgi ilə günah etsən bir zərəri olmaz. Belə güman olunmasın ki, hər kəs hər cür fəsad etsə də Əliyə olan məhəbbəti onu xilas edər. Xeyir əgər cahil halda yaxud nəfsinə tabe olub xəta səbəbinə günah etsə tövbə edərsə ona nicat olacaq. (əl-Mustədrək 3.134, Yənabiul-məvəddə 180)
Əlinin üzünü görməmiş Allah mənim canımı alma. (Mənaqib ibni Məğazili 211)
Əlinin əli ilə Mənim əlim ədalətdə bərbərdir. (Mənaqib ibni məğazili 16, Yənabiul-məvəddə235)
Əlinin məhəbəti cəhənnəmin odundan bəraətdir. (İstiab. 3səh. 38, Mənaqib Xorəzmi fəsl 7 hədis 66, Zəxairul-uqba 83)
Əli məndəndir və mən də Əlidəndir. Əli məndən sonra hər möminin vəlisidir. (Firdosul-əxbar. 3-373 hədis 5130, Yənabiul-məvəddə 177, 181, 237, 250)
Qiyamət günü nida olunacaq:Əli ənyaxşı qardaşın və İbrahim ən yaxşı babandır (Nüzhətul-məcalıs. 2 səh 209)
Əlin insanlar arasında məqamı “Qul huvəllahu əhəd”- in Qurani-kərimdə olan mövqeyi kimidir. (Mənaqib ibni məğazili 230, 231, Kifayətut-talib bab.5 səh 74, Məcməuz-zəvaid 9 səh 108)
Əlinin zikri və onun üzünə baxmaq ibadətdir.( Firdosul-əxbar . 2 səh 142 hədis 2723, Yənabiul-məvəddə 180 )
Əlinin qatili yaranışın əvvəlindən axıra qədər yer üzünün ən bədbəztidir. (Şəvahidut-tənzil. 1 səh 294 – 303, Yənabiul-məvəddə 100)
Əlinin zikri ilə məclislərinizi zinətləndirin. (Səvaiq 124)
Əlinin vilayətini qəbul edən mənim kimi yaşayar və mənim kimi dünyadan gedər. (əl-Mustədrək 3. 132, İstiab 4. 170, Kifayətut-talib ban 44. 187, Məcməuz-zəvvaid 9. 102)
Əli cənnətdəki Tuba ağacının qoludur, o ağacın kökü onun evindədir. ( Tarixul-Bağdad 5. 37, Mənaqib ibni məğazili 129)
Əininin qapısından başqa məscidə açılan bütün qapıları bağlamağı Allah mənə əmr edib. (İstiab 4. 170, Kifayətut-talib bab 44. 187, Məcməuz-zəvvaid 9. 102)
Əlinin müsəlmanların boynunda olan haqqı atanın övladın boynunda olan haqqı kimidir. (Tarixul-Bağdad 7. 421, Təhzibut-təhzib 9. 419)
Əlin yaxşıların imamıdır, facirlərin qatilidir. Ona kömək edən Allaha kömək etmiş olub, kömək etməyən Allaha kömək etməyib. (Mənaqib ibni məğazili 38 Kifayətut-talib bab 47. 194)
Bitün peyğəmbərlərin vəsisi olduğu kimi mənim də vəsim və varisim Əlidir. (Tarixul-Bağdad 7. 452, Məcməuz-zəvvaid 9. 111, Səvaiq 125 )
Əli dünya və axirətdə mənim qardaşımdır. (Səhih Tirməzi 5. s 637 hədis 3721)
Əli haqq ilə batili ayırandır. (Səvaiq 125, Zəxairul-uqba 63)
Əli cənnət ilə cəhənnəmi böləndir. Yəni qiyamətin günündə Allah-təalanın əmri ilə Əli mömin ilə kafirləri layiq olduqları yerə göndərəcək. (Mənaqib Xorəzmi. hədis 2)
Əli Allah və Rəsulunun yanında ən sevimli bəndədir. (Yənabiul-məvəddə 135, 181)
Əli və mən bir ağacdan xəlq olunduq. (Mənaqib ibni Məğazili. 220, Zəxairul-uqba 91)
Əli ən böyük Siddiqdir. ( Usdul-qabə. 4. səh 31)
Əli ən birinci müsəlman olduğu üçün qiyamətin günündə Kovsər hovuzuna birinci yetişər. (Kifayətut-talib.bab 62, səh 264, Mənaqib ibni Məğazili. 48, Mənaqib Xorəzmi. fəsl 19. hədis 326)