Malların anbarda saxlama müqaviləsi



Yüklə 16,32 Kb.
tarix01.01.2022
ölçüsü16,32 Kb.
#105757


Malların anbarda saxlama müqaviləsi
Bakı şəhəri «_____»_________20__-ci il



Biz aşağıda imza edənlər: bir tərəfdən bundan sonra «Tapşıran» adlanacaq “_______________________” MMC-nin direktoru _______________________ şəxsində, digər tərəfdən «Saxlayıcıı» adlanacaq «_______________________» şirkəti, şirkətin prezidenti _______________________ şəxsində, «aşağıdakı şərtlərlə bu müqaviləni bağlayıırıq.
1. MÜQAVİLƏNİN PREDMETİ

1.1. Bu Müqaviləyə əsasən, Saxlayıcı (anbar sahibi) saxlama haqqı müqabilində Tapşıranın ona verdiyi tikinti materiallarını 1(bir) il müddətində ona məxsus olan saxlamaq üçün qəbul etməyi öhdəsinə götürür.

1.2. Bu Müqaviləyə əsasən Saxlayıcıya çatacaq saxlama haqqı hər ay üçün 200 AZN təşkil edir.
2. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

2.1. Saxlayıcı aşağıdakıları etməyə borcludur:

2.1.1.malları qəbul edərkən öz hesabına malların yoxlanmasını həyata keçirmək, onların sayını və zahiri vəziyyətini müəyyənləşdirmək;

2.1.2.malların mühafizəsini təmin etmək məqsədi ilə saxlama şəraitini dəyişdirmək üçün gördüyü tədbirlər barədə Tapşıranı xəbərdar etmək;

2.1.3.mallarda zədələnmə aşkar etdikdə bu barədə akt tərtib etmək və Tapşırana dərhal məlumat vermək;

2.2.Tapşıran aşağıdakıları etməyə borcludur:

2.2.1.Tapşıran saxlama haqqını bu Müqavilədə nəzərdə tutulan məbləğdə Saxlayana ödəməyə borcludur.
3.TƏRƏFLƏRİN MƏSULİYYƏTİ

Tərəflərin bu Müqavilədən törəyən məsuliyyəti, qüvvədə olan mülki qanunvericiliyə uyğun olaraq , saxlama haqqında ümumi normalarla tənzimlənir.
4.YEKUN MÜDDƏALAR

Müqavilə iki nüsxədən ibarət tərtib edilməklə, bir nüsxə «Saxlayan»da, digər nüsxə isə

«Tapşıran»da saxlanır.
TƏRƏFLƏRİN HÜQUQİ ÜNVANLARI
Kataloq: wp-content -> uploads -> 2020
2020 -> Kiçik summativ qiymətləndirmə №-1
2020 -> Mövzu müasir təlim formaları,iş üsulları və texnikaları plan: 1
2020 -> Pedaqogikanın ümumi əsasları Plan
2020 -> Dəmiryol nəqliyyatında daşımaların təşkilinin əsasları
2020 -> Uşaq psixologiyası imtahan sualları Uşaq psixologiyası psixologiyanın sahəsi kimi
2020 -> Mühazirələr DƏDƏ qorqud" eposu azərbaycan türklərinin ulu babası oğuz türklərinin yaratdığı "
2020 -> Informatika fənninin predmeti. Informasiya nəzəriyyəsi və informasiya texnologiyaları. Informasiya ölçü vahidləri
2020 -> Kompüter avadanlıqlarının profilaktikası və texniki təmiri
2020 -> Grammar: Write about: “The Reciprocal Pronouns and their teaching methods” – “Qarşılıq əvəzliyi və onun tədrisi metodikası” haqqında yaz
2020 -> Azərbaycan Tarixi XIX xxi əsrin əvvəli

Yüklə 16,32 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə