Mançester Yunayted



Yüklə 18,31 Kb.
tarix10.06.2018
ölçüsü18,31 Kb.
#53257





2014-07-02

İyulun 7-də başlayan Chevrolet kampaniyası bütün "Mançester Yunayted" azarkeşlərini komandanın yeni evə köynəyi brendinin debütünü qeyd etmək üçün dəvət edir.

  • Azarkeşlər üçün aparılan unikal rəqəmsal təcrübə Chevrolet şirkətinin qlobal səviyyədə təşkil etdiyi "Siz nə üçün oynayırrsınız?" kampaniyasının bir hissəsidir.

  • Chevrolet şirkəti bu yeni köynək brendi ilə Mançester Yunayted komandası üçün köynək sponsoru kimi çıxış edərək komanda ilə yeddi illik saziş bağlamışdır.

  • Chevrolet şirkətinin təqdim etdiyi video Mançester Yunayted komandasının ənənəvi köynəyinin irsi özəlliklərini, və eləcə də hazırkı futbolçuların və klub əfsanələrinin xüsusiyyətlərini özündə saxlayır.

Bu gün DETROYT - Chevrolet bütün dünyada "Mançester Yunayted" komandasının azarkeşlərini yeni evə köynəyi brendinin debütünü qeyd etmək üçün İyulun 7-də başlayan və www.ChevroletFC.com saytında keçirilən unikal rəqəmsal təcrübə kampaniyasında iştirak etməyə dəvət edir. Bu yeni köynək brendi ilə Chevrolet şirkəti Mançester Yunayted komandası üçün köynək sponsoru kimi çıxış edərək komanda ilə bağlanılan yeddi illik sazişə start verir.

www.ChevroletFC.com saytına daxil olan azarkeşlər bu sayta yazılmaq və Chevrolet şirkətinin qlobal səviyyədə təşkil etdiyi "Siz nə üçün oynayırrsınız?" kampaniyası çərçivəsində sosial kanallar vasitəsilə komandaya təqdim olunan köynəyi virtual şəkldə geymək imkanınına malik olan ilk insanlar sırasında ola bilərlər və bu da idman azarkeşlərini bir araya gətirir və bu gözəl oyun ətrafında onların ehtiraslarını vurğulayır.

"Mançester Yunayted komandası üçün yeni ev köynəkinin tərtibatında bizim iştirakımız klubun bütün dünyada olan 659 milyondan çox ardıcılları və eləcə də, Chevrolet brendi üçün çoxdan gözlənilən bir məqam idi", Qlobal Chevrolet şirkətinin Marketinq üzrə Direktoru Tim Mahoni bildirmişdir. "Mançester Yunaytedlə iki ildən artıq müddətdə olan tərəfdaşlığımızın əvvəlindən, biz komandanın azarkeşlərini daha da sıx şəkildə bir araya gətirməyə söz vermişik. Yeni köynəyin təqdimatını təntənəli şəkildə qeyd olunması bu öhdəliyin yerinə yetirilməsinə kömək edəcək və onu, açılış mərasiminin bir hissəsinə çevirəcək".

Chevrolet şirkəti, həmçinin www.ChevroletFC.com saytında Mançester Yunayted komandasının futbolçularını, əfsanələrini və azarkeşlərini əks etdirən video yayımlarını təqdim etmişdir. Bu video 1878-ci ildən, Mançester Yunayted klubunun yarandığı vaxtdan başlayaraq komandanınn ənənəvi köynəklərinin tarixinə nəzər salır. İyulun 7-də, Chevrolet şirkətinin klub üçün təqdim etdiyi yeni köynəyin debütünü qeyd edən bu video yayım tam şəkildə təqdim olunacaqdır.

Mançester Yunaytedin Qrupunun İcraçı Direktoru Riçard Arnold bildirib: "Bu gün Chevrolet şirkəti ilə tərəfdaşlığımız üçün tarixi bir gündür, çünki onlar komandanın 136 il tarixi boyunca rəsmən bizim beşinci köynək sponsoru olurlar. Biz gələcəyə nəzər salan zaman, belə bir tendensiyanın olduğunun şahidi oluruq ki, Chevrolet şirkəti klubun keçmiş irslərini saxlayır və bu yolla da klubun tərəfdaşlarını bir araya gətirməyə nail olur".

Video Mançester United komandasının azarkeşlərinin "Eşq olsun, Eşq olsun Manchetser United" himnini oxuyaraq küçələrdə təşkil etdikləri yürüşləri əks etdirir və Mançester Yunayted komandasının tarixinə nəzər salır. Sonda azarkeşlər Old Trafford stadionuna daxil olurlar və bu zaman komandanın hazırkı futbolçuları - Ueyn Runi, Xuan Mata, Robin van Persi və David De Gea və eləcə də, komandanın Menecerinin Köməkçisi Rayan Giqqz onlara qoşulur. Video yeni köynək görüntüyə gəlməmişdən öncə başa çatır və yeni köynək brendinin debütünü, İyulun 7-də keçirilməsi intizarını yaradır.

Mançester Yunayted komandasının doqquz əfsanəsi də videoda görüntüyə gəlirlər: bunlar - Ser Bobbi Çarlton, Aleks Stepniy, Denis Lou, Lu Makari, Artur Albiston, Norman Uaytsayd, Kleyton Blekmor, Denis İrvin və Qari Pallisterdir.

Yeni köynək brendinin təqdim olunmasının debütünün qeyd olunması Mançester Yunaytedlə Chevrolet şirkəti arasında yaranan tərəfdaşlığı vurğulayan və həyata keçirələcək mühüm tədbirlərdən biridir. İyulun 23-də Mançester Yunayted komandası Chevrolet şirkətinin brendi olan köynək formasında özünün ilk matçını Chevrolet Kuboku uğrunda Kaliforniyada Pasadenanın Rouz Boul Stadionunda Los-Anceles Qalaksi klubuna qarşı keçirəcəkdir. Chevrolet şirkəti, həmçinin, Mançester Yunayted komandasının avqustun 2-də, ABŞ-da Miçiqan şəhərinin Ann Arbor Stadionunda Real Madrid klubuna qarşı keçirəcəyi oyunda da sponsor qismində çıxış edəcəkdir. Chevrolet şirkəti Mançester Yunayted komandasının İngiltərə Premyer Liqasının 2014-15 il mövsmünün açılışında Suonsi Siti klubuna qarşı Avqustun 16/17-də istirahət günlərində keçirəcəyi matçda azarkeşlər üçün yaddaqalan məqamlar yaradan planları həyata keçirmək niyyətindədir.



Chevrolet haqqında

Əsası 1911-ci ildə Detroyt şəhərində qoyulmuş, Chevrolet şirkəti indi dünyanın ən böyük avtomobil brendlərinin biridir, hal-hazırda dünyanın 140-dən çox ölkəsində avtomobil istehsalı biznesi ilə məşğuldur və ildə 4.9 milyondan çox minik və yük avtomobilləri satır. Chevrolet şirkəti öz müştərilərini canlı performans, ifadəli dizayn, və yüksək keyfiyyət kimi xüsusiyyətlərə malik olan və yanacağa qənaət edən nəqliyyat vasitələri ilə təmin edir. Chevrolet şirkətinin istehsal etdiyi modellər haqqında daha çox məlumatı www.chevrolet.com saytında tapa bilərsininz. Chevrolet şirkətinin futbola dair yerinə yetirdiyi öhdəliklər haqqında daha ətraflı məlumat almaq üçün, www.ChevroletFC.com saytına daxil ola bilərsiniz.



Mançester Yunayted barədə

Mançester Yunayted dünyanın ən məşhur və uğur qazanan idman komandalarından biri olub, bütün dünyada tamaşaçılar arasında ən populyar sayılan bir idman növünü oynayır. Biz futbolda malik olduğumuz 136 illik tarixi irsimiz müddətində 62 kubok qazanmağımız sayəsində, dünyanın aparıcı idman klubuna çevrilmişik və 659 milyondan azarkeş kütləsi daima bizi izləyir. Bizim geniş və coşqun təbiətli birliyimiz Mançester Yunayted komandasını, müxtəlif mənbələrdən, o cümlədən, sponsorluq, reklam, məhsulun lisenziyalaşdırması, yeni media & mobil rabitə, yayım və oyun günlərinin təşkil olunması sahələrində xeyli gəlir əldə etməyə qadir olan dünya şöhrətli bir platforma ilə təmin etmişdir.

###
Əlaqə:
Beáta Novák

Marketing and PR Manager

Tel.: +36 23 446 650

Mobile: +36 30 247 1765



beata.novak@gm.com


Yüklə 18,31 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin