Мцяллиф адлы кимйяви реаксийалар



Yüklə 23,41 Kb.
tarix14.07.2018
ölçüsü23,41 Kb.
#56465
növüDərs

Kimya məktəbdə




OKSIGEN, HAVA VƏ YANMANIN TƏDRIS METODIKASINA AID BƏZI MƏSLƏHƏTLƏR
Arzuman Qəmbərov

TPİ- da aparıcı elmi işçi, pedaqoqika üzrə fəlsəfə

doktoru, dosent, qabaqcıl maarif işçisi
Nəzakət Novruzova

TPİ- da böyük elmi işçi

Toxunulan məsələlərin öyrənilməsini proqram və dərslik əsasında aşağıdakı kimi planlaşdırmaq olar:

a) Oksigen elementi bir bəsit maddə kimi.

b) Oksigen və ozonun alınması.

c) Oksigenin fiziki və kimyəvi xassələri.

ç) Yanma: atmosferin çirklənməsi və onun səbəbləri.

Bu materialların öyrədilməsi zamanı nəzərə alınmalıdır ki, şagirdlər təbiətşunaslıq fənninin tədrisi zamanı aşağıdakı məsələlərlə tanışdırlar: havanın tərkibi, oksigen, onun xassələri və tətbiqi, havada olan qarışıqlar, karbon qazı, onun xassələri və tətbiqi, canlı orqanizmlərin həyatında oksigen, azot və karbon qazının rolu.

“Oksigen elementi və bəsit maddə kimi” nəzərə alınsa burada məqsəd oksigen elementinin kəşfi (oksigen elementini İsveç alimi Karl Vilhelm Şeyele tərəfindən 1772- ci ildə kəşf edilmişdir).O, təbiətdə ən çox yayılmış elementdir.

Şagirdlərə deyilməlidir ki, təbii birləşmələrdə oksigen elementinin üç izatopuna rast gəlinir: 16O, 17O, 18O. Deməli, onun izatoplarının hər üçündə 8 proton vardır və nüvəsinin yükü + 8- dir.

Oksigen və ozonun alınmasında məqsəd şagirdləri oksigenin və ozonun labarotoriyada alınma üsulları ilə şagirdlərə tanış etmək və sənayedə alınma üsulu barədə də məlumat verməkdir.

Oksigen adi şəraitdə rəngsiz, dadsız, iysiz qazdır. Suda və digər həlledicilərdə zəif həll olur. Oksigen atmosfer təzyiqində -1830C-də maye hala keçir, -2190C- də isə donur. Havadan bir qədər ağırdır. Oksigen maye və bərk halda mavi rəngə boyanır və maqnit tərəfindən cəzb olunur. Bu da şagirdə izah olunmalıdır ki, O2 molekulunda tək elektronların olması ilə bağlıdır. Laboratoriya şəraitində oksigenin alınması reaksiyaları şagirdlərə izah olunmalıdır.

Məs: 2KClO3 2NCl+ O2

2 K Mn O4 K2Mn O4+MnO2+O2

2Na NO3 2Na NO3+O2

2H2O2 2H2O+O2

2BaO2 2BaO+O2

2HgO 2Hg+ O2

2Na2O2 + 2CO2 2NaCO3+O2

Oksigenin kimyəvi xassələrinə gəldikdə isə dərslikdə göstərilmiş 20 və 21- ci şəkillərin izahına geniş yer verilməlidir, müəllim əlavə materiallardan istfadə edib, dərsin izah- nəqli zamanı qeyd edilməlidir ki, oksigen aktiv qeyri-metaldır, qüvvətli oksidləşdiricidir.

Məs: 2 Ca+O2→ 2CaO; 4Al+3O2→2Al2O3,

S+O2→SO2; C+O2→CO2; 2H2+O2=2H2O

Yanma atmosferin çirklənməsi və onun səbəblərinə gəldikdə yanma prosesi oksigenin yanar maddələrlə qarşılıqlı təsirinə əsaslanır. Müəllim dərslikdən əlavə “Yanan havanın sirrlərini” izah etməlidir.Məs: Alovdan su!...İlk baxışda buna inanmaq olmur. Bəs faktlar? İngilis alimi Henri Kovendiş yanan hava adlandırılan rəngsiz, iysiz və dadsız qazı bağlı qabda yandırmış, yanma məhsulu­nun sudan ibarət olduğunu müəyyən etmişdir: Hələ Kovendişə qədər görkəmli alman alimi və təbiətşunası D.Pristli yanan hava qarışığının partlaması nəticəsində nəmlik əmələ gəldiyini müşahidə etmişdir. Lakin buna lazımı qədər əhəmiyyət verməmişdir. 1783- cü ildə fransız alimi Antyan Laran Lavuazye yanan havada yanma məhsullarının tərkibini öyrənmək, yanma məhsullarının ancaq sudan ibarət olduğunu təsdiq etmişdir.Yanan havanın sonralar hidrogen adlandırmağa başladılar.Hidrogen nəinki təbiətdə, günəşdə, ulduzlarda, dumanlıqlarda, hətda səma boşluqlarında da çox geniş yayılmışdır.

İstilik nüvə reaksiyası zamanı hidrogen nüvəsindən yeni kimyəvi element- helium əmələ gəlir.Helium günəş enerjisinin mənbəyini təşkil edir.Günəş enerji­si­nin mənbəyini təşkil edən hidrogen olmasaydı, insan və heyvanat aləmi ilə bitki aləmi arasında dialektik vəhdət təşkil edən fotosintez prosesidə getməzdi, insan və heyvan aləminin buraxdığı karbon qazı sərf olunmamış qalardı, əksinə insanın tənəffüsünü təşkil edən oksigen qıtlığı yaranardı.

Təbiətdə hidrogen üç izotop şəklində olur; adi; ağır və daha ağır hidrogen.

Ağır hidrogen adi hidrogenin çox az hissəsini təşkil edir. Beş min atom adi hidrogenə bir atom ağır hidrogen düşür.

Ağır hidrogen deyterium nüvəsinin quruluşuna görə, adi hidrogendən fərqlənir.Deyteriumun nüvəsi proton və neytrondan təşkil edilmişdir.Ona görə də deyterium atomunun kütləsi adi hidrogen atomunun kütləsindən iki dəfə böyükdür.Mövzunun inteqrasiyası zamanı müəllim əlavə qeyd edir ki, adi hidrogenin ağır hidrogenlə əvəz edilmiş su ağır su adlanır.Ağır suda həyat mümkün deyildir (§30, §31-də) Müəllim qeyd etməlidir ki, aktiv metalların və əksər qeyri metalların oksidləri də su ilə qarşılıqlı kimyəvi təsirdə olurlar.Bunu müəllim praktik olaraq şagirdlərə başa salmalıdır.



İstifadə edilmiş ədəbiyyat:


1. VIII sinif kimya dərsliyi. Bakı. 2005- ci il nəşri.

2. VIII sinifdə kimyanın tədrisi. Bakı. 2004- cü il nəşri.

3. V.M.Abbasov, A.M.Məhərrəmov, M.M.Abbasov və s. Qeyri-üzvi kimya. Bakı. 2001- ci il nəşri.



A.Гамбаров, Н.Новрузова



АННОТАЦИЯ
Некоторые вопросы к методики преподавания темы кислород, воздух и сгорание. При изучении материале по теме «Кислород, воздух и сгорание» необходимо учитывать, что учащиеся начальных классов на уроках природоведение надо прививать знания о составе воздуха, свойства кислорода и ее применения, смеси имеющиеся в воздухе для содержания чистоты воздуха.

A.Gambarov, N.Novruzova
SUMMARY
Some questions to techniques of teaching themes oxygen, air and combustion. In the study of the material on "Oxygen, air and combustion", be aware that primary school students in the classroom nature study must inculcate knowledge about air composition, properties and applications of oxygen, a mixture of existing content in the air for clean air.

Açar sözlər: proqram, dərslik, oksigen, ozon, hidrogen, hava, alov.
Key words: программа, учебник, кислород, озон, водород, воздух.
Ключевые слова: textbook, oxygen, ozone, hydrogen, air.






Yüklə 23,41 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin