Məhəbbətin boş kasaları



Yüklə 156,31 Kb.
səhifə8/61
tarix02.02.2022
ölçüsü156,31 Kb.
#114149
növüYazı
1   ...   4   5   6   7   8   9   10   11   ...   61
SÖZLƏ RUHLANDIRMAQ

Tərifləmək — sevgini göstərmək üsullarından yalnız biridir. Bu dilin başqa dialekti — sözlə ruhlandırmaqdır. «Ruhlandırmaq» sözünün mənası «cəsarət vermək, ürəkləndirmək» deməkdir. Həyatda elə anlar olur ki, bu və ya digər sahələrdə biz özümüzə əmin olmuruq. Bəzən cəsarətimiz çatmır. Bu da istədiyimizə çatmağa və bacarıqlarımızı üzə çıxarmağımıza mane olur. Bəlkə də həyat yoldaşınız onu dəstəkləməyinizi və ruhlandırmağınızı gözləyir.

Elison yazmağı həmişə çox xoşlayırdı. Kollecdə sonuncu kursda oxuyarkən, o, hətta jurnalistika üzrə mühazirəyə baş vurmuşdu. Tezliklə o, başa düşdü ki, jurnalistika ona daha maraqlıdır, nəinki əsas fənni olan tarix. Amma ixtisasını dəyişmək artıq gec idi. Kolleci bitirən kimi o, uşaq olana qədər yazmağa davam etdi. O, hətta jurnala bir məqalə də göndərmişdi. Resenziya ürəkaçan deyildi. O yazmağa daha cəhd göstərmədi, çünki cəsarəti çatmadı. Uşaqlar böyüyəndə isə onun boş vaxtları oldu. Elison yenidən qələmi əlinə aldı.

Elisonun həyat yoldaşı Stiven onun cızma-qaralarına əhəmiyyət vermirdi. O, vəzifəsini yüksəltməklə məşğul idi. Lakin get-gedə başa düşdü ki, həyatda karyera əsas deyil. Beləliklə, o, daha çox ailəsinə və arvadının maraqlarına diqqət ayırmağa başladı. Bir axşam o, Elisonun məqalələrinə nəzər saldı. Oxuyub qurtaran kimi, arvadının yanına tələsdi. Elison isə bu vaxt kitab oxuyurdu. Stiven həyəcanla dedi: «Mane olduğum üçün üzr istəyirəm, ancaq vacib sözüm var. Mən elə indicə sənin bayram haqqındakı məqaləni oxudum. Elison, nə üçün məqalələrini çap etdirmirsən? Sən ki, çox əla və bədii şəkildə yazırsan. Sanki oxuduqlarım gözlərim önündə canlanır. Məqalə çox maraqlıdır. Onu hansısa jurnala göndər».



    • Doğrudan? Səncə, mən bunu etməliyəm? — Elison soruşdu.

    • Əlbəttə! Deyirəm axı əla məqalədir.

Stiv gedəndən sonra Elison daha oxuya bilmədi. O, kitabı kənara qoyub ərinin sözləri haqqında düşünməyə başladı. Onun xoşuna gəlmişdi. Bəlkə, başqalarının da xoşuna gəldi? Bəli, bir vaxtlar redaksiyada onun məqaləsini tənqid etmişdilər. Elison özlüyündə fikirləşdi, o vaxtdan bəri çox şey dəyişib. İndi o, daha yaxşı yazır. Təcrübəsi xeyli artıb. O, ayağa qalxıb su içmək üçün mətbəxə getdi. Qərar qəbul edildi. O, bir neçə məqaləsini redaksiyaya göndərəcək, görək, nə olacaq.

Həmin gecədən on dörd il keçdi. İndi Elisonun məqalələrinə bir çox jurnallarda rast gəlmək olar. O, həmçinin kitablar da yazır. Elisonun əri ona dəstək olmasaydı, bu istedadlı jurnalist çətin ki, ilk addımını ata bilərdi.

Kim bilir, bəlkə, sizin də həyat yoldaşınızın daxilində hansısa istedad var. Bəlkə də onun bacarıqlarının aşkara çıxması üçün o, sizdən dəstək gözləyir. Ola bilsin ki, arvadınızın öz istedadını inkişaf etdirməsi üçün kursa getməyə ehtiyacı var. Əriniz isə məqsədinə çatmaq üçün uğur əldə etmiş insanlarla məsləhətləşməyə ehtiyac duyur. Sizin sözləriniz ilk addımı atmaqda onlara kömək edəcək.

Biz dünyaya həyat yoldaşımızın gözləri ilə baxmalıyıq.

Onun üçün nəyin vacib olduğunu başa düşməliyik.

Yalnız onda biz onu həqiqətən dəstəkləyə bilərik.

Lakin diqqət edin ki, mən «ruhlandırmaq» deyəndə, dəstəkləmək nəzərdə tuturam. Xahiş edirəm, həyat yoldaşınıza onun üçün maraqlı olmayan şeyi etməsindən ötrü təzyiq göstərməyin. Məsələn, bəzi kişilər arvadlarını pəhriz saxlamağa təşviq edirlər. Ər fikrini belə izah edir: «Mən sadəcə onu ruhlandırmaq istəyirəm», qadına isə elə gəlir ki, ona irad tuturlar. Yalnız o özü arıqlamağa qərar verəndə, siz onu ruhlandıra bilərsiniz. Nə qədər ki, o arıqlamaq istəmir, sizin sözləriniz mühazirə kimi səslənəcək. Mühazirə nadir hallarda ruhlandırır. Bu üsulla sevgini deyil, məzəmməti ifadə edirlər. Sonda insan təqsirkar olduğunu hiss edəcək.

Yox, əgər arvadınız: «Mən arıqlamaq istəyirəm. Payızda xüsusi mərkəzə müraciət edəcəm» deyərsə, onda onu ürəkləndirin. Təxminən belə deyin: «Lap yaxşı. Əminəm ki, öhdəsindən gələrsən. Səndə xoşuma gələn xasiyyət budur ki, qarşına qoyduğun məqsədə çatırsan. Mən mütləq sənə kömək edəcəm. Pul barədə narahat olma, tapılar». Buna bənzər sözlər qadına cəsarət verəcək və o, tibbi mərkəzə zəng edəcək.

Biz dünyaya həyat yoldaşımızın gözləri ilə baxmalıyıq. Onun üçün nəyin vacib olduğunu başa düşməliyik. Yalnız onda biz onu həqiqətən dəstəkləyə bilərik. Sözlərimizin mahiyyəti belə olmalıdır: «Mən səni başa düşürəm. Mənim üçün də bu, vacibdir. Mən səninləyəm. Sənə necə kömək edə bilərəm?» Biz ona və onun imkanlarına inandığımızı göstəririk, onunla qabaqcadan heyrətlənirik.

Əslində, biz çox bacarıqlıyıq. Lakin bəzən cəsarətsizliyimiz öz qabiliyyətlərimizi həyata keçirməyə mane olur. Yaxın insanların sözü katalizator rolunu oynaya bilər. Ola bilsin ki, bu dil sizə yaddır. Onu öyrənmək üçün çox güc və səbir tələb oluna bilər. Xüsusilə də siz tənqid və ittihama meyillisinizsə. Ancaq sizi əmin edirəm ki, cəhd etməyə dəyər.



Yüklə 156,31 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə