Məhəmməd Əmin Rəsulzadə 1903-cü ildə Azərbaycan Gənc İnqilabçılar



Yüklə 14,69 Kb.
tarix19.06.2023
ölçüsü14,69 Kb.
#128258
növüDərs
5. Rəsulzadə


Azərbaycan milli istiqlal hərəkatının və təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaybaycan Demokratik Respublikasının təməl daşını quran, sonralar ömür yolu, həyatı zəngin və keşməkeşli hadisələrlə dolu bir dastana çevrilən Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Atası din xadimi olsa da, həyata açıq gözlə baxıb, məktəb yaşına çatmış oğlunu şəriət dərslərini yox, dünyəvi elmləri öyrənməyə yönəldib.
Məhəmməd Əmin Rəsulzadə 1903-cü ildə Azərbaycan Gənc İnqilabçılar
Dərnəyini bir neçə azərbaycanlı tələbənin iştirakı ilə yaratmışdır. Bu təşkilatın təbliğat işindəHümmət qəzetiböyük rol oynamışdır. Gizli fəaliyyət göstərən bu təşkilatın əsas vəzifəsi gənclərdə milli hisslər yaratmaq, rus məktəblərində oxudulmayan türkcəni inkişaf etdirmək, yerli ədiblərin əsərlərini oxumaq, fəhlələr arasına gedib, hürriyyət və inqilab fikirlərini onların arasında sistemli surətdə yaymaq idi. 1906-cı ildən etibarən bu təşkilat Müsəlman Demokratik Müsavat Cəmiyyəti adını almışdır. Təşkilatın bir qolu daİrandaqurulmuş və burada başlamışməşrutə inqilabınaistiqamət verici rəhbər qüvvəyə çevrilmişdir.
1917-ci ildə fevral burjua inqilabı baş verdi. Həmin ilin martında açıq fəaliyyətə başlamış "Müsavat" partiyasının orqanı "Açıq söz" qəzeti yazırdı: "Şimdiyə qədər qayəmiz, amalımız məlum olmayan, hüriyyət nədir, təşkilat nədir bilməyən biz müsəlmanlar müdhiş inqilab tufanları içərisində kompassız ortada qaldığımızdan hara gedib çırpınmağa, hansı tərəfə vurnuxmağı bilməyib, cəmiyyətlərimiz də divanələr dəstəsi kimi boğaz-boğaza gəlmişlər".
Həmin dövr xalqımızın tarixinə Milli Azərbaycan hərəkatı kimi daxil olur. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunur. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət Azərbaycan Milli Şurası yaranır. Səs çoxluğu ilə Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri seçilir. 1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yayırlar. Bu o demək idi ki, xalqımız öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır, onun da dünyada müstəqil surətdə yaşayan xalqlar kimi öz etnoqrafik sərhədləri daxilində azad yaşamağa hüququ var. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, eləcə də bütün islam aləmində ilk dəfə olaraq respublika üsul-idarəsinə qədəm qoyur. İyunun 17-də Azərbaycan Milli Şurasının iclasında Rəsulzadə öz alovlu nitqində “Azərbaycan qayəsi”nin tərifini verir. Təəssüf ki, bir sıra görkəmli inqilabçıların əsərlərində 1918-ci il mayın 28-nə kimi, yəni Azərbaycan istiqlaliyyəti elan olunana qədər, bu torpağın Azərbaycan adlandırılması barədə, bu xalqın Azərbaycan xalqı olduğu barədə bir kəlmə də yoxdur. Onlar yalnız sinfi zidiyyətləri aradan qaldırmaq uğrunda mübarizə aparırdılar. Bu çətin vəzifəni Rəsulzadənin rəhbərliyi altında Azərbaycan ziyalıları o dövrdə öz üzərlərinə götürdülər. 1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin təntənəli açılışında Rəsulzadə deyir: "Biz o zaman ki, bizim üçün ən yaxşı məsələni - "Azərbaycan muxariyyəti"ni müdafiə edirdik, biz onda sağ və sol tərəfdən amansız tənqidə məruz qalmışdıq.
Sağdan bizə deyirdilər ki, azərbaycanlılıq şüarı ilə siz müsəlmanları parçalayırsınız, türkçülük bayrağı qaldırmaqla siz İslamın əsasını sarsıdırsınız. Soldan isə bizi məzəmmət edirdilər ki, Azərbaycan muxtariyyətini tələb edərək biz vahid demokratik cəbhəni yarırıq. "Müsavat" partiyası birinci olaraq Azərbaycanın müstəqilliyi bayrağını yüksəyə qaldırmışdır. Beləliklə, müsəlman partiyaları arasında Azərbaycan ideyasında fikir ayrılığı yoxdur. Xalqın şüurunda Azərbaycan ideyası artıq möhkəmlənmişdir: Bir dəfə yüksələn bayraq bir daha enməz!"
Azərbaycan Xalq Cümhuriyyətinin bolşevik Rusiyası tərəfindən işğalından sonra M.Ə.Rəsulzadə Azərbaycanda həbs edilərək Moskvaya aparıldı. Bir müddətdən sonra o, xaricə mühacirət etməyə müvəffəq oldu. Mühacirət dövrü ərzində M.Ə.Rəsulzadə daim Azərbaycanın azadlığı, onun sovet əsarətindən xilas olması uğrunda mübarizə apardı. Onun 1953-cü il mayın 28-də "Amerikanın səsi" radiosu ilə Azərbaycan xalqına müraciəti çox diqqətçəlmasının elan edildiyi 28 Mayda xalqa müraciət edərək onun tarixi qəhrəmanlıqlarla dolu keçmişini xatırladır, Cavad xanın qəhrəmanlığından söz açır və aşağıdakı sözlərlə nitqini bitirir:
Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq, azadlıq əsasını, Birləşmiş Millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu
qalibiyyət günəşi, qızıl istibdad zülmü altında inləyən əziz vətənimizdə 1918-in 28 Mayısı kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyiniz, Vətəndaşlar!
Yüklə 14,69 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin