Məhəmməd Füzuli (1498-1556). Həyatı



Yüklə 25,86 Kb.
səhifə1/12
tarix31.12.2021
ölçüsü25,86 Kb.
#113625
  1   2   3   4   5   6   7   8   9   ...   12
Məhəmməd Füzuli
Xacə Nəsirəddin Tusi, İnkluziv sinflərdə təlimin təşkili, Çətin tərbiyə olunan uşaqlar

Məhəmməd Füzuli (1498-1556).

Həyatı. Məhəmməd Füzuli Azərbaycanda məşhur olan türk mənşəli Bayat tayfasındandır. Bəzi mənbələrə görə, Məhəmmədin atası Süleyman İraqa Azərbaycanın Ərəş mahalından köçmüşdür. Sonralar şairin oğlu Fəzli Ərəşə dönərək, yaxın qohumlarının yanında yaşayıb. O, burada özünün alimliyi ilə geniş şöhrət tapıb. Füzulinin özü də kamil təhsil görmüşdü. Elə bunu nəzərə alan tədqiqatçılar belə hesab edirlər ki, şairin atası kifayət qədər varlı adam olmuşdur. Eləcə də onun ziyarətgah sayılan Hillə və Kərbəla kimi şəhərlərdə yaşaması Süleymanın ruhani olduğuna dəlalət edir. Həqiqətən də belə bir rəvayət var ki, Füzulinin atası Hillə şəhərinin müctehidi olmuşdur.

XI əsrdə İraqın səlcuqlar, daha sonralar isə monqollar və teymurilər tərəfindən işğalından sonra Bağdadda və onun ətraflarında türklərin sayı getdikcə artır. Bu durum sonralar da davam edir. 1508-ci ildə I İsmayıl təntənəli şəkildə Bağdada girərək İraqı Azərbaycana birləşdirir, 1534-cü ildə isə bu şəhər uzun bir müddətə Osmanlı İmperiyasının tərkibinə daxil olur. Beləliklə, Füzulinin həyat və yaradıcılığının ilk dövrləri İraqi-Ərəbin Səfəvilər hakimiyyətinə tabe olduğu illərə düşür.

Məhəmməd Füzuli 1556-cı ildə Kərbəlada taun xəstəliyindən vəfat etmişdir. Şairin qəbri də Kərbəladadır.




Yüklə 25,86 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə