Məhsulun qablaşdırılması: Plastik vedrələrdə: 3,5 kg, 10 kg, 25 kg



Yüklə 43,16 Kb.
səhifə1/4
tarix10.01.2022
ölçüsü43,16 Kb.
#110258
  1   2   3   4

Məhsul haqqında:Polivinil asetat emulsiya əsaslı daxili məkan son qat divar boyasıdır. Yüksək keyfiyyətli, tez quruyan, sərfiyyatda yüksək qənaətliyi  ilə fərqlənən boyadır. Boyanmış səth çatlamaz, qabarmaz, ovalanıb tökülməz. Boya səthin nəfəs almasını və nə­min üzərinə çıxmamasını təmin edir. Bu səbəblə səthin üzəri daima quru qalır. Ekoloji cəhətdən ziyansız, qoxusuz, su keçirməz, kif tutmaz, sürtünməyə, yuyulmağa, nəmin ziyanlı təsirinə dayanıqlıdır. Müxtəlif rənglərdə buraxılır.

Istifadə sahələri: İri və kiçik qabaritli sənaye və məişət binalarında, təmir olunan istehsalat sahələrində yüksək örtücülüyə və yapışmaya sahib divar boyası kimi istifadə edilə bilər. Daxili məkanlarda hər cürə alçı, sıva, beton və sairə inşaat materiallarının üzərində rahatlıqla istifadə edilə bilər.

Səth hazırlığı:Tətbiq olunan səth sağlam ,quru və təmiz olmalıdır. Kirli ,tozlu, qabarmış və köhnə boyalar səthin üzərindən qazınıb təmizlənməli, səthin üzərində olan çatlar, dəlik və deşiklər CORELLA  Akrilik məcunla doldurulub düzəldilməli və hamarlanmalıdır. Yeni suvanmış səthlərdə ən az 20 gün sonra boyama işləri aparıla bilər. Yaglı boya üzərinə vurulma ehtiyacı olduqda səth incə sumbata ilə cilalanır, qopmuş, qabarmış səthlər tam qazınıb təmizlənir və səthin üzərinə keçiş astarı vurulur. Səth quruduqdan sonra üzərinə iki qat CORELLA  TAVAN PLASTIK  boya vurulur.           

İstifadəsi: Boya tətbiqi zamanı ətraf temperatur 5-35°C olması tövsiyyə edilir. Boya istifadə edilmədən əvvəl yaxşı qarışdırılmalıdır.Boya fırca və diyircəkli fırça ilə 10-15% su ilə durulaşdırılaraq tətbiq edilir. Hər istifadə bitdikdən sonra fırça və ya diyircəkli fırça su ilə təmizlənməlidir. CORELLA tavan plastic  boya vurulmuş səthlərin üzəri 3 gün ərzində fiziki və kimyəvi təsirlərdən qorunmalıdır. Boya qalıqları kanalizasiya xətlərinə və su kanallarına boşaldılması qəti qadağandır.

Məhsulun qablaşdırılması: Plastik vedrələrdə: 3,5 kg, 10 kg, 25 kg.

Diqqətinizə çatdırılır: Məhsuldan istifadə edən şəxslər bu sahə üzrə mütəxəssis olmalı və əlavə məlumatları tam bilməlidir. İlk dəfə istifadə etdikdə istehsalçı ilə məsləhətləşməli və nəzəri məlumatları əldə etmək, təlimatları öyrənmək vacibdir.

Saxlama şərtləri: Saxlama müddəti: 5-35°C-də orijinal qablaşdırmada minimum 2 il, istifadə müddəti bitdikdə mütəxəssis tərəfindən yoxlanılaraq rəy bildirilməlidir. Saxlama şəraiti: Havalandırması olan anbarlarda, ağzı bağlı orijinal qablaşdırmada, quru və sərin yerdə. Dondan qorunmalı.   

Öncə görülən təhlükəsizlik tədbirləri: Corella tavan plastik boya əsasən məişət və sənaye tikintiləri üçün nəzərdə tutulduğuna görə sifarişçiyə məhsulla birlikdə təhlükəsizlik tədbirləri haqqında təlimatlar təqdim olunur. Boyadan istifadə edildikdə yuxarıda göstərilən qaydalara riayət edilməlidir. Xüsusi iş paltarından və əlcəkdən istifadə edilməsi məsləhətdir.

Sağlamlıq və təhlükəsizlik şərtləri: Təhlükə xəbərdarlıqları: R 22: Udulduqda sağlamlığa ziyandır.

Təhlükəsizlik xəbərdarlıqları: S 2: Uşaqlardan uzaq yerdə saxlanılmalı. S 3/7 : Sərin yer­də, ağzı bağlı, orijinal qablaşdırmada saxlanılmalı. S 24/25: Göz, üz və dəri ilə təmasda olmasından qorunulmalı. S 29: Kanalizasiya və su kanallarına atılmamalı. S 46: Boya udulduqda həkimə müraciət edilməlidir.




Kataloq: userfiles -> catalog

Yüklə 43,16 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə