Məlumat toplamaq üçün evə gəlmiş Pako atasından xəbər almağa başladı



Yüklə 54 Kb.
tarix05.01.2022
ölçüsü54 Kb.
#111199

Pako dostları olmadan çox darıxdı. Pakonun başqa dostları da vardır, amma Tako və Tokonu xüsusilə sevir. Doğrudur, Pepo və Çiko Pakonun yanındadırlar, amma o yenə də əkizlərə görə darıxır. Onların uzaqda olmasının həsrətini çəkir. Onun bir arzusu vardır ki, Toko və Tako məktəbə tez qayıtsınlar.

Pako məyusdur, amma onun həyatı elə də dəyişməmişdir. Pako həmişəki kimi məktəbə, futbola, rəqsə və s. gedir. Sadəcə, Toko və Tako onunla birlikdə getmirlər..

Məktəbdə əvvəllər olduğu kimi, müxtəlif tədbirlər keçirilir. Bu həftə Avropa həftəsidir. Anna müəllimə şagirdlərə tapşırdı ki, Avropanın hər hansı bir ölkəsi haqqında layihə hazırlasınlar. Pako İngiltərəni seçdi. İngiltərə haqqında daha çox və maraqlı məlumat toplamalı və dostları ilə paylaşmalıdır.

Məlumat toplamaq üçün evə gəlmiş Pako atasından xəbər almağa başladı....

- Ata, İngiltərə ilə əlaqədar birinci ağlına gələn nədir?

- İngiltərə ilə əlaqədar ilk ağlıma gələn futboldur...

- Doğrudan, niyə?

- Ona görə ki, futbol İngiltərədə yaranmışdır. Amma deyirlər ki, futbolu Misirdə, Yunanıstanda, Çində və qədim Mayya sivilizasiyası dövründə də çox əvvəllər oynayırlarmış. Amma yenə də futbolun vətəni İngiltərə hesab olunur. Futbol oyunu İngiltərədə on doqquzuncu əsrdən başlanılmışdır. Əvvəllər qaydalarsız futbol oynanılırdı. Oyunların hamısı dava-dalaşla, mübahisə ilə bitirdi. İş o yerə çatdı ki, İngiltərə kralı futbol oyununu qadağan etdi. İngilislər futbol oyununu o qədər sevirdilər ki, kral qadağanı aradan götürməyə məcbur oldu. Tezliklə, 1863-cü ildə İngiltərədə futbol qaydaları yarandı. 1871-ci ildə İngiltərədə çempionluq da keçirildi və növbəti ildə Şotlandiya və İngiltərə bir-biri ilə qarşılaşdı.

- Çox sağ ol. Mənə çox yaxşı əhvalatlar danışdın, layihəmdə mütləq istifadə edəcəyəm... Ana, sən İngiltərə ilə əlaqədar nəyi yadına salırsan? – Pako indi də anasına üz tutdu.

- Mən şahzadə Diananı xatırlayıram. Britaniyada monarxiyadır. Britaniyanın monarxı II Yelizavetadır. Diana Britaniya kraliçasının nəvəsi şahzadə Çarlzın həyat yoldaşı idi... Diananın özü Uelsli zadəganların Stüartların nəslindən idi, onun soyadı Spenser idi. O, şahzadə Çarlzla 1981-ci ildə ailə qurdu. Diananın və Çarlzın iki oğlu dünyaya gəldi, şahzadə Uilyam və şahzadə Hari. Şahzadə Diananı hamı çox sevirdi, onun xeyirxahlığı və səmimiyyəti haqqında hər kəs danışırdı. O, öz gözəlliyi və cazibədarlığı ilə də seçilirdi. Təəssüflər olsun ki, şahzadə Çarl və Diana bir-birindən ayrıldılar. Boşandıqdan sonra Diana misirli prodüser Dodi Al-Fayadı sevdi. Baxmayaraq ki, Diana artıq şahzadə deyildi, amma yenə də jurnalistlərin və fotoqrafların diqqət mərkəzində idi. Bir gün Diana və Dodi Parisdə idilər. Birdən paparasilər onları görüb şəkillərini çəkmək istədilər.Paparasilər Diananın və Dodinin şəkillərini qəzet və jurnallarda yerləşdirmək istəyirdilər. Diana və Dodi çalışdılar ki, paparasilərdən yaxalarını qurtarsınlar və buna görə də maşının sürətini artırdılar. Sürətlə gedən maşını sürücü idarə edə bilmədi və maşın qəzaya uğradı. Diana, Dodi və sürücü avtomobil qəzası nəticəsində dünyalarını dəyişdilər...



- Ana, sən də maraqlı əhvalat danışdın. Mənim layihəm üçün çox maraqlı məlumatlarım toplandı. Bir az da İnternetdə İngiltərə haqqında məlumat toplayacağam və yaxşı layihə də olacaqdır, - atasının və anasının danışdıqlarından razı qalan Pako söyləyir.
Kataloq: storage -> uploads -> books byseries
books byseries -> Naməlum gürcülər haqqında? Bu necə olur?
books byseries -> Yaxşı vaxt keçirdik, dostlar deyirdilər
books byseries -> Uşaqlar qərara aldılar ki, əvvəlcə internetdə maraqlı məlumat əldə etsinlər
books byseries -> Yox, yox, sən mənə daha çox kömək edirsən! Tako deyir
books byseries -> Nəə? Bu, nə deməkdir? soruşur təəcüblü Vika
books byseries -> Vaşinqtonun paytaxt olaraq yaranması haqqında Vika və Vako Vaşinqtonda, muzeyi gəzəndə maraqlı əhvalat eşitdilər
books byseries -> Biz həmişə dost olacağıq! Pako deyir
books byseries -> Toko, Tako, oyanın, məktəbə gecikirsiniz, saat 8-dir! Ata, çox yuxumuz gəlir, bir az da yataq
books byseries -> Pişik və tutuquşu
books byseries -> Tako, Toko, Pako və digər şagirdlər Anaironun əhvalatını çox bəyəndilər

Yüklə 54 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə