Menecment kafedrasının müdiri f r. e n. İ.İ.İsgəndərov



Yüklə 61,63 Kb.
səhifə1/5
tarix31.12.2021
ölçüsü61,63 Kb.
#111465
növüDərs
  1   2   3   4   5
sillabus MAR


Təsdiq edirəm”

Menecment kafedrasının müdiri

__________________

f.r.e n. İ.İ.İsgəndərov

AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ

AZƏRBAYCAN TURİZM VƏ MENECMENT UNİVERSİTETİ

MENECMENT KAFEDRASI

FƏNN SİLLABUSU
Fənnin adı və kodu: İşgüzar Yazışmalar

Semestr, il: II, 2018-2018

Tədris səviyyəsi: MAR1701/ bakalavr

Kreditin sayı: 3
Müəllim: Mənsuma Arzuman qızı Əliyeva, email: mensume89@gmail.com

Dərəcəsi: magistr/dissertant, Bakı Dövlət Universiteti (bakalvr), Azərbaycan Dövlət İqtisad Universiteti (magistr), ATMU (dissertantura)

Doktorantura mövzusu: “Turizm sahəsində rəqabət qabiliyyətli kadr hazırlığının formalaşdırılması istiqamətləri”

Universitetdə olma vaxtı və yeri: saat 10:00-17:00, Menecment kafedrası, 515-ci otaq

Elektron səhifə: http://atmu.edu.az/index.php/universitet-2/fadzulty

Dərs günü, vaxtı və yeri: II və III gün

Kursun məntiqi əsası: İşgüzar yazışmalar təliminin əsas məqsədi respondentlərin effektiv işgüzar yazışmalar və danışıqlar aparmaq qabiliyyətini artırmaq və onları ən müasir rəsmi və qeyri-rəsmi ünsiyyətin qurulması sahəsində tələb olunan bilik və bacarıqlar ilə təmin etməkdir. Həmçinin, bu fənn tələbələrin oxucuya öz fikirlərini aydın bir şəkildə çatdırmağın müasir yolları, tələb olunan bilik və bacarıqlar haqqında elmi və praktiki məlumatlar verəcəkdir.

İşgüzar yazışmalar qabiliyyətinin mənimsənilməsi müasir iş mühiti üçün olduqca əhəmiyyətli bir vasitədir. İşgüzar yazışmalar təlimi respondentlərə öz düşüncələrini və baxışlarını necə inkişaf etdirməyi və onları tərəfdaş təşkilat və ya şəxslərə anlaşıqlı şəkildə və ən uyğun formnada çatdırmağın yollarını öyrədəcəkdir. Təlim eyni zamanda, respondentlərə müasir texnalogiyalardan istifadə edərək tələb olunan formatlarda hədəf auditoriyalarına öz istəklərini və fikirlərni çatdırmaqda və onların bu sahədə olan biliklərinin artırılmasına və daha da təkmilləşdirilməsinə yardım edəcəkdir. Bununla yanaşı İşgüzar yazışmalar təlimi respondentlərin analitik düşüncəsini inkişaf etdiricək, səlist, müfəssəl və professional yazışmaların aparılması və müvafiq orqanlala əlaqələrin qurulmasına və inkişaf etdirilməsinə yardım edəcəkdir. Ən əsası İşgüzar yazışmalar təlimi respondentlərə məktubların, hesabatların, təqdimatların, prezentasiyaların, pres-relizlərin, məqalələrin, tərcümeyi-halların (CV və rezumeler), ərizələrin, istək məktublarının (cover and motivation letters) və s. sənəd və materialların ən müasir şəkildə hazırlanmasında bilik və bacarıqlar verəcək və onların onlayn yazışmaların aparılmasında olan qabilliyətlərini artıracaq. Bununla da respondentlər, işgüzar yazışmaların aparılmasında tələb olunan materialların mükəmməl şəkildə təqdim olnması sahəsində bilik və vərdişlər əldə edəcəklər




Yüklə 61,63 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin