Mənim yaşıl şəhərim!



Yüklə 43,81 Kb.
səhifə1/5
tarix05.01.2022
ölçüsü43,81 Kb.
#76600
  1   2   3   4   5

Mövzu “ Mənim yaşıl şəhərim!”

Problem

Bəşəriyyətin inkişaf tarixinə bir neçə dövr qeyd olunmuşdur: dəmir, bürünc, mis dövrləri və s. Bizim yaşadığımız XX və XXI yüzilliklərdə tarix də güman ki, texniki tərəqqi əsri kimi qeyd ediləcək. Həqiqətən də nüvə enerjisinin kəşfi, kosmosun fəthi, lazerşüasının cilalanması və başqa nəaliyyətlərləsəciyyələnən XX yüzilliyin məşəqqətli təzadları da az olmamışdır. Dünya müharibələri, ictimai-siyasi və iqttisadi inqilablar, çəkişmələr araşdırdığımız dövrün ən böyük bəlası, ümumbəşəri miqyaslı təhlükə kimi qəbul olunan təzadlar və ekoloji böhrandır. Lap yaxın keçmişlə, yəni XX əsrin 50-60-cı illərilə müqayisə edilərsə son on illiklərdə ekoloji böhran barədə söz-söhbət daha tez-tez təkrarlanır. Çox dan sübut olunmuşdur ki, insan cəmiyyəti mövcud olduğu dövrdən təbiətə qarşı qəddarlıq edir, bütün canlılardan fərqli olaraq insan öz mühitini özü korlayır, zibilləyir, zəhərləyir və bununla da özünə və təbiətə qəsd etmiş olur. Əgər uzaq əcdadlarımız sapandla, dəyənəklə, ox-nizə ilə ov edirdilərsə, müasir insan bir göz qırpımında dünyanı alt-üst etmək qüdrətinə malik silahlara və texniki vasitələrə yiyələnmişlər. Məhz ona görə də müasir insan geoloji amil sayılır. Axı o, təbiətin iki milyon il ərzində yaratdığı faydalı qazıntı məhsullarını başlıca olaraq sonuncu yüzillik də mənimsəmişdir. Qədim mənbələrdən məlumdur ki, hələ eramızdan 5-6 əsr öncə Misirdə 6 misəridən zaman havanı korlayan, açıq suları çirkləndirən miskərlərə qarşı xüsusi cəza tədbirləri nəzərdə tutulmuşdur. Bizim eranın 12-13-cü yüzilliklərində Fransada Sena çayına rəngli, çirkli su axıdan emalatxana ləğve dilmiş, günahkarlar cəzalandırılmışlar. Deməli, ətraf mühitin qorunması qayğıları adamları yüzillərdən bəri narahat edir. Bununla belə biosferin vəziyəti ilbəil ağırlaşır, həyata milləri sayılan suyun, havanın, torpağın keyfiyyəti pisləşir. Çağdaş dünyamızda ekoloji böhranın ümumbəşəri təhlükə olmasına heç kim şübhə etmir. Məhz ona görə də qlobal ekoloji təhlükənin hamımıza aid olmasını qəlbən şüurlu olaraq dərk etməklə, əməli iş üçün həm birgə, həm də fərdi təşəbbüslər göstərməliyik.Ətraf mühitin mühafizəsi problemləri hazırda əsasən 3 başlıca səviyyədə həll olunur: Ölkə, regional və qlobal səviyyədə.

Biz isə ilk olaraq öz şəhərimiz olan Sumqayıtdan başlamaq istəyirik.Məqsədimiz bu layihəyə başqa şəhərləri də qoşub ölkəmizə az da olsa xeyir vermək və onun üçün əlimizdən gələni əsirgəməməkdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 3 mart 2016-cı il tarixli sərəncamı ilə isə Sumqayıtda çoxmənzilli binalarda zəruri təmir işlərinin davam etdirilməsi məqsədi ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinə 2016-cı ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 9 milyon manat, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 6,5 milyon manat, lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 2,5 milyon manat ayrılıb.

Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun təşəbbüsü və rəhbərliyi altında cəmi 8 aya inşa edilən, açılış mərasimində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "möcüzə" adlandırdığı bu bulvarın dünyanın diqqət mərkəzinə düşməsi olduqca qürurverici və perspektivlidir. İspaniyanın paytaxtı Madrid şəhərində 24-cü Beynəlxalq Üstünlük və liderlik forumu keçirilib. Forumda xüsusi seçimlə öz sahəsinin üstünü və lideri olan 20 dünya öncülünə "İnternational Award for Excellence & Lider ship" (beynəlxalq üstünlük və liderlk) mükafatı təqdim edilib.Sumqayıtımız da onların arasındadır.

Biz Sumqayıt şəhər 26 № li tam orta məktəbin Tərbiyə işləri üzrə direktor müavini Şükürova Arzu və ingilis dili müəllimi Qafarova Könül şagirdlərlə birlikdə “Mənim təmiz şəhərim”komandasını yaratdıq.



Məqsəd

Şəhərimizi ətraf mühit çirklənməsindən qoruyur. Ətraf mühitin qorunması ilə bağlı bacarıqları nümayiş etdirir.Ətraf mühitin çirklənməsi və mühafizəsinə dair mülahizələrini şərh edir.Gündəlik həyatda ətraf aləm və onun təmizliyinin qorunması qaydalarına əməl edir.Etwining portalında layihəni Avropa məktəblilərilə paylaşaraq Avropa məktəlilərini də belə layihələrə cəlb edir.Eyni zamanda xarici dildə(ingilis dili) dinləyib anlama,danışma,oxu,yazı bacarığını da möhkəmlədir.




Yüklə 43,81 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin