Mətbu nəşrlərin uçotu üçün müraciətin və sənədlərin qəbulu



Yüklə 336,37 Kb.
tarix05.01.2022
ölçüsü336,37 Kb.
#111189

Mətbu nəşrlərin uçotu üçün müraciətin və sənədlərin qəbulu

Bu xidmət vasitəsilə vətəndaşlar Mətbu nəşrlərin uçotu üçün müraciətin və sənədlərin qəbulu barədə məlumat əldə edə bilər. Bunun üçün “www.exidmet.justice.gov.az” portalına daxil olub, Ədliyyə Nazirliyi tərəfindən təqdim olunan e-xidmətlərin siyahısından “Mətbu nəşrlərin uçotu üçün müraciətin və sənədlərin qəbulu ” xidmətini seçməlisiniz (Şək.1).





Şəkil 1

Açılan formanın içində “Mətbu nəşr haqqında məlumatlar” bölməsində mətbu nəşrin adı, məqsədi, hüquqi ünvanı, dövriliyi, təsisçinin növü barədə məlumatlar daxil edilməlidir.(Şək:2)



Şəkil 2

Digər formanın içində isə “Təsisçi haqqında məlumatlar – fiziki şəxs” və “ Təsisçi haqqında məlumatlar – hüquqi şəxs” bölməsində təsisçinin adı, soyadı, atasının adı, yaşadığı ünvan, vətəndaşlığı, təhsili və.s məlumatlar, həmçinin hüquqi şəxs bölməsndə hüquqi şəxsin adı, qeydiyyat nömrəsi, qeydiyyat tarixi , eləcə də “Baş redaktor haqqında məlumatlar” bölməsində baş redaktorun adı, soyadı, atasının adı, yaşadığı ünvan, vətəndaşlığı, təhsili, məhkumluğu barədə və s məlumatlar sistemə daxil edilməlidir.(Şək:3)

(Şək:3)


Məlumatlar tam doldurularaq təsdiq düyməsi sıxıldıqdan sonra elektron poçt ünvanınıza daxil olan şifrəni (Şəkil 4) açılan yeni səhifədəki müvafiq xanaya daxil edib təsdiq düyməsini sıxın. (Şəkil 5)

Şəkil 4


Şəkil 5


Açılan yeni səhifədən tələb olunan sənədlərin skan edilmiş nüsxələrini əlavə edin. (Şəkil 6)

Şəkil 6


“Müraciət sonlandır” düyməsi sıxılaraq müraciətinizi sonlandıra bilərsiniz. Nəticə olaraq müraciətinizin qeydə alınması barədə elektron poçt ünvanınıza məlumat daxil olacaq.
Yüklə 336,37 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin