Midiya dövləti haqqında



Yüklə 14,33 Kb.
səhifə1/2
tarix22.05.2022
ölçüsü14,33 Kb.
#116117
  1   2
Midiya dövləti haqqında


Midiya dövləti haqqında- Madalılar (midiyalılar) tarix səhnəsinə e.ə. I minilliyin əvvəlində çıxmışlar. Onların adları Aşşur salnaməsində ilk dəfə IX əsrin 30-cu illərində çəkilmişdir. III Salmanasar (e.ə 860-825) onların ölkəsini Amaday adlandırır. Sonralar Matay formalarına rast gəlinir ki, bu da həm "madalılar", həm də "Mada" deməkdir. Aşşur hərbi ədəbiyyatından məlum olan bu formaların hamısı Mada sözləri olan mada, mada ("madalılar", "Mada") sözləri ilə mənşəcə bağlıdır. "Madalılar" və "Mada" adlarının sonrakı formalarının hamısı - həm Şərq, həm də Avropa formaları öz mənşəyini bu etnoxoronimdən götürür; ərəblərdə təsadüf edilən "mah", ermənicə "mar", orta fars sözü "may" da bu qəbildəndir. Mada tayfa ittifaqı əsasən Cənubi Azərbaycandan şərqdə və cənub-şərqdə yerləşən vilayətlərdə təşəkkül tapmışdı.
Azərbaycan Midiya dövləti tərəfindən işğalı- Eə. VII əsrin ortalarına doğru aşşurlular tərəfindən məğlubiyyətə uğradıldıqdan sonra Manna böyük dövlət kimi öz mövqeyini itirdi. Manna kimmerlər, skiflər və madalılarla mövcud olan ittifaqı sayəsində xeyli dərəcədə gücə və qüdrətə malik idi. . VIII əsrin sonunda - VI əsrin başlanğıcında madalılar Mannanı, Urartunu və Skif çarlığını özlərinə tabe etdilər. Lakin həmin siyasi qurumlar müəyyən zaman ərzində özünü idarə edir, madalıların "kiçik" müttəfiqləri vəziyyətində çıxış edirdilər. Onlar 90-cı illərin sonlarınadək bu rolu oynamaqda davam etdilər. Manna sonuncu dəfə e.ə 593-cü ildə peyğəmbər Yeremiya tərəfindən xatırlanmışdır. Lidiya ilə müharibə ərəfəsində (e.ə. 590-cı ildə) adları çəkilmiş üç siyasi qurumun özünüidarəsinə son qoyuldu və Mada Cənubi Azərbaycanın, Urartunun və Skif çarlığının torpaqlarının tam hakimiyyətə malik olan sahibinə çevrildi. Mannanın işğalı Mada dövlətinin bütün iqtisadiyyatının yüksəlişində mühüm əhəmiyyətə malik idi. İnkişaf etmiş kənd təsərrüfatına, sənətkarlığa və şəhər həyatına malik olan Mannanın ələ keçirilməsi madalılar üçün nisbətən qabaqcıl quldarlıq münasibətlərinə uyğunlaşmaq və bağlanmaq prosesində mühüm əhəmiyyət kəsb edirdi. Hətta tabe olunmuş, fəth edilmiş Manna Mada imperiyasının mədəni-iqtisadi mərkəzi olaraq qalırdı. Mada işğalı Mannanın özü üçün yalnız bir neçə əsr ərzində yerli dövlətçiliyin mövcudluğuna son qoyulması ilə deyil, həm də ölkənin etnik görkəminin dəyişməsi ilə həlledici rola malik idi. Bu zamandan başlayaraq intensiv etnik proseslərin nəticəsində yerli tayfalar tədricən Mada dilinin ləhcələrini qəbul edərək madalaşmağa, "madalılar" adlanmağa başladılar, Madanın bir hissəsinə çevrilmiş Mannanın özü isə "Mada" və yaxud "Kiçik Mada" adlanmağa başladı.

Yüklə 14,33 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin