Milli aviasiya akademiyasi



Yüklə 13,77 Mb.
səhifə1/248
tarix01.01.2022
ölçüsü13,77 Mb.
#104836
  1   2   3   4   5   6   7   8   9   ...   248

AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI

AZƏRBAYCAN HAVA YOLLARI”



QAPALI SƏHMDAR CƏMIYYƏTI

MILLI AVIASIYA AKADEMIYASI

Mustafayev M.R., İmanov ə.S.,

R.H. Eyyubov
Kompüter qrafikası

AutoCAD-2013




B

akı - 2012


Elmi redaktor: t.e.n. Nadirov U. M.


Rəy verənlər: dosent Mirzəyev O.H.

dosent Qələndərov Z.S.



t.e.d. Mustafayev Mustafa Rəhim oğlu,

t.e.n. İmanov əhməd Süleyman oğlu,

f.-r.e.n. Eyyubov Rafael Həmid oğlu.
Kompüter qrafikası AutoCAD -2013. Bakı. 2012.- 350 s.
Çertyojların kompüterlərin köməyi ilə tərtib olunmasında geniş istifadə olunan AutoCAD -2013 qrafiki paketinin imkanları verilmişdir.

Kitab mühəndis-konstruktor və ali texniki məktəblərin tələbələri üçün nəzərdə tutulmuşdur.







Kitab Elmi Şuranın qərarı ilə çap olunur.








Giriş

Tarixin gedişi onu göstərir ki, hər əsrdə insanın yaşayış şəraitini yaxşılaşdıran yeniliklər olur. Bu baxımdan XX əsrin fundamental nailiyyətlərindən biri də kompüter texnikası oldu. Bu nailiyyət insan fəaliyyətinin əsas istiqamətlərində inqilabi dəyişiliklərə gətirib çıxardı. Bunlar konstruksiya və onların hazırlanma texnologiyalrlnı, avtomatlaşdırılmış layihələndirmə sistemlərinin (ALS) təkmilləşdirilməsi kimi məsələlərə yeni yanaşma metodları hazırlandı.

Bu ümumi tendensiya təkcə fərdi kompüterlərin çoxalmasına və tətbiqinin artmasına deyil, həmçinin, şəbəkələr, o cümlədən internetin inkişafına və yaranmasına gətirdi. Bu faktlar informasiya kompyuter texnologiyalarının (İKT) inkişafını aktuallaşdırdı. Beləliklə XX əsirin 80-ci illərindən başlayaraq, informasiya resusları istənilən dövlətin təbii resuslarından da daha qiymətli olmasını göstərdi. İstənilən elmi tədqiqat müəssəsi layihələndirmədə ALS-in tətbiqilə çoxsaylı rəqabətə tab gətirməsi üçün o öz fəaliyyətlərində İKT dən geniş istifadə etməlidirlər.

Yüksək məhsuldarlıqlı, böyük yaddaşa malik və təkmilləşdirilmiş qrafiki proqram təminatı ilə təchiz olunmuş kompyüterlər konstruktor və layihəçilərə yorucu mexaniki əməliyyatlardan azad olmaq və layihələndirilən məmulatın mahiyyətinə daha çox fikir vermək imkanı yaradır. Bununla yanaşı onlardan yeni biliklər və cizgilərın tərtibinin yeni texnologiyasının mənimsənilməsini tələb edir.

Cizgilərın kompyuterin köməyi ilə tərtib olunması texnologiyası, ənənəvi üsulla «kulman» arxasında tərtibindən fərqlənir və bir çox üstünlüklərə malikdir (sür’ətlə yerinə yetirilməsi; dəqiqliyi və keyfiyyətinin yüksək olması; redaktə olunma, çoxaldılma və INTERNET vasitəsi ilə ötrülmə imkanlarına malik olması və s.). Kompüterlərdə cizgilərın tərtibi zamanı, onun bütün parametrləri koordinatlar şəkilində yüksək dəqiqliklə (5*10–15dəqiqliyi ilə) yadda saxlanır, hesabatlar isə riyazi yolla aparılır və bu səbəbdən də belə cizgilərı qrafiki üsulla hesablamalar üçün müvəffəqiyyətlə istifadə etmək olar. Başqa sözlə, kompyuterdəki cizgi «kulman»da çəkilmiş cizgilərə xas olan «aşağı dəqiqliyə» malik olması kimi çatışmamazlıqdan azaddır.

Müasir layihələndirmə texnalogiyasında, klassik iki ölçülü (2D) layihələndirmə sistemlərinin əvəzinə, daha mütərəqqi, üç ölçülü (3D) modelləşdirmə sistemi özünə daha geniş tətbiq sahəsi tapır. Bu sistem məmulatın konstruksiyasını təsvir etməklə yanaşı, avtomatik kompleks cizgilərın alınması, onun kütləsini, ağırlıq mərkəzini, ətalət momentini və digər mühəndis analizləri aparmaq üçün geniş imkanlar verir. Həmçinin bu sistemin bir başa proqramla idarə olunan dəzgahlara məlumat verməklə detalı hazırlamaq imkanı da vardır.

Qrafiki işlərin avtomatlaşdırılması sahəsində böyük imkanlara malik və geniş yayılmış proqramlar paketindən biri WINDOWS əməliyyat sistemi altında işləyən AutoCAD-2013-ür. Bu paket AutoDESK firması tərəfindən fərdi kompyüterlər (FK) üçün işlənmişdir və onun DOS əməliyyat sistemi altında işləyən ilk variantı 1982-ci ildə tərtib olunmuşdur. Keçən müddət ərzində o inkişaf etdirilərək imkanları artırılmış və iş şəraiti ənənəvi üsulla işləyən konstruktorun iş şəraitinə yaxınlaşdırılmışdır.

Həcmcə böyük olmayan bu kitabda AutoCAD-2013 sisteminin bütün komandalarını vermək qarşıya məqsəd kimi qoymamışdır. Kitabın yazılmasında məqsəd AutoCAD-2013 sisteminin əsas komandalarını, onlardan istifadə qaydalarını, 2D və 3D modellərin tərtibinə dair praktiki vərdişlərin yaranmasına yönəlmiş metodiki materialların verilməsi olmuşdur.

Müəlliflər, kitabın kompüter arxasında işləyərkən oxumasını tövsiyyə edir və bu zaman komandaların işi ilə əlaqədar olan bütün variantların yoxlanılmasını, tövsiyyə olunan tapşırıqların yerinə yetrilməsini zəruri hesab edir.

Kitab 7 bölmədən ibarət olub ali texniki məktəb tələbələri və mühəndis texniki işçiləri üçün nəzərdə tutulmuşdur.



Yüklə 13,77 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   248




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin