MiLLİ konfrans üÇÜn abstraktlarin təQDİm ediLMƏSİ MƏQSƏDİLƏ MÜraciƏt dekabr, 2011 (dəqiq tarix təyin olunacaq) Konfransın mövzusu



Yüklə 16,81 Kb.
tarix30.06.2018
ölçüsü16,81 Kb.
#55373


AZƏRBAYCANDA SOSİAL MÜDAFİƏ İLƏ BAĞLI

MİLLİ KONFRANS ÜÇÜN

ABSTRAKTLARIN TƏQDİM EDİLMƏSİ MƏQSƏDİLƏ MÜRACİƏT

Dekabr, 2011 (dəqiq tarix təyin olunacaq)

Konfransın mövzusu

Tarixi araşdırmalar göstərir ki, sosial müdafiə (hüquqları), insanın sosial statusu onun cəmiyyətdəki iştirakı ilə müəyyən olunur. Keçmiş Sovet ölkələrində bazar iqtisadiyyatının tətbiqi müəssisə və təşkilatlarda açıq-aşkar dəyişikliklərə gətirib çıxartdı – mülki hüquqlarla müdafiə olunan əmlak üzərində mülkiyyət hüququ ortaya çıxdı; Prezident, parlament üzvləri və bələdiyyə nümayəndələri üçün müasir seçki sistemi yaradıldı (Azərbaycanda yeni orqan 1999-cu ildə təqdim olundu). Sosial hüquqlar baxımından, iqtisadi tələbatdan ortaya ümumi rifah sistemlərindən daha hədəfli müdafiə/dayaq xidmətinə keçmək kimi ən əhəmiyyətli dəyişiklik çıxdı.

Sosial Müdafiə ilə bağlı Konfrans milli səviyyədə hədəfə alınan vətəndaş cəmiyyətində, QHT-lərdə və dövlət orqanlarında keçiriləcəkdir. Konfransın məqsədi Sosial Müdafiə və Siyasi qərarlar vermək, eləcə də, yaşayış yeri ilə təmin olunma, təhsil, səhiyyə, sosial təhlükəsizlik/işlə təmin olunma və özəl sosial xidmətlər kimi 5 tipik sosial müdafiə sahəsi barədə daha çox şeylər öyrənməkdən ibarətdir. Konfransın digər bir məqsədi isə tutarlı dəlillər və siyasi tövsiyyələr təqdim etməyi bacaran və yuxarıda qeyd olunmuş sahələrdə çalışan QHT-lər, tədqiqatçılar və elmi təqdimatlar etmək və bu 5 sahədə əsas məsələlərlə bağlı müzakirələr aparmaqdır. Aşağıda yuxarıda adları çəkilən hər bir sosial siyasət sahəsinə aid qrup vardır.

Biz sizi aşağıdakı sahələr üzrə Azərbaycandakı vəziyyət, proqramlar, həyata keçirilən siyasətlər və siyasi tövsiyyələri təsvir edən təqdimatınızı yaxud araşdırmanızın nəticəsini təqdim etmək üçün dəvət etmək istərdik:



  1. Yaşayış yeri ilə təmin olunma

  2. Təhsil

  3. Səhiyyə

  4. Sosial təhlükəsizlik/işlə təmin olunma

  5. Özəl sosial xidmətlər

Abstrakt nədir?

Abstraktlar təqdimatların, elmi işlərin, araşdırma və digər elmi yazırların qısa xülasələridir. Abstrakta layihə haqqında məlumat və onun məqsədi, metodlar və nəticələrin qısa təsviri və yekun daxil edilməlıdır. Abstraktlar əsas olaraq dörd sual ətrafında formalaşmalıdır:



  1. Layihənin problemi və məqsədi nə idi?

  2. Problemin həlli üçün müəllif hansı həll yollarından istifadə etmişdir?

  3. Tədqiqat və ya praktikanın nəticəsi necə təsvir edilmişdir?

  4. Həmin nəticələr necə ümumiləşdirilə bilər və ortaya nələr çıxa bilər?


Meyarlar:

Abstraktklar məqbul olduğunu sübut etmək üçün aşağıdakı meyarlardan sitifadə olunacaqdır:



  1. Münasiblik: mövzu konfransın mövzusuna uyğun gəlir.

  2. Bilik töhfəsi: abstrakt yazdığınız sosial müdafiə sahəsində əvvəlki iş/ədəbiyyat/nəzəriyyələrə əsaslanır və əks etdirir.

  3. Yenilik: bölüşülən material müasir mövzudadır, innovasiyalıdır və sosial siyasətin\müdafiənin və sosial inkişafın gələcək irəliləyişinə səbəb olacaq.

  4. Aydınlıq: abstrat aydın şəkildə təqdim olunur və bütün lazımlı informasiyanı özündə cəmləşdirir.


ABSTRAKTLARIN TƏQDİMATI ÜÇÜN TƏLƏBLƏR:

  • Abstraktlar üçün son tarix Oktyabrın 15-i, 2011-ci ilədəkdir.




  • Abstraktlar bu ünvanlara göndərilməlidir: Aytakin Huseynli üçün aytakinh@gmail.com və Gwendolen Burchell üçün gwenuafa@hotmail.com




  • Abstraktlar alınması barədə məlumat 24 saat ərzində ``Əlaqə məlumatları`` bölməsinin altında qeyd olunan e-maile göndəriləcəkdir.




  • Abstraktlar qəbulu ilə bildiriş 2011-ci il Oktyabr ayının sonunadək kontakt şəxsin e-mailleinə göndəriləcəkdir.




  • Kontakt şəxs abstraktlar bağlı bütün məktubları/yazışmaları alacaqdır. Həmin şəxs çıxarışın statusu ilə bağlı müəllifləri məlumatlandırmağa cavabdehdir. Həmin şəxsin e-mail ünvanı çıxarış(lar) kitabında çap olunacaqdır.




  • Abstraktlar yaxşı olardı ki ingilis-dilində yazılsın, lakin azərbaycan və rus dillərindəki abstraktlar da qəbul olunur.




  • Müəllif düzgün yazılmış abstrakt təqdim etməyə məsuliyyət daşıyır; orfoqrafiya, qrammatika və ya elmi faktlardakı hər hansı səhv müəllif tərəfindən yenidən yığılacaqdır.




  • Abstraktlar maksimum 300 sözdən ibarət olmalıdır.


Konfransın təşkilatçıları Avropa Birliyi, Azərbaycana Birgə Yardım (UAFA), Hilfsverk Avstriya Beynəlxalq (HWA), Təhsildə İnnovasiylar Mərkəzi (CİE), Açıq Cəmiyyət İnstitutu Yardım Fondu və İnkişaf və Beynəlxalq Münasibətlərin Kordinasiyası üzrə Agentlik (ADECRİ)





Yüklə 16,81 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin