Lotereyanın keçirilmə müddəti, lotereyada iştirak hüququnun və biletlərin əldə edilməsi yerləri və qaydası Lotereya 10.11.2018-ci il tarixində Bakı vaxtı ilə saat 00.00-da başlanılacaq və 02 yanvar 2019-cu il tarixində saat 23.59 dəqiqə 59 saniyədə başa çatacaq.
Lotereyada iştirak hüququnu Bu Şərtlərin 1 saylı əlavəsində göstərilən malların satışını həyata keçirən Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün ticarət obyektlərində əldə etmək olar. Lotereya Azərbaycan Respublikasının ərazisində həyata keçirilir.
18 yaşından yuxarı olan Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında qeydiyyatı olan şəxslər (bundan sonra-şəxslər və ya şəxs) bu lotereyada iştirak etmə hüququna malikdirlər.
Lotereya iştirakçısı olmaq üçün şəxs aşağıdakıları etməlidir:
bu Şərtlərin 1 saylı əlavəsində göstərilən hər hansı malın ikisini almalıdır
QEYD: Johnson's® Baby məhsulu olan Südlü kreminin (Krem s molokom) və sabununun (Kuskovoye milo) alınması lotereyada iştirak hüququ qazandırmır;
Bu Şərtlərin 3.4.1-ci bəndində qeyd edilən malların alışını təsdiq edən və bu şərtlərin 3.6-cı və 3.7-ci bəndlərinin tələblərinə cavab verən kassa çekini bu şərtlərin 3.5-ci bəndinə əsasən qeydiyyata aldırmalıdır.
Kassa çekinin qeydiyyata alınması üçün şəxs malların alışını təsdiq edən kassa çekinin (alınan mallar 1 kassa çekində əks etdirilməlidir) şəkilini, öz adını, soyadını, doğum tarixini (gün.ay.il) və mobil nömrəsini özünə məxsus mobil nömrədən Whats App mobil əlavəsi vasitəsilə +994 55 237 35 00 mobil nömrəsinə göndərməlidir. Məlumat şəxs tərəfindən göndərildikdən sonra lotereya təşkilatçısı tərəfindən ona lotereya iştirakçısı kimi qeydə alınması, onun mobil nömrəsinin lotereya biletinə bərabər tutulan məlumat daşıyıcısı olduğu və 18 saat ərzində məlumatların emal olunması barədə cavab ismarıcı göndəriləcək.
Alıcıya təqdim edilən kassa çekləri malların təqdim edilməsi zamanı nağd hesablaşmaların qeydiyyatında istifadə edilən, fiskal yaddaşa malik olan və Azərbaycan Respublikasının vergi orqanlarında müəyyən olunmuş qaydada qeydiyyatdan keçən elektron avadanlıq və ya kompüter vasitəsilə verilməlidir. Kassa çekində vergi ödəyicisinin adı, VÖEN-i, çekin vurulma tarixi və saatı, obyektin adı və yerləşdiyi ünvan, malın (işin, xidmətin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ əks etdirilməlidir.Kassa çekinin şəkili lotereya təşkilatçısına göndərilərkən orada əks olunan məlumatlar aydın şəkildə oxunmalıdır. Kassa çeki bu tələblərə cavab vermədikdə şəxsə lotereyada iştirak hüququ əldə etməyəcək.
Aşağıdakı kassa çekləri qeydiyyata alınması üçün qəbul edilməyəcək:
Kassa çekinin şəkilində əks olunan məlumatlar oxunmadıqda və aydın olmadıqda;
Kassa çekində əks olunan mallar bu Şərtlərin 3.1-ci bəndində göstərilən tarixdən sonra alındıqda;
Göndərilən kassa çeki digər lotereya iştirakçısı tərəfindən qeydiyyat üçün göndərildikdə;
Kassa çeki eyni şəxs tərəfindən təkrarən göndərildikdə;
Göndərilən kassa çekində əks olunan məlumat alınan mallarla identifikasiya edilə bilmədikdə;
Kassa çekində təhrif olunmuş məlumatlar əks olunduqda və kassa çekində texniki müdaxilə əlamətləri (şəkilin keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə istifadə olunan müdaxilə istisna olmaqla) olduqda;
Bir iştirakçı tərəfindən 24 saat ərzində bir ticarət obyektindən alınan malların üçdən çox kassa çekinin şəkili göndərildikdə.
Bir mobil nömrə vasitəsilə 1 gün ərzində yalnız üç kassa çeki qeydiyyata alına bilər.
Kassa çeki qeydiyyata alındıqdan sonra lotereya iştirakçısı kassa çekini lotereyanın keçirilməsi müddəti bitənədək özündə saxlamalıdır. Lotereya iştirakçısı qalib gəldikdə kassa çeki uduşu alana qədər qalib şəxsdə saxlanmalıdır.
Lotereyanın qalibi müəyyən edildikdə uduşu udan şəxsdən kassa çekinin lotereya təşkilatçısına təqdim edilməsi tələb olunur.
Bu şərtlərin 3.5-ci bəndində göstərilən məlumatları göndərən şəxsin lotereyada iştirak etmək iradəsini ifadə edir, habelə bu şərtlərlə tanış olmasını təsdiq edir.
Lotereya iştirakçısı tərəfindən bu şərtlərin 3.5-ci bəndinə əsasən göndərilən fərdi məlumatların bu lotereyanın keçirilməsi məqsədilə istifadə olunmasına (toplanması, istifadə olunması) lotereya iştirakçısı razılığını təsdiq edir. Həmin məlumatlar konfidensiallığın təmin edilməsi şərti ilə üçüncü şəxslərə verilə bilər.
Kassa çekinin qeydiyyata alınması üçün bu şərtlərin 3.5-ci bəndinə əsasən şəxs tərəfindən təqdim edilən məlumatlar həqiqətə uyğun olmalıdır. Lotereyanın keçirilməsi müddəti ərzində bu şərtlərin 3.5-ci bəndinə əsasən təqdim edilən məlumatların yalnış olduğu müəyyən edildikdə lotereya iştirakçısının lotereyada iştirak hüququna xitam veriləcək.
Lotereya iştirakçısı təsdiq edir ki, o kassa çekinin şəkilinin çəkən şəxsdir və həmin kassa çekinə bütün hüquqlar məhz ona məxsusdur və üçüncü şəxslərə ötürülməyib.
Bu şərtlərin 3.5-ci bəndinə əsasən göndərilən bütün məlumatlar lotereya təşkilatçısı tərəfindən lotereya iştirakçıları haqqında məlumatı ehtiva edən məlumat bazasında saxlanılır.
Lotereya iştirakçısı bu lotereyada iştirak etmək məqsədi ilə texniki vasitələrdən, müxtəlif programlardan istifadə edilməsi, habelə Whats App mobil əlavəsinə və internet səhifələrə avtomatik müdaxilələrin edilməsi qadağandır və bu cür iştirak lotereya təşkilatçısı tərəfindən qəbul olunmur.
Lotereya təşkilatçısı lotereya iştirakçısının bu şərtlərə uyğun gəlməyən hərəkətini aşkar etdikdə lotereya iştirakçısının nömrəsini bloklaşdıra bilər, o vaxta qədər ki, lotereya iştirakçısı bu şərtlərin müddəalarının pozmadığını sübüt edə bilsin.
Lotereya təşkilatçısının işçilərinin, lotereyanın təşkilatçılığında iştirak edən digər hüquqi şəxslərin işçilərinin və fiziki şəxslərin, habelə onların ailə üzvlərinin (övladları, valideynləri və ya həyat yoldaşları) lotereyada iştirak etməsinə yol verilmir və müraciətləri qeydə alınmayacaq.
Lotereya təşkilatçısı lotereya iştirakçılarının kassa çeklərinin qeydiyyata alınması, lotereya iştirakçılarının məlumatlandırılması zamanı, yaranan texniki və digər aşağıdakı problemlərə görə məsuliyyət daşımır:
3.17.1 lotereyada iştirak etmək istəyən şəxsin internetə çıxışının olmaması və bununla bağlı müvafiq kassa çekinin bu şərtlərin 3.5-ci bəndinə uyğun olaraq qeydiyyata alınmaması;
3.17.2 WhatsApp mobil əlavəsindən texniki və ya digər səbəblərdən istifadə edə bilməməsi;
3.17.3 mobil operatorların profilaktik işlərinin və ya digər səbəblərdən xidmət göstərməməsi ilə bağlı kassa çeklərinin qeydiyyata alınması barədə ismarıcın lotereya iştirakçısına çatmaması, habelə lotereya iştirakçısının mobil telefonunun 24 saatdan cox əhatə dairəsində olmamasına görə ona ismarıcların çatmaması.
3.17.4 mobil operatorla lotereya iştirakçısı arasında bağlanılan müqavilənin ləğv edilməsi ilə bağlı lotereya iştirakçısına ismarıcların çatmaması.
Lotereya təşkilatçısı lotereya iştirakçısının bu şərtlərin 3.5-ci bəndinə uyğun olaraq lotereyada iştirak hüququ qazanan mobil nömrəsinə müxtəlif informasiya xarakterli ismarıclar göndərməyə hüquq əldə edir və lotereya iştirakçısı bu lotereyada iştirak etməklə buna razılığını bildirir.
Lotereya iştirakçısı bu lotereyada iştirak hüququ qazandıqdan sonra lotereya təşkilatçısının ünvanına məktub göndərməklə lotereyadan iştirak etməkdən imtina edə bilər. Bu halda lotereya iştirakçısının fərdi məlumatlarının işlənməsinə 30 gündən gec olmayaraq xitam verilməlir.