Milli Promo” tirajlı stimullaşdırıcı lotereyanın Şərtləri Bakı şəhəri, 2018-ci IL



Yüklə 78,56 Kb.
tarix03.12.2018
ölçüsü78,56 Kb.

Milli Promo” tirajlı stimullaşdırıcı



lotereyanın Şərtləri

Bakı şəhəri, 2018-ci il

  1. Lotereya təşkilatçısının adı, ona verilmiş vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, olduğu yer və əlaqə telefonları

“Zest Promotions” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra-lotereya təşkilatçısı), ünvan: Bakı şəhəri, Nizami küçəsi, 203

  1. Lotereyanın adı, keçirilmə forması, keçirildiyi ərazi, o cümlədən “stimullaşdırıcı lotereya” sözləri

“Milli Promo” tirajlı stimullaşdırıcı lotereya (bundan sonra-lotereya), keçirildiyi ərazi-Azərbaycan Respublikası.

  1. Lotereyanın keçirilmə müddəti, lotereyada iştirak hüququnun və biletlərin əldə edilməsi yerləri və qaydası

    1. Lotereya 10.11.2018-ci il tarixində Bakı vaxtı ilə saat 00.00-da başlanılacaq və 02 yanvar 2019-cu il tarixində saat 23.59 dəqiqə 59 saniyədə başa çatacaq.

    2. Lotereyada iştirak hüququnu Bu Şərtlərin 1 saylı əlavəsində göstərilən malların satışını həyata keçirən Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün ticarət obyektlərində əldə etmək olar. Lotereya Azərbaycan Respublikasının ərazisində həyata keçirilir.

    3. 18 yaşından yuxarı olan Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında qeydiyyatı olan şəxslər (bundan sonra-şəxslər və ya şəxs) bu lotereyada iştirak etmə hüququna malikdirlər.

    4. Lotereya iştirakçısı olmaq üçün şəxs aşağıdakıları etməlidir:

      1. bu Şərtlərin 1 saylı əlavəsində göstərilən hər hansı malın ikisini almalıdır

QEYD: Johnson's® Baby məhsulu olan Südlü kreminin (Krem s molokom) və sabununun (Kuskovoye milo) alınması lotereyada iştirak hüququ qazandırmır;

      1. Bu Şərtlərin 3.4.1-ci bəndində qeyd edilən malların alışını təsdiq edən və bu şərtlərin 3.6-cı və 3.7-ci bəndlərinin tələblərinə cavab verən kassa çekini bu şərtlərin 3.5-ci bəndinə əsasən qeydiyyata aldırmalıdır.

    1. Kassa çekinin qeydiyyata alınması üçün şəxs malların alışını təsdiq edən kassa çekinin (alınan mallar 1 kassa çekində əks etdirilməlidir) şəkilini, öz adını, soyadını, doğum tarixini (gün.ay.il) və mobil nömrəsini özünə məxsus mobil nömrədən Whats App mobil əlavəsi vasitəsilə +994 55 237 35 00 mobil nömrəsinə göndərməlidir. Məlumat şəxs tərəfindən göndərildikdən sonra lotereya təşkilatçısı tərəfindən ona lotereya iştirakçısı kimi qeydə alınması, onun mobil nömrəsinin lotereya biletinə bərabər tutulan məlumat daşıyıcısı olduğu və 18 saat ərzində məlumatların emal olunması barədə cavab ismarıcı göndəriləcək.

    2. Alıcıya təqdim edilən kassa çekləri malların təqdim edilməsi zamanı nağd hesablaşmaların qeydiyyatında istifadə edilən, fiskal yaddaşa malik olan və Azərbaycan Respublikasının vergi orqanlarında müəyyən olunmuş qaydada qeydiyyatdan keçən elektron avadanlıq və ya kompüter vasitəsilə verilməlidir. Kassa çekində vergi ödəyicisinin adı, VÖEN-i, çekin vurulma tarixi və saatı, obyektin adı və yerləşdiyi ünvan, malın (işin, xidmətin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ əks etdirilməlidir.Kassa çekinin şəkili lotereya təşkilatçısına göndərilərkən orada əks olunan məlumatlar aydın şəkildə oxunmalıdır. Kassa çeki bu tələblərə cavab vermədikdə şəxsə lotereyada iştirak hüququ əldə etməyəcək.

    3. Aşağıdakı kassa çekləri qeydiyyata alınması üçün qəbul edilməyəcək:





      1. Kassa çekinin şəkilində əks olunan məlumatlar oxunmadıqda və aydın olmadıqda;

      2. Kassa çekində əks olunan mallar bu Şərtlərin 3.1-ci bəndində göstərilən tarixdən sonra alındıqda;

      3. Göndərilən kassa çeki digər lotereya iştirakçısı tərəfindən qeydiyyat üçün göndərildikdə;

      4. Kassa çeki eyni şəxs tərəfindən təkrarən göndərildikdə;

      5. Göndərilən ismarıcda kassa çekinin şəkili olmadıqda;

      6. Göndərilən kassa çekində əks olunan məlumat alınan mallarla identifikasiya edilə bilmədikdə;

      7. Kassa çekində təhrif olunmuş məlumatlar əks olunduqda və kassa çekində texniki müdaxilə əlamətləri (şəkilin keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə istifadə olunan müdaxilə istisna olmaqla) olduqda;

      8. Bir iştirakçı tərəfindən 24 saat ərzində bir ticarət obyektindən alınan malların üçdən çox kassa çekinin şəkili göndərildikdə.

    1. Bir mobil nömrə vasitəsilə 1 gün ərzində yalnız üç kassa çeki qeydiyyata alına bilər.

    2. Kassa çeki qeydiyyata alındıqdan sonra lotereya iştirakçısı kassa çekini lotereyanın keçirilməsi müddəti bitənədək özündə saxlamalıdır. Lotereya iştirakçısı qalib gəldikdə kassa çeki uduşu alana qədər qalib şəxsdə saxlanmalıdır.

    3. Lotereyanın qalibi müəyyən edildikdə uduşu udan şəxsdən kassa çekinin lotereya təşkilatçısına təqdim edilməsi tələb olunur.

    4. Bu şərtlərin 3.5-ci bəndində göstərilən məlumatları göndərən şəxsin lotereyada iştirak etmək iradəsini ifadə edir, habelə bu şərtlərlə tanış olmasını təsdiq edir.

    5. Lotereya iştirakçısı tərəfindən bu şərtlərin 3.5-ci bəndinə əsasən göndərilən fərdi məlumatların bu lotereyanın keçirilməsi məqsədilə istifadə olunmasına (toplanması, istifadə olunması) lotereya iştirakçısı razılığını təsdiq edir. Həmin məlumatlar konfidensiallığın təmin edilməsi şərti ilə üçüncü şəxslərə verilə bilər.

    6. Kassa çekinin qeydiyyata alınması üçün bu şərtlərin 3.5-ci bəndinə əsasən şəxs tərəfindən təqdim edilən məlumatlar həqiqətə uyğun olmalıdır. Lotereyanın keçirilməsi müddəti ərzində bu şərtlərin 3.5-ci bəndinə əsasən təqdim edilən məlumatların yalnış olduğu müəyyən edildikdə lotereya iştirakçısının lotereyada iştirak hüququna xitam veriləcək.

    7. Lotereya iştirakçısı təsdiq edir ki, o kassa çekinin şəkilinin çəkən şəxsdir və həmin kassa çekinə bütün hüquqlar məhz ona məxsusdur və üçüncü şəxslərə ötürülməyib.

    8. Bu şərtlərin 3.5-ci bəndinə əsasən göndərilən bütün məlumatlar lotereya təşkilatçısı tərəfindən lotereya iştirakçıları haqqında məlumatı ehtiva edən məlumat bazasında saxlanılır.

    9. Lotereya iştirakçısı bu lotereyada iştirak etmək məqsədi ilə texniki vasitələrdən, müxtəlif programlardan istifadə edilməsi, habelə Whats App mobil əlavəsinə və internet səhifələrə avtomatik müdaxilələrin edilməsi qadağandır və bu cür iştirak lotereya təşkilatçısı tərəfindən qəbul olunmur.

    10. Lotereya təşkilatçısı lotereya iştirakçısının bu şərtlərə uyğun gəlməyən hərəkətini aşkar etdikdə lotereya iştirakçısının nömrəsini bloklaşdıra bilər, o vaxta qədər ki, lotereya iştirakçısı bu şərtlərin müddəalarının pozmadığını sübüt edə bilsin.

    11. Lotereya təşkilatçısının işçilərinin, lotereyanın təşkilatçılığında iştirak edən digər hüquqi şəxslərin işçilərinin və fiziki şəxslərin, habelə onların ailə üzvlərinin (övladları, valideynləri və ya həyat yoldaşları) lotereyada iştirak etməsinə yol verilmir və müraciətləri qeydə alınmayacaq.

    12. Lotereya təşkilatçısı lotereya iştirakçılarının kassa çeklərinin qeydiyyata alınması, lotereya iştirakçılarının məlumatlandırılması zamanı, yaranan texniki və digər aşağıdakı problemlərə görə məsuliyyət daşımır:

3.17.1 lotereyada iştirak etmək istəyən şəxsin internetə çıxışının olmaması və bununla bağlı müvafiq kassa çekinin bu şərtlərin 3.5-ci bəndinə uyğun olaraq qeydiyyata alınmaması;

3.17.2 WhatsApp mobil əlavəsindən texniki və ya digər səbəblərdən istifadə edə bilməməsi;

3.17.3 mobil operatorların profilaktik işlərinin və ya digər səbəblərdən xidmət göstərməməsi ilə bağlı kassa çeklərinin qeydiyyata alınması barədə ismarıcın lotereya iştirakçısına çatmaması, habelə lotereya iştirakçısının mobil telefonunun 24 saatdan cox əhatə dairəsində olmamasına görə ona ismarıcların çatmaması.

3.17.4 mobil operatorla lotereya iştirakçısı arasında bağlanılan müqavilənin ləğv edilməsi ilə bağlı lotereya iştirakçısına ismarıcların çatmaması.


    1. Lotereya təşkilatçısı lotereya iştirakçısının bu şərtlərin 3.5-ci bəndinə uyğun olaraq lotereyada iştirak hüququ qazanan mobil nömrəsinə müxtəlif informasiya xarakterli ismarıclar göndərməyə hüquq əldə edir və lotereya iştirakçısı bu lotereyada iştirak etməklə buna razılığını bildirir.

    2. Lotereya iştirakçısı bu lotereyada iştirak hüququ qazandıqdan sonra lotereya təşkilatçısının ünvanına məktub göndərməklə lotereyadan iştirak etməkdən imtina edə bilər. Bu halda lotereya iştirakçısının fərdi məlumatlarının işlənməsinə 30 gündən gec olmayaraq xitam verilməlir.




  1. Lotereyada iştirak hüququnun təsbit olunması forması (lotereya bileti və ya ona bərabər tutulan digər məlumat daşıyıcısı ilə) və onun əlamətlərinin təsviri

Bu şərtlərin 3.5-ci bəndinə əsasən kassa çekinin qeydiyyata alınması üçün istifadə olunan mobil nömrə lotereya biletinə bərabər tutulan məlumat daşıyıcısı hesab edilir.


  1. Lotereyanın (hər tirajın) uduş fonduna daxil olan hər bir uduşun adı və miqdarı, yaxud yalnız pul vəsaitlərindən ibarət olan uduş fondunun uduşlara bölgüsü aparılmadan ümumi məbləği və oynanılması qaydaları

Lotereyanın uduş fondu 24000 (iyirmi dörd min) manat təşkil edir.

Uduşun oynanılma qaydası:

1-ci addım- Bu şərtlərin 3-cü və 4-cü bəndlərinə uyğun olaraq lotereyada iştirak hüququ əldə edən lotereya iştirakçılarının mobil nömrələri Excel programına yüklənir. Proses video görüntü vasitəsilə həm göstərilir, həm də səsləndirilir.

2-ci addım- Excel programına yüklənmiş siyahı xüsusi komputer proqramına (www.random.org) yüklənir, bu proqram “random select” –nömrələrin təsadüfi seçilməsi metodu ilə qalibləri müəyyən edir.

3-cü addım-Tiraj komissiyasının üzvü “randomize” düyməsini basmaqla qalib nömrə müəyyən edilir.

4-cü addım-tiraj komissiyasının üzvü qalib nömrəni, nömrənin sahibinin adını soyadını səsləndirir. Tiraj komissiyasının üzvü uduşun verilmə tarixini və şərtlərini qalib şəxsin nəzərinə çatdırır.

Qaliblərin təsadüfən müəyyən edilməsi prosesi monitor vasitəsilə əks olunur və tiraj komissiyası üzvləri tərəfindən tamamilə nəzarət olunur. Hər tirajda 1 qalib müəyyən olunur və qalibin uduş məbləği 3000 (üç min) manat təşkil edir. Lotereya iştirakçısı bu Şərtlərin 6-cı bəndinə uyğun olaraq tirajda iştirak edir.



  1. Tirajlı lotereyanın hər tirajının uduş fondunun oynanılması tarixi

1-ci tirajın uduş fondunun oynanılma tarixi-16.11.2018-ci il;

Tirajda 10.11.2018-ci il tarixində saat 00:00 dəqiqə, 00 saniyədən 14.11.2018-ci il saat 23.59 dəqiqə, 00 saniyəyə qədər lotereyada iştirak hüququ qazanmış mobil nömrələr iştirak ediəcək;

Qalib şəxs barədə məlumat 19.11.2018-ci il tarixindən gec olmayaraq bu şərtlərin 8-ci bəndinə uyğun olaraq açıqlanacaq.

2-ci tirajın uduş fondunun oynanılma tarixi-23.11.2018-ci il;

Tirajda 17.11.2018-ci il tarixində saat 00:00 dəqiqə, 00 saniyədən 21.11.2018-ci il saat 23.59 dəqiqə, 00 saniyəyə qədər lotereyada iştirak hüququ qazanmış mobil nömrələr iştirak ediəcək;

Qalib şəxs barədə məlumat 26.11.2018-ci il tarixindən gec olmayaraq bu şərtlərin 8-ci bəndinə uyğun olaraq açıqlanacaq.

3-cü tirajın uduş fondunun oynanılma tarixi-30.11.2018-ci il;

Tirajda 24.11.2018-ci il tarixində saat 00:00 dəqiqə, 00 saniyədən 28.11.2018-ci il saat 23.59 dəqiqə, 00 saniyəyə qədər lotereyada iştirak hüququ qazanmış mobil nömrələr iştirak ediəcək;

Qalib şəxs barədə məlumat 03.12.2018-ci il tarixindən gec olmayaraq bu şərtlərin 8-ci bəndinə uyğun olaraq açıqlanacaq.

4-cü tirajın uduş fondunun oynanılma tarixi-07.12.2018-ci il;

Tirajda 01.12.2018-ci il tarixində saat 00:00 dəqiqə, 00 saniyədən 05.12.2018-ci il saat 23.59 dəqiqə, 00 saniyəyə qədər lotereyada iştirak hüququ qazanmış mobil nömrələr iştirak ediəcək;

Qalib şəxs barədə məlumat 10.12.2018-ci il tarixindən gec olmayaraq bu şərtlərin 8-ci bəndinə uyğun olaraq açıqlanacaq.

5-ci tirajın uduş fondunun oynanılma tarixi- 14.12.2018-ci il;

Tirajda 08.12.2018-ci il tarixində saat 00:00 dəqiqə, 00 saniyədən 12.12.2018-ci il saat 23.59 dəqiqə, 00 saniyəyə qədər lotereyada iştirak hüququ qazanmış mobil nömrələr iştirak ediəcək;

Qalib şəxs barədə məlumat 17.12.2018-ci il tarixindən gec olmayaraq bu şərtlərin 8-ci bəndinə uyğun olaraq açıqlanacaq.

6-cı tirajın uduş fondunun oynanılma tarixi-21.12.2018-ci il;

Tirajda 15.12.2018-ci il tarixində saat 00:00 dəqiqə, 00 saniyədən 19.12.2018-ci il saat 23.59 dəqiqə, 00 saniyəyə qədər lotereyada iştirak hüququ qazanmış mobil nömrələr iştirak ediəcək;

Qalib şəxs barədə məlumat 24.12.2018-ci il tarixindən gec olmayaraq bu şərtlərin 8-ci bəndinə uyğun olaraq açıqlanacaq.

7-ci tirajın uduş fondunun oynanılma tarixi-28.12.2018-ci il;

Tirajda 22.12.2018-ci il tarixində saat 00:00 dəqiqə, 00 saniyədən 26.12.2018-ci il saat 23.59 dəqiqə, 00 saniyəyə qədər lotereyada iştirak hüququ qazanmış mobil nömrələr iştirak ediəcək;

Qalib şəxs barədə məlumat 31.12.2018-ci il tarixindən gec olmayaraq bu şərtlərin 8-ci bəndinə uyğun olaraq açıqlanacaq.

8-ci tirajın uduş fondunun oynanılma tarixi-04.01.2019-cu il.

Tirajda 29.12.2018-ci il tarixində saat 00:00 dəqiqə, 00 saniyədən 02.01.2019-cu il saat 23.59 dəqiqə, 00 saniyəyə qədər lotereyada iştirak hüququ qazanmış mobil nömrələr iştirak ediəcək.

Qalib şəxs barədə məlumat 07.01.2019-cu il tarixindən gec olmayaraq bu şərtlərin 8-ci bəndinə uyğun olaraq açıqlanacaq.


  1. Uduşlu lotereya biletlərinin və ya lotereya üzrə uduş fondunun “Lotereyalar haqqında ”Azərbaycan Respublikasının Qanununun 7.4-cü maddəsinə müvafiq olaraq lotereya biletlərinə bərabər tutulan digər məlumat daşıyıcıları əsasında oynanılması və uduşu nəzərdə tutulduğu halda bu məlumat daşıyıcılarının lotereya təşkilatçısı tərəfindən qəbulu, habelə uduşların verilməsi (ödənilməsi) qaydası və müddəti

Uduşlu nömrələrin lotereyanın təşkilatçısı tərəfindən qəbulu müddəti həmin tirajın uduş fondu oynanıldığı tarixdən etibarən 5 (beş) iş günündən gec olmayaraq başlayacaq və 90 iş günü davam edəcək.

Qaliblər uduşu almaq üçün müraciət etdikdən sonra uduşlar 30 iş günü ərzində qaliblərə ödəniləcəkdir. Uduşun ödənilməsi lotereyanın qalibi tərəfindən təqdim edilən lotereya qalibinin özünə məxsus olan bank hesabına nağdsız qaydada köçürmə yolu ilə aparılacaq.

Uduşu almaq üçün müraciət edərkən qalib bu məlumatları lotereya təşkilatçısının Baki şəh. Nizami küç, 203 unvanına məktub vasitəsilə təqdim etməlidir:


  • Lotereya iştirakçısının şəxsiyyətini təsdiq edən sənədin surəti (şəxsin qeydiyyat ünvanını əks etdirən məlumatlar daxil olmaqla);

  • bu şərtlərin 3.5-ci bəndinə əsasən qeydiyyata alınmış kassa çekinin əsli;

  • lotereya qalibinin bank rekvizitləri barədə məlumatlar;

  • Zərurət olduqda uduşlu nömrənin lotereya iştirakçısına məxsus olmasını təsdiq edən mobil operator ilə lotereya iştirakçısının müqaviləsi.

Yuxarıda qeyd edilən məlumatlar lotereya qalibi tərəfindən mobil əlavə vasitəsi ilə göndərildikdə, bu məlumatlar lotereya təşkilatçısı tərəfindən dərhal silinəcək.

Lotereyanın qalibi uduşu alarkən uduşun qəbul edilməsi haqqında aktı imzalamalıdır.

Qalib yuxarıda qeyd edilən sənədləri təqdim etmədikdə, uduş oynanılmamış hesab edilir. Qalib verilən müddət (90 iş günü) bitənədək uduşu almaq üçün gəlməsə, uduşu almaq hüququndan məhrum olunur.

Təşkilatçı tələb olunan məlumatlardan hər hansı birinin olmamasına görə məsuliyyət daşımır.

Lotereya iştirakçısı uduşu yalnız 1 dəfə qazana bilər.

Aşağıdakı hallar mövcud olduqda uduşlar qaliblərə verilməyəcək:



  • Qalib şəxs tərəfindən lotereyanın keçirilməsi ilə bağlı qanunazidd hərəkətlər edildikdə;

  • Qalib şəxs tərəfindən bu şərtlərin müddəalarına riayət edilmədikdə;

  • Bu şərtlər ilə tələb olunan məlumatlar (sənədlər) lotereya təşkilatçısına təqdim edilmədikdə;

  • Qalib tərəfindən uduşun alınmasını təsdiq edən akt imzalanmadıqda;

  • Lotereyada iştirakdan və uduşun alınmasından qalib şəxs imtina etdikdə;

  • Fors-major halların baş verməsi halında.

Lotereyada qalib gələn şəxsin mobil nömrəsi hüquqi şəxsin adına qeydiyyata alındığı halda, uduşu vermək lotereya təşkilatçısının mülahizəsinə buraxılır.

Qalib şəxslər lotereya ilə əlaqədar çəkdikləri xərcləri özləri ödəyirlər.

Lotereya iştirakçısının AR Vergilər Məcəlləsinin 101.5-ci maddəsinə əsasən lotereyaların keçirilməsindən pul şəklində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti (pul qoyuluşu) çıxılmaqla qalan 10 faiz dərəcə ilə vergi tutulacaq. Vergi tutulamsı lotereya təşkilatçısı vasitəsi ilə həyata keçiriləcək. Lotereya təşkilatçısı vergi agenti rolunda çıxış edəcək.


  1. Stimullaşdırıcı lotereyalar lotereya biletləri ilə müşayiət olunmadıqda, uduşların verilməsi (ödənilməsi) haqqında lotereya iştirakçılarının məlumatlandırılması qaydası

Lotereya iştirakçılarının məlumatlandırılması bu Şərtlərin 1 saylı əlavəsində göstərilən malların üzərinə həkk olunmuş məlumat daşıyıcıları vasitəsilə həyata keçiriləcək.

Bundan əlavə lotereya barədə bütün məlumatlar reklam lövhələrində və https://www.jnjconsumeraz.com/our-brands/uhod-za-detmi/johnsons-baby internet səhifəsində öz əksini tapacaq.

Uduş fondunun oynanılması (hər tirajın nəticəsi) nəticəsində qalib gələn lotereya iştirakçısının bu şərtlərin 4-cü bəndinə əsasən qeyd edilən mobil nömrəsinə ismarıc göndəriləcək. Uduşun nəticələri haqqında məlumat uduş keçirildikdən sonra 2 iş günü ərzində https://www.jnjconsumeraz.com/our-brands/uhod-za-detmi/johnsons- internet səhifəsində açıqlanacaq.


  1. Lotereyanı keçirmək hüququnu əldə etdikdə, lotereya başlamazdan əvvəl onun şərtlərinin elan olunacağı kütləvi informasiya vasitəsinin adı.

“Milli Promo” tirajlı stimullaşdırıcı lotereyanın Şərtləri lotereya başlamazdan əvvəl https://www.jnjconsumeraz.com/our-brands/uhod-za-detmi/johnsons-internet səhifəsində saytında yerləşdiriləcək.

10. Yekun müddəalar

Bu Şərtlərdə öz əksini tapmamış digər məsələlər lotereyalar haqqında mövcud qanunvericiliyə uyğun olaraq həll olunacaqdır.

Bu lotereyanın lotereya təşkilatçısına aid olmayan səbəbdəb keçirilməsi mümkün olmadıqda (internet problemləri, texniki problemlər, viruslar və digər çatışmazlıqlar) və ya keçirilməsi obyektivliyinə xələl gətirdikdə lotereya təşkilatçısı müvafiq dövlət orqanınında icazə almaqla bu lotereyanın keçirilməsinə xitam verə bilər.

Lotereya iştirakçıları və lotereya iştirakçısı olmaq istəyən şəxslər bu lotereya ilə bağlı yaranan sualları və istəklərini info@zest.az elektron ünvanına elektron məktub vasitəsilə göndərə bilərlər. Bu müraciətə cavab lotereya təşkilatçısı tərəfindən 24 saat ərzində lotereya iştirakçısına göndəriləcək.

Bu şərtlərə uyğun olaraq lotereya iştirakçısı tərəfindən lotereya təşkilatçısına verilən fərdi məlumatlar lotereyaya başlama müddətindən 4 il ərzində istifadə olunmasına razılıq verilir. Bu məlumatlar digər aksiyalara, lotereyalara dəvət olunması məqsədi ilə istifadə olunacaq.

Bu Şərtlərin 3.5-ci bəndində qeyd edilən lotereya təşkilatçısının mobil nömrəsinə bu Şərtlərin 1 saylı əlavəsində göstərilən malların istifadə edilməsi ilə bağlı ismarıcların göndərilməsi qadağandır və həmin ismarıclar dərhal silinəcək.




Milli Promo” tirajlı stimullaşdırıcı lotereyası vasitəsilə satışı stimullaşdırılan malların siyahısı

1

Johnson's® baby Pure Protect əl üçün antibakterial uşaq duru sabunu 300 ml

2

Johnson's® baby Pure Protect hamam üçün antibakterial uşaq köpüyü 300 ml

3

Johnson's® baby Pure Protect antibakterial uşaq salfeti 25 ədəd

4

Johnson's® baby pambıq uşaq çubuqları 100 ədəd

5

Johnson's® baby çobanyastığı ekstraktı ilə yuyunmaq üçün yumşaq uşaq geli 500 ml

6

Johnson's® baby yuyunmaq və hamam üçün yumşaq uşaq geli 300 ml

7

Johnson's® baby yuyunmaq üçün gel-köpük 2-si 1-də Şən köpük 300 ml

8

Johnson's® baby uşaq kremi 200 ml

9

Johnson's® baby İntensiv nəmləndirmə üçün uşaq kremi Başdan ayağa 100 ml

10

Johnson's® baby uşaq bezaltı kremi 50 ml

11

Johnson's® baby nəmləndirici uşaq kremi Təbiət Zərifliyi 100 ml

12

Johnson's® baby uşaq yağı 200 ml

13

Johnson's® baby Nəmləndirmək və Massaj üçün uşaq yağı Başdan ayağa 200 ml

14

Johnson's® baby Uşaq Bədən Yağı Yuxudan Əvvəl 200m

15

Johnson's® baby Uşaq Bədən Yağı Aloe 200ml

16

Johnson's® baby Uşaq bədən südü zərif nəmləndirmə başdan ayağa 200 ml

17

Johnson's® baby Uşaq Bədən Südü Yuxudan Əvvəl 300ml

18

Johnson's® baby Uşaq Yuyunma Köpüyü Yuxudan Əvvəl 300ml

19

Johnson's® baby Uşaq Köpük-Şampun Başdan Ayağa intensive nəmləndirmə 300ml

20

Johnson's® baby Uşaq Köpük-Şampun Başdan Ayağa yuyunmaq və haham üçün 300ml

21

Johnson's® baby Uşaq Köpük-Şampun Başdan Ayağa yuyunmaq və haham üçün 500 ml

22

Johnson's® baby uşaq pudrası 100 q

23

Johnson's® baby uşaq pudrası 200 q

24

Johnson's® baby Uşaq pudrası Yuxudan Əvvəl 100 q

25

Johnson's® baby büstqalter üçün bez 30 ədəd

26

Johnson's® baby Uşaq salfeti zərif təmizləyici 64 ədəd

27

Johnson's® baby Uşaq salfeti zərif təmizləyici Duo 64x2 ədəd

28

Johnson's® baby Uşaq salfeti zərif təmizləyici Quattro 64x4 ədəd

29

Johnson's® baby uşaq salfeti başdan ayağa ətirsiz 56 ədəd

30

Johnson's® baby uşaq salfeti başdan ayağa ətirsiz Duo 56x2 ədəd

31

Johnson's® baby uşaq salfeti başdan ayağa ətirsiz Quattro 56x4 ədəd

32

Johnson's® baby Uşaq Saç Spreyi Parlaq Saçlar 200ml

33

Johnson's® baby uşaq şampunu 300 ml

34

Johnson's® baby uşaq şampunu 500 ml

35

Johnson's® baby Uşaq Şampunu Parlaq Buruqlar 300ml

36

Johnson's® baby Uşaq Şampunu Parlaq Buruqlar 500 ml

37

Johnson's® baby Uşaq Şampunu Yuxu Qabağı 300 ml

38

Johnson's® baby Uşaq Şampunu Yuxu Qabağı 500ml

39

Johnson's® baby Uşaq şampunu Çobanyatsığı 300 ml

40

Johnson's® baby Uşaq şampunu Çobanyatsığı 500 ml

41

Johnson's® Uşaq Paltar Yuyucu vasitə "Balacalar üçün" 1000 ml

42

Johnson's® Uşaq Paltar Yuyucu vasitə "Ən balacalar üçün" 1000 ml

Kataloq: sites

Yüklə 78,56 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə