Минэячевир Бялядиййясинин



Yüklə 75,87 Kb.
səhifə1/8
tarix04.01.2022
ölçüsü75,87 Kb.
#52399
  1   2   3   4   5   6   7   8

Mingəçevir Bələdiyyəsinin

ümumi yığıncağının


09 saylı PROTOKOLU

Mingəçevir şəhəri. « 15 » may 2015-ci il




İştirak etməlidir: 19 nəfər

İştirak edir: 17 nəfər

Üzürlü səbəbdən iştirak etmir: 01 nəfər

Üzürsüz səbəbdən iştirak etmir: 01 nəfər


İclasın sədri: C.Ə.Abdullayev

İclasın katibi: S.T.Hüseynov


GÜNDƏLİK:


  1. 2015-ci ilin may ayında xərclənmiş vəsaitin təsdiq olunması və özünüsaxlama xərcləri üçün vəsaitin ayrılması barədə.

  2. İcarə haqqı borcu olan torpaq icarədarları barədə.

  3. Zəbt olunmuş, səmərəli və təyinatı üzrə istifadə olunmayan bələdiyyə torpaqlarının geri alınıb bələdiyyənin ehtiyyat fondu torpaqlarına daxil edilməsi və qanunsuz tikililər barədə.

  4. «Azərbaycan» məhəllə komitəsinin müraciəti ilə bağlı, A.Məmmədov küçəsi ev 7a-nın qarşısında yerləşən xeyir-şər mağarına tikinti materialları alınması üçün bələdiyyə büdcəsindən maliyyə vəsaitinin ayrılması barədə.

  5. Mingəçevir şəhər sakinləri, S.Vurğun küçəsi ev 3, mənzil 8-də yaşayan Məmmədova Seda Nəcəf qızına və 20 Yanvar küçəsi ev 3, mənzil 9-da yaşayan Məmmədova Rəhşəndə İlyas qızına maddi yardım verilməsi üçün bələdiyyə büdcəsindən maliyyə vəsaitinin ayrılması barədə.

  6. Tərəvəzçilik sovxozunun yaxınlığındakı ərazidən (35-ci yerlər) yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən 20 Yanvar küçəsi ev 3-C-də yaşayan şəhid ailəsi Babayeva İradə Məmmədtağı qızı fərdi mənzil tikintisi üçün dəyəri ödənilmədən 400 kv.m, Tərəvəzçilik sovxozu yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən Kənar küçəsi ev 16-da yaşayan Əhmədov Eşqin Səməd oğluna fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə 600 kv.m torpaq sahəsinin mülkiyyətlərinə ayrılması barədə.

  7. «Kür avarçəkmə» bazasının qarşısında sağ sahildə görüləcək abadlıq işlərinə, Sağ sahil və Az.İES qəsəbəsinin zibil və tullantıları üçün zibilxana yerinin hazırlanmasına bələdiyyə büdcəsindən maliyyə vəsaitinin ayrılması barədə.

DİNLƏNİLDİ:

C.ABDULLAYEV – bələdiyyənin sədri. Bu günkü iclasımızda 2 nəfər bələdiyyə üzvü X.İsmayılov üzürsüz səbəbdən, N.Əsgərova üzürlü səbəbdən iştirak etmir. İclasın başlanması və gündəliyin təsdiq edilməsi üçün nə kimi təklif var?
MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
F.ZEYNALOV – bələdiyyə üzvü. Gündəlik olduğu kimi təsdiq edilsin.
Səsvermədən sonra gündəlik yekdilliklə təsdiq edildi.
1) DİNLƏNİLDİ:

C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 1-ci məsələ ilə əlaqədar söz verilir «Yerli büdcə məsələləri» daimi komissiyasının sədri M.Hacıyevə. (Qərar layihəsi və arayış 2 (iki) vərəqədə protokola əlavə olunur).

MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
Z.QASIMLI – bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası




Yüklə 75,87 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə