Минэячевир Бялядиййясинин



Yüklə 102,53 Kb.
səhifə1/13
tarix04.01.2022
ölçüsü102,53 Kb.
#56224
  1   2   3   4   5   6   7   8   9   ...   13

Mingəçevir Bələdiyyəsinin

ümumi yığıncağının


10 saylı PROTOKOLU

Mingəçevir şəhəri. « 29 » iyun 2015-ci il




İştirak etməlidir: 19 nəfər

İştirak edir: 17 nəfər

Üzürlü səbəbdən iştirak etmir: 01 nəfər

Üzürsüz səbəbdən iştirak etmir: 01 nəfər


İclasın sədri: C.Ə.Abdullayev

İclasın katibi: A.A.Hüseynov


GÜNDƏLİK:


  1. 2015-ci ilin iyun ayında xərclənmiş vəsaitin təsdiq olunması və özünüsaxlama xərcləri üçün vəsaitin ayrılması barədə.

  2. Mingəçevir Bələdiyyəsinin 2015-ci ilin I yarımilliyi üzrə hesabatı barədə.

  3. Mingəçevir Bələdiyyəsinin icarə predmeti olan C.Əliyev küçəsindəki mövcud obyeklərin yaxınlığındakı ərazidən 50 kv.m və ya 0,005 ha ofis tikintisi üçün, N.Nərimanov küçəsində 1 saylı orta məktəbin yaxınlığıdakı ərazidən 30 kv.m və ya 0,003 ha torpaq sahəsinin sahibkarlıq məqsədilə icarəyə verilməsi ilə bağlı hərrac və ya müsabiqənin keçirilməsi barədə.

  4. Az.İES qəsəbəsində paylanması nəzərdə tutulmuş (57-ci yer) yaşayış məntəqələri kateqoriyasına aid olan 3-cü zonada yerləşən ərazidən F.Əzimov küçəsi ev 41/3, mənzil 7-də yaşayan şəhid anası Səmədova Fatma Şirin qızına fərdi mənzil tikintisi üçün dəyəri ödənilmədən 400 kv.m torpaq sahəsinin mülkiyyətinə ayrılması barədə.

  5. Mingəçevir şəhəri, Nizami prospekti ev 3, mənzil 5-də yaşayan şəhər sakini II qrup əlil İbrahimov Eldəniz Abbas oğlunun istifadəsində olan torpaq sahəsinin icarə müddətinin artırılması barədə.

  6. Bir qrup imkansız ailəyə Ramazan bayramı ərəfəsində ərzaq bağlaması verilməsi üçün bələdiyyə büdcəsindən maliyyə vəsaitinin ayrılması barədə.

  7. «Qələbə» məhəllə komitəsinin müraciəti ilə bağlı, 20 Yanvar küçəsi ev 6b ərazisindəki və «Azərbaycan» məhəllə komitəsinin müraciəti ilə bağlı, A.Məmmədov küçəsi ev 7a-nın qarşısında yerləşən xeyir-şər mağarlarının tikintisinə və əsaslı təmiri üçün tikinti materiallarının alınması üçün bələdiyyə büdcəsindən maliyyə vəsaitinin ayrılması barədə.

  8. Mingəçevir şəhər sakinləri, C.Əliyev küçəsi ev 21, mənzil 27-də yaşayan gözdən əlil Osmanov Sahib Binədar oğluna, H.Əliyev pr. ev 35, mənzil 2-də yaşayan tək kimsəsiz Seleznyova Olqa İvanovnaya və H.Əliyev pr. ev 8, mənzil 2-də yaşayan təqaüdçü Ədilov Salik Rolad oğluna maddi yardım verilməsi üçün bələdiyyə büdcəsindən maliyyə vəsaitinin ayrılması haqqında.

  9. H.Hüseynov küçəsində aparılacaq abadlıq işlərinə bələdiyyə büdcəsindən maliyyə vəsaitinin ayrılması haqqında.

  10. Azərbaycan Respublikası Silahlı Qüvvələr günü münasibəti ilə bir qrup bələdiyyə işçilərinin mükafatlandırılması barədə.

  11. Zəbt olunmuş, səmərəli və təyinatı üzrə istifadə olunmayan bələdiyyə torpaqlarının geri alınıb bələdiyyənin ehtiyyat fondu torpaqlarına daxil edilməsi barədə.

  12. Az.İES qəsəbəsində yeni salınmış 9,8 ha sahəsi olan qəbirstanlığın, 400 kv.m ərazisində, bələdiyyənin «Dəfn mərasimi» sahəsinə qəbir daşlarının istehsalı ilə məşğul olmaq üçün icazə verilməsi barədə.

DİNLƏNİLDİ:

C.ABDULLAYEV – bələdiyyənin sədri. Bu günkü iclasımızda 2 nəfər bələdiyyə üzvü X.İsmayılov üzürsüz səbəbdən, E.Nağıyev üzürlü səbəbdən iştirak etmir. İclasın başlanması və gündəliyin təsdiq edilməsi üçün nə kimi təklif var?
MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
G.SƏMƏDOVA – bələdiyyə üzvü. Gündəlik olduğu kimi təsdiq edilsin.
Səsvermədən sonra gündəlik yekdilliklə təsdiq edildi.
1) DİNLƏNİLDİ:

C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 1-ci məsələ ilə əlaqədar söz verilir «Yerli büdcə məsələləri» daimi komissiyasının sədri M.Hacıyevə.


ÇIXIŞ ETDİ:

M.HACIYEV - bələdiyyə üzvü, komissiyanın sədri. O, «Yerli büdcə məsələləri» daimi komissiyasının hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və arayış 2 (iki) vərəqədə protokola əlavə olunur).


MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:


Z.QASIMLI – bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası



Yüklə 102,53 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin