Mingəçevir Tibb Kollecinin
direktoru F. Zeynalova
25.11.2016-cı il tarixli
84 nömrəli məktuba
Sürəti: Sertifikasiya Komissiyasına
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə ünvanladığınız 8 nəfər şəxsin orta tibb təhsili haqqında diplomların təsdiqi ilə bağlı məktubunuza baxılmışdır.
Bildiririk ki, aşağıda adları qeyd olunan şəxslər ixtisasartırma kursu keçdikdən sonra sertifikasiya imtahanında iştirak edə bilərlər:
-
Əzimova Lətifə Əzim qızı
-
Baxşaliyeva Svetlana İslam qızı
-
Hacıyeva Sədaqət Sabir qızı
-
Abbasova Sədaqət Vəli qızı
Bildiririk ki, xarici ölkələrdə ali və orta ixtisas təhsili almış vətəndaşların işə buraxılması məsələsinə Səhiyyə Nazirliyinin nəzdində olan Komissiya tərəfindən baxılır. Bunun üçün Abdullayeva Nuranə Mirhəsən qızı öz sənədlərini Səhiyyə Nazirliyinin internet-səhifəsində göstərilən elektron xidmətləri vasitəsi ilə təqdim etməlidir.
Bərdə Rayon Mərkəzi Xəstəxanasında tibb bacısı vəzifəsində çalışan Süleymanova Gülnarə Nizami qızının və Goranboy Rayon Mərkəzi Xəstəxanasında mama vəzifəsində çalışan Süleymanova Mulxsa Tapdıq qızının orta ixtisas tibb təhsilinə dair diplomları yoxlanılarkən onların Bakı 1 nömrəli Tibb Məktəbi tərəfindən verilməməsi aşkarlanmışdır. Məsələni araşdırmaq üçün məlumat Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektoruna verilmişdir.
Məmmədov Əhliman Mamed oğlunun orta tibb təhsil diplomu barəsində aidiyyəti üzrə sorğu göndərilmişdir. Nəticəsi barədə əlavə məlumat veriləcək.
Kadrlar, elm və təhsil
şöbəsinin müdiri Kəmalə Mehdiyeva
Dostları ilə paylaş: |