Ministry of agriculture of azerbaijan republic



Yüklə 1,09 Mb.
səhifə2/13
tarix07.07.2018
ölçüsü1,09 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   13
Kürdəmir RAEİMM
Lənkəran RAEİMM
Quba RAEİMM


Salyan RAEİMM
Şəki RAEİMM


Tərtər RAEİMM


Beyləqan RAEİMM


Gəncə RAEİMM




Elmi-tədqiqatların əhatə etdiyi əsas strateji

istiqamətlər və tədqiqat priоritetləri
- Aqrar sahədə aparılan tədqiqatların respublikanın kənd təsərrüfatında həyata keçirilən islahatlara uyğun təşkilinə nail оlunması üçün aşağıdakı strateji istiqamətlər əsas götürülmüşdür.

Əsas strateji istiqamətlər:



  1. Kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsi




  • sоrtların yaхşılaşdırılması;

  • tохumçuluq sisteminin möhkəmləndirilməsi;

  • bitkiçilik və əkinçilik sisteminin idarə оlunması, heyvandarlığın cins tərkibinin yaхşılaşdırılması, yem istehsalı, heyvandarlığın idarə оlunması.


2) Təbii ehtiyatlar və biоlоji müхtəlifliyin səmərəli istifadəsi


  • suvarma, drenaj və su hövzələrinin idarə оlunması;

  • istehsalat şəraitində tоrpaq və su ehtiyatlarından səmərəli istifadə оlunması;

  • оtlaqların bərpası və səmərəliliyinin artırılması;

  • bitkilərin genetik ehtiyatlarının tоplanması, qоrunması və istifadəsi;

  • heyvanların genetik ehtiyatlarının qоrunması, qiymətləndirilməsi və istifadəsi.


3) Sоsial-iqtisadi tədqiqatların yaхşılaşdırılması


  • şaxələnmiş fəaliyyətin elmi təminatının gücləndirilməsi;

  • idxalın əvəzlənməsi və ixrac potensialının gücləndirilməsi üzrə tədqiqatların

genişləndirilməsi.
4) Milli prоqramların möhkəmləndirilməsi



  • tədqiqatların təşkili və tətbiqi üçün səmərəliliyinin artırılması;

  • sahələr üzrə mütəхəssislərin bilik səviyyəsinin yüksəldilməsi;

  • infоrmasiya şəbəkələrinin yaradılması, məlumat bazalarının idarə оlunması.

Strateji istiqamətlərin tələblərinə uyğun zоnallıq prinsipləri nəzərə alınmaqla tədqiqat priоritetləri dəqiqləşdirilərək əkinçilik sistemində (növbəli əkin, tохumçuluq, tingçilik, bitki mühafizə, gübrələmə, suvarma və s.) tоrpaqların məhsuldarlığının artırılmasını, həmçinin sahibkarların gəlirlə işləmələrini təmin edən Elmi Prоqramların hazırlanması və müvafiq tədbirlərin həyata keçirilməsi.



Əsas tədqiqat priоritetləri:


  1. Təbii ehtiyatlar sahəsində




  • Tоrpaqların münbitliyinin yaхşılaşdırılması istiqamətində tədqiqatların aparılması, erоziya və səhralaşma prоseslərinin qarşısının alınması;

  • tоrpaqların şоranlaşması ilə mübarizə tədbirlərinin işlənməsi, qrunt sularının idarə оlunması;

  • suya qənaət edən teхnika və teхnоlоgiyaların işlənməsi;




  1. Bitkiçilikdə




  • Biоmüхtəlifliyin qоrunması və saхlanması.

  • Genetik ehtiyatlar seleksiya biоteхnоlоgiya sоrt tохum becərmə teхnоlоgiyaları sхemi ilə tədqiqatların davam etdirilməsi;

  • Dənlilər > Dənli-paхlalılar > Kartоf > Tərəvəz > Meyvə > Üzüm > teхniki və yağlı bitkilərin məhsul istehsalının artırılmasına dair tədqiqatlar;

  • Yemçiliyin, хüsusilə təbii оtlaqların yaхşılaşdırılmasına dair tədqiqatların aparılması;

  • Dağ əkinçiliyinə dair tədqiqatların aparılması;

  • Meşəçiliyə dair tədqiqatların aparılması;

  • Хəstəlik, zərərverici və alaq оtlarına qarşı səmərəli mübarizə məqsədilə inteqrir bitki mühafizə tədbirlərinin işlənməsi.


3) Heyvandarlıqda
- Genetik ehtiyatlar seleksiya- damazlıq məsələləri üzrə tədqiqatların aparılması;

  • Qaramal (хüsusilə südlük) > qоyun > quşçuluq sahələrində məhsuldarlığın artırılması istiqamətində tədqiqatların aparılması;

  • Heyvandarlıqda хəstəlik və zərərvericilərə qarşı səmərəli mübarizə tədbirlərinin işlənməsi;


4) Emal sahəsində

  • kənd təsərrüfatı məhsullarının emalı (şirələr, kоnserv, ət, süd, makarоn və s.), həmçinin qurudulması və saхlanması sahəsində tədqiqatların aparılması.


5) Tədqiqat sisteminin təkmilləşdirilməsi


  • Sоsial-iqtisadi inkişafı təmin edən milli tədqiqatlar sisteminin təkmilləşdirilməsi, kadrların iхtisas artırmalarına üstünlük verilməsi.


Priоritet bitkilər:
1. Buğda

2. Arpa


3. Qarğıdalı

4. Çəltik

5. Paхlalılar (nохud, mərcimək, lоbya və s.)

6. Kartоf

7. Tərəvəz – bоstan (pоmidоr, хiyar, qarpız, kələm, yemiş, sоğan)

8. Meyvə (alma, armud, heyva, nar, qоz, fındıq, хurma, zeytun, limоn və s.)

9. Çay

10. Üzüm


11. Şəkər çuğunduru

12. Pambıq

13. Tütün

14. Yağlı bitkilər (günəbaхan, sоya, raps, araхis və s.)

15. Yem bitkiləri (yоnca, хaşa və s.)

16. Meşə ağacları


BİTKİ GENETİK EHTİYATLARI SAHƏSİNDƏ GÖRÜLƏN İŞLƏR
Bu gün ölkənin mövcud zəngin müxtəlif bitki və heyvan genofondunun vaxtaşırı toplanması, bərpası və inventarlaşdırılması, artırılması öyrənilməsi, sənədləşdirilməsi və gələcək nəsillər üçün olduğu kimi saxlanması dövrün aktual problemlərindəndir. Bu problemlərin həlli və gələcək fəlakətlərdən yeganə xilas yolu genetik ehtiyatların qorunub mühafizə edilməsidir.

Biomüxtəlifliyin qorunması və səmərəli istifadəsi bəşəriyyətin aclıq və yoxsulluğa qarşı mübarizəsində ən mühüm problemlərdən biridir.

Bu problemin həllində ərzaq və kənd təsərrüfatı bitkilərinin genetik ehtiyatlarının (BGE) toplanıb etibarlı saxlanması, bərpa edilib artırılması və bu əsasda ətraf mühit dəyişikliklərinə uyğunlaşa bilən, davamlı, yüksək məhsuldar və keyfiyyətli yeni bitki sortlarının yaradılması mühüm əhəmiyyətə malikdir.

Bu sahə üzrə aparılan elmi-tədqiqat işlərinin genişləndirilməsində məqsəd respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına nail olmaq, ölkənin iqtisadi inkişafına təkan vermək üçün genetik ehtiyatların toplanması, bərpası, artırılması, öyrənilməsi, sənədləşdirilməsi, istifadə olunması və etibarlı mühafizə etməklə bitib tükənmək təhlükəsinin qarşısının alınmasıdır.

Azərbaycanda yerli əhali hələ qədim zamanlardan taxıl bitkilərinin (buğda, arpa və s.) dənli paxlalıların (noxud, lobya, mərcimək, at paxlası, lərgə), tərəvəz-bostan (yemiş, qarpız, göy qabaq və s.), meyvə-giləmeyvə (alma, armud, nar, əncir və s.) həmçinin yem bitkilərinin aborigen forma və sortlarını əkib becərməklə özlərinin təlabatını ödəmiş və onları qoruyaraq bu günə qədər saxlamışdır.

Təbii sərvətlərin qorunması və davamlı istifadəsi XXI əsrdə ən mühüm qlobal problemlərdəndir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) bəşəriyyətin fəlakətlərdən yeganə xilas yolunu genetik ehtiyatların qorunub mühafizə edilməsində görür.

Son illər Azərbaycanda ekoloji, o cümlədən bioloji müxtəlifliyin problemləri həlli vacib olan prioritetlər kimi müəyyən edilmiş, “Bitki genetik ehtiyatlarına dair” Dövlət proqramı qəbul edilərək bu istiqamətdə xeyli işlər görülmüşdür.

Bu gün ölkənin mövcud zəngin dənli taxıl və paxlalı bitki genofondunun vaxtaşırı toplanması, inventarlaşdırılması, zənginləşdirilməsi və gələcək nəsillər üçün olduğu kimi saxlanılması dövrün aktual problemlərindən sayılır. Digər tərəfdən yerli bitki və heyvan genofondunun daha da zənginləşdirilməsi, toxum və cins mübadiləsi sahəsində beynəlxalq təşkilatlarla və xarici ölkələrin müvafiq institutları ilə əlaqələrin daha da genişləndirilməsini tələb edir.

BGE sahəsində beynəlxalq, regional və s. ölkələrarası əlaqələr bilavasitə akademik Cəlal Əliyevin gərgin səyi və təşəbbüsü ilə yaradılmaqla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri hal-hazırda da inkişaf etdirilir.

Dənli və dənli paxlalı, yem bitkilərinin dünya genofondunun toplanılması, saxlanılması və təsərrüfat əhəmiyyətli donor əlamətlərin kompleks öyrənilməsi, müvafiq aqroekoloji bölgələr üçün seçilməsi və tətbiqi üzrə elmi-tədqiqat işləri akademik C.Əliyevin rəhbərliyi ilə Ə.Musayev, C.Təlai, S.Məmmədova, R.Mirzəyev, F.Əhmədova, A.Cahangirov, H.Həmidov, N.Əhmədova, İ.Həsənov, H.Qasımova, A.Zamanov tərəfindən tədqiqat işi davam etdirilmişdir.

Nəticə olaraq bir çox bitkilərin (yumşaq və bərk buğda, arpa) yeni sortları yaradılmış, 1 yumşaq buğda “Fərəhim”, 1 arpa “Dəyanətli”, 1 mərciməyin “Zəfər”, qarğıdalının “Qürur”, tütünün “Zaqatala dübeki” sortu rayonlaşmış, yumşaq buğdanın 3 sortu “Billur”, “Xırman”, “Dəyirman”, bərk buğdanın “Korifey 88”, “Emil”, noxudun “Uqunənə” sortları isə rayonlaşmaya təqdim olunmuşdur.

Tərəvəzçilik ET İnstitutunda tərəvəz, bostan və kartof bitkilərinin genofondu üzrə 914 nümunə toplanmış və sınaqdan keçirilmişdir. Tədqiqat işi Ə.Babayev, İ.Əliyeva, Z.Əliyeva, L.Sadıxova və digərləri tərəfindən aparılmış, toplanmış nümunələr pasportlaşdırılmış və Genetik Ehtiyatlar İnstitutuna məlumatlar verilmişdir. Hesabat ilində 1 tərəvəz lobyası “İsa-12”, 1 xiyar (istixana üçün) “Bahar”, 1 Ağbaş kələm “Jalə”, 1 şirin bibər “Humay” rayonlaşdırılmışdır.

Bitki Mühafizə və Texniki Bitkilər ET İnstitutunda 2016-cı ildə genofond üzrə aparılan işlər A.Abbasov, T.Əhmədov tərəfindən yerinə yetirilmişdir. Burada 820 dünya kolleksiyasının sortnümunələri öyrənilmişdir. Hesabat ilində pambığın 1 sortu “Gəncə-160” rayonlaşdırılmış və 4 sortu isə (“Gəncə185”, “Gəncə-195”, “Gəncə-200”, “Gəncə-202”) rayonlaşmaya təqdim edilmişdir.

Meyvəçilik və Çayçılıq ET İnstitutunda genofond üzrə aparılan işlər Ə.Sadıqov, X.Muradov və digərləri tərəfindən aparılmışdır. Müxtəlif meyvə bitkilərinin 7075 nümunəsi toplanmış, öyrənilmiş və seçilmiş nümunələrdən seleksiyada istifadə olunmuş, digər hissəsi isə İnstitutun genofonduna daxil edilmişdir.

Hesabat ilində 3 alma sortu “Fuji”, “Qransmit”, “Conoqold” rayonlaşdırılmış, 2 alma “Qala”, “Pink Leydi” sortları isə rayonlaşamaya təqdim edilmişdir.

Üzümçülük və Şərabçılıq ET İnstitutunda genofond üzrə 340 sortnümunə V.Səlimov və digərləri tərəfindən toplanmış və sənədləşdirilmişdir.

Heyvandarlıq ET İnstitutunda tut ipəkqurdu genofondu üzrə işlər A.Məmmədova və S.Musayeva tərəfindən aparılmışdır. Hesabat ilində tut ipəkqurdunun 1 hibridi “Hesa 2/1 x Xəyal”, “Xəyal x Hesa 2/1” və bal arısının “Boz dağ Qafqaz” cinsli rayonlaşmaya təqdim olunmuşdur. Eyni zamanda tut bitkisinin 311 sort nümunəsi öyrənilir.

Toplanmış və tədqiq olunmuş mövcud genetik ehtiyatlar həm seleksiyada, həm də ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında istifadə oluna bilər.


DƏNLİ VƏ DƏNLİ-PAXLALI BİTKİLƏR
Əkinçilik ET İnstitutunun qarşısında ölkənin müxtəlif aqroekoloji bölgələri üçün dənli taxıl (buğda, arpa, qarğıdalı), paxlalı (noxud, mərcimək) və yem bitkilərinin (yonca, xaşa, gülül və s.) yeni yüksək məhsuldar və keyfiyyətli, biotik və abiotik amillərə davamlı sort və hibridlərin yaradılması və onlardan yüksək məhsul alınmasını təmin edən kompleks becərmə texnologiyalarının elmi və praktiki əsaslarının işlənib hazırlanması, tətbiqi və yayımı kimi geniş və əhatəli məqsəd durur. Qarşıya qoyulan məqsədə nail olmaq üçün institutda yerinə yetirilən 6 tədqiqat proqramı (buğda, arpa, qarğıdalı, ərzaq paxlalıları, davamlı əkinçilik və bitki diversifikasiyası, yemçilik) üzrə 12 mövzu və 26 tədqiqat işi yerinə yetirilir. Ondan 8-i tətbiqi, 4-ü isə fundamental xarakterlidir. Tədqiqatların yerinə yetiriliməsində AMEA-nın Genetik Ehtiyatlar İnstitutu, Botanika İnstitutu və Beynəlxalq Seleksiya Mərkəzləri olan İCARDA və CİMMYT-lə əməkdaşlıq edilir.

Aşağıdakı tədqiqat proqramları üzrə elmi-tədqiqat işləri aparılmışdır.



    1. BUĞDA PROQRAMI. Müxtəlif stres amillərinə davamlı, ekoloji adaptiv xüsusiyyətlərə malik, yeni yüksək məhsuldar və keyfiyyətli payızlıq buğda sortlarının yaradılması, tətbiqi və yayımı üzrə tədqiqat işləri Ə.Musayev, C.Təlai, A.Abdullayev, S.Hacıyeva, F.Əhmədov, M.Əhmədov, X.Rüstəmov, E.Əliyev, Q.Həsənova, N.Əzizova, E.İbrahimov, S.Kərimova, S.Məmmədova, G.Məmmədova, B.Əhmədov, F.Xudayev, T.İsmayılov, B.Nəzərov, N.Həmidov, N.Əhmədov, K.Aslanova tərəfindən aparılmışdır.

Beynəlxalq Seleksiya Mərkəzlərindən (İCARDA və CİMMYT) və xarici ölkələrin müvafiq institutlarından introduksiya olunmuş və özündə minlərlə dənli taxıl bitkilərini cəmləşdirən dünya genofondunun Azərbaycanın müxtəlif torpaq-iqlim şəraitinə malik bölgələrində əkilərək aqronomik xüsusiyyətlərə görə tədqiq edilməsi yüksək məhsuldar, keyfiyyətli biotik və abiotik amillərə qarşı davamlı sort və hibridlərin alınması üçün seleksiyada geniş perspektivlər açır.

2016-cı hesabat ilində buğdanın seleksiyası üzrə müxtəlif pitomniklərdə 7472 nümunə, hibrid, xətt, seleksiya nömrəsi və perspektiv sort müxtəlif torpaq iqlim şəraitinədə tədqiq edilmiş və hər bölgənin təbii şəraitinə uyğun adaptiv xüsusiyyələrə malik transqressiv xətlər və perspektiv sortlar seçilmişdir.

Beynəlxalq pitomniklərin kompleks qiymətləndirilməsi nəticəsində arxitektonikasına, məhsuldarlığına, xəstəliklərə davamlılığına və digər təsərrüfat əhəmiyyətli göstəricilərinə görə fərqlənən 19 bərk və 81 yumşaq olmqla cəmi 100 buğda nümunələri seçilmişdir.

Hesabat ilində 103 kombinasiyada hibridləşmə aparılmış, 129 sünbüldə 2594 çiçək axtalanmış, hibrid dənlərin sayı 1614 ədəd, dəntutma 62,2% olmuşdur.

Hesabat ilində aparılmış seleksiya işləri (vizual, fitopotoloji qiymətləndirmə, kəmiyyət və keyfiyyət əlamət və göstəricilərinn laborator tədqiqi, məhsuldarlığın müəyyənləşdirilməsi və s.) nəticəsində 8 mindən artıq xətt seleksiya,100 -ə yaxın nömrə nəzarət I, 90-dan artıq perspektiv nömrə nəzarət II pitomniklərinə, 200-ə yaxın perspektiv sort müsabiqəli sort sınağına keçirilmişdir.

Müxtəlif gen davamlılığına malik olan tester sortnümunələrinin vasitəsi ilə respublikanın ayrı-ayrı bölgələrində:- Cəlilabad, Qobustan, Tərtər BTS-lərdə və Abşeron YTT-də (Cənubi Muğan, Düzən Qarabağ, Şirvan, Abşeron) aparılmiş tədqiqatlar nəticəsində pas xəstəliklərinin mövcud raslarına qarşı davamlı genlər müəyyənləşdirilmiş və eyni zamanda müəyyən edilmişdir ki, uzun illər yerli raslara davamlılıq göstərən yr1 geni cari ildə 40s səviyyəsində həssaslıq göstərmişdir, bu da yeni aqressiv rasın əmələ gəlməsi ehtimalını gündəmə gətirir.

Cari ildə bərk buğdanın yeni yaradılmış Korifey 88, yumşaq buğdanın Billur sortları Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə təqdim edilmiş, toxumları sifariş əsasında sort sınağı məntəqələrinə göndərilmişdir.

Cari ildə məhsuldarlıq göstəriciləri, xəstəliklərə dayanıqlığı və digər göstəriciləri ilə fərqlənən AB 03568 lütessens 09704/2-1 (Az.) -[(09602-(58368 X Şəfəq) X Səba] x Əzəmətli-95 (Az.), AB 03855/2 lütessens Kanada-2 (Kanada) x Femnio (İsveç), AB 03862/1 eritrospermum. TT.09601/1-1 x Zimorodok (Rusiya), AB 03864/1 lütessens Zimorodok (Rusiya) x Qobustan, ET CWANA-11 thRWKLDN, SEKSAka -7/3/SHUHA2//NS 72/HER eritrospermum, AB 03864/4 Zimorodok (Rusiya) x Qobustan (Azərb.) sortları Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə təqdim edilməsi məqsədi ilə ilkin artırmaya keçirilmişdir.

Buğda bitkisində təsərrüfat-qiymətli əlamət və xüsusiyyətlərin genetik əsaslarının tədqiqi mövzusu üzrə tədqiqat işləri E.Əliyev, Ş.Kərimova, B.Əhmədov və Q.Həsənova tərəfindən yerinə yetirilmişdir.

Tədqiqatlara əsasən yerli yumşaq buğda sortları arasında 19, bərk buğdalarda isə 10 sortun tamamilə yazlıq xassəli olduqları aşkar edildi ki, bu da onlarda Vrn yarovizasiya gen sisteminin dominant allellərinin mövcudluğunu göstərir.

Məlum oldu ki, Türkiyə mənşəli Gönən yumşaq buğda sortu vegetasiya dövrünün uzunluğunu idarə edən 3 əsas –Ppd, Vrn və Eps gen sistemlərinin bütün dominant allellərinin daşıyıcısıdır ki, bu da həmin sortun istər payız, istərsə də yaz və erkən yay əkinlərində tədqiq olunan bütün sortlar arasında ən qısa vegetasiya dövrünə malik olmaqla ultratezyetişkənliyini təmin edir.

Bərk buğda sortları arasında Göytəpə sortunun tamamilə yazlıq xüsusiyyəti və onun demək olar ki, Qobustan və Gönən sortları ilə eyni vegetasiya uzunluğuna malik olması müəyyənləşdirilmiş və bərk buğdaların seleksiyası proqramına daha çox cəlb edilməsi tövsiyə olunmuşdur.

Sadalanan sortların bu xüsusiyyəti məhsul itkisinin qarşısını almaq məqsədi ilə, minimal risklər hüdudlarında yaz və erkən yay əkinlərində becərilməsinə geniş imkanlar yaradır ki, bu da son nəticədə, bir tərəfdən ərzaq təhlükəsizliyinin təminatında, digər tərəfdən əkinə yararlı olan torpaqlardan ildə iki dəfə məhsul alınması probleminin həllində son dərəcə mühüm rol oynayacaq.

Çoxillik tədqiqatlar nəticəsində Qobustan bölgəsinin torpaq-iqlim şəraitinə uyğunlaşmış, genetik baxımdan sabitləşmiş, yüksək dən keyfiyyətinə malik 3- ü Eritrospermum 1- i Lutessens növmüxtəlifliyinə mənsub olan 4 perspektivli yumşaq buğda nümunəsi yaradılmış və Dövlət sort sınağına təqdim edilmək üçün hazırlanmışdır.

Cari ildə Qobustan sortunun ən müxtəlif əlamətlərə, xüsusilə də dənin qırmızı rənginə görə izogen xətlərinin yaradılması prosesi davam etdirilmiş və bu istiqamətdə növbəti bekkros hibridləşmə aparılmışdır.

Müxtəlif buğda genotiplərinin stres şəraitində morfofizioloji, biokimyəvi və aqronomik göstəricilərinin tədqiqi və yüksək məhsuldarlığı şərtləndirən əlamətlərin müəyyən edilməsi və seleksiyada istifadəsi mövzusu üzrə tədqiqat işləri akademik C.Əliyevin rəhbərliyi ilə C.Təlai, S.Abdullayeva, S.Hüseynov, A.Zamanov, T.Allahverdiyev, T.Təmrazov, İ.İbrahimova və Ü.İbrahimova tərəfindən aparılmışdır.

Su qıtlığı buğda genotiplərinin qaz mübadiləsi parametrlərinin, nisbi su tutumunun, fotosintezedici piqmentlərin miqdarının, yarpaq, gövdə, sünbülün assimilyasiya sahəsi və quru biokütləsinin azalmasına səbəb olur. Nisbi su tutumuna görə dənin formalaşması fazasında genotipik fərq aşkar olunmuşdur. Tale-38, 12ndFAWWON N97 genotiplərinin qaz mübadiləsi və nisbi su tutumu kəskin azalmışdır.

Su stresi şəraitində məhsul komponentləri və məhsuldarlıq azalmışdır.

Beynəlxalq seleksiya mərkəzlərindən alınmış pitomniklərdən 22ndFAWWON-SA, 22ndFAWWON-IR və 38thIDYT-MD 17thIWWYT-SA yerli şərait üçün məqsədyönlü olmuş, əsasən bunlardan seçilmiş nümunələrin fizioloji tədqiqatlara daxil edilməsinə üstünlük verilmişdir.

Xlorofilin qiyməti bərk buğdalarda və üfiqi yarpaqlara malik sortlarda yumşaq buğdalara və şaquli yarpaqlara malik sortlara nisbətən yüksək olmuşdur.

Bitkilərin əkin səthindəki temperaturu inkişaf fazalarından asılı olaraq gec sünbülləyən sortlarda tez sünbülləyənlərə nisbətən aşağı olmuşdur.

Buğda bitkisinə stres amillərin təsirinin molekulyar mexanizmlərinin tədqiqi və praktiki istifadəsi C.Əliyevin rəhbərliyi altında S.Süleymanov, Y.Feyziyev tərəfindən aparılmışdır.

Müəyyən edilmişdir ki, tədqiq edilən buğda genotiplərinin fotosintetik aparatı duz stresinin təsirinə qarşı fərqli reaksiya göstərirlər. Aşkar edilmişdir ki, müxtəlif buğda genotiplərində FS II-nin fotokimyəvi fəallığının nisbi dəyişmələrinə görə NaCl-un 100 mM qatılığında Qırmızıgül-1 sortu, 200 mM qatılıqda isə Nurlu-99 sortu daha yüksək tolerantlıq göstərirlər.

Müxtəlif duz qatılıqlarının ( 150 mM və 200 mM NaCl) təsirinə məruz qalmış Bərəkətli-95 sortundan ayrılmış xloroplastların flüorosensiya spektrinin (77K) ölçülməsi göstərmişdir ki 740-741nm-də yerləşən əsas zolaq qısa dalğalı sahəyə meyl edir, eyni zamanda 687 və 696 nm zolaqların intensivliyi kəskin azalır. Fərz edilir ki, duzun FS I piqment-zülal kompleksinin zülallarına elektrostatik təsiri, bu kompleksin trimer formalarının dezaqreqasiyasına səbəb olur və nəticədə FS I və FS II kompleksləri arasında enerjinin paylanması pozulur.



İn vitro şəraitində müxtəlif buğda genotiplərində siqnal sistem əsasında hüceyrə səviyyəsində adaptivliyin öyrənilməsi akademik C.Əliyevin rəhbərliyi ilə S.Əsədova, M.Məmmədova, T.Qaragözov tərəfindən aparılmışdır.

2015-2016-ci tədqiqat ilində beynəlxalq təşkilatlardan (ICARDA, CIMMYT və s.) introduksiya olunmuş və yerli arpa rüşeym plazmalarının öyrənilməsi nəticəsində, seleksiyanın aktual problemləri üzrə (quraqlığa, duza, yerəyatmaya və xəstəliklərə davamlı, yüksək yemlik keyfiyyəti, məhsuldar) perspektivli arpa sortları seçilmişdir. Seleksiyanın müxtəlif mərhələləri üzrə müsbət aqro-bioloji əlamətlərinə görə seçilmiş arpa rüşeym plazmalarının, kompleks qiymətləndirilməsi nəticəsində stres faktorlara (duza, qurqlığa və s.) davamlı tez və orta tezyetişkənliyə malik genotiplər valideyn forma kimi hibridləşmə proqramına daxil edilmişdir.



    1. ARPA PROQRAMI. Müasir innovativ əkinçiliyin tələblərinə cavab verən, müxtəlif təyinatlı biotik və abiotik amillərə tolerantlı, kompleks təsərrüfat-qiymətli əlamətlərə malik, yüksək məhsuldar arpa sortlarının yaradılması, ilkin

    2. toxumçuluğunun təşkili, tətbiqi və yayımı mövzusu Q.Novruzlunun rəhbərliyi altında Z.Qəribov, S.Şərbətov, B.Əhmədov, N.Əhmədov, H.Həşimova, Q,Həsənova, İ.Hacıməmmədov, A.Əliyev, N.Əzizova, E.İbrahimov tərəfindən aparılmışdır.

2016-cı tədqiqat ilində arpa proqramı üzrə müxtəlif pitomniklərdə 1998 yerli və xarici nümunələr müxtəlif torpaq-iqlim şəraitində tədqiq edilmiş və hər bölgənin təbii şəraitinə uyğun adaptiv xüsusiyyətlərə malik nümunələr seçilmişdir.

Hesabat ilində proqram üzrə arpanın “Dəyanətli” sortu patentləşdirilərək Dövlət reystrinə daxil edilmişdir.



    1. QARĞIDALI PROQRAMI. Azərbaycanın müxtəlif aqroekoloji bölgələrində biotik və eksstremal amillərə davamlı yüksək yaşıl kütlə və dən məhsulu verən qarğıdalı sort və hibridlərinin yaradılması, qruplaşdırılması, fermer təsərrüfatlarında tətbiqi və yayımı mövzusu S.Dünyamalıyevin rəhbərliyi altında İ.Hacıməmmədov, S.Məmmədova, S.Abdullayeva, E.İbrahimov, E.Əliyev, H.Məmmədova tərəfindən aparılmışdır.

2016-cı ildə seleksiya tədqiqatlarında ayrı-ayrı pitomniklər üzrə cəmi 414 nümunə üzərində seleksiya tədqiqatları aparılmışdır.

Qarğıdalı nümunələrindən yeni davamlı, məhsuldar və tezyetişkən formaların seçilməsi məqsədilə 2016-cı ildə 118 nümunədən ibarət seleksiya və seçmə pitomnikində təcrid edilmiş şəraitdə yeni təsərrüfat əhəmiyyətli göstəricilərinə görə müəyyən edilərək seçmə aparılmış və 15 yeni hibrid alınmışdır.

Qarğıdalı sortlarının valideyn formaları üzərində təcrid edilmiş şəraitdə 30 kombinasiyada hibridləşmə aparılmışdır. Nəzərdə tutulan süni tozlanmalar üçün nümünələr və bitkilər seçilmiş və tərtib olunmuş sxem əsasında 6 kombinasiyada yeni hibridlər alınmışdır.

İlkin sortyoxlama pitomnikində 2016-cı ildə alınan 24 yeni hibridə tarla xarakteristikası verilib, məhsuldarlıq elementləri öyrənilib və daha çox fəqlənən 10 hibrid seçilmişdir ki, onların da sınağı davam etdiriləcəkdir.

Müsabiqəli sortyoxlama pitomnikində 31 nümunə Zaqatala 68 sortu ilə müqayisdə sınaqdan keçirilmiş, təsərrüfat əhəmiyyətli göstəricilərə görə 18 hibrid və sort fərqlənib, onların sınağı davam etdiriləcəkdir.

Tezyetişən populyasiyalarda fizioloji göstəricilərdən yarpaq səthi, quru biokütlə, yarpaqlarda xlorofilin miqdarı təyin edilmişdir. Zaqatala 68, Ümüd, Qürur, Fəxri, Yaxşılaşdırılmış Zaqatala sortlarında və EHM 293, EHM 342 hibridlərində bu göstəricilər yüksək olmuşdur.

Müxtəlif pitomniklər üzrə sortnümunələrin qarğıdalı bitkisinin geniş yayılmış xəstəlik və zərərvericilərinə qarşı davamlılıqları öyrənilmiş və mübarizə tədbirləri aparılmışdır.

Biokimyəvi göstəricilərə görə tədqiq edilən qarğıdalı hibrid və sortları FAO-nun tələbatına görə qruplaşdırılmışdır. Biokimyəvi analizlər davam etdirilir.



Uzun illər aparılan seleksiya tədqiqatları nəticəsində yüksək keyfiyyətinə və məhsuldarlığına görə fərqlənən “Emil” qarğıdalı sortu Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətində sınağa təqdim edilmişdir.

Kataloq: uploads
uploads -> Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti adau-nun 80 illik yubileyinə həsr edilir adau-nun elmi ƏSƏRLƏRİ g əNCƏ 2009, №3
uploads -> Mühaziry riyazi mYntiqin elementlYri
uploads -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ
uploads -> AZƏrbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU
uploads -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
uploads -> Mövzu Fənnin məqsədi və vəzifələri
uploads -> Marketinq fənni üzrə İŞÇİ TƏDRİs proqrami
uploads -> Asm-nin iqtisadiyyatı və idarə edilməsi
uploads -> Təqdimatların hazırlanması (Powerpoint, Word, Excel)

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə