Ministry of agriculture of azerbaijan republic



Yüklə 1,09 Mb.
səhifə5/13
tarix07.07.2018
ölçüsü1,09 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   13

III. “AZƏRBAYCAN ÇAYI”
Seleksiyasının müasir (klassik və klon) üsullarından, mutagen amillərdən (fiziki-kimyəvi) istifadə etməklə tərkibində yüksək miqdarda tanin və ekstraktiv maddələr olan, gözəl dad keyfiyyətlərinə malik daha məhsuldar yeni çay sortlarını yaratmaq və seçmək işi F.Quliyevin rəhbərliyi altında aparılmışdır.

Çay bitkisinin sort və formalarının toplanması, Lənkəran –Astara bölgəsi şəraitində introduksiya olunması, öyrənilməsi və ən qiymətlilərinin seçilməsi M.Şirəliyev tərəfindən aparılmışdır.

Tədqiqat işi Lənkəran Çay Filialında çayın kolleksiya sahəsində, 20 klon forması üzərində aparılır. Tədqiqatın obyekti çay bitkisidir.

Təcrübə altında olan bitkilərin fenologiyası, morfobioloji xüsusiyyətləri, zoğvermə qabiliyyəti, yarpaq ayasının səthi, kolların biometrik ölçüləri, məhsuldarlığı, zoğvermə intensivliyi və boy dinamikası öyrənilmişdir.

Çay plantasiyalarının məhsuldarlığını artıran və yüksək keyfiyyətli yaşıl çay yarpağı əldə edilməsini təmin edən becərmə texnologiyasını təkmilləşdirmək S.Ramazanovun rəhbərliyi altında A.Abbasov tərəfindən aparılmışdır.

Tədqiqat işi Lənkəran Çay Filialında 2010 və 2012-ci illərdə əkilmiş 0,50 ha çay plantasiyasında yerinə yetirilir. Tədqiqatın məqsədi müxtəlif əkin sxemləri və budama üsulları tətbiq etməklə çay plantasiyalarının məhsuldarlığını artırmaqdır.

Tədqiqat işinə 2015-ci ildən başlanılmış, həmin ildə təcrübə sahəsi seçilərək, müxtəlif əkin sxemlərində 5 variant (1,5x0,25m nəzarət), 0,75x0,30 m, 1,0x0,30 m, 1,25x0,30 m və 1,4x0,30 m) və təkrarda təcrübələr qoyulmuşdur.

Hesabat dövründə metodikaya uyğun olaraq fenoloji müşahidələr və biometrik ölçü işləri aparılmış, torpağın nəmliyi təyin edilmiş, kollara forma verilmiş və budanmışdır.

Təcrübənin bütün variantlarda məhsuldarlıq 1,4-3,1 dəfə nəzarət variantına nisbətən çox olmuşdur. Ən çox məhsul təcrübənin 2-ci ilində 0,75x0,30 m əkin sxemində, ən az isə 1,4x0,30 m əkin sxemində müşahidə edilmişdir.

Üzvi və mineral gübrələrin müxtəlif doza və nisbətlərinin çay bitkisinin boy, inkişaf və yaşıl çay yarpağı məhsulunun keyfiyyətinə təsirini öyrənmək işi N.Nəzərova tərəfindən aparılmışdır.

Tədqiqat işi Lənkəran Çay Filialında 0,20 ha çay plantasiyasında yerinə yetirilir.

Tədqiqatın məqsədi üzvi və mineral gübrələrin çay bitkisinin boy, inkişaf və məhsuldarlığına, eləcə də yaşıl çay yarpağının keyfiyyətinə təsirini öyrənməkdir.

Mineral gübrələrin çay bitkisində fleşlərin boyuna təsiri öyrənilmiş, məlum olmuşdur ki, fleşlərin uzunluğu nəzarət variantında may ayında 25 mm, iyun ayında 23,8 mm olduğu halda, digər variantlarda may ayında 68-88 mm, iyun ayında 66,2-86,4 mm olmuş, nəzarət variantına nisbətən artım mayda 43-63 mm, iyun ayında isə 42,4-62,6 mm təşkil etmişdir.

2016-cı ildə ən uzun fleş və ən çox məhsul ( yaşıl çay yarpağı) sideral əkin, daha sonra N90P90K90 variantında qeydə alınmış, nəzarət variantına nisbətən artım 23-28 % təşkil etmişdir.



ÜZÜMÇÜLÜK
Ölkə iqtisadiyyatının, o cümlədən qeyri-neft sektorunun inkişaf etdirilməsində üzümçülük və şərabçılıq bu gün prioritet sahələrdən biri sayılır. Son illərdə respublikamızda üzümçülük və şərabçılığın inkişafına xüsusi diqqət yetirilir və bu sahənin inkişafı üçün mühüm dövlət qərarları qəbul olunur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 dekabr tarixli, 1890 nömrəli sərəncamı ilə “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” qəbul edilmiş və icra olunur.

ÜŞETİ-nun əməkdaşları tərəfindən 2016-cı ildə 1 problem, 9 mövzu, 13 elmi iş üzrə tədqiqatlar aparılmışdır.

“Respublikada üzüm bitkisi genofondunun öyrənilməsi, genetik ehtiyatlarının toplanılması, qiymətləndirilməsi, qorunması, perspektiv sort və formaların seçilməsi və seleksiyada istifadəsi” mövzusu T.Pənahov, V.Səlimov, X.Abasova, Ə.Zari, A.Əkbərov, Y.Kərimov tərəfindən aparılmışdır.

Tədqiqatlar zamanı məlum olmuşdur ki, tənəklərin inkişafı və məhsuldarlıq göstəriciləri hər bir sort, həmçinin sortun ayrı-ayrı kolları arasında nəzərəçarpacaq dərəcədə fərqlidir. Bu isə onların kəmiyyət göstəricilərinə görə müxtəlif irsiyyətli olduğunu göstərir. Müxtəlif sortlar üzrə ayrı-ayrı tənəklərin (klon namizədlərinin) müvafiq göstəricilərinin illər üzrə dəyişmə dinamikası izlənilmiş və həmçinin sabit formalar (protoklonlar) müəyyən edilmişdir.

Tədqiqatlardan aydın olmuşdur ki, öyrənilən üzüm sortlarının populyasiyalarındakı genotiplər əsas morfometrik göstəricilərinə, bar elemetlərinə və s. görə bir-birindən nəzərəçarpacaq dərəcədə fərqlənirlər. Belə ki, ayrı-ayrı sortarda, həmçinin sortdaxili fərdlərdə tənəklər 1, 2 və 3 salxımlı zoğların miqdarına, barlı zoğların, salxımların miqdarına və digər bar elementlərinə görə bir-birindən nəzərəçarpacaq dərəcədə seçilirlər.

Hesabat dövründə tədqiq edilən tənəklərin təbii şəraitdə oidium xəstəliyinə qarşı davamlılıqları da qiymətləndirilmiş və ayrı-ayrı sortlarının populyasiyasındakı bitkinin 32% çox davamsız (5 bal), 46%-i davamsız (4 bal), 22%-i isə tolerant, yaxud dözümlü (3 bal) olduğu müəyyən olunmuşdur.

Hesabat ili ərzində üzüm genofondunun toplanması istiqamətindəki tədqiqatlara uyğun olaraq 20-yə yaxın yerli (Əlvan, Mərəndil, Həməşərə, Yalançı gülabı, Girdə qara kişmiş, Buzovna xatınısı, Kəhraba, Gözəl üzüm, Ağdam qara keçiməməsi və s.) və introduksiya olunmuş (Sentennial sidlis, Özbəkistan kişmişi, Ora, Sultanina, Prima, Parkent, Red qlob, Sultanina və s.) sort toplanaraq kolleksiyaya daxil edilmiş və çoxaldılma məqsədilə tingliyi salınmışdır.

Aydınlaşdırılmışdır ki, ən yüksəkməhsuldar bitkilərə Ağ şanı x V.v.sylvestris Gmel. ( kolun məhsuldarlığı-8 kq), Ağ Dərbəndi x V.v.sylvestris Gmel (kolun məhsuldarlığı-7,7 kq), Novrast x V.v.sylvestris Gmel. və Qara şanı x V.v.sylvestris Gmel. ( kolun məhsuldarlığı-8,8 kq) hibrid populyasiyalarında rast gəlinir. Digər hibrid populyasiyalardakı bitkilərdə kolun məhsuldarlığı əsasən 1,9-5,2 kq arasında dəyişməklə, qənaətbəxş səviyyədə olmuşdur.

Hesabat ilində hər bir kombinasiya üzrə hibrid bitkilərin hər birinin oiduma qarşı davamlılığı fitopatoloji qiymətləndirilmiş və məlum olmuşdur ki, hibrid formalar arasında davamsız (4-5 bal) nümunələrlə yanaşı, tolerant (3-3,5 bal) və davamlı (1-2 bal) nümunələr də vardır.

Mədrəsə və Şamaxı mərəndisi sortlarının klon tənəkləri, o cümlədən perspektiv hibrid sortları üzrə onların ikinci vegetativ nəslində irsiləşdirmə xüsusiyyətlərini öyrənmək üçün Şamaxı TS-da nəzarət tənəkləri ilə müqayisəli surətdə məhsuldarlıq elementlərinin uçot işləri aparılmışdır.

Aparılan uçot işləri göstərir ki, seçilən klon tənəklərinin və hibrid sortlarının zoğlarının və barlı zoğlarının məhsuldarlıq əmsalı nəzarət tənəklərə nisbətən əhəmiyyətli dərəcədə üstünlüyə malikdirlər. (1,2-1,5 dəfə).

Tədqiqat aparılan sortlar və hibrid sortlar üzərində müşahidə aparılmaqla, tumurcuqların açılması, çiçəkləmənin başlanması və qurtarması, gilənin yetişməyə başlaması və tam yetişməsi fazaları qeyd edilmişdir. Göstərmək lazımdır ki, havaların isti keçməsi və uzun müddət davam etməsi nəticəsində bu fazaların gedişi çoxillik məlumatlara nisbətən 15-18 gün tez olmuşdur.

Cəlilabad rayonu şəraitində üzüm bitkisinin introduksiya olunmuş sortlarının, calaqaltı hibrid formalarının və yabanı üzüm növlərinin tədqiq edilməsi istiqamətində elmi-tədqiqatlar davam etdirilmişdir. Tədqiqatlarla müəyyən edilmişdir ki, bu sortlar müxtəlif vaxtlarda yetişməklə bərabər ətraf mühit amillərinə həssaslığı, xəstəlik-zərərvericilərə davamlılığı, eyni zamanda məhsuldarlıq və keyfiyyətə görə də bir-birindən çox fərqlənirlər.

Yeni introduksiya olunmuş sortların xəstəlik-zərərverici kompleksinə qarşı həssaslığının öyrənilməsi istiqamətində aparılan tədqiqatlar göstərir ki, bu sortların əksəriyyəti Avropa üzüm növünə aid olduqları üçün üzüm bitkisinin xəstəlik və zərərvericilərinə qarşı çox davamsızdırlar.

Aparılan tədqiqatlar göstərir ki,öyrənilən hər bir sort özünə məxsusluğu ilə seçilir və onun becərilməsi üçün xüsusi aqrotexnologiya tətbiq olunur. Bu aqrotexnologiyanın düzgün tətbiqi ilə istənilən sortdan yüksək keyfiyyətli və bol məhsul əldə etmək mümkündür.

Cari ildə calaqaltı hibrid formaların da öyrənilməsi işi davam etdirilmişdir. Calaqaltı hibrid formaların Cəlilabad rayonunun iqlim şəraitinə uyğunlaşmasında heç bir problem yoxdur və onları calaqüstü sortların aqrobioloji xüsusiyyətləri nəzərə alınmaqla cənub regionunda müvəffəqiyyətlə istifadə etmək olar.

“İnstitutun Gəncə ÜŞTS-da yaradılmış xəstəlik və ziyanvericilərə qarşı davamlı, məhsuldar, perspektiv hibrid formalarının keyfiyyət göstəricilərinə görə seçilib öyrənilməsi” üzrə tədqiqat işi T.Pənahovun rəhbərliyi ilə M.İsmayılov və A.Xəlilova tərəfindən aparılmışdır.

2012-2016-cı ilin tədqiqatlarının əsas məqsədi müxtəlif istiqamətlərdə istifadə edilən yüksək məhsuldar, göbələk xəstəliklərinə davamlı, ekoloji cəhətdən təmiz üzüm sortlarının yaradılması və öyrənilməsi olmuşdur. Odur ki, bu məqsədlə Gəncə ÜŞTS-da yaradılmış yüksək məhsuldar, xəstəliyə və ziyanvericilərə qarşı davamlı 2-3 və 6-5-14№-li hibrid formalarının öyrənilməsi davam etdirilmişdir. Bu hibrid formalarının valideyn cütlüyündən biri olan Bayanşirə və Xındoqnı sortları müqayisə üçün götürülüb. Öyrənilən hibrid formalarının və nəzarət sortlarının ( 2-3№-li və 6-5-14№-li hibrid forması və nəzarət sortlarının) Bayanşirə, Xındoqnı çubuqları əkilib, etiketlənib və dəftərə qeyd edilib.Əkindən sonra cərgələr dərhal suvarılıb.

2-3 №-li hibrid formasından – 120 ədəd, valideyn cütlüyünün biri olan Xındoqnı sortundan – 500 ədəd, Bayanşirə sortundan isə - 500 ədəd tingliyə salınıb (Sxem-1).

Aparılan tədqiqatlar göstərir ki, 6-5-14№-li hibrid formasının vegetasiya dövrü 160-165 gün təşkil edib, ona görə bu hibrid formaları gec yetişən qrupa daxil edilmişdir. Tam yetişkənlik dövründə şəkərlilik 20,5%, turşuluğu isə 8,6 q/l təşkil etmişdir.

Digər 2-3 №-li hibrid formalarının keyfiyyət göstəricilərinə görə tam yetişkənlik dövründə nəticələrə görə şirədə şəkərlilik 22,3%, turşuluğu isə 7,1 q/l təşkil etmişdir. Hibrid formasının vegetasiya dövrü 145-147 gün davam edir, salxımların orta çəkisi 180-185 qram olur. Qirmızı süfrə və desert şərablarının hazırlanması üçün yararlıdır.

“Respublikamızın Qərb regionunda rayonlaşdırılmış üzüm sortları üçün calaq komponentlərinin öyrənilməsi və ting istehsalı ilə məşğul olan təsərrüfatlara tövsiyə edilməsi” Ə.Əliyevin rəhbərliyi altında aparılmışdır.

Respublikanın torpaq-iqlim şəraitinə görə Gəncə-Qazax zonası yüksək rentabelli üzümçülük təsərrüfatları yaratmaq üçün əlverişlidir.

Göstərilən tələbləri nəzərə alaraq 2016-ci ildə fillokseraya davamlı calaqaltılardan, Dövlət reyestrinə daxil edilmiş üzüm sortlarından və GÜŞTS-da yaradılmış hibrid formalarından ibarət anaclıq və tinglik sahəsi yaradılıbdır. Yaradılmış anaclıq sahəsində beş calaqaltı Rixter-57, CO-4, Kreçunel-2, Rixter-110, Rixter-140; səkkiz hibrid formaları Azəri, Gəncəvi, Bəhrəli, Şirəli, Emin, Elmin, Kəpəz, hibrid 2-3 və calaqüstü Pobeda, Prima kolleksiya sortları salınıb.

Əkilən kolleksiya sortları: Təbriz, Pobeda, Prima, Xındoqnı, Qara kişmiş, Mərəndi, Qara asma, Hamburq muskatı, İtaliya muskatı, Çəhrayı kişmiş, Ağ kişmiş, Sultani, Hüseyni, Tayfi, Kardinal, İzabella və s. göstərmək olar.

Salınmış tinglik sahəsində təqvim planında nəzərdə tutulan uçot və müşahidələr aparılmış, vaxtlı-vaxtında suvarılmış, toxalanmış və alaqdan təmizlənmişdir.

Calaqaltı anaclıq 2,8 x 2m əkin sxemində salınıb. Calaqaltıların bitiş faizi 100% olmuşdur.

Zərərverici və xəstəliklərə qarşı ardıcıl müşahidələr aparılaraq, vaxtında tədbirlər görüldüyünə görə heç bir xəstəlik müşahidə olunmamışdır. Giləqurduna qarşı gündəlik müşahidələr aparılmış və mübarizə tədbirləri keçirilmişdir.

Tədarük edilmiş əkin materialından cari ildə tinglik sahəsi yaradılmışdır. Cari 2016-cı ildə yaradılmış tinglik sahəsində olan rayonlaşdırılmış üzüm sortlarından, yeni yaradılmış hibrid formalarından, fillokseraya davamlı calaqaltı sortlardan ibarət anaclıq yaradılmışdır.

“Diferensial aqrotexnikanı tətbiq etməklə üzüm tənəyinə müxtəlif formalar üzərində yük vermənin məhsuldarlığa və məhsulun keyfiyyətinə təsiri” mövzusu A.Şükürovun rəhbərliyi ilə C.Mərdanov, H.Cəfərov, S.Məmmədov tərəfindən aparılmışdır.

Müxtəlif yükvermə fonunda müəyyənləşdirilmiş tənəklərdə kardon və yelpik formaları tətbiq edilməklə yük normaları öyrənilmişdir.

Tədqiqatın ikinci ilində göstəricilərin müsbət olduğu nəzərə çarpmış, yəni kardon forması verilməklə salxımların havalanmasına və dərman sərfiyyatının az istifadəsinə yaşıl əməliyyatların aparılmasına az vəsait sərf edilmişdir ki, bu da məhsulun maya dəyərinin aşağı olmasına gətirib çıxarmışdır.

Yekun olaraq hər iki sort üzrə kardon formasına nisbətən yelpik formasında olan üzüm sortlarından alınan məhsulun kəmiyyət və keyfiyyətinin daha yüksək olduğu müəyyən edilmişdir.

“Abşeron şəraitində becərilən perspektiv üzüm sortlarının azot, fosfor və kalium gübrələrinə olan tələbatının öyrənilməsi” M.Əliyevanın rəhbərliyi altında A.Hüseynova, S.İbrahimova tərəfindən aparılmışdır.

Tədqiqat obyekti kimi “Ağ Muskat”, “Qara Kişmiş”, “Qara Yay Üzümü”, “Lyana”, “İtaliya Muskatı” üzüm sortları seçilmişdir.

Üzümçülüyün intensiv inkişafını və fermer təsərrüfatlarının rentabelli işləməsini təmin etmək üçün sahələrdə becərilən sortların düzgün seçilməsi və lazımi aqrotexniki tədbirlərin həyata keçirilməsi ən vacib amillərdəndir. Bütün bunlar nəzərə alınaraq ÜŞETİ-nin əməkdaşları tərəfindən bu istiqamətdə elmi-tədqiqat işləri aparılır. Növbəti elmi-tədqiqat işinin əsas məqsədi “Ağ muskat”, “Qara kişmiş”, “İtaliya muskatı”, “Qara yay üzümü”, “Lyana” üzüm sortlarının məhsuldarlılığına ekoloji cəhətdən təmiz, yüksək keyfiyyətli məhsulun alınmasına üzvü gübrə fonunda verilən mineral gübrələrin təsirinin öyrənilməsi olmuşdur.

Mineral gübrələrin məhsulun artımına təsiri gübrə dozalarından asılı olaraq variantlar üzrə müxtəlif olmuşdur.

Alınan nəticələr mineral gübrələrin verilməsinin yüksək və keyfiyyətli məhsul alınmasına müsbət təsir etməyini təsdiq etmiş, optimal variant kimi Fon+N150 P150 K150 kq/ha norması müəyyənləşdirilmişdir.

“ÜŞETİ-nin kolleksiya bağında becərilən bir sıra qiymətli sort və hibridləri xəstəlik və zərərvericilərdən mühafizə etmək üçün müasir tələblərə cavab verən yeni pestisidlərin sınağının aparılması” işi H.Nurəddinovun rəhbərliyi ilə G.Məmmədova və Ş.Fətullayeva tərəfindən aparılmışdır.

Laboratoriyanın əməkdaşları ÜŞETİ-nin kolleksiya bağında iş proqramına və təqvim planına əsasən müntəzəm müşahidələr aparmışlar. Müşahidələrə əsasən oidium xəstəliyi 1-ci dəfə Çəhrayı kişmiş sortunda iyunun 3-də aşkarlanmış, sonra 07.06.2016-cı il tarixində bir sıra sortlarda oidium və giləqurdu aşkarlanmışdır.

Qeyd etmək lazımdır ki, 2016-cı il oidium xəstəliyi daha geniş yayılmışdır. Oidiuma qarşı mübarizə apararkən eyni zamanda salxım yarpaqbükəni zərərvericisinə qarşı da mübarizə aparılmışdır. Nəzarət variantları üzrə 15 və 20 iyul tarixlərində aparılan müşahidəyə görə zədələnən salxımların sayı Bayanşirədə müvafiq olaraq 18 və 22, Gəncəvidə 35 və 40, Rkastelidə 28 və 35 olmuşdur.

“Abşeron torpaq-iqlim şəraitinin yeni yaradılmış hibrid formalarından alınan şərabların kimyəvi tərkibinə və keyfiyyət göstəricilərinə təsirinin öyrənilməsi” S.Tahirovun rəhbərliyi altında A.İsayeva, A.Məmmədova tərəfindən aparılmışdır.

Nümunələrin hazırlanması üçün Kəpəz, Göy-göl, Şirəli hibridlərindən, Mədrəsə, Xındoqnı, Arna-Qrna, Şirvanşahi üzüm sortlarından istifadə olunmuşdur. Hibridlərdən süfrə şərabı, kəmşirin üzüm sortlarından isə Mədrəsə, Xındoqnı qarışığından Qarabağ desert şərabı, Arna-Qrna, Şirvanşahı qarışığından isə Kaqor şərabı alınmışdır.

Elmi-tədqiqat işinin nəticəsində müəyyən olunmuşdur ki, Abşeron torpaq-iqlim şəraitində yetişdirilən üzümlərdən – həm hibrid, həm də sortlardan yüksək keyfiyyət xüsusiyyətləri ilə seçilə bilən, süfrə, desert və kaqor şərabları hazırlamaq mümkündür.

“Yüksək keyfiyyətli ekoloji təmiz məhsul istehsalı üçün süfrə üzüm sortlarının seçilməsi, üzümün təzə və qurudulmuş halda saxlanma texnologiyasının işlənib hazırlanması və təkmilləşdirilməsi” A.Nəcəfovanın rəhbərliyi ilə A.Muradova, M.Qədimalıyeva tərəfindən aparılmışdır.

2016-cı ildə üzümün saxlanması, qurudulması və təkrar emalı laboratoriyasında süfrə üzümünün təzə və qurudulmuş halda saxlanmaya davamlılığının öyrənilməsi üzrə işi davam etdirilmişdir. Təcrübələr . “Ağ şanı”, “Təbrizi”, “Ağ kişmiş”, “Çəhrayı kişmiş”, “Sarıgilə” “Sentenial sidlis” sortları üzərində aparılmışdır.

Uzun müddət saxlanma üçün nəzərdə tutulan süfrə üzüm sortlarının seçilməsi istiqamətində də görülən işlər çərçivəsində İnstitutun Abşeron ampeloqrafik kolleksiya bağında yetişdirilən “Ağ şanı”, “Sarıgilə” və “Moldova” sortları tədqiqat obyekti kimi seçilmişdir. Müxtəlif üzüm sortlarında saxlanma zamanı baş verən proseslərin öyrənilməsi məqsədilə çəkinin təbii itkisi və gilələrdə şəkərin miqdarının dəyişmə dinamikası öyrənilmişdir.

“Yüksək keyfiyyətli şərab və konyak istehsalı üçün xammalın seçilməsi, texnologiyalarının işlənib hazırlanması” T.Pənahovun rəhbərliyi altında T.Musayev, Ə.Rzayeva, Ş.Qadaşova tərəfindən aparılmışdır. Tədqiqat işinin əsas məqsədi Abşeron ərazisində yetişdirilən Göy-Göl, Bəhrəli, Şirəli, Kəpəz hibrid formalarından kəmşirin şərabların istehsalı üçün müvafiq texnoloji rejimlərin müəyyən edilməsi olmuşdur.

Elmi-tədqiqat işi nəticəsində müəyyən olunmuşdur ki, Abşeron torpaq-iqlim şəraitində yetişdirilən Göy-göl, Bəhrəli, Şirəli, Kəpəz hibrid formalarından məhsul yetişdirilməsi mövsümündən asılı olmayaraq, zəngin buketə, ləzzətli tama, dolğun rəngə, harmonik xüsusiyyətlərə malik olan kəmşirin şərabları istehsal etmək mümkündür.

Dequstasiyada seçilmiş şərab nümunələri 26-28 may 2016-cı il tarixlərində İtaliya Respublikasının L’aqulia şəhərində Beynəlxalq Üzüm və Şərab Təşkilatının elmi dəstəyi ilə “XV İNTERNASİONAL OENOLOGİCAL CONTEST SELEZİONE DEL SİN DACO 2016” Beynəlxalq Şərab və Spirtli İçkilər müsabiqəsinə göndərilmişdir. Bu müsabiqədə beynəlxalq dərəcəli mütəxəssislərlə yanaşı İnstitutun direktoru, Beynəlxalq Üzümçülük və Şərabçılıq Akademiyasının həqiqi üzvü Tariyel Pənahov hakim-dequstator qismində iştirak etmişdir.

“Gəncə-Qazax zonasında şampan istiqamətli perspektiv hibrid formaların və sortların seçilməsi, şərab materiallarının hazırlanması” işi Y.Nuriyev tərəfindən aparılmışdır.

Respublikamızda keyfiyyətli texniki üzüm sortlarına tələbat böyükdür. Bunu nəzərə almaqla Gəncə ÜŞTS-da yerli “Bayanşirə”, “Xındoqnı”, “Tavkveri”, “Mədrəsə” sortlarından istifadə edərək yeni perspektiv texniki istiqamətli hibrid formaları yaradılmışdır. Bu perspektiv hibrid formalarından Kəpəz (1-37№-li) və Bəhrəli (6-9-17№-li) hibridlərinin üzərində tədqiqatlar aparılıb və onlardan şərab nümunələri hazırlanıbdır.

Hazırlanmış şərab materialının nümunələrində şərabın texnologiyası üzrə tələb edilən bütün işlər görülüb. Şərab balonlarının tam doldurulmuş vəziyyətdə saxlanılması daima nəzarət altında olub. Şərabın hazırlanması və saxlanması zamanı əmələ gələn çöküntü 5 dəfə ayrılıbdır. Hər köçürülmədə balonlar daimi kükürd qazı ilə kükürdlənir. Şəraba qulluq prosesi davam edilir.

BİTKİ MÜHAFİZƏSİ VƏ TEXNİKİ BİTKİLƏR
Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutu 2016-ci ildə mövzular planına uyğun olaraq “Respublikanın iqtisadi bölgələri üzrə bitkilərin zərərverici, xəstəlik və alaq otlarından mühafizəsində ekoloji təhlükəsiz, səmərəli yeni texnologiyaların tətbiqi əsasında inteqrir mübarizənin işlənib hazırlanması” və “Genetik əsaslarla və seleksiya yolu ilə yüksək potensiallı, əlverişsiz xarici mühit amillərinə davamlı yeni sortlar yaratmaq, toxumçuluq işini elmi əsaslarla qurmaq, müxtəlif metodlarla torpağın münbitliyini yaxşılaşdıran mütərəqqi texnologiyaların işlənib hazırlanması” problemləri üzrə 19 elmi mövzuda 56 elmi-tədqiqat işi yerinə yetirilmişdir.

Elmi-tədqiqat işləri İnstitutun təcrübə sahələrində, Xaçmaz, Abşeron və Mil Təcrübə Stansiyalarında, Ucar və Saatlı Dayaq Məntəqələrində aparılmaqla mövzularda nəzərdə tutulmuş bölgələrin fermer, kəndli, icarə və s. özəl təsərrüfatlarında, Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzlərinin təcrübə sahələrində yerinə yetirilmişdir. Azərbaycanda bütün bölgələr üzrə kənd təsərrüfatı bitkilərinə ən çox ziyan vuran zərərverici, xəstəlik və alaq otlarının növ tərkibləri araşdırılmış və tədqiqat işləri hal-hazırda davam etdirilir. Eyni zamanda pambıq bitkisinin seleksiyası, aqrotexnikasına dair elmi-tədqiqat işləri istiqamətdə yerinə yetirilir.

Mil-Qarabağ iqtisadi bölgəsinin payızlıq taxıl əkinlərində yeni rayonlaşmış sort və sort nümunələrində yayılmış xəstəliklərə qarşı yeni mübarizə tədbirlərinin işlənib hazırlanması Akademik S.Məmmədovanın rəhbərliyi ilə H.Mahmudov, V.Abbasov tərəfindən yerinə yetirilmişdir.

Payızlıq taxıl əkinlərində 7 növ xəstəlik, Fuzarioz-Fuzarium qraminearum Berk., Septorioz - Septoria tritici Berk., Sarı pas - Puccinia striformis West., Qonur pas - Puccinia triticina Eriks., Unlu şeh - Erysiphe qraminis DC., Bərk sürmə - Tilletia tritici Wint., Toz sürmə - Ustilaqo tritici Jens müşahidə olunmuşdur.

Sarı pas xəstəliyinin ilk nişanəsi əmələ gələn müddətdə Tilt (0,5 l/ha), Titan (0,5 l/ha), Alto-super (0,6 l/ha) və Bayleton (etalon) (0,5 kq/ha) fungisidlərinin biri ilə 14 gündən bir olmaqla 2 dəfə çiləmə aparılmış və bioloji səmərə 81,3 – 84,4% təşkil etmişdir.

Gəncə-Qazax iqtisadi bölgəsi şəraitində taxıl əkinlərində yeni rayonlaşmış sort və sort nümunələrində, zərərvericilərin növ tərkibinin müəyyənləşdirilməsi və başlıca zərərvericilərə qarşı inteqrir mübarizə tədbirlərinin təkmilləşdirilməsi S.Həsənov, G.Abdullayeva tərəfindən aparılmışdır.

Gəncə-Qazax iqtisadi bölgəsinin payızlıq buğda əkinlərində 9 növ zərərverici taxıl böcəyi, ağqalxanlı sümürtkən böcək, taxıl mənənəsi, məftil qurdlar, çöl və tarla şıqqıldaq böcəkləri, yaşıl şala, taxıl zəliciyi, zərərli taxıl bağacığı, danadişi, boz taxıl sovkası aşkar edilmişdir.

Gəncə-Qazax iqtisadi bölgəsində kartofun yeni texnologiya üzrə becərilməsi əsasında başlıca zərərvericilərə qarşı inteqrir mübarizə tədbirlərinin hazırlanması Akademik S.Məmmədovanın rəhbərliyi ilə K.Hüseynov tərəfindən yerinə yetirilmişdir.

Gəncə-Qazax iqtisadi bölgəsinin dəniz səviyyəsindən 850-900 metrə qədər hündürlükdə olan kartof əkinlərində 32 növ zərərverici aşkar edilmişdir.

Bölgədə kartof yumruları məftil qurdlarla 4,6%, danadişi ilə 14,2% zədələnmişdir. Məftil qurdlar 0,5 kq, danadişi isə 1,7 kq məhsul itkisinə səbəb olmuşdur. Kolorado böcəyinə qarşı Snayper preparatı 0,6 kq / ha dozada 99,3 %, bioloji səmərəlilik göstərmişdir. Danadişiyə qarşı Aqriqor- 40 EK preparatı 1,5 L/100 kq kəpək dozada tətbiq edilmişdir. Preparatın bioloji səmərəliliyi nəzarət variantı ilə müqayisədə 76,0% təşkil etmişdir.

Quba-Xaçmaz iqtisadi bölgəsində açıq sahədə becərilən pomidor bitkisinin xəstəliklərinin növ tərkibinin dəqiqləşdirilməsi və başlıca xəstəliklərə qarşı yeni mübarizə tədbirlərinin işlənib hazırlanması C.Ağayev rəhbərliyi ilə S.Eyyubov tərəfindən aparılır.

Bölgənin pomidor əkinlərində fitoftora, makrosporioz, fuzarioz və vertisilyoz soluxmalar, təpə çürüməsi, bakterial xərçəng, tütün mozaikası, stolbur aşkar edilmişdir.

Abşeron iqtisadi bölgəsi şəraitində örtülü sahədə becərilən tərəvəz bitkilərinin zərərverici və xəstəlikləri, onlardan başlıca ziyanlı növlərə qarşı inteqrir mübarizə tədbirlərinin işlənib hazırlanması və tətbiqi C.Ağayev və N.Dadaşov tərəfindən aparılmışdır.

Abşeron bölgəsi şəraitində örtülü sahədə xiyar bitkisində 19 xəstəlik, 13 növ zərərverici qeydə alınmışdır. Xiyar bitkisinin başlıca xəstəliklərinə qarşı bioloji mübarizə tədbirlərinin işlənib hazırlanması məqsədi ilə Alrin-B, Qamair preparatları tətbiq edilmiş və səmərəli nəticələr alınmışdır.

Zirə, Mərdəkan, Buzovna, Maştağa, Kürdəxanı, Məhəmmədli, Masazır, Xırdalan ərazilərində açıq və örtülü sahələrdə pomidor güvəsinin 100% yayılması qeydə alınmışdır.

Mil-Qarabağ iqtisadi bölgəsində şəkər çuğundurunun başlıca xəstəlikləri və onlara qarşı yeni mübarizə tədbirlərinin işlənib hazırlanması X.Yaqubova, H.Məsimova tərəfindən aparılmışdır.

Şəkər çuğunduru sahələrində 8 növ xəstəlik Kökyeyən-Phytium de barianum, Peronosporoz-Peronospora schachtii, Alternarioz-Alternariya alternata, Unlu şeh-Erysiphe communis f.betae. Jacz., Serkosporoz-Sercospora beticola Sacc., Pas-Uromyces betae Lev., Boz çürüməsi-Rhizoctoniy aderholdi, Fomoz-Phoma betae Frank. müşahidə edilmişdir.

Yalançı unlu şeh xəstəliyinə qarşı bitkilərdə sirayətlənmə 3-4% olduqda 14 gündən bir Ridomil-2,5 kq/ha, Bule-Cup 0,4 l/ha və Xomesin (Kuprozan) 0,4 kq/ha fungisidlərindən istifadə olunaraq 59,4% bioloji səmərə alınmışdır.

Gəncə-Qazax iqtisadi bölgəsində açıq və örtülü şəraitdə becərilən xiyar aqresenozunda başlıca zərərvericilərə qarşı kompleks mübarizə tədbirlərinin işlənib hazırlanması R.Novruzova, G.Seyidova tərəfindən aparılmışdır.

Açıq və örtülü şəraitdə becərilən xiyar əkinlərində 8 növ zərərvericiyə təsadüf edilmişdir. Aqrosenozda müşahidə olunan digər zərərvericilər mənfi təsərrüfat əhəmiyyəti kəsb etməmişdir.

Bostan mənənəsinə qarşı Superkol preparatı 1,5 L/ha dozada dərmanlamadan üç gün sonra 83,0 %, ağqanadlıya qarşı isə 100 % bioloji səmərəlilik göstərərək etalondan yüksək (Dumble - 70-73 %) olmuşdur.

Müxtəlif aqrotexniki fondan və sələf bitkilərindən asılı olaraq pambıq və şəkər çuğunduru sortlarının xəstəlik və zərərvericilərlə sirayətlənmə dərəcələrinin öyrənilməsi S.Fərəcova, D.Abdullayeva tərəfindən aparılmışdır.

Pambıq əkinlərində pambıq mənənəsi, böyük pambıq mənənəsi, akasiya mənənəsi, tütün mənənəsi, kök mənənəsi, ziyilli mənənə, trips, kökdəngəmirən sovkalar, pambıq sovkası, tor gənəciyi aşkar edilmişdir.

Şəkər çuğunduru sahələrində isə kökdən gəmirən sovkalara, məftil qurdlarına, çuğundur yarpaq mənənəsinə, istixana ağqanadlısına, adi çuğundur uzunburununa, kələm ağ kəpənəyinə, çəmən kəpənəyinə, çuğundur bağacığına, müxtəlif növ çəyirtkələrə, cənub çuğundur birəciyinə təsadüf olunmuşdur.

Pambıq mənənəsinin 22, tor gənəciyinin 7, payız sovkasının isə 3 nəsil verdiyi müəyyən olunmuşdur.

Quba-Xaçmaz iqtisadi bölgəsinin meyvə bağlarında başlıca zərərvericilərdən alma meyvəyeyəni, şərq meyvəyeyəni və alma yaşıl mənənəsinin bioekoloji xüsusiyyətlərinin öyrənilməsi və onlara qarşı mübarizə tədbirlərinin təkmilləşdirilməsi K.Hüseynovun rəhbərliyi ilə M.Aslanov, Z.Ağabalayev tərəfindən aparılmışdır.

Quba rayonunun alma bağlarında alma meyvəyeyəninin 24,6 %, şərq meyvəyeyəninin 16,2 %, alma yaşıl mənənəsinin 21,5 % yayılması, Xaçmaz rayonunda isə alma meyvəyeyənin 28,2 %, şərq meyvəyeyəninin17,4 %, alma yaşıl mənənəsi 24,4 % yayılması müşahidə edilmişdir.

Alma meyvəyeyəninin I nəslinə qarşı Korban – 4 preparatı 2 l/ha məsarif normasında istifadə edilmişdir.

Quba-Xaçmaz iqtisadi bölgəsinin meyvə bağlarında (alma) yayılmış xəstəliklərin növ tərkibinin dəqiqləşdirilməsi və başlıca zərərli növlərə qarşı inteqrir mübarizə tədbirlərinin təkmilləşdirilməsi H.Aslanov, V.Səfərov tərəfindən aparılmışdır.

Bölgənin alma bağlarında yayılmış dəmgil, unlu şeh, bakterial xərçəng, sitosporoz, həmçinin fizioloji prosseslərdən və iqlim amillərindən asılı olaraq əmələ gələn xəstəliklər aşkar edilmişdir.

Dəmgil xəstəliyinin ilkin əlamətləri 10/IV, unlu şeh xəstəliyinin ilkin əlamətləri 03/ IV tarixlərində müşahidə edilmişdir. Dəmgil və unlu şeh xəstəliyinə Qrani Smit, Fuji, Conaqold, Aydared, Reneddes Renettes, Qala, Conaqoret, Çelencer, Montano, Qolden Delişes alma sortları sirayətlənmişdir.

Abşeron bölgəsi şəraitində narın xəstəlik və zərərvericiləri, onlardan başlıca ziyanlı növlərə qarşı inteqrir mübarizə tədbirlərinin işlənib hazırlanması və tətbiqi Ş.Allahverdiyev, O.Məmmədov tərəfindən aparılmışdır.

Nar mənənəsi və meyvəyeyəninə qarşı tətbiq edilmiş Supragil 40 preparatı 1,2 l/ha məsarif normasında mənənəyə qarşı 90-92%, meyvəyeyənə qarşı isə 78-82% səmərəli olmuşdur. Nar mənənəsinə və meyvəyeyəninə qarşı tətbiq olunmuş Lepidosid (Bassillus turingensis) preparatı 1,5 kq/ha məsarif normasında mənənəyə qarşı 92-96%, meyvəyeyənə qarşı 80-85% səmərəli olmuşdur.

Gəncə-Qazax iqtisadi bölgəsi şəraitində meyvə ağaclarının sorucu zərərvericilərinin növ tərkibinin dəqiqləşdirilməsi və başlıca növlərə qarşı mübarizə tədbirlərinin işlənib hazırlanması C.İbrahimov tərəfindən aparılmışdır.

Armud bağacığının (bitkilərin zədələnmə faizi 26,0 %) və alma yaşıl mənənəsinin (bitkilərin zədələnmə faizi 24,0 %) başlıca zərərverici olduğu müəyyənləşdirilmişdir. Mövsüm ərzində Armud bağacığının iki, alma yaşıl mənənəsinin doqquz nəsil verdiyi aşkar edilmişdir.

Gəncə-Qazax iqtisadi bölgəsinin üzüm bağlarında yayılmış zərərvericilərin növ tərkibinin müəyyənləşdirilməsi əsasında başlıca növlərə qarşı inteqrir mübarizə tədbirlərinin işlənib hazırlanması S.Cabbarovun rəhbərliyi ilə Q.Məmmədov, K.Hüseynova tərəfindən aparılmışdır.



Bölgənin üzüm bağlarında üzüm salxım yarpaqbükənin 21,2 %, bağ hörümçək gənəsinin 10,7 %, üzüm fır gənəsinin 11,5 %, üzüm unlu yastıcasının 5,0 % yayıldığı aşkar olunmuşdur.

Gəncə-Qazax iqtisadi bölgəsi şəraitində üzüm sortlarının başlıca xəstəliklərinin öyrənilməsi (mildyu, oidium, antraknoz və boz çürümə) onlara qarşı yeni preparatları tətbiq etməklə mövcud mübarizə sxeminin təkmilləşdirilməsi S.Cabbarov, G.Məmmədova, X.Aslanova tərəfindən aparılmışdır.

Qərb bölgəsində becərilən üzüm bağlarında 5 növ xəstəlik müşahidə edilmişdir. Antraknoz-Gloeosporium ampelophaqum., Mildyu-Plasmopara viticola Berlet., Oiudium-Uncinula necator Burill., Eska (iflic)-Sterium hisutum., Boz çürümə-Botrytis cinerea.

Üzüm bağlarında mildium və oidium xəstəlik törədicilərinin inkişaf dinamikası öyrənilmişdir. Havanın orta sutkalıq temperaturu 10-28°C, nisbi nəmliyin 85-95 % və havanın yağmurlu keçməsi mildium xəstəlik törədicisinin inkişafı üçün ən əlverişli şərait hesab olunur.

Abşeron iqtisadi bölgəsində üzümün başlıca zərərverici və xəstəliklərinə qarşı ekoloji cəhətdən təhlükəsiz, səmərəli mübarizə tədbirlərinin öyrənilməsi və mövcud mübarizə tədbirlərinin təkmilləşdirilməsi Z.Məmmədov, M.Tağıyev tərəfindən aparılmışdır.

Bölgədə üzüm bitkisinin zərərvericilərindən üzüm salxım yarpaqbükəninin Polychrasis botrana Scheiff daha çox yayılıb zərər vurması Maştağa (30%) və Pirşağı (25,1 %) ərazilərində müşahidə edilmişdir.

Abşeronun üzüm bağlarında 5 xəstəliyin Mildium - Peronospora vitikola Berl (yarpaq və zoğda), Oidium - Uncinula nekator Sew Burr (zoğ, çiçək və salxımda), Antraknoz - Gloesporlum ampleophagum (yarpaqda), Boz çürümə - Botrytis cinerea Pers (salxımda), Virus mənşəli xloroz (yarpaqda) yayılması qeydə alınmışdır. Mildium xəstəliyinin yayılması 18,2 %, Oidium xəstəliyin yayılması 35,2 %, Boz çürümə xəstəliyinin yayılması 17,7% olmuşdur.

Mildium və Oidium xəstəliklərinə qarşı Kvadris SK prepapatı 0,7 l/ha tətbiqində bioloji səmərəlilik mildiumda 79 %, oidiumda 85,5 % olmuşdur. Etalonda bioloji səmərəlilik müvafiq olaraq 57-61 % olmuşdur. Boz çürümə xəstəliyinə qarşı Botran preparatının 2 kq/ha tətbiqi nəzarətə nisbətən bioloji səmərə 86,5%, etalonda isə 63,3 % olmuşdur. Bioloji mübarizə məqsədi ilə Oidium xəstəliyinə qarşı Baktofit SP (Bacillius subtillius) preparatının tətbiqi həyata keçirilmiş bioloji səmərəlilik təcrübədə 69,2 %, etalonda isə 61,4 % olmuşdur.

Gəncə-Qazax iqtisadi bölgəsinin üzüm bağlarında yayılan alaq otlarının növ tərkibinin və iqtisadi ziyanlı həddinin öyrənilməsi əsasında alaq otlarına qarşı mübarizə tədbirlərinin işlənib hazırlanması F.Ağayev, E.Cəlilov M.Məmmədova tərəfindən aparılmışdır.

Bölgənin üzüm əkini sahələrində Şəmkir rayonunun fermer təsərrüfatlarında – 50 növ, Tovuz rayonunda – 47 növ və Qazax rayonu üzrə 41 növ alaq otuna rast gəlinmişdir.

Üzüm əkinlərində tətbiq edilmiş herbisidlərin bütün növ birillik və çoxillik alaq otlarına qarşı texniki səmərəliliyi 88,1 -92,4 % olmuşdur. Üzüm əkinlərində alaq otlarına qarşı tətbiq edilmiş herbisidlərin yüksək səmərəliliyi nəticəsində üzümün məhsuldarlığı nəzarət variantı ilə müqayisədə -12,1 -15,5 sentner yüksək olmuşdur.

Gəncə-Qazax iqtisadi bölgəsində pomidor bitkisinin zərərverici və xəstəliklərinə qarşı hazırlanmış mübarizə sxeminin təkmilləşdirilməsi C.Hüseynov, P.Məhərrəmov, K.Məmmədova tərəfindən aparılmışdır.

Bölgədə pomidor bitkisində başlıca zərərvericilərdən–pomidor minalayıcı güvəsi, mənənə, tütün tripsi, hörümçək gənəsi, xəstəlik törədicilərdən- fitoftora, makrosporioz və yarpaq qıvrılması- virus xəstəliyi və qeyri-infeksion xəstəlik təpə çürüməsinin inkişafı müşahidə edilmişdir.

Yeni mübarizə sxemində fitoftora xəstəliyi ilə mübarizədə orta hesabla 66,4 - 78,6 %, etalon variantında 71,5-,80,5 %, makrosporioz xəstəliyi ilə mübarizədə 73,2 – 77,6 %, etalon variantında isə 76,5 -78,0 % bioloji səmərə alinmışdır.

Pambığın başlıca xəstəliklərinə (vilt və hommoz) qarşı yeni fitonsidlərin alınması və bioloji preparatları tətbiq etməklə kompleks mübarizə tədbirlərinin işlənib hazırlanması Z.Bağırova, R.İsmayılova tərəfindən aparılmışdır.

Fitonsidlərin hommoz xəstəliyinə qarşı nisbətən yüksək səmərə verən Boyaq otundan alınmış fitonsidin 1:10 nisbətində, eyni ilə -Nar qabığından alınmış fitonsidin 1:10 nisbətində səpindən qabaq toxumların 24 saat isladılıb səpilməsi variantında bioloji səmərəlilik 33,8% olmuşdur.

Pambığın vilt xəstəliyinə qarşı qənaətbəxşedici nəticə Məxmər çiçəyi 1:10 nisbəti (spirtli ekstraktı) səpindən qabaq toxumların 24 saat isladılıb səpilmiş variantında 38,4% bioloji səmərə alınmışdır.

Bioloji aktiv maddələrdən və entomofaqlardan istifadə etməklə kələm əkinlərində ekoloji cəhətdən təhlükəsiz mübarizə tədbirlərinin işlənib hazırlanması Q.F. Bayramov, G.T. Abdullayeva, E.H. Həsənova tərəfindən aparılmışdır.



Hesabat ilində Gəncə-Qazax iqtisadi bölgəsinin kələm əkinlərində zərərvericilərin növ tərkibi dəqiqləşdirilmiş, Kələm sovkası, kələm mənənəsi, kələm milçəyi, danadişi və kələın ağ kəpənəyinin yayıldığı aşkarlanmışdır.

Hesabat ilində laboratoriya şəraitində habrobrakon tüfeylisı və yeddi nöqtəli parabüzən böcəyi artırılmışdır. Kələm əkinlərində kələm ağ kəpənəyinə qarşı habrobrakon tüfeylisi 12,5%, mənənəyə qarşi parabüzən böcəyi isə 7,6% bioloji səmərəlilik göstərmişdir.

Pambığın zərərvericiləri və onlara qarşı inteqrir mübarizənin təkmilləşdirilməsi S.Məmmədova, D.İsgəndərova tərəfindən aparılmışdır.

2016-cı ildə pambıq əkinlərində mənənənin və hörümçək gənəsinin inkişafı və miqdarı az olduğu üçün, hər iki zərərvericinin miqdarı iqtisadi ziyanlı həddə catmamışdır. Bu səbəbdən onlara qarşı kimyəvi mübarizə aparılmamışdır.

Gəncə-Qazax iqtisadi bölgəsi şəraitində müxtəlif tut və çəkil sortlarında karantin tut güvəsinin yayılması, inkişafı və ona qarşı bioloji və kimyəvi mübarizə tədbirlərinin işlənib hazırlanmaşı akademik S.Məmmədovanın rəhbərliyi ilə S.Məmmədova, Ə.Sadıqov tərəfindən aparılmışdır.

Aparılan tədqiqatlar zamanı müəyyən edilmişdir ki, may və iyun aylarında tut güvəsinin tırtıllarının kiçik və orta yaş dövrlərində zərərvericinin miqdarı 100 yarpaqda 27 ədəd olmuş, Vyetnam-tut, Faxralı-tut, Baxça-tut, Az. NİŞ-7-tut, Nəsrəddin-tut, M. Fizuli-tut, Gözəl-tut, Rusiya-tut sortlarında və müxtəlif çəkillərdə tut güvəsi ilə sirayətlənmə eyni dərəcədə olmuşdur.

Hesabat ilin hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar xeyirli faunanın azalması baş vermişdir.

Abşeron iqtisadi bölgəsi şəraitində Amerika ağ kəpənəyinin (AAK) qısa və uzunmüddətli inkişaf proqnozunun işlənib hazırlanmasında elmi metodların təkmilləşdirilməsi və tətbiqi C.Ağayev, M.Məlikov tərəfindən aparılmışdır.

2016-ci ildə Abşeron bölgəsində Amerika Ağ Kəpənəyinin 1-ci nəslinin ocaqlarda yayılması genişlənmiş, ocaqlarda say dinamikası 1-ci nəsildə 240 ədəd, 2-ci nəsildə isə - 224 ədəd olmuşdur.

AAK-nin ənənəvi ocaqlarda qış ehtiyatı Maştağa ATS ərazisində sağlam pupların sayı orta hesabla 4,8 ədəd/m2 , Mərdəkan Dendro parkda 1,4 ədəd/m2 , Bilgəh ərazisində 2,7 ədəd/m2, Novxanı ərazisində 3 ədəd/m2, Bakı şəhər ərazisi Zorge parkında 3,8 ədəd m2, S.Vurğun parkında 2 ədəd/m2, Milli parkda 1,7 ədəd/m2, Nəbatət bağında 3 ədəd/m2 olmuşdur. Aparılan tədqiqatlara görə 2017-ci ildə AAK-nin Abşeron bölgəsində kütləvi yayılması gözlənilmir.

Quba-Xaçmaz iqtisadi bölgəsi şəraitində Amerika ağ kəpənəyinin qısa və uzunmüddətli inkişaf proqnozu metodlarının təkmilləşdirilməsi S.Eyyubov, M.Axundov tərəfindən aparılmışdır.

Zərərverici Xaçmaz rayonunun ərazisində 4,0 %, Şabran rayonu ərazisində 3,1 % yayılmış, Quba və Qusar rayonunda isə yayılmamışdır. Xaçmaz rayonunda ağac, kol bitkilərinin AAK tərəfindən zədələnmə dərəcəsi 14,0 %, Şabran rayonunda isə zədələnmə dərəcəsi 10,0% olmuşdur.

Pomidorun karantin minalayıcı güvəsinə qarşı mübarizə tədbirlərinin işlənib hazırlanması C.Hüseynov, Q.Yusibov tərəfindən aparılmışdır.

Yazlıq pomidor sahəsində pomidor minalayıcı güvəsinin qışlamadan çıxmış kəpənəklərinin ilk uçuşu may ayının 6-da müşahidə olunmuşdur. Onun I-ci nəslinin inkişafı qeyri-intensiv, sonraki 4 nəslinin inkişafı isə intensiv olaraq davam etmişdir. Zərərvericinin 3 nəslinə - (II, III, IV) qarşı kimyəvi mübarizə aparılmışdır.

Karantin kartof güvəsinə qarşı mübarizə tədbirlərinin işlənib hazırlanması K.Hüseynov, N.Məsimova tərəfindən aparılmışdır.

Müəyyən olunmuşdur ki, bölgədə becərilən bütün kartof sortları (Telman, Əmiri-600, Nevskiy, Kemerova (Ural) zərərverici ilə anbar şəraitində zədələnir.

Mütəxəssislərin fikrinə görə kartof güvəsinə qarşı mübarizə məqsədi ilə yığım zamanı kartof yumrularının qurudulması və üzərinin insektsidlə işlənmiş bitki qalıqları ilə örtülməsi məqsədəuyğundur.

Zərərverici, xəstəlik və alaq otlarına qarşı tətbiq olunan yeni pestisidlərin və aqrokimyəvi maddələrin parçalanma dinamikasının, gözləmə müddətlərinin, bitkidə və məhsulda zəhər qalığının təyin edilməsi F.Ağayev, S.Məmmədova, Z.Verdiyeva, K.Məmmədova tərəfindən aparılmışdır.

Zəhər qalığının təyini və alaqlarla mübarizə laboratoriyasında aparılmış analizlər nəticəsində müəyyən edilmişdir ki, meyvənin zərərvericilərinə qarşı tətbiq edilmiş preparatların məhsul yığımı dövründə meyvənin tərkibində qalığı aşkar olunmamışdır.

Üzüm bağlarında mildium və oidium xəstəliklərinə qarşı tətbiq edilmiş Akrobat preparatı üçün 13-15 gün, Funquran, Koperhid, Vivando, Xomesin preparatları üçün 18-20 gün, Ansar, Pesos, Bayleton preparatları üçün təsir müddəti 25-28 gündür. Kartof əkinlərində zərərvericilərə qarşı Gonstar və Romplan preperatları üçün gözləmə müddəti 18-20 gündür. Pomidor əkinlərində zərərverici və xəstəliklərə qarşı tətbiq edilmiş Dikotan, Uriusul və Kinqcoseb preparatları ücün gözləmə müddəti 18-20 gündür.

Şəkər çuğunduru əkinlərində xəstəliklərə qarşı tətbiq edilmiş preparatların çuğundurun məhsulunda qalığı olmamışdır. Xiyar əkinlərində xərərvericilərə qarşı tətbiq olunmuş Superkol preparatı üçün gözləmə müddəti 15-18 gündür.

Taxıl toxumlarının yarımquru üsul ilə dərmanlanmasında yeni texnologiya və texniki vasitələrin işlənib hazırlanması A.Məmmədov, R.Bayramov tərəfindən aparılmışdır.

İnstitutda taxıl toxumlarının yarım quru üsul ilə dərmanlanması üçün yeni qurğu hazırlanır.

Pambıq sovkasına qarşı bioloji mübarizədə entomofaqların yayılması üçün yeni texnologiyanın və qurğunun işlənib hazırlanması A.Məmmədov tərəfindən aparılmışdır.

İnstitutda entomofaqların yayılması üçün yeni qurğu hazırlanır. Yeni qurğu dəmir çevrəli (gövdə) çərçivənin amortizatorundan, qoruyucu örtükdən, buraxıcı yaydan, buraxma mexanizmindən, fırlanan barabandan, elektrik mühərrikindən, reduktordan, uzaqdan idarə olunan pultdan, monitordan, yaddaşlı kameradan, bankalardan, bankalar yerləşdirilən yuvadan və əqrəbdən ibarətdir. Qurğunun faydalı iş əmsalı 2 ha/saat təşkil edir.

Respublikanın bölgələri üzrə (Şirvan, Muğan, Mil-Qarabağ) müxtəlif aqrosenozlarda ekoloji faktorların təsirinin, fizioloji vəziyyətinin riyazi üsullarla öyrənilməsi əsasında pambıq sovkasının proqnoz metodlarının təkmilləşdirilməsi Е.Xəlilov, А.Soltanov, S.Мehdiyev tərəfindən aparılmışdır.

Bölgələr üzrə pambıq əkinlərində zərərvericinin 3, qarğıdalıda 2, pomidor əkinlərində 3, Şirvanda isə pomidorda 3, qarğıdalıda 1, pambıq əkinlərində isə 2 nəsli müşahidə edilmişdir.

Bölgələr üzrə vegetasiya müddətində pambıq sovkasının azsaylı olması, çoxilliklə müqayisədə yumurtalarda mayasızlığın yüksək, pupların diri çəkilərinin və piy bədənin zəif olması növbəti ildə zərərvericinin miqdarının az saylı, populiyasiya sıxlığının isə zəif olacağına zəmin yaratmışdır.

Siçanabənzər gəmiricilərin inkişafına ekoloji və antropogen amillərin təsirinin və fizioloji vəziyyətinin dəqiqləşdirilməsi əsasında inkişaf proqnozu metodlarının təkmilləşdirilməsi V.Salahov tərəfindən aparılmışdır.

2016-cı ilin qış mövsümündə Samux, Tərtər, Goranboy, Göygöl rayonlarının suvarılan payızlıq taxıl əkinlərində yağmurların (qarın) miqdarının (1-2mm) çoxillik göstəricidən az olması (2-3 mm), yanvar-fevral aylarında isə temperaturun çoxillik göstəricidən (3-4,2°C) çox olması, taxıl və yonca əkinlərində (1ha-da) koloniyaların 6-8 ədəd, işlək yuvaların sayının 28-30 ədəd olmaqla çox olmasına səbəb olmuşdur. 2016-cı ildə aprılmış tədqiqatlarınn nəticələri 2017-ci ildə vegetasiya dövründə gəmiricilərin suvarılan və dəmyə əkinlərində, yonca sahələrində miqrasiyasının və popliyasiya sıxlığının nisbətən yüksək, miqdarının isə çox saylı olacağına zəmin yaratmışdır.

Respublika şəraitində meşə zərərvericilərinin inkişafına biotik və abiotik amillərin təsirinin dəqiqləşdirilməsi əsasında proqnoz metodlarının təkmilləşdirilməsi F.Ə. Hüseynov tərəfindən aparılmışdır.

2014-2015-ci illərə nisbətən 2016-cı ildə Şirvan və Gəncə-Qazax bölgəsinin iqlim amillərinin meşə zərərvericilərinin inkişafı üçün əlverişsiz olduğundan aparılmış müşahidələr zamanı meşələrdə xeli az həşarat növünə təsadüf edilmişdir.

May ayında temperaturun orta çoxillik göstəricidən xeyli (8-10º C) az, nisbi rütubətin isə 28-32% orta çoxillik göstəricidən yüksək olması və havaların yağmurlu, sərin keçməsi dəyişik ipəksarıyanın populiyasiya sıxlığını azaltmışdır.

Azərbaycanda kənd təsərrüfatı bitkilərinə ən çox ziyan vuran zərərvericilər, eyni zamanda, xəstəlik və alaq otlarının yayılması ilə əlaqədar fitosanitar vəziyyət dəqiqləşdirilmişdir. Bütün iqtisadi bölgələri əhatə etməklə taxıl, pambıq, pomidor, xiyar, kələm, kartof, soğan, şəkər çuğunduru, qarğıdalı, tumlu meyvə bitkiləri (armud, alma, heyva), çəyirdəkli meyvə bitkiləri (gilas, albalı, ərik, şaftalı, gavalı), üzüm, nar, xirnik və s. əkin sahələrində, meşə və yaşıllıqlarda tədqiqat işləri aparılmışdır.

Seleksiya. Pambıqçılıqda coğrafi uzaq və növ arası hibridləşmə yolu ilə poliploid formaların alınması və əməli seleksiyada istifadəsi T.Mahmudov, S.Eldarov, G.Xoyliyeva, V.Əliyeva tərəfindən yerinə yetirilir.

Aparılmış çoxillik tədqiqat nəticəsində eksperimental poliploid yolla yaradılmış tetraploid, heksaploid və anfidiploid formaları resiprok hibridləşməyə cəlb etməklə hesabat ilində çox müxtəlif biomorfoloji və təsərrüfat qiymətli əlamətlərə görə diqqət çəkən zəngin başlanğıc formalar yaradılmasına nail olunmuşdur.

Bununla yanaşı 30 kombinasiyadan ibarət 1500 ədəd hibridləşmə işi aparılmış və onların artıq təhlili aparılır. Pambığın G.barbadense L. növünə aid olan sortlarda təbii hibridlər aşkarlanmış və onların üzərində bir sıra resiprok hibridləşmə aparılmış və müqayisəli şəkildə sitoplazmatik effektin səmərəliliyi öyrəniləcəkdir.

Bunlardan əlavə karlik sortların yaradılması istiqamətində dominant genə malik rəngli, ağ lifli, kəskin dilimli formalar alınmışdır ki, onlar quraqlığa davamlı olmaqla, həm də tezyetişkənliyi ilə səciyyələnmişdir.

Hesabat ilində seleksiya şöbəsinin təcrübə sahəsində ilkin sort sınağında 10 sort, bioloji pitomnikdə F1-də 20, F2-də 18, F3-də 15, SP1-də 19, SP2-də 16, SP3-də 14 nəzarət pitomnikində isə 36 xətt öyrənilmişdir.

Şəkər çuğundurunun biomorfoloji xüsusiyyətlərini öyrənməklə, eksperimental mutagenez yolu ilə yüksək şəkərlilik istiqamətində təsərrüfat qiymətli formalar seçilmişdir.

Geniş əhatəli yaradıcı seleksiya işi aparmaq, yüksək potensiallı, əlverişsiz xarici şərait amillərinə, quraqlığa, şorakətliliyə, xəstəlik və zərərvericilərə qarşı davamlı yeni intensiv sortların yaradılması üçün seleksiya tədqiqatlarında zəngin başlanğıc materialın olması vacibdir.

Respublikamızda pambıqçılıqdan əlavə digər texniki və yağlı bitkilərin əkinlərinin son illərdə artmasını, eyni zamanda şəkər çuğunduruna artan tələbatı nəzərə alalraq AMEA-nın Genetik Ehtiyatlar İnstitutundan 2016-cı ildən şəkər çuğundurunun 10 (on) müxtəlif (kolleksiya) sort və sort nümunələrinin toxumları gətirilmiş və əkilmişdir. Tədqiqatda nəzarət kimi “Kafkaz” sortu istifadə edilmişdir.

Pambığın dünya kolleksiyası genofondunun öyrənilməsi və əməli seleksiya üçün əlverişli nümunələrin seçilməsi A.Abbasov, T.Əhmədov, G.Ələsgərova tərəfindən aparılmışdır.

Hesabat ilində pambığın genefondunun 443 ədəd sort və sort nümunəsi öyrənilmişdir. Səpin 28 aprel 2016-cı il tarixdə aparılmışdır. Vegetasiya müddətində bir sıra fenoloji müşahidələr aparılmış çıxışın alınmasından yetişməyə qədər olan dövrü qeyd edilmişdir.

Lifinin keyfiyyəti IV və V tiplərə uyğun, toxumu yüksək yağlılığa malik olan, tezyetişən pambıq sortlarının yaradılması Ə.Tağıyev, F.Qəhrəmanov, M.Rzayeva, T.Bürcəliyeva, S.Süleymanova, N.Namazova tərəfindən aparılmışdır.

Seleksiya prosesinin ilk mərhələsi olan bioloji tarlalarda (1-2-3 nəsil hibrid tarlaları) 153 kombinasiyanın nəsli üzrə 307 ailə istiqamətli işlənmiş, müvafiq mərhələlərdə öyrənilmək üçün 821 ədəd fərdi seçmə aparılmış və 3-cü hibrid tarlalarında çox ümidverici və morfoloji eynilik təşkil edən ailələr müşahidə edilmişdir. Seleksiya tarlalarında (4-5-6 nəsil hibrid materialı) 301 kombinasiyanın nəslindən 756 ailə istiqamətli işlənmiş, 1374 fərdi seçmə götürülmüş, biomorfoloji əlamətlərinə görə ailə daxilində eynilik təşkil edən 139 ailə gələcəkdə öyrənilməsi üçün yığılmışdır.

Seleksiya prosesinin son yaradıcı mərhələsində - elit tarlasında 348 yeni sortlar, xəttlər və hibridlərin 516 ailəsi istiqamətli işlənmiş, elit bitkiləri seçilmişdir. Hesabat ilində seleksiya işi üçün başlanğıç material yaratmaq məqsədilə 52, o cümlədən coğrafi uzaq-24, bekross-10, növarası-8 və adi sortarası-10 kombinasiyada hibridləşmə aparılmışdır.

Şəkər çuğunduru bitkisinin seleksiya işinin təşkili N.Əliyeva K.Abbasova tərəfindən yerinə yetirilir.

Şəkər çuğundurunun yeni sortlarının yaradılması üzrə seleksiya üçün yeni başlanğıc materialın hazırlanması istiqamətində ilkin işlər aparılmağa başlanmışdır. Yalnız bir çuğundur sortunun toxumu əldə edilmişdir. Yeni çuğundur, sort və sort nümunələrinin respublikamıza introduksiya olunmasına ehtiyac vardır.

Yeni pambıq sortlarının ilkin sort sınağı M.Rəhimov, D.Əliyeva, H.Yolçuyev tərəfindən aparılmışdır.

İlkin sort sınağında olan 51 pambıq sortundan 22 sort Mərkəzi Təcrübə bazasında, 18 sort Mil TS-da, 11 sort isə Şirvan TS-da sınaqdan keçirilir. Sınaqda olan 51 sortdan 10 sort zərif lifli, qalan 41 sort isə orta lifli pambıq növünə aiddir.

Yeni pambıq sortlarının müsabiqəli sort sınağı Ə.Tağıyev, D.Əliyeva, H.Yolçuyev tərəfindən aparılmışdır.

Hesabat ilində müsabiqəli sort sınağında institutun üç məntəqəsində sort sınağına cəmisi 64 sort daxil edilmişdir. 47 sortdan hər iki G.hirsutum L. və G.barbadense L. növlərinə aid 10 standart, 54 sort o cümlədən, 9-u zərif lifli yeni, qalan sortlar isə müqayisə olunmaq üçün rayonlaşmış yerli və xarici sortlardır.

2016-cı ildə Gəncə-160 pambıq sortu Dövlət reyestrinə daxil edilmişdir. 2017-ci ildən isə bu sortunun toxumçuluq işi Gəncə RAEİMM-in Elit Toxumçuluq təsərrüfatında qurulacaqdır.



Pambığın toxumçuluğu. Pambığın yeni sort və sort nümunələrinin ilkin toxumçuluq işinin qurulması M.Abbasov, P.Əyyubova, M.Kazımov tərəfindən aparılmışdır.

2016-cı hesabat ilində Toxumçuluq şöbəsində 18 perspektivli sortun: Gəncə-180, Gəncə-160, Gəncə-164, Gəncə-132, Gəncə-158, Gəncə-170, Gəncə-181, Gəncə-182, Gəncə-185, Gəncə-195, Gəncə-46, Gəncə-202, Gəncə-200, Gəncə-183, Gəncə-193, Gəncə-201, Gəncə-205, Gəncə-196 toxumçuluğu ilə məşğul olunmuşdur və hal-hazırda davam etdirilir. Səpin 60x30-1 bitki sxemi ilə əllə səpilmişdir. Normal çıxış alındıqdan sonra vegetasiya ərzində bütün aqrotexniki tədbirlər optimal müddətlərdə yerinə yetirilmişdir.

Hesabat ilində perspektiv sortlar üzrə əkin sahəsi yığıma hazır olduqdan sonra hər biri 20 ədəd qozadan ibarət sınaq nümumələri, fərdi secmələr, hesablı ailələr və toxumartırma tarlasından xam pambıq yığılaraq, toxumun keyfiyyət göstəriciləri laboratoriyada təhlil edilmişdir.

Şəkər çuğundurunun sort və sort nümunələrinin toxumçuluq işinin təşkili R.Tağıyev, Ş.Aslanova tərəfindən aparılmışdır. Tədqiqat işinə təzə başlanmışdır.

Pambıq sortlarında biomorfoloji əlamətlərin dəyişkənliyinin öyrənilməsi M.Kazımov, P.Əyyubova tərəfindən aparılmışdır.

Hesabat ilində Gəncə-78, Gəncə-8 və Gəncə-2 pambıq sortları 60x30-1 bitki sxemində, uzunluğu 15 m-lik cərgələrdə əkilmiş, vegetasiyanın sonunda isə hər bir sort üzrə yetişmiş yetkin qozalar və həmçinin həmin sortlardan 20 ədəd fərdi seçmələr də ayrıca yığılmışdır. 2016-cı hesabat ilində yenə də yuxarıda qeyd olunan hər üç sortun bitkiləri üzərində vegetasiya müddətində fenoloji müşahidələr, təhlillər aparılmış və tarla baxışları keçirilməklə, hansı morfoloji əlamətlərin daha çox və kəskin dəyişilməsi öyrənilmişdir.



Becərmə texnologiyası. Gəncə-Qazax bölgəsində şəkər çuğundurunun optimal becərmə aqrotexnologiyasının öyrənilməsi D.Marlamova tərəfindən aparılmışdır.

Tədqiqat 20 mart 2016-cı ildə şəkər çuğundurunun “Kaukas” sortu üzərində 5 variant, 4 təkrarda, 2 gübrə normasında (N90, P120, K90) və (N60, P90, K60) kq olmaqla 2 bitki sıxlığı 60x15-1 bitki və 60x25-1 bitki sxemində və əhatə sahəsi 84 m2 olmaqla aparılmışdır.

Tədqiqat işində şəkər çuğunduru əkinlərində yüksək və keyfiyyətli məhsul yetişdirilməsinə təminat verən kompleks aqrotexnologiya elementlərindən – səpin sxemi, gübrələmə və suvarma rejimləri öyrənilir və tədqiqatın üç illik nəticəsinə əsasən istehsalata tövsiyə hazırlanır. Təcrübə sahəsində tələb olunan aqrotexniki tədbirlər optimal müddətlərdə yerinə yetirilməklə bitkilərin inkişaf və yetişmə müddətinə görə normal hesab edilir.

Gəncə-Qazax və Şirvan bölgəsində günəbaxan bitkisinin optimal becərmə aqrotexnologiyasının öyrənilməsi İ.Nəbiyev, L.Hüseynova (Şirvan TS) İ.Əmiraslanov, A.Hacıyev tərəfindən aparılmışdır.

Tədqiqat işində günəbaxanın “Nika”-8883 sortu üzərində, 3 variantda, 4 təkrardan ibarət təcrübə qoyulmuşdur. İş proqramında nəzərdə tutulan bütün aqrotexniki tədbirlərə əməl edilmiş, fenoloji müşahidələr aparılmış, məhsuldarlıq variantlar üzrə təyin edilmişdir.

Şum aparılmadan pambıq əkinlərinin səmərəliliyinin öyrənilməsi D.Marlamova tərəfindən öyrənilmişdir.

Tədqiqatda 1-ci məhsul yığımı 05 oktyabr 2016-cı il tarixdə aparılmışdır. Şumsuz variantda məhsuldarlıq 31,9 s/ha, ənənəvi variantda isə ondan az fərqli miqdarda yüksək məhsul olmuşdur.

Yeni rayonlaşmış pambıq sortlarının əlverişli aqrotexnologiyalarının öyrənilməsi D.Marlamova tərəfindən aparılmışdır.

Tədqiqatda Gəncə-158 və Gəncə-170 perspektiv sortlar insitutun seleksiya şöbəsi tərəfindən təqdim olunmuşdur. Tədqiqat obyekti kimi yeni rayonlaşmış və yaxud rayonlaşmaq ehtimalı çox olan sortlar biomorfoloji əlamətlərinə, xüsusilə budaqlanma tipinə görə iki münasib səpin sxemində (60x15-1 və 60x20-1) iki gübrələnmə normasında (N90P100 və N120P150) və iki suvarma rejimində (65-70-65 və 70-70-65) öyrənilərək onlar üçün daha uyğun olan variantlar müəyyənləşdirilir.

Gəncə-Qazax bölgəsində soya bitkisinin becərmə aqrotexnologiyasının optimallaşdırılması D.Marlamova, S.Əliyeva tərəfindən aparılmışdır.

Tədqiqat işi 2016-cı ilin aprel ayının 3-cü ongünlüyündə “Umanskaya” – 1 sortu üzərində aparılmışdır.

Yetişmiş məhsul 04 oktyabr 2016-cı il tarxidə yığılmışdır. Faktiki məhsul 180 kq olmuşdur. Variantlar üzrə məhsuldarlıq 18,0-19,3 və 22,7 sentner olmuşdur.

Fasiləsiz pambıq əkinlərində mineral gübrələrin norma və nisbətlərinin torpaq münbitliyinə və pambığın məhsuldarlığına təsiri H.Ə.Aslanovun rəhbərliyi ilə A.İbrahimov, G.Mehdiyeva tərəfindən aparılmışdır.

Fasiləsiz pambıq əkinlərində stabil və yüksək məhsul yetişdirilməsi və torpağın münbitliyinin sabit saxlanması üçün birinci, ikinci və üçüncü illər veriləcək üzvi və mineral gübrələrin optimal normaları və verilmə müddətləri müəyyənləşdirilir. Çoxillik tədqiqat iş proqramı əsasında aparılır, bu növ əkin sistemində yeni təqdim olunmuş azofos gübrəsinin tətbiqi də öyrənilir. Təcrübə sahələrində bitkilərin böyümə və inkişafı nadir fenoloji müşahidələr, müvafiq tarla təhlilləri metodikaya uyğun aparılmışdır.

Fasiləsiz pambıq əkinlərində üzvi və mineral gübrələrin norma və nisbətlərinin torpaq münbitliyinə və pambığın məhsuldarlığına təsiri A.İbrahimov, R.Kərəvəliyev, H.Mustafayeva tərəfindən aparılmışdır.

Respublikamızın müxtəlif torpaq-iqlim şəraitinə malik bölgələrində fasiləsiz pambıq əkinlərində sistematik olaraq mineral və üzvi gübrələrin müxtəlif norma və nisbətlərinin torpağın münbitliyinə və pambığın məhsuldarlığına təsirinin öyrənilməsinə aid aparılan çox illik tədqiqat davam edir.

Tədqiqatın iş proqramına uyğun aparılan təhlil və analizlərin gedişində heç bir çatışmazlığa yol verilməyib, təcrübə sahəsində vegetasiya müddətində bitkilərin inkişaf fazası normal, qənaətbəxş sayılmışdır.

Şirvan bölgəsinin boz-çəmən torpaqlarında pambıq əkinlərində optimal gübrə normalarının müəyyənləşdirilməsi işi Ə.Hüseynov tərəfindən aparılmışdır.

Gəncə-Qazax bölgəsinin boz-qəhvəyi torpaqlarında günəbaxan bitkisi əkinlərində yüksək məhsul yetişdirilməsinə təminat verən fosfor gübrələrinin əlverişli normalarının öyrənilməsi A.İbrahimov, H.Mustafayeva, R.Kərəvəliyev tərəfindən aparılmışdır.

Maqnitləşdirilmiş su ilə pambıq və şəkər çuğunduru toxumlarının isladılaraq əkilməsinin məhsuldarlığa təsiri S.Əliyev, Ə.İmanov, İ.Cəfərova tərəfindən aparılmışdır.

Toxumların isladılması üçün subartezian quyusunun suyunun CO-3 cihazı vasitəsi ilə maqnitləşmiş suyundan istifadə edilmişdir.Tədqiqat işi 4 variantda, 4 təkrarda qoyulmuşdur. Təcrübə sahələrində üç suvarma aparılmışdır. Torpağın su-fiziki xassələri (həcm, kütlə və məsaməlilik) 0-20 sm dərinlikdə hər 0-5 sm torpaq layında təyin edilmişdir.

Pambığın vegetasiya suvarmalarının qlobal istiləşmə şəraitinə uyğunlaşdırılması S.Əliyev, İ.Eyvazova tərəfindən aparılmışdır.

Bütün yer kürəsində olduğu kimi respublikamızda da get-gedə su çatışmamazlığı probleminin mənfi təsirinin azaldılması istiqamətində aparılan bu tədqiqat işi çox aktualdır.

Pambıq bitkisi suya, işiğa, qidaya çox tələbkar olduğuna görə, onun normal böyüməsi, inkişafı və maksimum məhsul toplanması üçün tətbiq edilən tədbirlər kompleksi həyata kecirilmişdir.

Pambıq bitkisinin bar orqanlarının tökülməsinə xarici şərait amillərinin və aqrotexniki becərmə komponentlərinin təsirinin öyrənilməsi M.Vəliyeva tərəfindən aparılmışdır.

Təcrübə sahəsində tələb olunan aqrotexniki tədbirlər optimal müddətlərdə yerinə yetirilməklə bitkilərin böyümə və inkişaf fazaları vegetasiya müddətinə görə normal, qənaətbəxş hesab edilmişdir.

Elmi yeniliklərin, hazırlanmış texnologiyaların və yaradılmış yeni sortların istehsalata tətbiqi və təbliği M.Vəliyeva, K.Qasımova, V.Tağıyev, Ş.Həsənzadə, G.Abbasova, E.Məmmədova tərəfindən aparılmışdır.

KƏND TƏSƏRRÜFАTININ

İQTİSАDİYYАTI
Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutu üzrə 2015-2017-ci illər üçün nəzərdə tutulmuş 1 elmi istiqamət və 1 problem üzrə 4 mövzu altında 7 elmi-tədqiqat işinin icrası davam etdirilmişdir.

2016-cı ilə dair mərhələlər üzrə yerinə yetirilən elmi-tədqiqat işləri ölkəmizdə qeyri-neft sektorunun inkişafı baxımından Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasının, eləcə də aqrar sahənin inkişafı üzrə qəbul edilmiş müvafiq normativ-hüquqi sənədlərin əsas müddəalarını əhatə etməklə bərabər, kənd təsərrüfatı məhsulları istehsalçılarının marketinq problemləri və onların həlli yolları, bir neçə iqtisadi rayon üzrə aqrar sahədə kooperasiya münasibətlərinin inkişafının regional xüsusiyyətləri, etibarlı ərzaq təminatında elmi-texniki inkişafın rolu, Aran iqtisadi rayonu timsalında kənd təsərrüfatında torpaqlardan səmərəli istifadənin təkmilləşdirilməsi məsələlərinə həsr olunmuşdur.

Bunlarla yanaşı ötən dövr ərzində kənd əhalisinin məşğulluq və gəlirlik səviyyəsinin yüksəldilməsi, kənd təsərrüfatı istehsalının iqtisadi mexanizminin təkmilləşdirilməsi və regionlarda monitorinq sisteminə cəlb edilmiş təsərrüfatların fəaliyyətinin iqtisadi qiymətləndirilməsi kimi vacib məsələlər də elmi-tədqiqat işinin əsasını təşkil edir.

2016-cı ildə yerinə yetirilən “Kənd təsərrüfatı məhsulları istehsalçılarının marketinq problemləri və onların həlli yolları” adlı mərhələyə dair tədqiqat M.Məmmədova, İ.Xeyirxəbərov, M.Kazımov, G.Cəfərova və F.Şamilov tərəfindən aparılmışdır.



Tədqiqatın əsas məqsədi müasir şəraitdə milli iqtisadiyyatın inkişaf xüsusiyyətlərini nəzərə alaraq aqrar sahədə marketinqin səmərəli təşkili yollarına dair təkliflər hazırlamaqdan ibarətdir.

Tədqiqatın obyekti aqrar sahədə fəaliyyət göstərən müxtəlif mülkiyyətli təsərrüfat formaları və onların iqtisadi münasibətlərinin formalaşdığı sahələrdir.

Hazırda kənd təsərrüfatında yüksək məhsuldarlığın təmin edilməsi, yerli məhsulların rəqabət qabiliyyətinin artırılması, gəlirli sahələrin inkişaf etdirilməsi, sahibkarlara dövlət dəstəyinin daha səmərəli təşkili və ərzaq təhlükəsizliyinə nail olunması dövlətin aqrar siyasətinin mühüm istiqamətləridir.

Kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı ilə məşğul olan müəssisə və təsərrüfatlarda istehlakçılar üçün dəyərin yaradılması prosesi həmin müəssisə və təsərrüfatlarda marketinq fəaliyyətinin təhlilindən çox asılıdır. Müəssisə və təsərrüfatlarda marketinq fəaliyyətinin təhlilində və təkmilləşdirilməsində aşağıdakı üç yanaşmanı fərqləndirmək olar: marketinq fəaliyyətinin funksional təhlili; marketinq fəaliyyətinin instituisional təhlili; marketinq fəaliyyətinin alıcıların və istehlakçıların davranışı əsasında təhlili. Bu yanaşma əsasında marketinq fəaliyyəti ayrı-ayrı funksiyaların icrası kimi nəzərdən keçirilir və məhsul istehsalçılarının bu və ya digər fəliyyətlərinin icrası proseslərində qarşılaşdıqları çətinlikləri aşkara çıxarır.

Tədqiqat əsasında problemə dair müvafiq tövsiyə və təkliflər hazırlanır.

“İqtisadi rayonlar üzrə kənd təsərrüfatı kooperativlərinin formalaşdırılmasının iqtisadi mexanizminin təkmilləşdirilməsi istiqamətləri” adlı işin 2016-cı ilə dair “Aqrar sahədə kooperasiya münasibətlərinin inkişafının regional xüsusiyyətləri (Aran, Quba-Xaçmaz və Yuxarı Qarabağ iqtisadi rayonları timsalında)” adlı mərhələsi Ə.Zeynallı, T.Qorçiyeva, S.Məmmədova, S.Kərimli və L.Qəribova tərəfindən işlənmişdir.

Tədqiqat işinin məqsədi respublikada kənd təsərrüfatı istehsalı kooperativlərinin formalaşmasının iqtisadi müxanizminin regional xüsusiyyətlərini müəyyən etməkdən ibarətdir.

Hesabat dövründə zəruri statistik məlumatlar toplanmış, sistemləşdirmə və ümumiləşdirmələr aparılmış, iqtisadi-statistik hesablamalar və təhlil işləri yerinə yetirilmişdir. Problemə dair iqtisadçı alimlərin yanaşmaları təhlil edilmiş və hər birinə münasibət bildirilmişdir. Təsərrüfat subyektlərinin tipoloji qruplaşdırılması aparılmış, kənd təsərrüfatının sahəvi iqtisadi mexanizminin tam təsvirini özündə əks etdirən sxem hazırlanmışdır.

Tədqiqat obyekti olan regionların sosial-iqtisadi xarakteristikası verilmiş, təsərrüfatçılıq formalarının mövcud iqtisadi durumu (sahəvi strukturu və ixtisaslaşdırma səviyyəsi) qiymətləndirilmişdir. İstehsal qurumları arasında kooperasiya əlaqələrinin gücləndirilməsi istiqamətləri, eləcə də təsərrüfat strukturlarının iqtisadi səmərəliliyinin artırılmasına təsir edən amillər müəyyən edilmişdir.

Etibarlı ərzaq təminatı baxımından regionların istehsal potensialının optimallaşdırılması” işi üzrə “Etibarlı ərzaq təminatında elmi-texniki inkişafın rolu” adlı mərhələ S.Əliyev, F.Əhmədov, V.Əliyev, A.Allahyarova, V.İsgəndərova və G.Namazəliyeva tərəfindən tədqiq edilmişdir.



Tədqiqatın məqsədi aqrar sahədə ərzaq təminatının əsasən yerli istehsal hesabına formalaşdırılması problemlərinin öyrənilməsi istiqamətində tədqiqat aparmaq üçün respublikada istehsala müasir texnologiyaların tətbiqi vəziyyətinin mövcud durumunu və perspektiv inkişaf istiqamətlərini müəyyən etməkdən ibarətdir.

2016-cı ilin tematik planına uyğun olaraq mövzu üzrə elmi ədəbiyyatlar və internet materialları toplanılmış və şöbə əməkdaşları tərəfindən sistemləşdirilərək öyrənilmişdir. Ölkənin əsas ərzaq məhsulları ilə təmin olunma səviyyəsi araşdırılmışdır. Tematika üzrə statistik məlumatlar əldə edilmiş və iqtisadi rayonlar üzrə qruplaşdırılmışdır. Hər bir inzibati rayon üzrə aqrar sahədə istifadə olunan texnikaların mövcud vəziyyətini əks etdirən cədvəllər tərtib edilmişdir.

Müəyyən edilmişdir ki, elmi-texniki tərəqqi istehsalın bütün ünsürlərinə: əmək vasitələrinə, əmək cisminə (məhsuldar qüvvələrin tərkibi) və əməyin özünə müsbət təsir göstərir, onların təkmilləşdirilməsinə, tam və səmərəli istifadə olunmalarına şərait yaradır. Elmi-texniki tərəqqinin sürətləndirilməsi nəticəsində istehsal edilən məhsul vahidinin əmək, fond və material tutumu aşağı düşür, elmi tutumu isə artır. Bu da istehsalın səmərəliliyinin yüksəldilməsi ilə nəticələnir.

Son illər mövcud texnikanın sayının kəskin azalması faktına rast gəlinir. Aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, bunun əsas səbəbi texnikanın yenidən uçotunun aparılması, nasaz vəziyyətdə və amortizasiya müddəti başa çatmış texnikaların çıxdaş edilməsi ilə bağlıdır. “Aqrolizinq” ASC –nin məlumatlarının təhlili nəticəsində məlum olmuşdur ki, bəzən az tələb olunduğu halda bəzi texnikalar artıq gətirilmiş, istifadə olunmadan mənəvi köhnəlməyə məruz qalmışdır.

Qeyd edilənlərlə yanaşı ölkədə mineral gübrələrə olan tələbat və onun ödənilmə səviyyəsi, bu sahədə olan problemlər öyrənilmiş və onların həlli yolları göstərilmişdir. Həmçinin toxumla təminatın mövcud vəziyyəti və problemlər də tədqiq olunmuşdur.

Kənd təsərrüfatında istehsal potensialından istifadənin yaxşılaşdırılması istiqamətləri” adlı işin 2016-cı ilə dair “Kənd təsərrüfatında torpaqlardan səmərəli istifadənin təkmilləşdirilməsi istiqamətləri (Aran iqtisadi rayonu timsalında)” Ə.Rəhmani, N.Əlibəyov, S.Quliyev, K.İmkani, G.Əhmədova və İ.Kazımzadə tərəfindən aparılmışdır.



Tədqiqatın məqsədi kənd təsərrüfatında torpaqlardan səmərəli istifadənin təkmilləşdirilməsi istiqamətlərini müəyyənləşdirməkdən ibarətdir.

Hesabat ilində şöbənin yerinə yetirdiyi elmi-tədqiqat işi üzrə zəruri ədəbiyyat və hesabat materialları, habelə statistik göstəricilər toplanılaraq əməkdaşlar tərəfindən öyrənilmiş və təhlil edilmişdir.

Müəyyən edilmişdir ki, kənd təsərrüfatına yararlı torpaqların 3,2 milyon hektarı suvarma tələb edir, hazırda bu torpaqların 1,4 milyon hektarı suvarılır. Suvarılan torpaqların 641,3 min hektarı müxtəlif dərəcədə şorlaşmaya məruz qalmışdır. Onun 58,4%-i zəif, 25,8%-i orta, 15,8%-i isə şiddətli şorlaşmış torpaqlardır.

Hesabat dövründə bunlarla bərabər şorlaşmış və eroziyaya uğramış torpaqların məhsuldarlığa təsiri qiymətləndirilmişdir. Həmçinin torpaqların bonitet (keyfiyyət) balları əsasında ayrı-ayrı bitkilər üzrə potensial məhsuldarlıq hesablanmış, məhsul itkisinin natura və dəyər ifadəsində müəyyən edilməsi istiqamətində tədqiqat işləri davam etdirilmişdir.

Tədqiqatın nəticəsi əsasında müvafiq tövsiyə və təkliflər hazırlanmışdır.

“Aqrar sahəyə mütərəqqi iqtisadi mexanizmlərin tətbiqi istiqamətləri” adlı işin 2016-cı ilə aid “Kənd təsərrüfatı istehsalının iqtisadi mexanizminin təkmilləşdirilməsi” mərhələsi E.Quliyev, H.Xəlilov, T.Tağıyev və S.Ağayeva tərəfindən tədqiq edilmişdir.



Tədqiqatın əsas məqsədi kənd təsərrüfatında istehsalçıların, o cümlədən sahibkarların gəlirlərinin artırılması üçün təsərrüfat fəaliyyətinin inkişafında mühüm rol oynayan iqtisadi mexanizmilərin tətbiqinin təkmilləşdirilməsi əsasında məhsul istehsalının, xüsusilə ixrac yönümlü məhsulların istehsalını artırmaqdan və bu sahədə çalışan işçilərin gəlirlərinin artırılması istiqamətlərini müəyyən etməkdən, mövcud problemlərin həllinə dair tövsiyə və təkliflər hazırlamaqdan ibarətdir.

Materialların təhlili əsasında müəyyən edilmişdir ki, ölkədə subsidiya alan bitkiçilik təsərrüfatları ümumi təsərrüfatların 44 %-ni təşkil edir.

Hesablamalar nəticəsində müəyyən edilmişdir ki, ümumilikdə subsidiya alan təsərrüfatların istifadəsində olan cəmi əkin sahəsi ümumi əkin sahəsinin 69,8%-ni təşkil edir. Bununla yanaşı təsərrüfatların 56 %-i subsidiya almayan təsərrüfatlardır və onların mülkiyyətində olan əkin sahəsi 560,3 min hektara bərabərdir. Bu hesabla hər təsərrüfata orta hesabla 1,2 hektar torpaq sahəsi düşür.

Aqrar sahənin inkişafına iqtisadi mexanizmin tətbiqinin mövcud vəziyyətini qiymətləndirmək üçün ilk növbədə məhsul istehsalçıları və xidmət sahələri arasında qarşılıqlı iqtisadi münasibətlər, daxili bazarın və yerli istehsalçıların mənafelərinin qorunması üçün idxal olunan kənd təsərrüfatı məhsullarına gömrük rüsumlarının tətbiqi məsələləri ətraflı öyrənilmişdir.

Kənd yerlərində davamlı inkişaf və həyat səviyyəsinin yüksəldilməsi məsələləri” işinin 2016-cı ilə dair “Kənd əhalisinin məşğulluq və gəlirlik səviyyəsinin yüksəldilməsi” adlı mərhələsi E.Qasımova, Ş.Bayramova, E.Kərimova və S.Cahangirova tərəfindən yerinə yetirilmişdir.

Tədqiqatın məqsədi kənd yerlərində əhalinin həyat səviyyəsinin mövcud vəziyyətini araşdırmaqdan, onlara təsir edən amillərin inkişaf istiqamətlərini müəyyən edib əhalinin məşğulluq və gəlirlik səviyyəsinin yüksəldilməsinə dair əsaslandırılmış tövsiyə və təkliflər hazırlamaqdan ibarətdir.

Aparılan tədqiqat göstərir ki, müasir şəraitdə aqrar islahatların dərinləşdirilməsi, neft gəlirlərindən asılılığın azaldılması, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi kimi məsələlər üzrə həyata keçirilən tədbirlər əhalinin məşğulluğunun artırılmasına geniş imkanlar yaradır. Tədqiqat əsasında kənddə əmək ehtiyatlarından istifadənin mövcud vəziyyəti təhlil edilmiş, ona təsir edən amillər müəyyənləşdirilmişdir. Aqrar əmək bazarının məşğulluq sferasının formalaşdırılmasında rolu, əmək qabiliyyətli əhalinin sahələr arasında bölgüsü və yenidən bölgüsünün mövcud vəziyyəti araşdırılmışdır.

Qeyd edilənlərlə yanaşı kənd əhalisinin gəlirlərinin formalaşması şəraiti və strukturu araşdırılmış, əhali gəlirlərinin şəhər-kənd miqyasında müqayisəli təhlili verilmişdir. Kənd təsərrüfatı müəssisələri və fərdi sahibkarlıq təsərrüfatlarında gəlirlilik səviyyəsi və məhsul satışından gəlirlərin artırılması, eyni zamanda ümumilikdə gəlirlərin yüksəldilməsi istiqamətləri müəyyənləşdirilmişdir.

Araşdırmaılara əsasən problem üzrə aşağıdakı tədbirlərin həyata keçirilməsi vacib hesab edilir:



  • Kənd yerlərində əhalinin məşğulluğunun və gəlirlərinin tənzimlənməsində dövlətin rolunun yüksəldilməsi, bu məqsədlə kənd təsərrüfatı istehsalçılarının məhsullarının satış qiymətlərinin iqtisadi mexanizmlərin tətbiqi yolu ilə tənzimlənməsi;

  • Regional sosial inkişaf fondunun yaradılması;

  • Yeni iş yerlərinin yaradılması məqsədilə kənd təsərrüfatı istehsalçılarına güzəştli kreditlərin verilməsinin davam etdirilməsi;

  • Kənd təsərrüfatında istehsal sahələrinin strukturunun təkmilləşdirilməsi və əmək tutumlu sahələrin inkişaf etdirilməsi;

  • İşçi qüvvəsinin peşə hazırlığının aqrar əmək bazarının mövcud vəziyyətinə uyğun təşkili və infrastrukturun təmin edilməsi;

  • Məşğulluğun artırılması məqsədilə kənd təsərrüfatı istehsalının təşkilinə xarici investorların cəlb olunması;

  • İqtisadi rayonlar üzrə sənaye və kənd təsərrüfatı sahələri arasında qeyri bərabər inkişafın tənzimlənməsi.

“Kənd təsərrüfatında informasiya-monitorinq sisteminin formalaşdırılması mexanizminin təkmilləşdirilməsi yolları” işi üzrə 2016-cı ilin “Regionlarda monitorinq sisteminə cəlb edilmiş təsərrüfatların fəaliyyətinin iqtisadi qiymətləndirilməsi” adlı mərhələsi V.Babayeva, M.Mehdiyev, A.Sadıqov, S.Əliyeva, H.Əhmədzadə, L.Cabbarlı, E.Zeynalov, N.Vəlizadə və G.Mahmudova tərəfindən yerinə yetirilmişdir.

Tədqiqatın başlıca (uzunmüddətli) məqsədi kənd təsərrüfatı və ərzaq məhsulları sahəsində informasiya təminatı sisteminin təkmilləşdirilməsinə nail olmaqdan ibarətdir.

Hesabat ilinin ilk yarısında Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilən Fermer təsərrüfatlarının monitorinqi və ixtisaslaşma üzrə tədqiqat sorğusunun məlumatlarından istifadəı etmək üçün toplanmış məlumatlar yoxlanmış, korrektə edilmiş və əsas bazaya yüklənmişdir.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 iyun 2016-cı il tarixli 215 saylı qərarı ilə təsdiq edilmiş “İri, orta və kiçik sahibkar meyarları” na uyğun olaraq işçilərinin orta sayı 25 nəfərədək və illik gəliri 200 min manatadək olan sahibkarlar kiçik sahibkarlar hesab olunur. İşçilərinin orta sayı 25 nəfərdən 125 nəfərədək və illik gəliri 200 min manatdan 1250 min manadək olan sahibkarlar orta sahibkar, işçilərinin sayı 125 nəfərdən yuxarı, illik gəlirləri isə 1250 min manatdan artıq olan sahibkarlar iri sahibkar hesab olunur. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, sorğuya cəlb edilən bitkiçilik təsərrüfatlarının 97%-nin torpaq sahəsi 10 hektardan azdır və onların 90%-nin illik gəliri 200 min manatdan aşağıdır. Bu da onu göstərir ki, hələ də kənd təsərrüfatında kiçik təsərrüfatların sayı daha çoxdur.

Bunlarla yanaşı toplanmış məlumatların emalı, təhlil edilməsi və təsərrüfatların fəaliyyətinin iqtisadi qiymətləndirilməsi ilə bağlı işlər plan üzrə davam etdirilir və illik hesabatın hazırlanması işləri yerinə yetirilir.




Kataloq: uploads
uploads -> Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti adau-nun 80 illik yubileyinə həsr edilir adau-nun elmi ƏSƏRLƏRİ g əNCƏ 2009, №3
uploads -> Mühaziry riyazi mYntiqin elementlYri
uploads -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ
uploads -> AZƏrbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU
uploads -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
uploads -> Mövzu Fənnin məqsədi və vəzifələri
uploads -> Marketinq fənni üzrə İŞÇİ TƏDRİs proqrami
uploads -> Asm-nin iqtisadiyyatı və idarə edilməsi
uploads -> Təqdimatların hazırlanması (Powerpoint, Word, Excel)

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə