Ministry of agriculture of azerbaijan republic


BAYTARLIQ ELMİ-TƏDQİQAT İNSTİTUTU



Yüklə 1,09 Mb.
səhifə7/13
tarix07.07.2018
ölçüsü1,09 Mb.
#55924
1   2   3   4   5   6   7   8   9   10   ...   13

BAYTARLIQ ELMİ-TƏDQİQAT İNSTİTUTU
BETİ-nin əsas məqsədi baytarlıq sahəsində fundamental və innovasiya xarakterli elmi-tədqiqat işlərinin, həmçinin respublikaya idxal edilən və ölkədə olan heyvan xəstəliklərinə qarşı dərman müalicəsi, profilaktikası, diaqnostikası, heyvanların süni mayalanması üçün istifadə olunan bütün baytarlıq preparatlar, maddələr, materiallar, vitaminlər, premikslər, yemlər, yem əlavələri, heyvan orqanizminə təsir edə bilən hər cür maddə, əşya və s. materialların keyfiyyətinə nəzarət, ekspertiza və sınaqlarının həyata keçirilməsindən ibarətdir.

İnstitut baytarlıq bioloji preparatlarının hazırlanması və onların keyfiyyətinə nəzarət işində istifadə olunan mikroorqanizm ştammlarının depolaşdırılması üzrə Azərbaycan Respublikasının baza müəssisəsidir. İnstitut fermerlərə, sahibkarlara, xüsusilə də baytarlıq preparatlarını istehsal və idxal edən, onların alqı-satqısı ilə məşğul olan iş adamlarına faydalı təklif və məsləhət verməklə hər cür köməklik göstərir.

Hеsаbаt dövründə institutun mövzulаr plаnınа uyğun оlаrаq «Hеyvаnlаrın, ev quşlаrının, аrı, bаlıqlаrın infеksiоn, invаziоn, yоluхmаyаn хəstəliklərinin öyrənilməsi, yеni müаlicə-prоfilаktikа vаsitələrinin axtarılmаsı, bаytаrlıq sаnitаriyа tədbirləri sisteminin işlənib hazırlanmаsı» istiqаmətilə 3 prоblеmi əhаtə еdən 4 mövzuya dair 16 еlmi tədqiqаt işi аpаrılmışdır.

Müasir quşçuluq təsərrüfatlarında quşların kolibakteriozunun və salmonelyozunun epizootik vəziyyətinin öyrənməsi və yeni profilaktika tədbirlərinin işlənib hazırlanması M.Mikayılov, S.Abbasov, A.Əsgərov, M.Həsənova, E.Axundov, C.Dibirova tərəfindən aparılmışdır.

Tədqiqat işləri 2016-cı ildə Abşeron, Xaçmaz, Quba, Gəncə və Göygöl rayonlarının fermer quşçuluq təsərrüfatlarında, bakterioloji müayinələr isə Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutunun Quş xəstəlikləri şöbəsində aparılmışdır.

- Abşeron rayonu Biləcəri qəsəbəsində yerləşən quşçuluq təsərrüfatında müayinə aparılarkən bu və digər yoluxucu xəstəlik törədiciləri aşkar edilmişdir.

- 30 damazlıq yumurtanın 4 (13,4 %)-də xəstəlik törədicisi aşkar edilməmişdir, 9 (30,0 %)-də E.coli; 15 (50,0 %)-də S.enteritidis; 1(3,3 %)-də Staf pyogenes aerus; 1(3,3 %)-dan Strep. fekalus törədicisi aşkar edilmişdir.

- 30 ölü embrionların 12(40,0 %) –də E.coli; 18(60,0 %)-də S.enteriditis törədicisi aşkar edilmişdir.

Abşeron rayonu Məhəmmədli qəsəbəsində yerləşən quşçuluq təsərrüfatında müayinə aparılarkən 30 damazlıq yumurtanın 3 (10 %)-dan xəstəlik törədiciləri aşkar edilməmişdir. 10(33,4%)-də E.coli; 14 (46,6%)-də S.enteriditis, 1 (3,3%)-də Staf pyogenes aerus; 2 (6,6%)-də Strep fekalus törədicisi aşkar edilmişdir.

Damazlıq yumurtaların bakterioloji müayinəsi zamanı 2016-cı ildə quşçuluq təsərrüfatlarından gətirilmiş 90 damazlıq yumurta nümunələrinin bakterioloji müayinəsi zamanı xəstəliyə yoluxmayan yumurta 32, (35,5%), E.coli, 23 (25,5%), S.enteritidis 31 (34.6%), Staf. pyogenes.aereus 2 (2,2%), Strep fekalus 2 (2,2%) olmuşdur.

Ölü embrionların bakterioloji müayinəsi zamanı 2016-cı ildə quşçuluq təsərrüfatlarından götürülmüş 90 ölü rüşeym nümunəsinin bakterioloji müayinə zamanı xəstəliyə yoluxmayan yumurta 15 (16,6%), E.coli, 34 (37,7%), S.enteritidis 39 (43,5%) , Streptokok fekalus 2(2,2%) olmuşdur.

Kolibakterioz və solmanelyoz mikrobların törətdikləri xəstəliklərin və tələfatın səbəblərini aşkar etmək üçün quşçuluq təsərrüfatlarında 500-dən çox quş cəsədi patoloji anatomik yarmadan keçirilmişdir. Nəticədə əsasən kolibakterioz və salmonelyoza xas olan dəyişiklər aşkar edilmişdir.

Beləliklə, 2016-cı ildə quşçuluq təsərrüfatlarından götürülmüş 150 lülə sümük iliklərində yoluxmayan 16 (16,6%) E.coli 51 (34,0%) və S.enteritidis 61 (40,8%) , Straf.pyogenes aereus 8 (5,3%), Strep.fekalus 14 (9,3%) olmuşdur.

Ayrı-ayrı quşçuluq təsərrüfatlarından ayrılmış mikroblar, hətta bir təsərrüfatdan eyni binadan, eyni vaxtda ayrılan törədici kulturalarının antibiotiklərə həssaslıq dərəcəsində fərq aşkar edilmişdir.

Kənd təsərrüfatı heyvanlarının pasterelyozunun epizootiki vəziyyətinin öyrənilməsi, müalicə profilaktika tədbirlərinin təkmilləşdirilməsi M.Bağırova, R.Muradov, A.Səfərova, A.Həsənov, M.Məmmədova, M.Qarayeva tərəfindən həyata keçirilmişdir.

Təcrübələr əsasında müəyyən edilmişdir ki, qaramal və camışların pasterelyozuna qarşı yarımmaye formol vaksinin hazırlanma texnologiyasında istehsalat ştamlarının ənənəvi ət – peptonlu bulyon əsasında hazırlanmış yarımmaye aqar qida mühitində 168 saat inkubasiya zamanı kulturalar zəif boy verir, bakterial kütlədə R – formalı populyasiyalar çoxalır və bu kulturadan hazırlanmış vaksinlər zəif immunogenlik xüsusiyyətinə malikdir.

Epizootoloji müayinələrlə müəyyən olunmuşdur ki, iri və xırda buynuzlu heyvanlar arasında pasterelyoz xəstəliyi respublikanın dağlıq, dağ-ətəyi və aran zonalarında kifayət qədər yayılmışdır.

Müasir fermer heyvandarlıq təsərrüfatlarında xlamidioz xəstəliyinin epizootiki vəziyyətinin öyrənilməsi, yeni mübarizə tədbirlərinin işlənib hazırlanması M.Bağırova, A.Səfərova, N.Mustafayeva, A.Səfərova, A.Həsənov, M.Cəmilzadə və M.Qarayeva tərəfindən aparılmışdır.

Hesabat ilində icraçılar respublikamızın bir sıra rayonlarında (Qax, Siyəzən, Şabran, Cəbrayıl, Qazax, Ağstafa, Xızı və Xaçmaz) ezamiyyətdə olaraq fermer təsərrüfatlarına gətirilmiş cins mal-qara arasında xlamidiozun olmasını müəyyən etmişlər. Həmin təsərrüfatlardan gətirilmiş patoloji materiallar müayinə edilərkən heyvanlarda xlamidiozun olması təsdiq olunmuşdur.

Beləliklə, müəyyən olunmuşdur ki, respublikaya yeni gətirilmiş cins iri buynuzlu heyvanlar arasında xlamidioz infeksiyası yayılmaqdadır.

Bal arılarının paratif xəstəliyinin öyrənilməsi və ona qarşı mübarizə tədbirlərinin hazırlanması Q.Sultanlı, F.Gülalıyeva tərəfindən aparılmışdır.

Təqvim planına uyğun olaraq Masallı rayonunun Yuxarı Şıxlar və Şərəfə kəndi, Biləsuvar, Lənkəran, Şəki, Zaqatala rayonlarının şəxsi arıçılıq fermer təsərrüfatlarında mövcud epizootoloji durum müəyyənləşdirilmişdir.

Arıçılıq təsərrrüfatlarında mövsümi dinamika üzrə yaz-yay aylarında xəstəliklərin yayılma vəziyyəti müəyyənləşdirilmişdir.

Yaz fəslində arıların paratif xəstəliyini müəyyənləşdirmək üçün 50 arı ailəsindən patoloji materiallar üzərində yerindəcə tədqiqat işləri aparılmışdır.

Müşahidələrə əsasən müəyyən olunmuşdur ki, arılar arasında baş vermiş paratif xəstəliyinin inkişafına səbəb qış yeminin keyfiyyətsizliyi, pətəyin nəm olması, çirklənmiş su mənbələrindən istifadə edilməsi, saxlanma şəraitinin pozulması və digər amillər olmuşdur.

Aparılan müalicə və profilaktika tədbirlərinin nəticələri olaraq istifadə olunmuş antibiotik preparatlardan Kolistin, Gentamisin, Neomisin yüksək səmərəliliyi ilə fərqlənmişlər. Həmin preparatlar təsərrüfat şəraitində elmi istehsalat sınaqdan keçmiş və tətbiq olunmuşdur.

Xəstəliyin gedişatından asılı olaraq ona uyğun effektli müalicə və profilaktika tədbirlərinin arıxanaların yerləşdiyi ərazinin təbii-iqlim və coğrafi şəraiti nəzərə alınmaqla həyata keçrilməsi məqsədəuyğun sayılmışdır.

Müşahidələrə əsasən paratiflə yanaşı təsərrüfatlarda invazion xəstəliklərdən nozematoz və varroatoz xəstəlikləri də qeydə alınmışdır.

Ümumiyyətlə, tərəfimizdən təsərrüfatlarda baytar-sanitariya vəziyyəti yoxlanaraq lazımi məsləhətlər verilmişdir.

Azərbaycanın müxtəlif bölgələrində iri və xırda buynuzlu heyvanların, eləcə də quşların əsas helmint xəstəlikləri, törədicilərin növ tərkibinin öyrənilməsi, onlara qarşı mübarizə tədbirlərinin hazırlanması və tətbiqi işi Y.Seyidov, S.Bayramov, S.Məmmədova, A.Əzizova, M.Məmmədova, R.Əkbərova tərəfindən aparılmışdır.

Aran bölgəsində quşlar arasında invazion xəstəliklərin yayılmasının müasir epizootik situasiyasının öyrənilməsi S.Bayramov, S.Məmmədova tərəfindən yerinə yetirilmişdir.

Hesabat dövründə mövzu planına uyğun olaraq fəsillər üzrə invazion xəstəliklərin epizootik situasiyasını müəyyənləşdirmək qarşıya məqsəd qoyulmuşdur.

Müxtəlif rayonlarda (Zərdab, Hacıqabul, Ağdaş, Tovuz) askaridioz, kapillyarioz, heterakidoz, sinqamoz, rayetinoz xəstəlikləri aşkar edilmişdir.

Koproloji müayinə ilə yanaşı kəsim zamanı helmintoloji yarma müayinəsi də aparılmışdır.

Yarma müayinəsi zamanı nematodlardan askaridi, heterakis aşkar olunmuşdur.

Quba-Xaçmaz bölgəsində qoyunların helmint xəstəliklərinin epizootik situasiyasının öyrənilməsi (törədicilərin növ tərkibi, epizootologiyası, bioekoloji xüsusiyyətləri), onlara qarşı mübarizə tədbirlərinin hazırlanması A.Əzizova tərəfindən aparılmışdır.

Aparılmış tədqiqat işlərinin nəticələrinə əsasən məlum olmuşdur ki, Quba-Xaçmaz bölgəsində dağlıq və dağətəyi ərazilərdə saxlanılan (Qusar, Quba) heyvandarlıq təsərrüfatlarında - qoyunlarda yaz, yay fəsillərində helmintozlarla yoluxmanın ekstensivliyi daha yüksək olmuş, monezioz və fassiolyozla yoluxma intensiv müşahidə edilmişdir.

Hesabat müddətində Quba, Qusar, Xaçmaz rayonlarında əsasən yay fəslində heyvandarlıq təsərrüfatlarında saxlanılan qoyunlar arasında qan-parazitar xəstəlikləri qeyd olunmuşdur. Belə ki, yay fəslində bölgənin əlverişli iqlim şəraiti gənələrin aktiv həyat fəaliyyətinə keçməsinə səbəb olmuş, heyvanlar arasında xəstəliyin əlamətləri qeyd olunmağa başlamışdır. Xəstə və xəstəliyə şübhəli heyvanlardan toplanmış 63 fərd gənələr laboratoriyaya gətirilmiş, gənələrin cins və növ tərkibləri təyin olunmuşdur (Rh.bursa). Xəstə qoynlardan götürülmüş qan yaxmalarının mikroskopiyası zamanı Babesia ovis, Piroplasma ovis aşkar edilmişdir.

Azərbaycanın qərb bölgəsində qoyunlar arasında helmintozların yayılması, helmintlərin növ tərkibinin təyin edilməsi və onlara qarşı mübarizə tədbirlərinin təkmilləşdirilməsi M.Məmmədova tərəfindən aparılmışdır.

Hesabat dövründə qoyunların helmintozlarının epizootik durumunu aydınlaşdırmaq məqsədilə respublikanın qərb bölgəsinin düzənlik və dağətəyi zonalarında yerləşən özəl qoyunçuluq təsərrrüfatlarında elmi tədqiqat işləri aparılmışdır. Helmintozların yayılması, yoluxmanın intensivliyi və ekstensivliyi Tovuz rayonunda yerləşən fərdi qoyunçuluq təsərrrüfatlarında öyrənilmişdir.

Helmintlərin törədicilərinin növ tərkibi təyin edilmişdir. Fasciola hepatika,s Moniezia expansa, Moniezia benedeni, Trichocephalus ovis, Trichocephalus skrjabini növləri müəyyən edilmişdir. Koproloji müayinə nəticəsində qoyunlarda oezofaqostom, nematodirus yumurtaları aşkar edilmişdir. Qoyunlar arasında ən çox sestodların və trematodların yayılması üstünlük təşkil etmişdir. Sestodlardan- moniezioz, avitellinoz və trematodlardan isə dikroseliozun təsərrüfatlarda geniş yayıldıgı aşkar edilmişdir. Qoyunçuluq təsərrüfatlarında moniezioz, dikroseliyoz, nematodiroz, ezofaqostomoz, bunostomoz, xabertioz, hemonxoz, trixosefalyoz yayılmışdır.

Azərbaycanın cənub zonasında kənd təsərrüfatı heyvanlarının və ev quşlarının helmintozlarının törədicilərinin növ tərkibinin müəyyənləşdirilməsi və onların kolleksiyaya daxil edilməsi Y.Seyidov, R.Əkbərova tərəfindən aparılmışdır.

Koproloji müayinələrin nəticəsinə əsasən 60 baş xbh-nın 27-də fassiolyozla yoluxmanın ekstensivliyi (İ.E.) 40,2 %, 37-də diktiokaulyozla 61,6 %, 49-də nematodirozla 81,6 %, 30-də trixosefalyozla 50 %; 50 baş ibh-ın 20-də fasiolyozla İ.E. 40 %, 33-də nematodirozla 66 %, 45-də trixosefalyozla 94 % olmuşdur.

Yarma müayinələri zamanı qoyunların nazik bağırsaqlarında parazitlik edən hemonxusla yoluxmanın intensivliyi(İ.İ) 10-60 ədəd, bunostomumla 20-78 ədəd, ezofaqostomumla 30-85 ədəd, trixosefallarla 10-30ədəd, şirdanda ostertagiya ilə 20-200 ədəd təşkil etmişdir.

Respublikanın bölgələrində kənd təsərrüfatı heyvanlarının qan-parazitar xəstəliklərinin epizootologiyasının öyrənilməsi, piroplazmidozların (piroplazmoz, fransaielloz) müalicə-profilaktika tədbirlərinin hazırlanması və tətbiqi K.Mirzəbəyov, A.Əzizova, Ə.Şahmarov, R.Məmmədova, Ü.Mehralıyeva tərəfindən aparılmışdır.

Hesabat dövründə mövzu üzrə Astara, Lənkəran, Cəbrayıl, Quba, Qusar, Xaçmaz rayonlarında 38 fermer və fərdi təsərrüfatlarda 337 baş iri və 27 baş xırda buynuzlu heyvanda qan-parazitar xəstəliklərinə görə kliniki müşahidələr aparılmış və iribuynuzlu heyvanlardan 757 fərd, x.b.h.-dan 63 fərd iksodide gənəsi toplanmışdır.

Beləliklə, Astara, Lənkəran, Cəbrayıl rayonlarında aparılan tədqiqatlar nəticəsində aydın olmuşdur ki, yaz, yay və payız mövsümlərində bu rayonlar iri buynuzlu heyvanların qan-parazitar xəstəliklərinə görə (teylerioz, piroplazmoz, fransaielloz) qeyri-sağlamdırlar.

Xəstə və xəstəliyə şübhəli heyvanlardan toplanmış 63 fərd gənələr laboratoriyaya gətirilmiş, gənələrin cins və növ tərkibləri təyin olunmuşdur (Rh.bursa). Xəstə qoynlardan götürülmüş qan yaxmalarının mikroskopiyası zamanı Babesia ovis, Piroplasma ovis aşkar edilmişdir.

Fransaiellozun törədicisi - Fr.colchica-nın heyvan və gənə orqanizmində biologiyasının öyrənilməsi, piroplazmoz və fransaiellozun müalicəsinin təkmilləşdirilməsi işi Ü.Mehralıyeva tərəfindən aparılmışdır.

Hesabat dövründə Astara və Biləsuvar ərazisində yerləşən Cəbrayıl rayonunun heyvandarlıq təsərrüfatlarında 40 baş xəstə iribuynuzlu heyvan üzərindən toplanmış 47 fərd B.calcaratus-un yumurta və daxili orqanlarından (tüpürcək vəzi, yumurtalıq, bağırsaq) hazırlanmış 134 ədəd yaxmada piroplazmidlərə görə müayinə aparılmışdır. Mikroskopiya zamanı 47 fərd B.calcaratus-un 21 fərd imaqosunun daxili orqanlarında və 8 fərdinin yumurtalarında Fr.colchica-nın müxtəlif formaları aşkar olunmuşdur.



Hyalomma cinsli gənələrin növlərindən, inkişaf fazalarından asılı olaraq müxtəlif növ piroplazmidlərlə yoluxmasını və onların transovarial keçirilməsinin mümkünlüyünün öyrənilməsi R.Məmmədova, Ü.Mehralıyeva tərəfindən aparılmışdır.

Hesabat dövründə Lənkəran şəhəri Ləvəngi dairəsində yerləşən fermer təsərrüfatından (22 baş cins, 19 baş yerli), Lənkəran rayonunun düzənlik sahəsi, Separadi kəndi şəxsi təsərrüfatdan (12 baş) , qaramaldan toplanmış 168 fərd ac, yarıdoymuş, doymuş Hyalomma anatolicum gənəsi laboratoriyaya gətirilmişdir.

Yoluxmuş gənələrdə parazitlərin transovarial olaraq nəslə ötürülməsini müəyyən etmək məqsədilə 4 fərd doymuş dişi gənədən yumurta almaq üçün onlar termostata yerləşdirilmişdir (t 280C, nisbi rütubət 60-70%). Alınmış yumurtalardan 8 yaxma hazırlanaraq mikroskopiya edilmişdir. Mikroskopiya zamanı hazırlanmış yaxmalardan yalnız birində parazit aşkar edilmişdir. Morfoloji xüsusiyyətlərinə görə tapılmış parazitin Th.annulata-ya məxsus olduğu müəyyən olunmuşdur.

Respublikanın müxtəlif göl balıqçılıq təsərrüfatlarında balıqların parazitar xəstəliklərinə qarşı mübarizə tədbirlərinin işlənməsi və tətbiqi A.Süleymanova, G.Məmmədova tərəfindən aparılmışdır.

Hesabat dövründə mövzu üzrə cari il üçün iş və təqvim planı tərtib edilmişdir. Təqvim planına uyğun olaraq Tovuz balıqartırma təsərrüfatı, Masallı “Şərəfə” göl balıqçılıq təsərrüfatı, Şəki qırxbulaq forel zavodu və Zaqatala əlvan forel zavodunda tədqiqat işləri aparılmışdır.

Təsərrüfatlarda baş verən xəstəliklərə qarşı kütləvi şəkildə kompleks müalicə və profilaktika tədbirləri həyata keçirilmişdir. Yetişdirilən balıqların fizioloji vəziyyətinin pisləşməsinin, inkişafdan qalmasının, aşkar olunan təhlükəli xəstəliklərin qarşısını almaq məqsədi ilə bir sıra yeni nəsl baytarlıq preparatlarından istifadə olunmuşdur.

Bakterioloji xəstəliklərin törədicilərinə qarşı antibakterisid təsiredici preparat Antibacum 100 sxem üzrə təyin edilmişdir.

Profilaktika məqsədilə kompleks preparat Trimirazin (tərkibi sulfamerazin və trimedoprim 5:1 nisbətində komponentlərin qarışığı) istifadəsi təyin edilmişdir.

Təsərrüfatlarda baytar-sanitariya vəziyyətini gücləndirmək məqsədi ilə dezinvaziya işləri aparılmışdır. Bunun üçün dizenfektantlardan Ferrocid 7007 və Xloramin-T məhlulu ilə hovuzlar dezinvaziya edilmişdir.

Təklif olunan preparatlar təsərrüfat şəraitində sınaqdan keçirilmişdir. Yüksək effektliyi ilə fərqlənən preparatlar təsərrüfatlarda tətbiq ediləcək.Yetişdirilən balıqlar arasında baş verəcək xəstəliklərə qarşı müvafiq profilaktika tədbirləri həyata keçirilməsi işində lazımı köməkliklər göstəriləcəyi barədə razılaşmaya gəlinmişdir.

Müsair heyvandarlıqda boğaz inək və düyələrin saxlanma və yemləndirilməsinin sanitar qiymətləndirilməsi və onun yaxşılaşdırıması yolları Ə.Məmmədli, Y.Bağırov, R.Məmmədov, G.Həmidova tərəfindən aparılmışdır.

Bu məqsədlə Abşeron, Qusar, Xaçmaz, Masallı, Şamaxı, Ağsu, İsmayıllı və Şəki rayonlarının 14 kəndli fermer və 3” Aqrokompleks” təsərrüfatlarında 4632 baş iribuynuzlu heyvanlar (əsasən boğaz inək və düyələr) üzərində ümumi baytarlıq baxışı (müayinələri) həyata keçirilmişdir.

Müəyyən edilmişdir ki, tədqiqat və müşahidə apardığımız (“Aqrokompleks” təsərrüfatları istisna olmaqla) özəl heyvandarlıq təsərrüfatlarında boğaz inək və düyələrin saxlanma şəraitləri, baytarlıq sanitariya qaydalarına cavab vermir.

Boğaz heyvanların ayrıca yem rasionu yoxdur və yemlərin tərkibi biokimiyəvi yoxlanılmır.

Boğaz inək və düyələrin baytarlıq-sanitariya və gigiyena şərtlərinə uyğun olaraq doğuşa hazırlanması işləri qeyri qənaətbəxşdir.

İnəklərin metrit xəstəlikləri və onlara qarşı yeni müalicə-profilaktikanın işlənib hazırlanması və tətbiqi Ə.Məmmədli, Q.Murtuzov, N. Quliyev tərəfindən aparılmışdır.

Hesabat dövründə aparılan monitorinqlər, təcrübələr və müşahidələrin araşdırılması ilə bağlı hələlik aşağıdakı nəticələri qeyd etmək olar.

İnəklərin metrit xəstəlikləri respublkanın 5 iqlim şəraitində yerləşən heyvandarlıq təsərrüfatlarında 6,0-23,1% arasında yayılmışdır.

Heyvanların metrit xəstəliyinə tutulma dərəcəsi, Qara-ala cins qaramalda üstünlük 8,5-15,3 % təşkil edir.

Heyvanlarda metrit xəstəliklərinin baş verməsində digər amillərlə yanaşı yemin tərkibində olan makro və mikro elementlərin rolu böyükdür.

Metritlərin əmələ gəlməsində başlıca səbəblərdən əsası, balalığa daxil olmuş patogen mikroblardır. (Əsasən streptokokklar, stafilokokklar, bağırsaq çöpləri, polimort mikroblarıdır).

Baytarlıq dezinfeksiyası üçün yeni neftkimya maddələrinin axtarılması və sınaqdan keçirilməsi A.Yusifov, C.Əsgərov, G.Dilbazi, B.Mürşüdova tərəfindən aparılmışdır.

Hesabat dövründə AMEA Neft-Kimya Prosesləri İnstitutu (NKPİ) ilə Baytarlıq Elmi-Tədqiqat İnstitutu (BETİ) arasında müqavilə imzalanmışdır.

BETİ-nin əməkdaşları tərəfindən isə yeni alınmış neftkimya mənşəli preparatların kənd təsərrüfatı heyvanlarında və ev quşlarında infeksion xəstəliklərini əmələ gətirən mikroorqanizmlərə qarşı bakterisid və dezinfeksiyaedici xassələrin öyrənilməsi nəzərdə tutulur.

NKPİ-dan hesabat ilində cəmi 3 ədəd aşağıda qeyd edilən maddələr alınmışdır:


  1. Morfolil metil fenol

  2. Metilsiklopeptil parаxlor fenol

  3. Metilsikloheksil parаxlor fenol.

Ümumiyyətlə, baytarlıq-sanitariya üsüllarına uyğun olaraq preparatların suda həll olunması vacib şərtdir. Əgər həll olunmursa, həmin maddəni sınaqdan kecirmək mümkün deyildir və belə halda yeni maddə üçün həlledicilərdən istifadə olunur. Bu məqsədlə emulqator kimi sulfonat müxtəlif nisbətlərdə işlədilmişdir.

Azərbaycanın quşçuluq təsərrüfatlarında yetişdirilən quşların orqanizmində və onların məhsullarında biokimyəvi göstəricilərin, geni modifikasiya olunmuş orqanizmlərin və hormonal maddələrin öyrənilməsi Q.Cəlladov, T.Pürhani, R.Kəngərli, K.Orucova tərəfindən aparılmışdır.

İşin aparılmasında məqsəd respublikamızda fəaliyyət göstərən broyler və fərdi quşçuluq təsərrüfatlarında GMO-dan və sintetik hormonal maddələrdən istifadəni araşdırmaq olmuşdur.

Tədqiqat aparılan quşçuluq təsərrüfatlarından gətirilmiş qan nümunələrində biokimyəvi analizlər həyata keçirilmişdir.

Quşlardan götürülən qan zərdabında ümumi zülallar mövcud olan tam fraksiya ilə bütün qruplar üzrə aşkar edilir. Bu da onların yemləndirilməsində qida çatışmamazlığının olmasının göstəricisidir.

Müasir virusoloji və bakterioloji tədqiqat üsullarından istifadə etməklə ştammların saxlanması və mütəmadi olaraq təzələnməsi S.Qurbanov, E.Niyazova, E.Rüstəmova tərəfindən aparılmışdır.

Mikroorqanizmlər ştammları bankı şöbəsindəki mikrob kolleksiyasının mövcudluğu ölkə aqrar elmi üçün böyük əhəmiyyətə malikdir. Mikroorqanizmlər kolleksiyası imkan verir ki, ştammlardan elmi-tədqiqat işlərində və biopreparatların hazırlamasında istifadə olunsun. Bununla yanaşı xaricdən idxal edilən, yaxud respublikada istehsal olunan bioloji preparatlara mütəmadi olaraq nəzarət etmək üçün nəzarət ştammlarından istifadə olunur.

Yuxarıda qeyd edilən məsələlərin həlli ilə bağlı BETİ-nin Mikroorqanizmlər Ştammları Bankı Şöbəsində aşağıdakı işlər görülmüşdür:

- şöbədə mövcud olan bütün ştammlar, o cümlədən istehsalat və nəzarət ştammları vaxtaşarı müvafiq qidalı mühitlərdə, laborator heyvan orqanizmində, hüceyrə kulturasında müasir virusoloji və bakterioloji tədqiqat metodlarından istifadə edilərək yetişdirilmiş, mövcud mikroorqanizmlər kolleksiyası qoruynub saxlanmış və müəyyən qədər zənginləşdirilmişdir;

- ştammların bəzilərinin bioloji xüsisiyyətləri öyrənilmiş və onlar pasportlaşdırılmışdır;

- instituta daxil olan bütün ştammların hesabatı aparılmışdır;

- mütəmadi olaraq ştammların saxlanması və vəziyyəti haqda məlumat verilmişdir;

- ştammlardan istifadə məqsədi ilə institutdan və digər təşkilatlardan sifarişlər qəbul edilmişdir;

- bioloji preparatların istehsalı ilə məşqul olmaq istəyən təşkilatları yüksək keyfiyyətli ştammlar ilə təmin etmək, onlara elmi-metodik köməklik göstərməklə yanaşı istehsala və biopreparatlara nəzarəti təkmilləşdirmək üçün müəyyən işlər görülmüşdür.

- quşların Nyukasl xəstəliyi virusunun “H” və “La-Sota” ştammları, quşların çiçək xəstəliyi virusunun “Bakı” ştammı, quduzluq virusunun “KP- 85” və “CVS” ştammları təzələnmişdir;

- hesabat dövründə 9 bakteriya ştammlarının (“Brusella abortus №19”, “Pasterella multocida”, “Salmonella abortus ovis 372”, “Salmonella dublin 373”, “Salmonella typhi 371”, “E.coli “–nin 4 serotipi) təzələnmişdir.

Hal-hazırda BETİ-nin Mikroorqanizmlər Ştammları Bankı Şöbəsində pasportlaşdırılmış virus və bakteriyaların 20 istehsalat və nəzarət ştammları saxlanılır.

2016- cı ilin I-II rübü ərzində Respublika Baytarlıq laboratoriyasından 11 yeni ştamm əldə edilmişdir.

Bundan əlavə, ştammlara aid bütün informasiya yeni yaradılmış xüsusi elektron “PACS” sisteminə (“The Pathogen Asset Control System” – “Patogen Ehiyyatlara Nəzarət Sistemi” adlı xüsusi elektron informasiya sistemi) daxil edilmışdır ki, bu da ştammların hərəkətlərini izləmək üçün yaxşı imkan yaradır. Bu elektron sistemində aşağıdakı qeydiyyatlar aparılır:


  1. Mikroorqanizmlərin daxil olma məlumatları

  2. Bakterial və virus ştammlarının hərəkəti məlumatları

  3. Bakterial və virus ştammlarının buraxılması və göndərilməsi məlumatları

  4. Bakterial və virus ştammlarının xüsusiyyətlərinin öyrənilməsi məlumatları

Quşların çiçək virusuna (“Bakı” ştammı) müxtəlif hüceyrə kulturaların həssaslığının öyrənilməsi R.Səfərov, M.Abdullayev, A.Fərəcov, R.Əliyeva, K.Yusifova, K.Ağalarova, Ü.Hüseynova tərəfindən aparılmışdır.

Mövzu ilə əlaqədar 2016-cı il ərzində təqvim planına uyğun aşağıdakı işlər görülmüşdür:

- Quşların çiçək virusunun “Bakı” ştammının kultural variantı əldə olunmuşdur;

- Çiçək virusunun “Bakı” ştammının kultural və embrional variantlarının müqayisəli qiymətləndirilməsi aparılmışdır;

- “Bakı” ştammının toyuq və bildirçin embrionlarından hazırlanmış hüceyrə kulturalarının passajları müqayisəli tərzdə öyrənilmişdir.

Eyni zamanda quşların çiçək virusu “Bakı” ştammının hüceyrə kulturalarında yetişdirilməsinin optimal şəraitləri öyrənilmiş və şöbədə 123 bioloji preparat yoxlamadan keçmişdir. Onlardan 25 ilkin, 5 təkrar qeydiyyat olduğu üçün rəy, 97 idxal olunan preparatlara məktubla cavab verilmişdir.

Nodulyar dermatit xəstəliyinin virusoloji, epizootoloji, kliniki və digər xüsusiyyətlərinin öyrənilməsi S.Qurbanov, E.Niyazova tərəfindən aparılmışdır.

Mövzu ilə əlaqədar hesabat dövrü ərzində təqvim planına uyğun aşağıdakı işlər görülmüşdür:



  • NDX virusunun təcrid edilməsi üçün təcrübələrə başlanmışdır, beləki, əldə edilmiş patoloji material işlənərək 7 günlük toyuq embrionlarına 8 ardıcıl “kor” passaj edilmışdir;

  • virusun ağ siçanlar, hüceyrə kulturalarını yoluxdurumaqla təcridedilməsi və identifikasiyası üçün nəzərdə tutulmuş seroloji reaksiyalar: Komplementin uzun birləşmə reaksiyası (KUBR rusca “РДСК”), Diffuz presipitasiya reaksiyası (DPR rusca “РДП”), Neytrallaşdırma reaksiyası (NR), İmmunoflüoressent reaksiyası (İFR) və digər metodların (biosınaq) də yerinə yetirməsi üçün hazırlıq işləri görülür;

  • hesabat dövründə mütəmadi olaraq Nodulyar dermatit xəstəliyi (NDX), onun törədicisi barədə xarici elmi ədəbiyyat nümunələrinin toplanması və onlarla tanışlıq davam etdirilmişdir;

  • NDX virusunun təcrid edilməsi üçün lazım olan laborator avadanlığın, reaktivlərin və digər lazımi əşyaların əldə edilməsi üçün tədbirlərin görülməsi davam etdirilir.

Azərbaycanın müxtəlif təbii iqlim zonalarından alınmış quduzluq virusu ştammlarının molekulyar-bioloji xüsusiyyətlərinin öyrənilməsi A.Qocayev, N.Nəcəfov, N.Həsənalıyev tərəfindən aparılmışdır.

2016-cı ilin 8 ayında 17 rayonda : aran bölgəsində: İmişli, Ağdaş, Sabirabad, Beyləqan, Bərdə və Tərtər rayonlarının hərəsində 1, Kürdəmirdə 2 məntəqədə; şimal bölgəsində: Xaçmaz, Siyəzən, Qəbələdə hərəsində 1, Oğuzda 2 və Qaxda 4 məntəqədə; qərb bölgəsində: Şəmkir və Daşkəsən rayonlarının hərəsində 1 məntəqədə; Abşeron rayonunda 6 və Bakı şəhərində 1 məntəqədə quduzluq qeydə alınmışdır. Cənub bölgəsində quduzluq müşahidə olunmayıb.



Bazar iqtisadiyyatı şəraitində Azərbaycan Respublikasında iti və xroniki gedişli infeksiyalara qarşı epizootiya əleyhinə tədbirlərin təşkili Q.Əbdüləliyev tərəfindən aparılmışdır.

Zoonoz xəstəliklərlə mübarizə ərzaq zənciri boyu risk amillərinin təhlilindən və xəstəliklərin markerlərinin müəyyənləşdirilməsindən başlayır. Beynəlxalq təcrübəyə əsasən zoonozların izlənilməsinin ilkin mərhələsi aşağıdakı ardıcıllıqla icra edilən tədbirlər sistemindən ibarət olmalıdır; - zoonozların ətraf mühitdə monitorinqi və risk amillərinin təhlili, heyvanların düzgün yemlənməsi, bəsləmə-saxlama və müalicə sxeminin seçilməsi ilə ferma çərçivəsində zərərli amillərin qarşısının alınması və s. Ətraf mühitin monitorinqi və risk amillərinin təhlili birinci pillə olmaqla profilaktik tədbirlərin başlanğıcıdır. Bu sahənin qurulması üçün baytarlıqda tədris proqramlarının təkmilləşdirilməsi və buraya özəl əsaslarla baytarlıq mütəxəssislərinin cəlb edilməsi vacibdir.

Təhlükəlilik baxımından heç də zoonozlardan geri qalmayan bir təhlükə mənbəyi də heyvandarlıq məhsullarında müxtəlif zərərli maddələrin (məsələn, antibiotiklər, antiparazitar preparatlar, dezinfeksiya maddələri və s.) qalıq formasında müəyyən miqdarda toplanmasıdır. Bu sahədə də ciddi modernizasiya tədbirlərinin həyata keçirilməsinə ehtiyac vardır. Heyvanlar bazardan təsərrüfatlara gətirildikdən sonra nəzarətsiz qaydada, çox hallarda ev sahibinin özü tərəfindən onlara yüksək dozada müxtəlif antimikrob dərman maddələri (oksitetrasiklin, bitsilin, ampitsilin, streptomitsin və s,) inyeksiya edilir və antihelmint dərman preparatları tətbiq edilir. Bu prosedura bəzi hallarda təkrarlanır və heyvanlar kəsildikdən sonra onların ətində antibiotiklərin və s. qalıq miqdarına heç bir nəzarət testi qoyulmur.

İkinci, tədqiqat qoyunçuluq təsərrüfatlarında aparılmışdır. Maldarlıqda olduğu kimi, qoyunçuluqda da məhsullarda kimyəvi maddələrin qalıq miqdarına demək olar ki, nəzarət olunmur. Bu vəziyyət qoyunçuluqda daha da kəskindir, çünki qoyun əti və südü demək olar ki, tamlıqla pərakəndə ticarət şəbəkəsində satılır.

Şərh edilmiş tədqiqatların nəticələri qeyd etməyə əsas verir ki, heyvan mənşəli ərzaq məhsulları ilə təchizat sistemi Kritik Nəzarət Nöqtələrində Təhlükənin Analizi (Hazard Analysis and Critical Control Points - HACCP) standartları əsasında qurulmalıdır. Azərbaycan şəraitində bu strategiyanın tətbiqi heyvandarlıq fermalarında və sallaqxanalarda xüsusilə vacibdir.

İnstitutda Kimyəvi baytarlıq preparatlarına nəzarət şöbəsi də fəaliyyət göstərir. Bu şöbədə baytarlıq preparatlarının dövlət qeydiyyatına alınması məqsədi ilə onlara aid normativ-texniki sənədlər topluları ekspertizadan keçirilir və onlara rəy verilir. İcraçılar İ.İbrahimov, N.Sadıqova, İ.Səfərova, T.Aşurova, H.Bağırova, Z.Zaxarov, A.Fətullayevadır.

2016-cı ildə şöbə tərəfindən aşağıdakı xarici ölkələrin kompaniyaları tərəfindən baytarlıq preparatlarının qeydə alınması barədə daxil olmuş sənədlər kompleksi ekspertizadan keçirilmişdir.

Almaniyanın “Evonik Degussa GmbH” kompaniyası, ABŞ –ın “ADM” kompaniyası, Belçikanın “Kemin Europa N.V.” və “İntraco Ltd” kompaniyaları, Fransanın “Adisseo Franse SAS”, İordaniyanın “Dadvet” və “VAPCO” kompaniyaları, Serbiyanın “Vetmedic d.o.o” kompaniyası, Çinin “Hongkong HuaQi İ&E Co., Ltd” və “Hebei Huarun Pharmacy Co Ltd”, İtalyanın “Balchem İtalia”, Gürcüstanın “Biotoksi”, Vyetnamin “Asia Animal Pharmaceutical Co.Ltd” kompaniyalarından, Türkiyənin “Refarm kimya laboratuvari San. ve Tic.A.Ş.”, “Almer Kimya İlaç Gida Şti, ”Rotem kimyevi maddeler” ve Tic A.Ş.”, “Provet Veteriner ürenleri San ve Tic.A.Ş.”, Medicavet Tarım Hayvancılık İlaç ve “Kimya Sanayi Ticaret Limited Şirkəti”, Vimar Gida Tarım ve Hayvançılıq San.Tic.A.Ş, “BAF premiks ve Tarım San.Diş.Tic.Ltd Şti”, Rusiyanın “Orqpolimersintez”, “Aqrovet”, “Nitafarm”, Aqrovetzaşita”, “Veterinarnie preparatı”, “Mars” və “Kormotex” kompaniyaları, Ukraynanın Ukrzoovetprompostac”, “Spestexnologiya” və “O.L. KAR Aqrozoovetservis” kompaniyaları, Niderlandın “Kepro B.V.” və “Dutch Farm İnternational”, Hindistan “Growel İndia” və “Agio pharmaceuticals Ltd” kompaniyaları və İranın “Tolide Dorouhaye Dami İrak” kompaniyası.

Qeydə alınmış 261 preparatın 176- sı ilk dəfə, 85 preparat təkrar olaraq dövlət qeydiyyatına alınmışdır.


Kataloq: uploads
uploads -> Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti adau-nun 80 illik yubileyinə həsr edilir adau-nun elmi ƏSƏRLƏRİ g əNCƏ 2009, №3
uploads -> Mühaziry riyazi mYntiqin elementlYri
uploads -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ
uploads -> AZƏrbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU
uploads -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
uploads -> Mövzu Fənnin məqsədi və vəzifələri
uploads -> Marketinq fənni üzrə İŞÇİ TƏDRİs proqrami
uploads -> Asm-nin iqtisadiyyatı və idarə edilməsi
uploads -> Təqdimatların hazırlanması (Powerpoint, Word, Excel)

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə