Mobil kompüterlər və smartfonlar üçün əməliyyat sistemləri



Yüklə 19,85 Kb.
tarix13.05.2022
ölçüsü19,85 Kb.
#115878
Belge


Mobil kompüterlər və smartfonlar üçün əməliyyat sistemləri

Android- Smartfonlar, planşetlər, kompüterlər, Elektron kitablar, Televizorlar, Google Glass və digər cihazlar üçün nəzərdə tutulmuş, Linux nüvəli açıq qaynaq kodlu əməliyyat sistemidir. Android, Linux əməliyyat sistemi əsaslı mobil və Pda-lar üçün inkişaf etdirilmiş açıq qaynaq kodlu bir əməliyyat sistemidir. Google ve Open Handset Allience ortaqlığı ilə hazırlanmışdır. Gələcəkdə avtomobillərin də dəstəklənməsi planlaşdırılır. Əvvəcə Android İnc. Şirkəti tərəfindən inkişaf etdirilib,daha sonralar Google tərəfindən alınmışdır. Google-un bu təşəbbüsü Open Handset Alliancenin yaranmasına səbəb olmuşdur və hal-hazırda platformanın sonrakı inkişafi ilə məşğuldur. Android, cihazların funkionallığmı artıran proqramlar yazan böyük bir mühəndis(developper) qrupuna sahibdir. Android üçün hal-hazırda 1 milyondan çox proqram vardır. Android amaliyyat sitemi ila işlayan proqramlar müxtəlif saytlardan yüklənə bilməsiyla yanaşı, Google tərəfındən qurulan Google Play mağazasından da də yüklənə bilir. İlin ikinci yarısında satılan smartfonların 86%-i android amaliyyat sistemi ila təchiz olunmuşdur. 2014 - ci il boyunca 1 milyarddan çox android cihaz satılmışdır. 2010-cu ilin ortalarında Google, Android 2.2 versiyasini «Froyo», 2010-cu ilin

sonlarında Android 2.3 versiyasını «Gingerbread» adları altında təqdim etdi. «Froyo» yenilənməsindan sonra smartfonu giriş nöqtasi (acces point) kimi istifadə etmək, ekran kilidinin şifrəsini həm rəqam həm də hərf-rəqəm kombinasiyaları ilə şifrələmək mümkün oldu. «Gingerbread» yenilənməsi isə kopyalama və yapışdırma funksiyası üzərində tam nəzarət, cihazda bir-neçə kameranın dəstəklənməsi və s. digər yenilikləri özü ilə gətirdi. Planşetlər üçün uyğunlaşdırılmış Android 3.0 «

2014-cü ildə geyiləbilən cihazlar üçün Android Wear aməliyyat sistemi təqdim olunmuşdur. Həmçinin maşınlar üçün Android Auto va televizorlar üçün Android TV təqdim olunmuşdur.Bununla da Android yalnız mobil cihazlar üçün əməliyyat sistemi olmadığını sübut etmişdir. 15 oktyabr 2014-cü ildə rəsmi şəkildə Android 5.0 Lollipop versiyası taqdim olundu. Sistemin əsas yeniliyi yeni Material Design inerfeysi oldu. HTC Dream (T-Mobile G1) - Android OS ilə işləyən ilk smartfon Android 1.5-in emulyatorda ekran görüntüsü Androidlə işləyən ilk qurğu 23 sentyabr 2008-ci ildə nümayiş olunmuş HTC Dream smartfonu olmuşdur. Tezliklə digər smartfon istehsalçılan da Android sitemina keçəcəklərini bəyan etdi. Androidin 3-cü versiyası olan planşetlər üçün uyğunlaşdırılmış «Honeycomb»un çıxışından sonra Android sisteminə keçən smartfon istehsalçıların sayı daha da artdı. Bundan başqa mobil sənayenin müxtəlif nəhəngləri ilə əməkdaşlıq edən Google şirkəti öz Google "Nexus" seriyasında şəxsi qurğularını istehsal edir. Məhz bu qurğular Android üçün olan yenilənmələri birinci alır. Google Nexus seriyasında nəinki yalnız smartfon va planşetlər hamçinin Android sistemi ilə işləyən Nexus Q mediaplayer da var. Smartfonlar və planşetlərdən başqa android əməliyyat sistemi digər qurğularda da istifadə olunnur. Modifikasiya olunmuş Android yükləmək üçün smartfon Root (Superuser) səlahiyyətlərinə malik olmalidir.Qeyd etmək lazımdır ki düzgün şəkildə yerinə yetirilməyən root əməliyyatı bir çox problemlər, həmçinin qurğunun zəmanətinin itirilməsinə səbəb ola bilər.

Android əməliyyat sisteminin hər versiyasının kod adı, 1.5 versiyasından başlayaraq, hər hansi bir desertin adı ilə adlandırılmışdır. Hər bir adın ilk hərfi latın əlifbasının hərflərinə uyğun seçilmişdir: 1.5 Cupcake («keks»), 1.6 Donnt («ponçik»), 2.0/2.1 Eclair («Ekler pirojnasi»), 2.2 Froyo («dondurulmuş yoqurt»), 2.3 Gingerbread («). Xüsusi olaraq Android platforması üçün Droid va Roboto șiriftləri yaradılmışdır.

Unix əməliyyat sistemi.

Unix Əməliyyatlar Sistemi 1969 - cu ildə AT&T şirkətinin proqramçıları Ken Tompson Denis Ritçi PDP-7 kompüteri üçün kiçik bir ƏS yaratdılar. Bu ƏS-nə UNIX adını verdilər. Lakin,AT&T şirkətinin planında bu ƏS-nin yayılması yox idi və şirkət onu ABŞ elmi müəssisələrinə simvolik qiymətə verdi. Demək olar ki bütün universitetlərin hesablama mərkəzlərinin nümayəndələri bu ƏS-dan istifadə edirdilər va bir-birləri ilə bu ƏS vasitəsilə əməkdaşlıq edirdilər. Onlar özləri səhvlər yaradır, faydalı proqram va utilitlər yaradır və onları istifadə edirdilər. Onların işinin nəticəsi - Unix ƏS-nin tam versiyası oldu (1990ci ildə). Bu versiyanın adı Unix System V Release 4 SVR4 idi.Unix istifadəçi gruplarından biri Berklidə Kaliforniya universitetində idi. 1977-ci ilda bu elmi müəssisənin mütəxəssisləri Unix tarixində növbəti addımı atdılar. Belə ki, onlar 2BSD (Berkeley Software Distribution) ƏS ilə maqnit lentlərin yayılmasına başladılar. Onun 75 nüsxəsi satıldi. Unix va Unix-əsaslı sistemlərin çoxlu n tilde o vlari . Onlardan an çox taninanları aşağıdakılardır: Solaris (avvəllər SunOS adlanırdı). Bu ƏS SUN Microsystems-a maxsudur; IBM şirkətinə məxsus olan AIX; DEC şirkatinə məxsus olan DEC Unix; SCO Unix Ware va s Yuxanıda adları qeyd olunan ƏS-lərinin hamısı kommersiya məqsədlidir və onların çoxu yüksək qiymətə malikdir. Onlar müxtalif arxitekturalarda işləyirlər (Intel. Sparc, Alpha, PowerPC va b.), Unix əməliyyat sistemlərina GNU / L * i * n * u * x , FreeBsd, Solaris, AIX, HPUX və s. misal göstərmək olar. Bu misal gətirdiyimiz Unix sistemləri hansısa masalalarda bir-birindən müəyyən fərqə malik olsalar da, ümumi Unix standartlarına hamısı cavab verir. Unix sisteminin digər sistemlərdən fərqləndirən bir çox üstün və çatışmayan cəhətləri vardır. Belə bir anlayış mövcuddur ki, Unix proqramçıların proqramçılar üçün yaratdığı sistemdir, yəni Unix adi istifadəçilar üçün yox, proqramçılar üçün nəzərdə tutulmuş bir sistemdir. Unix sistemlərindən istifadənin çətinliyi va proqramçılara bu sistemlərin bir çoxunda nüvədən tutmuş (kernel), istifadəçi proqramları, kompiyatorlar, kitabxanalar və s. proqram kodlarında istənilən dayişikliyi edə bilmə imkanının verilməsi bunu demaya əsas verir. Unix sistemlərinin bir çoxu, o cümlədən, GNU/Linux, FreeBsd, OpenSolaris və.s tam açıq kodlu sistemlərdir. Yəni proqramçi istənilən qurğunun drayverində, nüvə kodunda, kompilyatorda və s. da istənilən dəyişikliyi edib, yenidən kompilyasiya edib, sistemdəki öz yeni dəyişikliklərindən istiadə edə bilər. Bu sababdən Unix sistemlərini əsasən, sistem proqramçıları işlədir. Təhlükəsizlik, etibarlılıq, performans Unix sistemləri mövcud sistemlar arasında on təhlükəsiz, etibarlı və sürətli olduqlarına görə, bir qayda olaraq, ancaq imkanlı şirkətlər Unixdən istifadə edir va bu sistemlər daha çox inkişaf etmiş ölkələrdə yayılıb. Səbəb Unix sistemlərinin texniki xidmətinin həddən artıq baha olmasıdır.

LINUX əməliyyat sistemi - UN / əməliyyat sistemlərindən olan LINUX OS-i Finlandiyanın Helsinki Universitentinin tələbəsi Linus Torvalds tərəfindən yaradılmışdır. LİNUX əməliyyat sistemi çoxməsələli va çoxistifadəçili, açıq qaynaq kodlu əməliyyat sistemidir. İlk versiyası MINIX 1991-ci ildə yaradılmışdır. Linux şəbəkə ilə işi təmin etmək üçün TCP/IP protokollarına malikdir. Linux-un nüvəsi yalnız lazım olan səhifənin yüklənməsinin təmin edir. Yəni diskdən yaddaşa həqiqətən istifadə olunan proqram seqmenti yüklənir. UN|X-3 texniki mənada bənzəyən redaktə qabiliyyətli müstaqil bir amaliyyat sistemidir Kernelin kodları GNU Ümumi Cəmiyyət Lisenziyası çərçivəsinda müstaqil olaraq dəyişdirilə istifadə edilə bilər. Linux har hansı bir komputer sisteminda problemsiz işləmə qabiliyyətinə malikdir. Çox geniş bir təchizat dəstəyina malik olan Linux netbuk,noutbuk.server komputerlari, is stansiyaları, ağıllı telefon, stolüstü komputerlar kimi har bir platformada tam bir uyğunlaşma içərisində işləmək qabiliyyətinə malikdir.Linux adətən server və iş stansiyalarında istifadə olunsa da onu şaxsi komputerlərdə da istifadə edənlar çoxluq taşkil edir.Tabii ki,bu halda redaktə edilən kodların və azad proqram anlayışınım təsiri böyükdür. Windows XP



və Mac ƏS sistemlərinə nəzəran daha rahat bir struktura malik olan Linux xüsusilə server satışlarında raqibləri ilə müqayisədə daha

üstündür Mint,Ubuntu, openSUSE, Pardus, Mandriva kimi son versiyaları ilə Linux aməliyyat sisteminin istifadəçi faizi gündan-güna artmaqdadır.
Yüklə 19,85 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin