Morfologiya



Yüklə 0,49 Mb.
səhifə1/79
tarix31.12.2021
ölçüsü0,49 Mb.
#112477
  1   2   3   4   5   6   7   8   9   ...   79
Az rbaycan dili D l n D R D L n funksiyalari. D L L k v onun


Azərbaycan dili
2. DİL NƏDİR? DİLİN FUNKSİYALARI. DİLÇİLİK VƏ ONUN DİGƏR ELMLƏR İÇƏRİSİNDƏ YERİ. YAZI

“Dil nədir, necə yaranıb, dilsiz cəmiyyət yaşaya bilərmi?” sualları ta qədimdən insanları düşündürmüşdür. Çox qədimlərdən, insanlar bu qənaətə gəliblər ki, dilsiz cəmiyyət ola bilmədiyi kimi, cəmiyyət olmadan da dil yarana bilməzdi.

Dil ünsiyyət vasitəsidir. İnsanlar bir-birini dilin vasitəsilə başa düşür, məhz dillə əlaqə saxlayırlar. İnsanlar bir-biri ilə əlaqə saxlamaq üçün müəyyən kollektiv şəklində, toplu halında yaşamalıdırlar. Artıq bu, cəmiyyət deməkdir. Bir halda ki, dil insan cəmiyyətində meydana gəlir, ona görə də ictimai hadisə sayılır.

Dilin yaranması üçün insan orqanizminin fizioloji cəhətdən müəyyən şəkildə, bugünkü vəziyyətdə formalaşması da vacib şərtlərdəndir.

İnsan orqanizminin məhz gördüyümüz şaquli şəklə düşməsi ilə danışıq üzvləri, səs aparatı formalaşır, səslərin tələffüzü üçün tənəffüzü ağciyər müntəzəm təmin edir. Həmçinin başın (sifət quruluşu, çənə və s.) və onun içində yerləşən, dil üçün çox vacib sayılan, şüurun-təfəkkürün akkumulyatoru rolunu oynayan beyinin bu biçimdə müəyyənləşməsi də bədənin şaquli quruluşu ilə bağlıdır. Beləliklə insan bədənin şaquli vəziyyətə keçməsi insanın əməklə məşğul olmasının buna təsiri, eyni zamanda dilin və şüurun yaranması bütöv halda vahid bir ictimai prosesdir.

DİLİN FUNKSİYALARI

Dili bioloji hadisə sayanlar var. Bu fikrin tərəfdarları onu nəzərə alırlar ki, insanın orqanizmində başqa üzvlər kimi danışıq üzvləri də mövcuddur. Həmin üzvlərin vasitəsilə hava axını danışıq səslərini yaradır. Ancaq nəzərə alınmır ki, insanın tənəffüs üçün alıb-verdiyi hava axını yalnız beyindən gələn siqnallarla idarə olunub, danışıq səsinə çevrilir. Dil orqanizmdə ikinci siqnal sisteminin nəticəsidir ki, bu da canlılardan ancaq insana aiddir. Halbuki başqa bioloji təzahürlər, məsələn, yemək, içmək, tənəffüs etmək, yerimək, yatıb-durmaq və s. vərdişlər insan və heyvanlarda eyni siqnalla baş verir. Yaxud irqi əlamətlər (üzün, saçın rəngi və forması, gözün, sifətin quruluşu və başqa zahiri antropoloji cizgilər) kimi dil irsi xarakter daşımır. Bioloji varlıq kimi uşaq öz valideynlərinə bənzəyir, ancaq valideynlərinin dilində danışmaya bilər: doğulan uşağı ata-anasından ayırıb başqa milli-irqi şəraitdə böyütsən, öz əhatəsindəki dildə danışacaqdır. Deməli, dil bioloji yox, ictimai hadisədir, bilavasitə cəmiyyətdə formalaşır və məhz cəmiyyətə xidmət edir.

Beləliklə, dilin birinci funksiyası (vəzifəsi) insanlar arasında əlaqə yaratmaq, cəmiyyətdə ünsiyyət vəzifəsi olmaqdır. Dilin ikinci vəzifəsi insanı əhatə edən əşya və hadisələri əks etdirmək, onların adlarını bildirməkdir. Bu baxımdan sözlər obyektiv-tarixi səciyyə daşıyır və subyektiv faktorlardan asılı deyil. Dilin üçüncü vəzifəsi isə fikir ifadə etməkdir, yəni o, insanın təfəkkür fəaliyyəti ilə bağlıdır. İnsanlar dilin vasitəsilə öz düşüncələrini, fikirlərini, arzu-istəklərini bildirirlər.




Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin